MEHRİDƏN KEÇƏN DƏHLİZİN AÇILMASINA RAZILIQ VERİLİB?

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024
  • Aprelin sonunda Tiflisdə erməni və türk diplomatların görüşünün keçirildiyi barədə məlumat var. Bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına açıqlamasında deyib. “Onlar orda nəyi müzakirə ediblər? Hansı kommunikasiya layihələrini? Bilinmir. Müxtəlif versiyalar irəli sürmək olar, o cümlədən Ermənistan ola bilsin ki, Azərbaycandan qaz alması müqabilində Mehridən keçən eksterritorial dəhlizin fəaliyyətinə hansısa yolla razılıq verib”, - ekspert bildirib. Onun sözlərinə görə, bu qərar beynəlxalq oyunçular, o cümlədən BMT tərəfindən birbaşa dəstəklənir:
    “Rusiya və İran da öz növbəsində bunu nəzərə alıb və bu qərara təsir etmək iqtidarında deyil”. Areşevin fikrincə, İranın reaksiyası diplomatik fəaliyyətə və Bakı ilə mümkün danışıqlara uyğun olacaq: - “Qətiyyətli addımlara gəlincə, İranın bir çox başqa problemləri var, Tehran üçün Cənubi Qafqaz regionunda sabitlik vacibdir”- deyə politoloq əlavə edib.
    #QafqazTV #Mehri #CənubiQafqaz

Комментарии •