Это видео недоступно.
Сожалеем об этом.

Bağışlama müqaviləsi. Bağışlamadan imtina.

Поделиться
HTML-код
  • Опубликовано: 8 июн 2021
  • Bu video paylaşımda siz bağşlama müqaviləsi və ondan imtina barədə məlumat verilir.
    Vəkil Anar Məmişovla əlaqə vasitəsi:
    055-704-39-81
    Bakı şəhəri, 6 saylı Vəkil Bürosu.
    Mülki Məcəllədən çıxarış.
    Maddə 666. Bağışlama müqaviləsi
    666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
    666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
    666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
    Maddə 667. Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti
    667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
    667.2. Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər.
    667.3. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.
    Maddə 668. Bağışlama forması. Bağışlama vədi
    668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:
    668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
    668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
    668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
    668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;
    668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
    Maddə 670. Bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər
    670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
    670.2. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir.
    670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
    670.4. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər.
    Maddə 673. Bağışlamaqdan imtina
    673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
    673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
    673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
    673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
    673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər:
    673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda;
    673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə;
    673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda.
    673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
    673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Комментарии • 133

  • @royalverdiyev7736
    @royalverdiyev7736 3 года назад +6

    Anar müəlim bağışlama müqaviləsi zamanı öhdəlik bağışlama müqaviləsində əksini tapmalıdırmı?

  • @leyliisayeva3608
    @leyliisayeva3608 13 часов назад

    Salam hormetlı Anar bey.
    Ev bagıshlama etdıkde hansı muddet erzınde evı oz adına kecıre bıler?

  • @gulizarinblogu
    @gulizarinblogu 3 года назад +6

    Masallah

  • @Mutaffifin676
    @Mutaffifin676 8 месяцев назад +2

    Anar müəllim, Uzun muddətli e'tibarnamə ilə ev alan evi başqa bir şəxsə sata bilərmi? Birinci sahibi onu geri qaytara bilərmi?

    • @vekilanar
      @vekilanar  8 месяцев назад

      mülkiyyətçi evi sata da bilər etibarnaəni ləğv edə də bilər mənzili geri də tələb edə bilər mülkiyətçi həmin şəxs gedir.

    • @resadyaqubov4327
      @resadyaqubov4327 5 месяцев назад

      @@vekilanar salam vekil men atam rehmete gedende qardasim men bacim anamin adina ev kecmesi ucun bagislama verdik indi bizi qovub biz oz huququmuzu nece berpa ede bilerik

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад +1

    Çox sağolun mənə uzun müddət demişdilər ona görə sorucdum

  • @royalverdiyev7736
    @royalverdiyev7736 3 года назад +6

    Birdə bağışlama vədi muqaviləsi bağladan şəxs həmin muqavilənin vaxtı çatanda vəfat edərsə muqavilə quvvədən dusur?

    • @vekilanar
      @vekilanar  3 года назад

      Öhədlik müqavilədə əks olunmalıdır bəli. Şəxs öldükdə bağışlama vədi müqaviləsi qüvvədən düşür.

    • @resadyaqubov4327
      @resadyaqubov4327 5 месяцев назад

      ​@@vekilanarsalam eger atam rehmete gedibse anam bize qol cekdirib natarusdaki evi oz adina kecirsin bizim huququmuz nedi nece oz ev payimizi berpa eleye bilerik yeni evi satdirmag huququmuz varmi

  • @nurguluzade1937
    @nurguluzade1937 2 года назад +2

    Yeniki öhdəlik mugavilede geyd olunursa olur?orada yazmağ olmurki ki şərtsiz verirəm bağışlayıram deye..
    Digər sualım odur ki bizim ev korporativ binadır ve qacginig.algi satgiga vergi odeye bilərikmi?

  • @davidvelizade
    @davidvelizade Год назад +1

    Salam Anar mellim. Hansi halda bağışlanma ile mülk almaliyamki menen geri ala bilmesin hec cur ve rahat sata bilim

  • @user-kw3tn8ns7u
    @user-kw3tn8ns7u 2 года назад +3

    Salam.Anar müəllim mənim qardaşım mənə 5 il əvvəl ev bağışlayıb nataryalnı qaydada.Hər hansı bir vaxtda evi mənnən geri ala bilərmi?angaq evi bağışlayan zaman sizin yuxarıda sadaladağınız qaydaların hek birisi təklif olunmamışdır.Xayiş edirəm cavablandırasız.

