Quranın ən qədim əlyazması tapılıb

Поделиться
HTML-код
  • Опубликовано: 29 июл 2015
  • / elnur.majidli
    Birmingham Universitetinin əməkdaşları onların kitabxanasında saxlanılan əlyazmaların Quranın ən qədim nüsxəsi olduğunu deyir.
    Universitet araşdırmaçılarının apardığı radiokarbon analizi göstərib ki, əlyazmaların ən azı 1370 yaşı var, bu isə, Quranın indiyə qədər tapılmış ən qədim nüsxəsidir.
    Müsəlmanların müqəddəs kitabının səhifələri təxminən bir əsrdir ki, kitabxanadadır.
    Britaniya Kitabxanasının əlyazmalar üzrə mütəxəssisi Dr Muhammad Isa Waley deyib ki, belə "həyəcanverici tapıntı" müsəlmanları "fərəhləndirə" bilər.
    Əlyazma Orta Şərq kitab və sənədləri kolleksiyasına saxlanılırdı.
    Tədqiqatçılardan biri araşdırma apararkən bu əlyazmaya dərindən baxmaq istəyib və radiokarbon analizi aparıb, nəticə "təəccübləndirici" olub.

Комментарии •