Perviz Huseyni\Şəhid Qardaşım \(Official Video- 2022)

Поделиться
HTML-код
  • Опубликовано: 22 апр 2022
  • #pervizhuseyni #perviz #sehidqardasim #trend
    Soz: Səbuhi Şəhidin Anası Maisə Həsənquliyeva Aranjiman: Ağazamanan Hazırladı: Toğrul Şahbazi Əhli Beyt Məddahi (rozəxan) Pərviz Hüseyni İlə Əlaqə yarat ➡️📞 +994553542323
    söz:
    Şəhid Səbuhi
    Darıxmışam.
    🖤🖤
    Elə darıxmışam,elə tənhayam.
    Sənsizdi hər günüm heçə sayılır.
    Səbuhi qardaşım çox yorulmuşam
    Ruhum bədənimdən
    Sanki ayrılır.
    Sən mənim dünyada sirdaşım idin
    Bu ömür yolunda yoldaşım idin.
    Axı sən balaca qardaşım idin.
    Bilməzdim bu ömür geri sayıldı
    Of Allah bu ölüm bizi ayırdı.
    Of Allah bu ölüm bizi ayırdı.
    Fələk nə gətirdi sənin başına.
    Tanrı necə qıydı bu gənc yaşına.
    Sarılıb qalmışam məzar daşına .
    Bilməzdim bu ömür geri sayılır
    Of Allah bu ölüm bizi ayırır.
    🙏🏻🙏🏻
    Yoxluğun qəlbimə zindan olubdu.
    Gözlərim bulud tək yaman dolubdu.
    Anam saçlarını dərtdən yolubdu.
    Sən demə bugediş
    sona sayılır.
    Off Allah bu ölüm bizi ayırır .
    🙏🏻🙏🏻
    Baxıram atama sanki lal olub
    Gülüşü,baxışı yoxa sayılır
    Üz gözü qırışıb beli bükülüb.
    Sanki yüz yaşında qoca sayılır .
    Off Allah bu ölüm bizi ayırır...
    🏴🏴🏴
    © 2011 Müəllif hüquqları qorunur Pərviz hüseyni⬇️
    ✅Rəsmi Deezer səhifəmiz: www.deezer.com/tr/artist/1658...
    ✅ Rəsmi Spotify səhifəmiz: open.spotify.com/artist/2Wimb...
    ✅Rəsmi Apple music: / perviz-h%c3%bcseyni
    ✅Rəsmi instaqram səfəmiz pervizhuseyni_3...
    ✅Rəsmi Facebook səifəmiz
    ✅Rəsmi Tiktok səifəmiz
    www.tiktok.com/@parvizhuseyni_313
    (Tam adı Kərimov Pərviz Fəxrəddin oğlu) Azərbaycanlı din xadimi Əhlibeyt (ə.s) məddahı,rozəxan
    Kərimov Pərviz Fəxrəddin oğlu (Pərvizhuseyni) 1990-cı il noyabr ayının 30u Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açıb və uşaqlıqdan İmam Hüseyn (ə.s) a məhəbbəti olan Pərviz nəhayət 28 yaşında Sevdiyinin zəvvarı olur və o günlərdən Mübarək və müqəddəs olan Kərbəlada İmam Hüseyn (ə.s) a nöhə,mərsiyə,rozə deməyə başlayır Və Sizlərin duaları sayəsində Uca olan ALLAH bu yolda addımlamaqına izin verir..

Комментарии • 1,2 тыс.

  • @pervizhuseyni313
    @pervizhuseyni313  2 года назад +643

    Şəhidlərə Salam ola
    Hərbirinizə tək tək təşəkkür edirəm əziz və dəyər verən dəyərli insanlar..

  • @resadmemmedov3734
    @resadmemmedov3734 2 года назад +441

    Menim qardasmda sehiddir sehid bacisiyam menim heyatimda olan ne varsa bu mersiyededir ureyinize saglig dilimize quvvet qardasmi gorduyum andan bu yana bu mersiyeni her gun 20 defe qulag asiram canmin yanqisin bu mersiye ile dindirmeye calisiram allah qorusun her birinizi

    • @suikast_avcs_yt969
      @suikast_avcs_yt969 2 года назад +8

      Allah rəhmət eləsin.