    • @vekilanar
      @vekilanar  2 года назад

      salam o hallar henə baş verə bilər da gələcəkdə. indidən demək olmur ki bu mümkün olacaq ya yox.

  • @yunusemrepeker4496
    @yunusemrepeker4496 3 года назад +5

    Merhabalar 👍👍

  • @SefiyyeCebrayilova-zv3oe
    @SefiyyeCebrayilova-zv3oe 3 месяца назад

    Bagisladiyim oz payimi geri ala bilerem. Dord ildir esasli sebeblerim var.

  • @emilagabeyov436
    @emilagabeyov436 3 года назад +5

    Salam. Anar muellim. Bagislanma ile bir sey evezsis almaq olurmu? Hec bir sexs terefinden alina bilmezki? Meselen bir esya😊🙏

    • @vekilanar
      @vekilanar  3 года назад

      Bağışlama əvəzsiz verilmədi elə. Geri alına bilməsi üçün əsaslar olamlıdır.

  • @SefiyyeCebrayilova-zv3oe
    @SefiyyeCebrayilova-zv3oe 3 месяца назад

    Men qardasima oz payimi bagislamisam. Amma o indi serefsizlik edir meni qeydiyyatdan cixarmaq ucun mehkemeye verib iki defə. Birincini men uddum.ikinci mehkeme inzibatidedie is. Men ozum o evde qaliram. Amma resmen bosanmamisam. Geri ala bilerem oz payimi. Cunku o mene pul vermek istemir

  • @shemshxp
    @shemshxp 5 месяцев назад

    Hormetli vekil sizden meslehet almaq istiyirem.Men cixarisi deyisdirmek meqsedi ne göre natarusa muraciyet etdim Adı serkopya kimi sened verdiler. Bu ne derecede doğrudur cavablandirsansiz co

    • @vekilanar
      @vekilanar  5 месяцев назад +1

      İndi elektron çıxarışlardı o formada olur

    • @shemshxp
      @shemshxp 5 месяцев назад

      @@vekilanar Cox sağ olun

  • @aylinnezi206
    @aylinnezi206 19 дней назад +1

    Salam. Ailə qurduqdan sonra qaynatamın həyətyanı sahəsindən təzə ev tikmişik. Hazırda qaynanam, övladlarım və yoldaşımla mən yaşayırıq. 1.Yoldaşımın bank borclarına görə ev müsadirə oluna bilərmi?
    2. Evi az yaşlı övladımıza bağışlasaq , yenə də yoldaşımın borclarına görə problem yaranarmı? Uşağın 11 yaşı var

    • @vekilanar
      @vekilanar  19 дней назад

      @@aylinnezi206 evin hansı sənədi var və kimin adınadı?

    • @aylinnezi206
      @aylinnezi206 19 дней назад

      @@vekilanar ev Sabirabadda kənddədi. Torpaq sahəsinin 1999 da verilmiş çıxarışı var. Həmin çıxarışda köhnə evimiz də təsvir edilib. Kupça yoxdu

    • @aylinnezi206
      @aylinnezi206 19 дней назад

      @@vekilanar həmin çıxarış veriləndə qaynatamın atası da anası da özü də sağ olub. Amma biz təzə evi tikəndə olar rəhmətə getmişdi artıq. Xahiş edirəm məsləhət verin. Etdiklərinin sonunu düşünməyən yoldaşım var. Evsiz qalmağ istəmirəm

    • @vekilanar
      @vekilanar  19 дней назад

      @@aylinnezi206 evin çıxarışı yoldaşınızın adına olmayınca problem yoxdu

    • @aylinnezi206
      @aylinnezi206 19 дней назад

      @@vekilanar çox sağ olun

  • @nurguluzade1937
    @nurguluzade1937 2 года назад +2

    Salam.Anar bey.bizim ev borc içində olan bir adamın adınadır.amma öz evimizdir.bezi səbəbdən helede onun adından öz adımıza kecirmemisik.indi həmin adamın banklara külli miqdarda borcu olduğu üçün qorxudub ve öz adımıza keçirmək istəyirik.bagislanma ile 300₼ a başa gelir.amma öhdəliklər ki deyirsiniz bizim heç bir ohdeciliyimiz olmadığı halda bagisladigdan bir iki il sonra öhdəlik pozuntusu behane gətirilə bilərmi? Ve ya imkanım indi yoxdur hediyyemi geri çəkirəm deyə bir behane?

