Əlvida, cənub şəhəri (2006)

Поделиться
HTML-код
  • Опубликовано: 6 фев 2025
  • 18+
    Film 80-cı illərin Bakı şəhərini təsvir edir və Sovet İttifaqının başlanmış süqutunun insan taleyində buraxdığı izlərdən və çoxsaylı əsaslı dəyişikliklər zamanı ənənəvi adətlərin sona çatmasından bəhs edir. Filmin diqqət mərkəzində çox mənzilli bina və bu binada yaşayan insanların gündəlik həyatı təsvir edilir. Günlərin bir günü buraya yeni kirayənişin Fariz köçür və bundan sonra binanın ictimai quruluşu pozulur. Fariz gərgin münaqişələrin baş verdiyi Dağlıq Qarabağdan gəlmiş bir məcburi köçkündür. O, yeni qonşularını milli hissiyyatlarının və siyasi düşüncə qabiliyyətlərinin aşağı olmasına görə günahlandırır. Amma həqiqətdə isə o, tamamilə başqa bir məsləkə qulluq edir və hər şeydən əvvəl öz xeyrini düşünən bir adamdır.
    Filmin çəkiliş adı “Ümid sahili” idi.
    Film “Bir cənub şəhərində” filminin məntiqi davamı kimi düşünülüb.
    Film Rüstəm İbrahimbəyovun “Təbəssümlə oyanaraq” əsərinin motivləri əsasında çəkilib.
    İstehsalçı: Azərbaycanfilm, İbrus studiyası (Rusiya)
    İlk baxış tarixi: 04.09.2006
    Texniki göstəricilər: 35 mm, Dolby SRD, 4:3
    Janr: sosial dram
    Mükafatlar:
    1. V Qızıl Çıraq Milli Kino Mükafatı - “Ən yaxşı bədii film” (2006, Bakı)
    2. V Qızıl Çıraq Milli Kino Mükafatı - “Ən yaxşı ssenari” (2006, Bakı)
    3. V Qızıl Çıraq Milli Kino Mükafatı - “Ən yaxşı aktyor” - Timur Bədəlbəyli (2006, Bakı)
    4. VIII Şərq-Qərb Kinofestivalı - kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz - Timur Bədəlbəyli (2006, Bakı)
    5. Beynəlxalq Audiovizual Festival - Ən yaxşı prodüser (2006, Bakı)
    6. Avrasiya Beynəlxalq Kino Festivalı - ARRİ mükafatı (2006, Amla-Ata / Qazaxıstan)
    7. V “Moskovskaya Premyera” Kinofestivalı - “Art-xətt” proqramının ən yaxşı filmi nominasiyasında tamaşaçı rəğbəti mükafatı (2007, Moskva)
    Rejissor: Oleq Səfərəliyev
    Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
    Operator: Murad Əliyev
    Rəssamlar: Mayıs Ağabəyov, Əziz Məmmədov
    Bəstəkar: Səyavuş Kərimi
    Rollarda: Timur Bədəlbəyli (Alik), Fuad Poladov (Fariz), Fəxrəddin Manafov (Rza), Mehriban Zəki (Maya), Kamal Xudaverdiyev (İsmayıl dayı), Sənubər İsgəndərli (bacı), Elmira Şabanova (Xanımana), Şamil Süleymanov (inspektor), Sadiq Əhmədov (polis işçisi), Hacı İsmayılov (MİS müdiri)
    Prodüser: Rüstəm İbrahimbəyov

Комментарии • 308