    • @elvnaliyev1181
      @elvnaliyev1181 Год назад +17

      Can tek senin deyil qardasim hamımızin qardasidir

    • @elnuremirov7819
      @elnuremirov7819 Год назад +13

      Nur içində yatsın Allah səbir versin deyecek söz tapmiram

    • @nigarsuleymanova7770
      @nigarsuleymanova7770 Год назад +8

      Ruhu şad olsun inşAllah Allah səbr versin 😔💔

    • @zehrademir3088
      @zehrademir3088 Год назад +7

      Mekanları cennet olsun her insana nasip olmaz şehit olmak üzülme dik dur sen şehit kardesisin ne mutlu sana peygamber ordunda ablan agbin var.... 🇦🇿❤️🇹🇷

  • @elgizquluzade8227
    @elgizquluzade8227 2 года назад +254

    Azerbaycaninin ən dəyərli, qiymətli sərvətidir Can Şəhidlərim.

  • @SehidEhmedAmanov
    @SehidEhmedAmanov 2 года назад +146

    Elə darıxmışam Elə tənhayam...Sənsiz hər günüm heçə sayılır...Ruhum bədənimdən sanki ayrılır...Qardaşş...😔🥀Sən mənim bu dünyadə Tək Qardaşım idin...😔💔

  • @sssizhyat2931
    @sssizhyat2931 2 года назад +267

    Şəhidlərimizi İmam Hüseyn (ə) şəxsən Özü qarşılayar
    Şəhidlərimiz axirətdə bizlərə şəfaətçi olarlar İnşallah

  • @sebuheisgndrzad8458
    @sebuheisgndrzad8458 2 года назад +16

    Şəhid Səbuhi Süleymanov . Əziz dayım 😪 Adını eşidəndən bu mərsiyəni dinləmədiyim bir an yoxdu

  • @salmanovanail1617
    @salmanovanail1617 2 года назад +35

    Mən bunu Hz Əli ə s Şəhadətdə oxdum halal edin Məclsdə olan baclar da çox kədərləndilər Daha sonra Sənin Dildən olanı Səsləndirdim 😥😥Allah bütün Caavan Şəhidlərimizə rəhmət etsiz Amin Allah Kərbəla şəhidləri qədər Məşur etsin

  • @shidsnanabdullayev990
    @shidsnanabdullayev990 2 года назад +57

    CAN AY BU DÜNYADAN VAXTSIZ KÖÇƏN NUR ÜZLÜ QARDAŞLARIMIZ SİZ HƏR ZAMAN BİZİM QƏLBİMİZDƏSİNİZ 🥀🇦🇿

  • @huseynova_.11
    @huseynova_.11 2 года назад +122

    Elə darıxmışıq ki, Şəhid Qardaşım😞😞
    Yoxluğun hamımız üçün çox çətindir💔

  • @elcinvalehofficial
    @elcinvalehofficial 2 года назад +54

    Bu mahnı mənim çox əziz Maisə bacımın Qələmindən Öz Şəhid Övladı,Şəhid balamız Səbuhi Həsənquliyevə həsr olunub.Qəhrəman Səbuhi Həsənquliyev XTQ-nin Sıralarına Seçilən Çox Az Əsgər Qardaşlarımızdandı.mən Hər Yerdə Həm Fəxrlə,Həmdə Qürurla Səbuhi Qardaşımın Şuşa Fatehlərindən Olduğunu Deyirəm.Allah Cəmi Şəhidlərimizin Mübarək Ruhlarını Şad Eləsin.🤲🤲🤲🤲🤲Amin.