    • @vekilanar
      @vekilanar  2 года назад

      Salam öhdəlik yoxdursa hansı öhdəlik pozuntusu ola bilər.

  • @ceyhunabdullayev8711
    @ceyhunabdullayev8711 2 года назад +1

    Salam aleykum. Ev almışdım anamın adina və evde heç kim geydiyyatda deyil. Anam mənə bağışlayır və rəsmiləşibsə mənə. Mən evliyəm həmən anam, yoldaşım ve uşaqlar başqa evdə geydiyatdayiq.
    Sual 1: Həmən qeydiyyatda heç kim olmayan evi sataramsa yoldaşımın razılıqi və ya qol çəkməlidir?
    Sual 2 : əgər yoldaşımla bosanma ehtimalı olarsa bu mənə bağışlanan ev mübahisə predmeti ola bilərmi?

    • @vekilanar
      @vekilanar  2 года назад

      bağışlama ilə keçən ev birgə nikah dövründə əldə olunan əmlak sayılmadığı üçün onu satqndq razılıq tələb olunmamalıdər və boşanma zamanı bölünməməlidir. Amma bəzən notarius əsassız olaraq razılıq tələb edə bilir.

  • @resadagayev5148
    @resadagayev5148 3 месяца назад

    Salam hormetli vekil. Anam mene heyet evi baĝislayib. Hemin evde geydiyyatda olan evladlarima o evden pay duşür?

    • @vekilanar
      @vekilanar  3 месяца назад

      Salam qeydiyyatda olmaq pay demək deyil.

  • @feridrzayev4350
    @feridrzayev4350 3 месяца назад

    Salam Anar bey.ev birge nikah dovrunde senedlewdirilib yoldawimin adina.bagiwlanma yolu ile ev menim adima kecse bu evin mulkiyyetcisi tek men sayiliram yoxsa yene birge mulkiyyet sayilir?

    • @vekilanar
      @vekilanar  3 месяца назад

      Siz sayılırsız

  • @natigpiriyev3413
    @natigpiriyev3413 2 года назад +2

    Salam Anar müəllim.bir sualım var çox xaiş edirəm imkan daxilində cavablandırardız.
    Şəxs öz evini övladına baqışlayıb, evin sənətləri ( kupça falan) hədiyyə alanın adına rəsmiləşib.Digər övladlar həmən evdən pay üçün iddia qaldıra bilərlərmi? vəya bu iddia təmin oluna bilərmi?
    ( Baqışlanma 3 il əvvəl olunub, müqavilədə heç bir öhdəlik qeyd olunmuyub)
    Öncədən təşəkkürlər..

    • @vekilanar
      @vekilanar  2 года назад +2

      Salam xeyr

    • @natigpiriyev3413
      @natigpiriyev3413 2 года назад +1

      @@vekilanar təşəkkür edirəm

    • @vekilanar
      @vekilanar  2 года назад

      Buyurun.

    • @arzumuxtarova5627
      @arzumuxtarova5627 Год назад

      @@natigpiriyev3413 menede atam bağışlayıb ev adıma kecıb 7 il bundan qabaq . Xaricde olan atama baxmayan bacılarım iddia qaldıracaqlarını dedıler ev üçün. Vekilin dedıyıne göre esassızdır mı onların iddiaları?

    • @natigpiriyev3413
      @natigpiriyev3413 Год назад +1

      @@arzumuxtarova5627 Evinizin senedleri qaydasindadirsa bəli esassizdir hormetli vekilimizin dediyne gore

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад +1

    Bagislanmanin rusumu ne qederdir

  • @Mutaffifin676
    @Mutaffifin676 8 месяцев назад +1

    Salam, Anar muəllim.Ailəmlə birgə ögey bacımın adina olan 2mərtəbəli evdə daimi qeydiyyatdayam. Ev tiraltıdır.Ögey bacım rəsmi nikahdadır,ancaq övladi yoxdur. Evi mənim adıma necə yazdira bilər.Ögey qardaş və bacılarım ona varis sayılırmı,yoxsa ancaq əri varisdir?

