Təhlükə saçan yol

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Magistral yol 5 mindən çox əhalisi olan kəndin tam ortasından keçir. 1000-ə yaxın şagirdin oxuduğu məktəb də yolun kənarında yerləşir. Gündə yüzlərlə piyadanın istifadə etdiyi yolun 1 hissəsində piyada keçidi və işıqfor olsa da bəzi sürücülər nəinki sürəti azaltmır, hətta, işıqforun qırmızı işığına belə məhəl qoymur. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur.
    Yoldan hər gün qorxu içində istifadə edən sakinlər bədbəxt hadisələrin qarşısının alınması üçün aidiyyatı qurumların tədbir görməsini istəyir.
    Ekspertlər də hesab edir ki, bu yolda qəzaların artmasının başlıca səbəbi yol hərəkəti iştirakçılarının qaydaları pozmasıdır. O ki, qaldı görüləcək tədbirlərə....
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndindən keçən hissəsində xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı sakinlər tərəfindən müraciət edilib.
    Həmin əraziyə baxış keçirilib və xüsusi texniki vasitənin quraşdırılacağı yer müəyyənləşdirilib. Yaxın zamanda qeyd olunan məsələnin müsbət həlli istiqamətində zəruri tədbirlər görüləcək.
    #kanals #xəbərlər

Комментарии • 3

  • @FerahimAbdullayev-c3k
    @FerahimAbdullayev-c3k 11 часов назад

    Allah qorusun milletmzi. Usaglarmzi. Rebbimz qorsun.

  • @MardanOmarov-g3g
    @MardanOmarov-g3g 7 часов назад

    Adiyati qurumlar Zaqatal Wax Seki afto magistral yolunu ik once temir etmeli yeni asfalt cekmelidirler

  • @HemzeMemmedkerimov
    @HemzeMemmedkerimov 9 часов назад

    TRANPİLİN Qoyulsun