    • @nigarsuleymanova7770
      @nigarsuleymanova7770 Год назад +1

      Amin inşAllah🤲

    • @turalhsnzad7647
      @turalhsnzad7647 Год назад

      @@nigarsuleymanova7770 allah bütün sehderimz rehmet elesin ruhru şada olsun Allah bütün esgerimz qorsun

  • @shidqardasimelnursahbazov7140
    @shidqardasimelnursahbazov7140 2 года назад +43

    can parçam gözəl qardaşım😔ŞƏHİD QARDAŞIM🇦🇿❤️😔 ŞƏHADƏTİNİZ MÜBARƏK İGİDLƏRİM

  • @solguncicekler
    @solguncicekler 2 года назад +290

    Tanidigimiz tanimadigimiz bütün şehid qardaşlarıma Allahdan rehmet ailelerine sebr dileyirem🤲🏻😥

  • @sssizhyat2931
    @sssizhyat2931 2 года назад +348

    Axır ki tapdım bu mərsiyyəni🥺səsivə qüvvət qardaşım necə ürəkdən oxuyursan🥺

    • @vasifneziyev1790
      @vasifneziyev1790 2 года назад +3

      Mahnı deyilki bu

    • @turaleliyev5307
      @turaleliyev5307 2 года назад +4

      @@vasifneziyev1790 eselamun aleykum saqol qardas ALLAH razı olsun inen sora kanalına desdeyem

    • @vuqarceferli7583
      @vuqarceferli7583 2 года назад +11

      Mendeee .Gunlerdi axtariram.Sanki menim ureyimdekileri Wehid qardasima catdirir.Belke ele esidib bir gun qayidib geler😪😪😪😪😪😪

    • @sssizhyat2931
      @sssizhyat2931 2 года назад +4

      @@vuqarceferli7583 can Allah səbr versin

    • @semengulgulieva2234
      @semengulgulieva2234 2 года назад +2

      Mende gezirdim

  • @elcinbulutzadeh6418
    @elcinbulutzadeh6418 Год назад +60

    Selam olsun Hz Huseyne 72 yarenine ,tüm şehit kardeşlerimize Allahtan rahmet diliyoruz,Turkiyeden kardeş ülkemize selamlar🇹🇷❤️🇦🇿

    • @fatimeagayeva6088
      @fatimeagayeva6088 Год назад

      Əsgərlərimizə dua edin nolar.50 Şəhidimiz bizi çox üzdü.

    • @turalhsnzad7647
      @turalhsnzad7647 Год назад

      @@fatimeagayeva6088 Allaha bütün sehderimz rehmet elesin Amin

    • @user-gk8xb4fp1d
      @user-gk8xb4fp1d 7 месяцев назад

      Təşəkkür qardaşım Azərbaycanan salam olsun sizlərə

  • @subhan_1616
    @subhan_1616 2 года назад +5

    Ən az 40-50 defe dinlemişem vallah çox gözel

  • @esmiraagayeva1367
    @esmiraagayeva1367 2 года назад +34

    Bu ifa səs insanın qanın dondurur😢 səsinizə quvvət can Nur uzlu Şəhidlərimiz Ağam İmam Huseyn(Ə.S.)bağının gulləri ruhunuz şad olsun hakkınızı halal edin bizlərə Şəhidlərimiz 😢🇦🇿🥀

  • @asimqeniyev695
    @asimqeniyev695 2 года назад +35

    Ürəyim parçalandı qardaş.allah Şəhidlərimizə rəhmət eləsin
    Qazilerime can sağlığı versin insallah

  • @gulaneemreliyeva3889
    @gulaneemreliyeva3889 2 года назад +113

    Şəhidlərə salam ola🥀🥀🥀Allah bütün Şəhidləri İmam Hüseyn (ə) və Kərbəla Şəhidləri ilə məşhur eləsin Allah Xanım Zeynəbin səbrindən versin bütün Şəhid Analarına amin. Səsinizə nəfəsnizə qüvvət amin Ağamın Aşiqi🤗

  • @aliyeff__4553
    @aliyeff__4553 2 года назад +60

    ALLAH ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin məkanıları cənnət olsun inşallah 🥺❤🇦🇿