    • @vekilanar
      @vekilanar  8 месяцев назад

      ev nikah dövründə alınıbsa həyat yoldaşının və evdə qeydiyyatda olan şəxslərin razılığı ilə bağışlanıla bilər.

    • @Mutaffifin676
      @Mutaffifin676 8 месяцев назад

      @@vekilanar çox təşəkkürlər,Anar müəllim.

  • @azizasirova8280
    @azizasirova8280 2 года назад +2

    Salam məllim.torpaq alıriq ama mənim yaşım çatmir bu torpagi almaga.torpagi satan başka bir adamın adina keçirib .o alan adamda mənə bağışlaya bilərmi ömurluk .xaiş edrem cavab yazardiz

    • @vekilanar
      @vekilanar  2 года назад

      Salam niyə ysşınız çatmır ki? Neçə yaşınız var? İstənilən yaşda adamın adına sənəd almaq olur.

    • @azizasirova8280
      @azizasirova8280 2 года назад

      @@vekilanar 31

    • @vekilanar
      @vekilanar  2 года назад

      Yaşınız niyə çatmır ki bəs?

  • @leylashams7227
    @leylashams7227 2 года назад +1

    Salam. Ata evini istənilən halda manesiz şəkildə evi ovladina bağışlaya bilər? Yoxsa ancaq evde qeydiyyatda olan digər şəxslərdən de raziliq alıb bağışlanma ede bilər?

    • @vekilanar
      @vekilanar  2 года назад +1

      Salam evdə qeydiyyatda olanların razılığı laızmdır.

    • @leylashams7227
      @leylashams7227 2 года назад

      @@vekilanar çox sağ olun

    • @vekilanar
      @vekilanar  2 года назад

      Buyurun.

  • @xediceliyeva3086
    @xediceliyeva3086 6 месяцев назад

    Salam anam mene öz evini hədiyyə etmisdi 2 il evvel indi fikrini dəyişib geri almaq isteyir bu mümkündür?

    • @vekilanar
      @vekilanar  6 месяцев назад

      Əsas kimi nə göstərir?

  • @Fairyy_tale
    @Fairyy_tale Год назад +1

    Salam Anar mūəllim men pay torpaģimi qardaşima baģişlamişdim nece ala bilerem saģ olun

    • @vekilanar
      @vekilanar  Год назад

      nə zaman bağışlamısız? Səbəb nədi geri almaqda?

  • @flunaotaku
    @flunaotaku Год назад

    Salam Aleyküm.Mən ata evindən mene düşən paydan imtina etmək istəyirəm.Evvelceden bu barədə ərizə yazıb təqdim edə bilərəmmi?Yəni onlar nə vaxtsa evi və ya hansısa torpaq sahəsini resmileşdirmek istəyəndə mene ehtiyacları olmasin mən əvvəlcədən imtina etmiş olum

    • @vekilanar
      @vekilanar  Год назад

      salam əvvəlcədən imtina olmur

  • @hicablpubg4080
    @hicablpubg4080 Год назад +1

    Salam menim qardaşım mene ev bağıslıyıb yeni senedli şekilde asant xidmetde ve men bunu qizma bagislaya bilerem? Ve yaxuda öldükden sonra vesiyyet yazsam qizmn adina kece bilermi?

    • @hicablpubg4080
      @hicablpubg4080 Год назад

      Xaiş cavab yazarsiz 1ili kecib ve mene bildirişde gelmiyib neyese gorede

    • @vekilanar
      @vekilanar  Год назад

      salam bağışlaya vəsiyyət edə bilərsiz

  • @mmmmmm.5227
    @mmmmmm.5227 4 месяца назад

    Deyerli vekil ata birinci arvadi ile evliliyinde alinan evi,tek qizi qeydiyyatda oldugugu halda ikinci arvadi qeydiyyatda bele olmadigi halda ikinci arvadina bagislaya biler?

    • @vekilanar
      @vekilanar  4 месяца назад

      qüydiyyatda olan şəxsin razılığı tələb olunur.

    • @mmmmmm.5227
      @mmmmmm.5227 4 месяца назад

      @@vekilanar tesekkur edirem cavablandirdiginiz ucun .Amma qeydiyyatda olan qizinin raziligi olmadan asan xidmetin ofisinde , ata bagislayib ikinci arvadina 2023 cu ilin aprel ayinda +ev orderli ev olub saxta yolla ozellesib atanin adina cixaris alinib sonra bagislanib ikinci arvadina.

