Uşaqlıq sallanması - MÜALİCƏSİ NƏDİR?

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2023
  • #Ginekoloq #Xəyalə #Hamiləlik
    Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi
    Tel: 055 882 38 34,
    077 312 38 34
    İnstaqram: ginekoloq.x...
    Facebook: Tibb-%C3%9Cz...
    MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
    Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
    Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO
    Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
    Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
    Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
    Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan
    Qadınların çoxu çanaq əzələlərinə lazımi qədər diqqət yetirmir. Baxmayaraq ki, bu əzələlər qadınlar üçün çox əhəmiyyətlidir - onlar uşaqlığı düzgün mövqedə fiksasiya edir, onun sallanmasına imkan yaratmır.
    Uşaqlığın sallanması, onun yalnış mövqedə olmasından xəbər verir, yəni uşaqlıq dibinin və boynunun anatomik xəttən aşağı olmasından. Bu ,çanaq dibi əzələlərinin və uşaqlıq bağlarının zəifləməsi nəticəsində baş verir.
    Uşaqlıq sallanmasının səbəbləri:
    ⦁ Doğuş travmaları, cinsiyyət orqanlarında cərrahi əməliyyatlar nəticəsində çanaq dibi əzələlərinin zədələnməsi, aralığın cırılması;
    ⦁ Sidik-cinsiyyət sisteminin innervasiyasının pozulması;
    ⦁ Təbii menopauza zamanı və ya cərrahi menopauzadan sonra estrogenlərin çatışmazlığı;
    ⦁ Birləşdirici toxumaların displastik prosesləri;
    ⦁ İri uşağın doğulması;
    ⦁ Uzunmüddətli və çoxsaylı doğuşlar, ağır travmatik doğuşlar;
    ⦁ Kökəlmə;
    ⦁ Xroniki respirator xəstəliklər.
    Xəstəlik nə ilə təhlükəlidir
    Anatomik diskomfort - uşaqlıq sallanması zamanı yaranan yeganə şikayət deyil. Xəstəliyin ilkin mərhələlərində uşaqlığın sallanması uzunmüddətli ağrılarla, qarının aşağı nahiyəsinə, belə təzyiqlə, uşaqlıq yolunda yad cismin olması hissləriylə, ağrılı cinsi əlaqəylə, uşaqlıq yolundan qanlı ifrazatlarla müşayət oluna bilər. Mentrsual siklin müddəti uzanır, sikl daha ağrılı keçir.
    Daha sonra uroloji problemlər qoşulur: sidik ifrazatının çətinləşməsi və tezləşməsi, qalıq sidiyin ifrazat orqanlarında qalması, hansı ki, sonradan iltihabi xəstəliklərə səbəb ola bilər. Sidik qaçırma problemləri yarana bilər.
    Həmçinin defekasiyayla da problemlər yaranır, qəbz halları, nəcis qaçırma, kolitlər və s.
    Uşaqlıq sallanması olan xəstələrdə - əksər hallarda varikoz xəstəliyi aşkarlanır (kiçik çanaq damarlarının varikoz genişlənməsi), hansıki ağrıları artırır.
    Xəstəliyin diaqnostikası
    Xəstəliyi kliniki göstərişlərinə əsasən aşkar etmək olur.
    1-ci dərəcə - uşaqlığın sallanması. Servikal kanala giriş normal yerləşməsindən aşağıdadır, eyni zamanda hətta güc verməklə cinsiyyət dəliyindən xaricə çıxmır.
    2-ci dərəcə - uşaqlığın natamam sallanması (prolapsı). Uşaqlığın bir hissəsi cinsiyyət dəliyindən xaricə çıxır (güc vermə və hətta adi hallarda).
    3-cü dərəcə - uşaqlığın tam düşməsi. Uşaqlıq tamamilə cinsiyyət dəliyindən xaricə çıxır həm adi, həmdə yüngül gücvermə,asqırma, öskürmə zamanı. Uşaqlıq öz-özünə əvvəlki mövqeyinə qayıtmır.
    Qeyd etməliyik ki, özlüyündə uşaqlığın sallanması mümkün deyil. Bir qayda olaraq, ondan öncə uşaqlıq yolunun sallanması və düşməsi baş verir. Vaginal prolaps qismən (uşaqlıq yolunun ön və ya arxa divarı sallanır) və ya tam ola bilər. Bu da öz növbəsində, sidik kisənin arxa divarının sallanması (vezikosele) və ya düz bağırsağın ön divarının (rektosel) sallanmasıyla əlaqəlidir.