  • @ilkin3139
    @ilkin3139 2 года назад +104

    BAŞDA ŞƏHİDLƏR AĞASI OLAN İMAM HÜSEN (Ə.S)OLMAQLA BÜTÜN ŞƏHİDLƏRƏ ALLAH RƏHMƏT ETSİN MƏKANLARI NURLA DOLSUN İNŞALLAH SİZİNDƏ SƏSİNİZƏ ALLAH QÜVVƏT VERSİN İNŞALLAH UĞURLAR

    • @reqide2584
      @reqide2584 Год назад +1

      Can şəhidlərimiz can Hüseyn bu gün Aşura gunudur

    • @Kassemabohachem
      @Kassemabohachem Месяц назад

      تحيه مني الى شعب اذربيجان حبيبه من شيعه لبنان

  • @fidanteymurova470
    @fidanteymurova470 2 года назад +49

    Allah bütün Şehidlerimize rehmet elesin...🥀Sesinize qüvvət 🥺

  • @dtx8578
    @dtx8578 2 года назад +26

    Can şəhid qardaşlarım Allah sizləri rəhmət eləsin 😔😔

  • @elifozturk8903
    @elifozturk8903 2 года назад +22

    Ölürsek sevdiklerimize kavuşacağiz inşallah 😔😔❤🥀

  • @serxanbabayev9206
    @serxanbabayev9206 2 года назад +26

    Allah bütün şəhidlərimizə rəhmət etsin.Çox ağır dərddir.Allahdan bütün şəhid ailələrinə səbr diləyirəm🤲Rəbbim bütün şəhid ailələrinə cənnətində şəhidləri ilə qovuşmağı nəsib etsin🤲Amin🤲

  • @sekine5413
    @sekine5413 2 года назад +28

    Neçə gündü bu mersiyeyle yatib dururam sesinize qüvvet Allah rəhmət elesin Şəhitlərimizə

  • @qezenfersuleymanov6683
    @qezenfersuleymanov6683 2 года назад +42

    Allahım bu gözəl Ramazan ayında şəhidlərin ruhunu şad elə səsinə qüvvət Pərviz qardaş

  • @elmartagiyev8926
    @elmartagiyev8926 2 года назад +15

    Şehidin anasi Maise ana. Ne gozel yazmisiniz sozleri. Allah size omur versin Ana.

  • @cnntgulu6977
    @cnntgulu6977 2 года назад +64

    Allah şəhidlərimizə rəhmət eləsin🤲🏻🥺🖤🥀nə gözəl oxudunuz

  • @nergizsuleymanli5394
    @nergizsuleymanli5394 2 года назад +39

    Allah Butun Wehidlerimize Rehmet Elesin Qebirleri Nurla Dolsun Allah Analarimiza Sebr Versin Bu Heyatda En agir ve Boyuk Derd Bir Valideyin Ucun Bala Derdidi Cox Analarimizin Atalarimizin Gozu Yawli cox Korpe balalarimiz Atasiz Gelin Qizlarimiz Yarsiz Qaldi Rebbim o Dunyada Qovuwmagi Nesib Eylesin Allah sebirlerini versin Şehidlerimiz Ele bir Meqama Ele bir Zirveye Ucaliblar ki Sevdikleri Yolda Daima Imamlarimizin Fatimeyi Zehra Anamizin Peygemberlerimiz Qonagidirlar En uca Meqamdadilar Rebbim Her Birimize werefli olum Nesib eylesin Amin.Butun Muselmanlarimizin Namazi Duasi Orucu Qebul olsun AMIN🙏

  • @zumrud9758
    @zumrud9758 2 года назад +24

    Allah bu Ramazan ayinda edilen dualari qebul etsin, butun sehidlerimizin mekani cennet olsun 😭🥀🥀

  • @qlbinssi1892
    @qlbinssi1892 2 года назад +27

    🤲😥🇦🇿 Allah Azərbaycan Şəhidlərinin Məkanın Cənnət etsin!🤲🙏😥🇦🇿 Şəhid adını və Şəhidlərin əmanət qoyub getdiklərini həmişə qorumalıyıq!