  • @sksmdkkdsjksmsmksms8911
    @sksmdkkdsjksmsmksms8911 Год назад

    Salam. Qardaşım ev almışdı mənim adıma. Rusiya vətəndaşıdır qardaşım. İndi Azərbaycana gəlib evdə qeydiyyata düşmək istəyir. Qeydiyyata düşdükdən sonra məhkəmə yolu ilə ev tələb edib, ev payı ala bilərmi?

    • @vekilanar
      @vekilanar  Год назад

      ev sizin adınlzadırsa nə pay sizin sayılır.

  • @nurguluzade1937
    @nurguluzade1937 2 года назад +1

    Bizim evin dəyəri 60000 olduğu halda 35000 olarag dəyərləndirə bilərikmi evi

    • @vekilanar
      @vekilanar  2 года назад

      Tərəflərin razılığı ilə mümükündür

  • @seidexelilova7791
    @seidexelilova7791 2 года назад +1

    Salam Yoldasim evi mene baqislayib bosanma zamani yoldasima ev dusurmu

    • @vekilanar
      @vekilanar  2 года назад

      Salam bağışlama ilə verilmiş ev bölünmür.

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад

    Bu uzun muddetli bir seneddir yeni bagislanma olunub cixaris almaq birdeki ne qeder pul lazımdi

    • @vekilanar
      @vekilanar  Год назад

      çıxarış üçü rüsum 50 manatdı

  • @adilhuseynov6740
    @adilhuseynov6740 Год назад

    salam Anar müəllim evimin altındakı torpaq sahəsi bağışlanıb mənə notariat qaydada və təzədən həm evə həmdə altındakı torpaq sahəsi yeni kupça ilə adıma verilib haçansa torpaq bağışlayan həmən bağışlanmanı ləğv edə bilər ? zəhmət olmasa cavablandırardınız.

    • @vekilanar
      @vekilanar  Год назад

      salam əsas olarsa mümkündür səbəbsiz və əsassız yox. Videoda da bunlar sadalanır.

  • @zakiaahmedova4562
    @zakiaahmedova4562 2 года назад +1

    Salam.baclm mənə ev bağışlayıb.natarius yolu ilə.və kupca mənim adlmdadl.istənilən zaman geri ala bilərmi ?

    • @vekilanar
      @vekilanar  2 года назад +1

      salam istənilən an yox qanunda göstərilmiş əsaslar varsa olar.

    • @zakiaahmedova4562
      @zakiaahmedova4562 2 года назад

      @@vekilanarçox sağolun hörmətli vəkil
      Sizin işinizdə uğurlar arzu edirəm.

    • @vekilanar
      @vekilanar  2 года назад

      buyurun

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад

    Salam Anar müəllim sizi narahat edirəm biz çıxarışı aldiqdan sonra neçə gün ərzinə addan torpaq çıxır

    • @vekilanar
      @vekilanar  Год назад

      çıxarış alınan gün çıxır

  • @qurbanqurbanov2545
    @qurbanqurbanov2545 Год назад

    salam.yasadigimiz ev yoldasimin nenesinin adinadir ,nene 20 ildi vefat edib .Evi qaynanatamin adina kecirmek ucun hansi senedler lazimdi.qeyd edimki nenenin 3 qizi 3 oglu var qaynatamla birge.qizlarin ikisi vefat edib.xais edirem hamsi senedlee lazimdi qeyd edesiz

    • @vekilanar
      @vekilanar  Год назад

      vəfat edən şəxslərin övladları da vərəsə sayılır. Hamının razılığı ilə mümükündür notariusa müraciıt edin orada sənədləri deyəcəklər.

    • @qurbanqurbanov2545
      @qurbanqurbanov2545 Год назад

      @@vekilanar natarus vefat edenlerin evladlarindan sened isteyir birde onlarin nigah kagizin isteyir.nigah kagizi vacibdirmi

  • @user-db5eg9fv5c
    @user-db5eg9fv5c 7 месяцев назад

    Salam.masin mənim adımadir.satmisam basqa birinə.o da cərimə torədib 2500azn civari.odəmir, imkanı yoxdur..mən mülkiyyətimdə olan avtomobildən canimi necə qurtara bilərəm,və ya yaxud da imtina edə bilərəm?mənim adima hec bir cərimə yoxdur.təsəkkurlər.