Комментарии • 15

  • @Skripka780
    @Skripka780 6 дней назад

    Mende ağrilar baslayir soyuqlayanda gucenendə agrim olanda vişnevskiy ile tampon hazrlayib qoyuram cox komey edir 😊Agrikesiciler istifade etmirəm

  • @vitalihuseynzadeh7436
    @vitalihuseynzadeh7436 10 месяцев назад

    Uğurlar dr.

  • @rahilacalilova3699
    @rahilacalilova3699 10 месяцев назад +2

    Xüsusi halqalarla bu sallanmanın qismən yüngülləşdirilir.
    Bu prosiduranı hər həftə halqanı çıxarıb təmizləyib yenidən salmaqla təkrarlamaq heçdə xəstə üçün xoş olmayan bir işdir və həkim nəzarəti altında olmalıdır

  • @vitalihuseynzadeh7436
    @vitalihuseynzadeh7436 10 месяцев назад

    Salam dr.

  • @niyamddinmirzyev7516
    @niyamddinmirzyev7516 6 месяцев назад

    Usaqliq boynu ektopiyasi qorxuludurmu

  • @ofelyaxudaverdiyeva3787
    @ofelyaxudaverdiyeva3787 Месяц назад

    Deyilənə görə KEQEL idman növləri də var ki, hər gün o idmanı edin. Uşaqlıq sallanmasının çarəsi o idmandı. O idmanı RUclipsda tapın, orda deyir nə qədər etmək lazımdı

  • @renaisayeva3768
    @renaisayeva3768 Месяц назад

    Salam Doktor menim usaqliq yolunun sallanmasi var ama cox deyil buna nece edmek olar kasmetckiy etmek olar dedi hekim

  • @vitalihuseynzadeh7436
    @vitalihuseynzadeh7436 10 месяцев назад +1

    Salam dr. İş yeriniz haradi?

  • @MirtagiNovruzlu
    @MirtagiNovruzlu 26 дней назад

    Salam doxtur men hamilelik sonlandiran derman istifade edtim ve usaqliq yolunun agzindan basi yumru arxasindada bagirsaq kimi bir sey var ve o tam olaraq cole cixib elime deyir internetde bir az arasdirma apardim ve onun usaqliq oldugun oyrendinm hekime muraciet etmemisem 4 gundu beledi nece ede bilerem ki yerine qayidsin

    • @YusifSamxalov
      @YusifSamxalov 5 дней назад

      Salam nece oldu sizde?mende ele sikayetim var

    • @MirtagiNovruzlu
      @MirtagiNovruzlu 4 дня назад

      @@YusifSamxalov salam mende 1 hefde hele oldu sallandi usaqliq asaqi sonra ozu cekildi yerine usaq da dusdu indi her sey qaydasindadi sadece her cinsi elaqeden sonra az bir az qanama olur cinsi elaqe olmasa her sey yaxsidi mende cox qorxmusdum dehset amma duzeldi hec bir hekime gedmedim ve hec bir mualiceni gormedim qurban oldugum Allahim ozu komek oldu insallah sizede olar amin

    • @MirtagiNovruzlu
      @MirtagiNovruzlu 4 дня назад

      @@YusifSamxalov sizde tam olaraq ne oldusa deye bilersiz onda size daha yaxsi komek ola bilerem

  • @cimnaznesibova383
    @cimnaznesibova383 3 месяца назад

    Salam mənim uşaqlığım2008de götürülüb sidik kisəsi sallanıb siz onuda müaliçə edirsiz

    • @ginekoloqxeyaletehmezi
      @ginekoloqxeyaletehmezi  2 месяца назад

      Salam, sallanmanın tək müalicəsi əməliyyatdır. Bəli, onu da edirik.