  • @ibrahim..2001
    @ibrahim..2001 2 года назад +30

    Salam Aleykum şəhidlərimizi unutmayaq bu tək şəhid ailəsinin dərdi deyil butun Azərbaycan nın dərdidi Şəhidlərimizə Allah rəhmət eləsin məkanı cənnət di şəhidlərimizin

  • @hebibezizov4935
    @hebibezizov4935 2 года назад +16

    MaşAllah .Allah Şəhidlərimizi Əhlibeytlə (Ə) məhşur Etsin İnşaAllah😔

  • @user-sz2tb7wy9b
    @user-sz2tb7wy9b 2 года назад +59

    Səsinə qüvvət.Allah cəmi Şəhidlərə rəhmət eləsin 🇦🇿🙏

  • @novruzmemisov9541
    @novruzmemisov9541 2 года назад +14

    Allah Şəhidlərimizə rəhmət eləsin. Allah valideynlərinə yaxınlarına səbr versin

  • @shidanas1182
    @shidanas1182 2 года назад +50

    Allah səsinizə ömrünüzə bərəkət versin.
    Şəhidimizin ruhunu şad məqamını ali eləsin.

  • @dhffgcvbcf2974
    @dhffgcvbcf2974 2 года назад +18

    Allah bütün şəhidlərimizə olenermize rəhmət eləsin Amin

  • @shidhmdovasif3359
    @shidhmdovasif3359 2 года назад +11

    Sən mənim dünyada qardaşım idin,
    Bu ömür yolunda yoldaşım idin..🥺🥺🥺
    Qardaşım....😥😥😥Çox ağırdı qardaş itkisi..Allah bütün Səhidlərimizə rəhmət eləsin 🥀 Ailələrə səbr versin 😞

  • @srdarshiddostu809
    @srdarshiddostu809 2 года назад +17

    Can Gözəl Avazlı İmanlı Qeyretli Qardaşım Allah Səsinə Qüvvət Versin Pərviz Qardaşım 🖤🤲😊
    Can Səbuhimmmm Ruhun şad Olsun Qardaşımmm😭😭😭💔💔💔🥀🥀🤲🤲🇦🇿🇦🇿🕊️🕊️🕊️

  • @user-bs8pf8ph4t
    @user-bs8pf8ph4t 2 года назад +33

    Allah Cəmi Şəhidlərimizə rəhmət etsin🤲🥺çoxdan gözlədiyimiz ifa nəhayət.Şəhidimizin gözəl anası Allah qəlbinə aramlıq versin🥺💔

  • @gunelmemmedova9728
    @gunelmemmedova9728 2 года назад +18

    ALLAH BÜTÜN ŞEHİDLERİMİZİ REHMET ETSİN AMİN 😢😢😢😢

  • @ferziyevv_3458
    @ferziyevv_3458 2 года назад +19

    Allah bütün şəhidlərimizə rəhmət eyləsin.olene qədər qelbimizdesiz🌹♥️

  • @ilahayusifova4822
    @ilahayusifova4822 2 года назад +24

    Allah Şəhidlərimizin Ruhunu Şad eyləsin 👏👏👏🙏🙏🙏🙏

  • @alinasemedova1837
    @alinasemedova1837 2 года назад +11

    can qardaş , dünyadan doymuyan ,ömrü yarımçıq qardaşlarım ,sizin yerinizi heç kim verə bilməz cavan körpə şəhidlərim,😔🥺ürəyimizi yandıran şəhidlərimiz 🥺

  • @qehramanalyev4273
    @qehramanalyev4273 2 года назад +22

    Çox sağol Pərviz qardaş Allaha sesuve qüvvət versin Allaha bütün şəhidlərimizə rəhmət eləsin