    • @vekilanar
      @vekilanar  7 месяцев назад

      Məcbur sata bilməzsiz. Etibarnaməni ləğv edib məcbur edə bilərsiz.

    • @user-db5eg9fv5c
      @user-db5eg9fv5c 7 месяцев назад

      @@vekilanar Anar müəllim etibarnamə 1il yarım əvvəl bitib.ortada etibarnamə yoxdur.adam cəriməni ödəmir.mən də ödəyə bilmirəm..indi bu adamdan yaxami qurtarmaq istəyirəm.adima olan texpasportu necə ləğv etdirə bilərəm?

    • @vekilanar
      @vekilanar  7 месяцев назад

      sizin adınıza cərimə yoxdursa onda problem nədi?

    • @user-db5eg9fv5c
      @user-db5eg9fv5c 7 месяцев назад

      @@vekilanar mən ya onu maşından imtina etmək istəyirəm,ya da bağışlamaq istəyirəm..bir yolla o maşından imtina etmək istəyirəm..

  • @gunduzliyev1326
    @gunduzliyev1326 2 года назад

    Atanın oğula, mülk olaraq sənəd üzərində maşın bağışlaması üçün, oğlunun sürücülük vəsiqəsi olmaq məcburiyyətindədir?

    • @vekilanar
      @vekilanar  2 года назад

      xeyr sürücülük vəsiqəsi avtomobili idarə etmək üçündür mülkiyyətçi olmaq üçün buna ehtiyac yoxdur.

  • @zulfuqarxelilov9776
    @zulfuqarxelilov9776 2 года назад +1

    Salam Anar.müelim.menim.torpaq.payım.var.Atamın.adna.verilib.aile.baçsı.kimi.men.o.torpaqdan.nece.imtina.edmeliyem.yani.atama.bağşlamaq.isteyirem.ona.ne.senedleri.lazmdı.xayış.edirem.cavab.yazın

    • @vekilanar
      @vekilanar  2 года назад

      Salam atanıza və ya başqa ailı üzvünüzə bağışlaya bilərsiz.

    • @zulfuqarxelilov9776
      @zulfuqarxelilov9776 2 года назад

      Anar müəllimə biz ailə üzvündə 9 nəfərik mən öz torpağından imtina etmək istəyirəm gedirik deyirki 9 nəfərdə yeni bacım qardaşım sənədləri lazimidr ola bilərmi Bacımda Rusiyadadir oranın vətəndaşıdır.Ve onlar bizi deyirki ailə üzvünün hamı imza cekmedelidr düzdüki onların sənədlər toplamadlidr yeniki bacımın qardaşımın sənədləri toplanmalıdır yoxsa yox sizdən xahiş edirəm cavab yazardınız .

    • @vekilanar
      @vekilanar  2 года назад

      Razılığı olamlıdır hamının.

  • @elmanabbasov3217
    @elmanabbasov3217 Год назад

    Salam.mən etibarnamə ilə torpaq almışam. 1il 9 ay sonra etibarnamə ilə başqa şəxsə satıb. Mən nə edə bilərəm

    • @vekilanar
      @vekilanar  Год назад

      etibarnamə alqı satqı demək deyil.

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад

    Birdeki Anar muellim çixaris uçun hansi senedler lazımdı

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад

    Salam men adimda olan pay torpagini atama bagisladigimda menim adim senedden cixir yoxsa yeniden kupca alinmalidir

    • @vekilanar
      @vekilanar  Год назад

      salam çıxarış alınmalıdır .

  • @feridazadli9227
    @feridazadli9227 Год назад

    Salam aleykum bir atanin 6 ovladi var ve atanin 83 yasi var atanin adinda olan 5 hektar torpaq bir ogul terefinen atani natarusa aparir ve bir ogul hamsin tek basina natarusda bagislanma edib ve dger ovladlarin xeberi olmayib gizlin edib bagislanmani indi diger ovladlar o torpaqi geri qaytmaqin isdiyir sizce mehkeme yolu ile geri qaytarmaq olar?

    • @vekilanar
      @vekilanar  Год назад

      nə vaxt olub? ata sağdırmı? atanın da narazılığı varmı?

