4-cü Sənaye İnqilabına ümummilli hazırlıq (Real TV)

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı fəaliyyətlər çərçivəsində "4Sİ Akademiyası"nda bu günə kimi 8000 vətəndaşımız Coursera platfromasında rəqəmsal bilik və bacarıqlarla bağlı ödənişsiz kurslardan yararlana bilib.
    Layihə başlayandan bu günə kimi istifadəçilər 2700 kursu uğurla bitirərək sertifikatlar əldə ediblər. Pilot mərhələdə sentyabr ayının sonuna kimi daha 2000 istifadəçi bu layihədən yararlana biləcək.
    Bu ilin sonunda Coursera şirkəti və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə birgə 200000 vətəndaşımızı əhatə edən “Milli Proqram” layihəsinə start veriləcək.
    Proqram çərçivəsində dünyanın 300-ə yaxın nüfuzlu universitetinin və 100-dən çox aparıcı texnologiya şirkətlərinin Coursera platformasındakı kursları ödənişsiz təqdim olunacaq.
    Bütün bu məqamlarla bağlı REAL TV-nin “İqtisadi reallıq” verilişinin hazırladığı süjet.

Комментарии •