  • @ulvinovruzoglu9171
    @ulvinovruzoglu9171 2 года назад +18

    Şəhidlərə Salam Ola. Allah Bütün Şəhidlərimizin Ruhun Şad Eyləsin

  • @qarabagtt0024
    @qarabagtt0024 2 года назад +17

    ALLAH ŞƏHİDLƏRİMİZİ ƏHLİBEYİT VƏ KƏRBİBƏLA ŞƏHİDLƏRİİLƏ MƏHŞUR ETSİN AMİN❤🤲☝️ QARDAŞ ELƏ OXUDUN CİYARIMIZ YANDI ÜRƏYİMİZ DAĞLANDI SƏSİNƏ QÜVVƏT VERSİN ALLAH AMİN❤🤲☝️

  • @rosenquluyev589
    @rosenquluyev589 2 года назад +9

    Axırkı tapdıq bu mərsiyyəni tapdıq səsinizə qüvvət.Allah şəhidlərimizə rəhmət etsin

  • @lamiaaisa1576
    @lamiaaisa1576 2 года назад +13

    Allah bütün ŞƏHİDLƏRİMİZƏ Rəhmət eləsin.

  • @Boralonuz
    @Boralonuz 2 года назад +31

    Səsivə qüvvət qardaş necədə ürəkdən oxuyursan.Allah Şəhidlərimizədə rəhmət eləsin.

  • @REAIRUSH
    @REAIRUSH 2 года назад +16

    Səhidlərimiz hamisi bir birindən təqvali Allah şəhidlərimizin ruhlarini bizlərə duaçı qərar versin.Allah səsinə quvvət versin qardaş nə yaxşiki sizin kimi şəhidlərimizin qədrini biləcək qardaşlar var.

  • @ismayilabisov5627
    @ismayilabisov5627 2 года назад +8

    Neçə gündür axdariram tapa bilmirəm Allah şəhidlərimizin ruhuna xatir sizi Əhli-beyt(ə.s) qonşu etsin

  • @aynuresirinova3657
    @aynuresirinova3657 2 года назад +9

    can ay qardaş mənimdə qardaşım şəhiddi😢Allah sənə səbir səsivədə qüvvət versin inşallah🤲😔😔

  • @Kenan_Abbasov
    @Kenan_Abbasov 2 года назад +16

    Allah Şehidlerimize rehmet etsin ruhları nurla dolsun yerleri cennet olsun inşAllah 🇦🇿🥀

  • @shidimmrahrcbov9226
    @shidimmrahrcbov9226 2 года назад +8

    Gence usaq evinin sehidi Rajapov Emrahimida unutmayin 😔😭 kaw onada klip ceken ola anasiz atasiz sehidm😭😭😭💔

  • @sehidovlad3714
    @sehidovlad3714 2 года назад +18

    Can Qardaş səsinize ürəyinizə sağlıq 😭😭😭

  • @nural.900
    @nural.900 2 года назад +27

    ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN🥀🇦🇿 ALLAH SƏSİNƏ QÜVVƏT VERSİN QARDAŞ ❤

  • @samidqabilli6552
    @samidqabilli6552 2 года назад +6

    Oyyy allah bu ne sesdii. Ürəyim dayanacaq sankiii. Allah şəhid qardaşlarıma oo torpaqlara qani düşən oğullarımıza rəhmət etsin🖤🥀

  • @vezifekerimova5194
    @vezifekerimova5194 2 года назад +16

    Can Pərviz QARDAŞ ŞƏHİD SƏBUHİ hər ikişinə elə möhür vurdun ki heç əvəzi yoxduALLAH səni var eləsin🤲🙏❤

  • @user-xk3wd1xv8d
    @user-xk3wd1xv8d 2 года назад +8

    MƏKANİN CƏNNƏT OLSUN NUR ÜZLÜ QARDAŞIM 💔💔🥀🥀💔💔🥀💔🥀🥀💔💔💔🥀🥀💔🥀

  • @xanlarrustemov1540
    @xanlarrustemov1540 2 года назад +23

    Allah səhitlərmiz rəhmət eləsin məkanları cənnət olsun Səsinizə qüvvət Allah köməyiniz olsun ki səhitlərmiz yada cixartmirsiniz