    • @feridazadli9227
      @feridazadli9227 Год назад

      @@vekilanar 2017 inci ilde olub ve diger usaqlar narazidir ata sagdi atada isdeyrki topraq geri qaytsn lakin bas prakrorluga muraciet etdik elektron mektub vastesi ile bize melumat gonderdiki er ve arvadin razilaginan basqa ovladlarin raziligi zeruri deyil atannin yasi 83 84 olub bagislanma vaxti indi 89 yasi var texmini ne komeklik gosder bilersz

    • @vekilanar
      @vekilanar  Год назад

      @@feridazadli9227 bu qədər müddətdən sonra bunun ehtimalı çox azdı hər halda istəsəz məhkəmədə iddia qaldıra bilər atanız özü amma uşaqlar yox

    • @feridazadli9227
      @feridazadli9227 Год назад

      @@vekilanar lakin hemen vaxt atanin anlaqsiz idi huwu gedb gelrdi

  • @1kenzoo
    @1kenzoo Год назад

    salam Anar melim ata evi qardawlma verildi verese kimi razallq verdim bir ay olar indi senedi leğ etmek olar? natarial qaydada sened vermiwem

    • @vekilanar
      @vekilanar  Год назад

      səbəb nədir? niyə ləğv etdirmək istəyisiz?

    • @1kenzoo
      @1kenzoo Год назад

      @@vekilanar Atam anamla yola getmir anaml.yola vermirler

    • @1kenzoo
      @1kenzoo Год назад

      @@vekilanar yeni bu senedi nece leğ etmek olar istyirik satllsln anama ev allsln

  • @sfiqorucova9362
    @sfiqorucova9362 Год назад

    Anar müəllim pay torpağı notarius tərəfindən alqı satqı olub onda torpaq addan cixirmi

    • @vekilanar
      @vekilanar  Год назад

      bu sualı vermişdiz cavab da yazmışdım

    • @sfiqorucova9362
      @sfiqorucova9362 Год назад

      Mən sizdən bağışlanmani sorucmusdum sizə zəhmət deyərdinizdə notariat tərəfindən alqi satqi olunubsa torpaq sənəddə olan adamlarin adindan cixirmi 2016 ci ildə alqi satqi olunub ancaq adimizda yenə görsənir torpaq.sahesi

    • @vekilanar
      @vekilanar  Год назад

      çıxarış almasa təzə adam adda görsənir

  • @zakiaahmedova4562
    @zakiaahmedova4562 2 года назад

    Anar müəllim bağışlama vədi natarial şəkildə imzama olunmalıdır ?

  • @SusgunMeley-bh5yn
    @SusgunMeley-bh5yn 4 месяца назад

    Axsamınız xeyir

    • @vekilanar
      @vekilanar  4 месяца назад

      ?

    • @SusgunMeley-bh5yn
      @SusgunMeley-bh5yn 4 месяца назад

      @@vekilanar daşınmaz əmlakdan ata evindən imtina etmək isdeyirem rüsumu və necə imtina edim

    • @vekilanar
      @vekilanar  4 месяца назад

      @@SusgunMeley-bh5yn ev kimin mülkiyyətindədir? necə imtna etmək əgər ev sizin mülkiyytdə deyilsə.

    • @SusgunMeley-bh5yn
      @SusgunMeley-bh5yn 4 месяца назад

      @@vekilanar atamın malikdir mən çıxmaq isdeyirem vasapda yazdım Sizə baxmamısız

    • @SusgunMeley-bh5yn
      @SusgunMeley-bh5yn 4 месяца назад

      @@vekilanar atamın malikdir mən çıxmaq isdeyirem vasapda yazdım Sizə baxmamısız

  • @zakiaahmedova4562
    @zakiaahmedova4562 2 года назад

    Bağışlanma olubsa.və sonra bağışlayan insan bank krediti alıb borcu olsa evi müsadirə edə bilər bank ya yox.

  • @kananshixlinski1032
    @kananshixlinski1032 2 года назад

    Telefon nomresini tapa bilmedim, qeyd etsenin minnetdar olaram

  • @azrbaycanvtn3808
    @azrbaycanvtn3808 6 месяцев назад

    uşaqların sənə baxacaqdır

  • @matanathasanova4920
    @matanathasanova4920 Год назад

    Hörmətli Anar məllim,telefon nömrənizi yaza bilərsinizmi?