  • @nahidceferoglu
    @nahidceferoglu 2 года назад +8

    Bəh bəh qardaşım dəhşət oxumusan Allah Qardaşmızı da rəhmət edsin Ayləsinə səbir versin

  • @semedovtaci6808
    @semedovtaci6808 2 года назад +6

    meddahlar en gūclū olan Perviz ,Allah sesine qūvvet versin Amin

  • @ramoxasali7273
    @ramoxasali7273 2 года назад +16

    Allah sesinize qüvvet, ömrünüze bereket versin, amin! Ses ve ifa Möhteşem..Şehidlerimizin mekani şübhesiz Cennetdir! Yaxinlarina Sebr dileyirik!.

  • @ibrahimimanov2455
    @ibrahimimanov2455 2 года назад +5

    Axı sen balaca qardaşım idin 🥺

  • @sairturalhindarxl2351
    @sairturalhindarxl2351 2 года назад +11

    Ela super Allah sehidlerimize rehmet etsin sesine quvvet

  • @Arzu7322
    @Arzu7322 2 года назад +24

    Allah şəhidlərimizə rəhmət eləsin. Necə içdən,ürəkdən oxuyursunuz Allah səsinizə qüvvət versin

  • @aminbrat3250
    @aminbrat3250 2 года назад +12

    Allah şehidlerimize rehmet elesin allah sesine qüvvet versin qardaş

  • @fexriaxundov333
    @fexriaxundov333 2 года назад +4

    Səsivə qüvvət qardaş çox qəşəy yaratmısan

  • @hidayethidayetli9910
    @hidayethidayetli9910 2 года назад +10

    ALLAH butun sehid lerimize rehmet elesin yerleri cennet olsun amin qazilerimize de can saligi versin amin

  • @erestunebbas
    @erestunebbas 2 года назад +8

    Beh beh beh dehsetdi qardaşım 💔Səsinə qüvvet

  • @nergizesgerli5634
    @nergizesgerli5634 2 года назад +5

    Bütün ŞƏHİD qardaşlarımızın ruhu şad olsun🤲😢😢😢🇦🇿🇦🇿

  • @historian3906
    @historian3906 2 года назад +11

    Allah rəhmət eləsin bütün şəhidlərimizə 😭😭 😭 , unutmaq olmaz sizi qardaşlar

  • @EDdiePUBGM
    @EDdiePUBGM 2 года назад +13

    can ana yanan ürəyinə qurban ALLAH cəmi şəhidlərimizə rəhmət eləsin Amin 🤲🤲🤲

  • @7.tiomny619
    @7.tiomny619 2 года назад +8

    Allah bütün şəhidlərimizə rəhmət eləsin 😞🥀💔 məkanı cənnət olsun qardaşım 😞🥀☹️

  • @yagmurceferova2042
    @yagmurceferova2042 2 года назад +2

    Sesinize qüvvət o qədərki ureyden oxuyursunuz ki bir Şəhid bacısını qəlbindeki sözleri oxuyursunuz😔😔😔

  • @cavad_hajigabul_024
    @cavad_hajigabul_024 2 года назад +9

    Allah cemien Şəhidlərimizə rəhmət eləsin. Allah ömrüne bərəkət versin Perviz qardaş..

  • @esqinelnur3133
    @esqinelnur3133 2 года назад +23

    Allah sene uzun omur can sagliqi versin İnsallah Allah cemi Şəhidlerimize Rehmet etsin Qazilerimize uzun ömur can sagliqi versin ifa adamin canin alir 💔🥀😔

  • @suikast_avcs_yt969
    @suikast_avcs_yt969 2 года назад +11

    Azərbaycanın ❤️ Şəhidlərimiz .

  • @ismayilov.6996
    @ismayilov.6996 2 года назад +12

    ALLAH BUTUN WEHIDLERIMIZE REHMET ETSIN BAW TACIMIZSIZ HEYIF TEZ AYRILDINIZ BIZDEN MEKANINIZ CENNET OLSUN 💔🥀💔

    • @liliyev8388
      @liliyev8388 2 года назад +1

      Allah səsinə qüvvət versin əziz qardaş

  • @valehhidayetov9649
    @valehhidayetov9649 2 года назад +7

    Inanki mahniya qulaq asanda ruhum dincelir.super,ugurlarin bol olsun

  • @senanbesirli7219
    @senanbesirli7219 2 года назад +3

    Allahım Bizede Şəhidliyi nəsib eylə

  • @raminbayramov9056
    @raminbayramov9056 2 года назад +4

    Musiqisiz necə bu qədər gözəl ifa edə bilirsiz😔

  • @xanimhesenova5399
    @xanimhesenova5399 2 года назад +8

    Nəhayət Səbuhim nur üzlü Şəhidim 😔😔💔💔

  • @ilkinmuxtarov5277
    @ilkinmuxtarov5277 2 года назад +11

    Səsinə qüvvət Qardaşım Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin 🙏😔😔🥀

  • @kamransadiqov7866
    @kamransadiqov7866 2 года назад +7

    Allah səsvizə qüvvət versin əhli beyt (ə) şəfayəciniz olsun əziz qardaşım

  • @alidostalizada978
    @alidostalizada978 10 месяцев назад +1

    Allah başda İmam Hüseyn ağamız olmaqla cəmi Şəhidlərimizə Rəhmət Etsin. Səsinə qüvvət Qardaş 😢😖

  • @arzuceferova6385
    @arzuceferova6385 2 года назад +2

    Can Şehid QARDAŞIMA qurban 🥺💔

  • @shlalizad5971
    @shlalizad5971 2 года назад +8

    Allah rehmet etsin cəmi şəhidlərimizi
    Səsinizə qüvvət 🥺🥺🥺🥺🥺

  • @nigarmiraslanova2499
    @nigarmiraslanova2499 2 года назад +14

    Allah bütün şəhidlərimizə rəhmət edsin🥺🥀

  • @beyazncf21
    @beyazncf21 Год назад +2

    Bugün bu musiqini Şəhid Səbuhi Əhmədovun məzarında dinləyib elə hey ağladım,bir qrup dostu,yaxını bu sözlərlə onun üçün fəryad edib ağlayırdılar.Can,Şəhidim😪

  • @cavidsalayev8435
    @cavidsalayev8435 2 года назад +7

    Allah sesuve quvvet versin qardaş

  • @irankrimova861
    @irankrimova861 2 года назад +9

    Allah SƏHİDLƏRƏ RƏHMƏTELESİN AMİN CAN SƏHİDLƏRİM SƏHADEDİNİZ MUBARƏK😔😔😔😢😢😢

  • @samuradyusifli4330
    @samuradyusifli4330 2 года назад +8

    Allah cəmi Şəhidlərimizə rəhmət eləsin Amin

  • @ehtimanqasimov1540
    @ehtimanqasimov1540 2 года назад +2

    Səsivə qüvet qardaşım Allah şəhidlərimizi rəhmət eyləsin

  • @huseynagammmdov5939
    @huseynagammmdov5939 7 месяцев назад +2

    Şəhidlər Sağ Olsun!
    Vətən sağ olsun!

  • @ejderkerimli6237
    @ejderkerimli6237 2 года назад +7

    ALLAH SENI VAR ELESIN QARDAS 🙏🙏🙏

  • @mehparealiyeva6542
    @mehparealiyeva6542 2 года назад +7

    Caaan Şəhidlərimiz😥😥

  • @samirnagdaliyev7486
    @samirnagdaliyev7486 2 года назад +2

    Can səsivə qüvvət qardaş Allah sizlərə qəni qəni Rəhmət eləsin Şəhidlər

  • @cinaremuradova1291
    @cinaremuradova1291 2 года назад +22

    ALLAH REHMET ELESIN BUTUN ŞEHIDLERIMIZE 😔 Nece gozel sozleri var nece urekden icden oxuyur🥀😓