Qadın həkimə nə tezlikdə getməlidir?

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Bütün xanımlar mütəmadi olaraq ginekoloji müayinədən keçməlidir. Fəqət bu nə formada və hansı vaxtlarda olmalıdır? Hamilə xanımlarda prosedurda fərqlilik varmı?
    Mövzu ilə bağlı bu və digər məsələləri öyrənmək üçün videonu izləyin və suallarınızı qeyd etməyi unutmayın.
    İzləməyi və suallarınızı qeyd etməyi unutmayın.
    Ünvan:Ege Hospital, Ak. Həsən Əliyev küçəsi, 38
    Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
    Facebook: / drsevincmehtiyeva
    İnstagram: / drsevincmehtiyeva
    Salam, əziz izləyicilər. Mənə pasiyentlər sual verirlər ki, həkim, qadın həkimə nə tezlikdə getməlidir? Mən cavab olaraq onu demək istəyirəm ki, o, yaşdan asılıdır. Əgər pasiyent hamilə qalmaq istəyirsə, o, aybaşı qurtaran kimi aybaşının 11, 13, 15-ci günlərində həkimə ultrasəs müayinəsinə getməlidir. Bundan başqa, analizlər vermək üçün aybaşının müxtəlif günləri var. Bəzi analizlər aybaşının 2-ci və 7-ci günləri verilir. Bəzi analizlər 21-ci gün verilir. Ona görə həkim onu başa salacaq ki, hansı günlər gəlmək lazımdır. Bundan başqa, sonsuzluqla əlaqədar olaraq həkimə müraciət edirsinizsə, analizlərdən başqa ovulyasiyanın olub-olmamağını yoxlamaq lazımdır. Ondan ötrü həm aybaşıdan sonra, həm də aybaşının 11, 13, 15-ci günləri mütləq ultrasəs müayinəsinə getmək lazımdır. Klimakterik dövrdə olan qadınlarda isə tamam başqa cürdür. Onlar günündən asılı olmayaraq özlərini pis hiss edən zaman həkimə gedə bilərlər. Amma mənim məsləhətim budur ki, qadın, ümumiyyətlə, ildə 2 dəfə mütləq yoxlanılsın. İstər klimakterik dövr olsun, istər cavan dövr olsun, yeniyetmə dövr olsun, ildə 2 dəfə qadın müayinədən keçməlidir. Onda kista var, yoxdur, mioma var, yoxdur və yaxud yanaşı hər hansı bir xəstəliyi var, yoxdur. Həkim müayinə edəndən sonra tapacaq. Ona görə elə etmək lazımdır ki, həkimlə əlaqəni heç vaxt kəsməyəsiniz. Hamilələrə gəldikdə isə hamilələrdə vəziyyət tamam başqa cürdür. Bu qadının həyatında yeni dönəmdir. Onda olan həkimlə təmas da başqa cür olmalıdır. Əgər qadının adəti 10 gün gecikirsə, o, mütləq ultrasəs müayinəsinə getməlidir və ultrasəs müayinəsində hamiləlik uşaqlığın içindəmi və yaxud yoxdur, o təyin olunmalıdır. Əlbəttə ki, belə vəziyyətdə mütləq ginekoloqun müayinəsinə getmək lazımdır. Ümumiyyətlə, ultrasəs müayinəsini ginekoloq etsə, yaxşıdır. İndiki zamanda ginekoloqların bir çoxu ultrasəsi özü edir. Nəyə görə deyirəm ki, ginekoloqun yanına getməlidir? Çünki ginekoloq bir interpretasiya verir, amma sadə USM həkimi başqa cür interpretasiya verir. Sadə USM həkimi sual verməsə, o, yetişən follikulu kista kimi görə bilər. Amma ginekoloqun müayinəsinə gedəndən sonra ginekoloq özü baxanda o sarı cisimdir, follikuldur və yaxud həqiqi kistadır, onu ginekoloq daha düzgün təyin edə bilər. Ona görə indiki zəmanədə qadınlar çalışmalıdır ki, ultrasəs müayinəsi edən həkimin yanına getsinlər. Bu ginekoloqun bir üstünlüyüdür. Hamilə qadınlara gəldikdə isə hamilələrə tövsiyəm nədir? Əgər adət 7 gün gecikirsə, onlar USM müayinəsinə getməlidirlər. Ultrasəs müayinəsində uşaqlığın içərisində hamiləlik təsbit olunmalıdır. Əgər uşaqlığın içərisində döl kisəsi təyin olunursa, bu qadının həyatında yeni dönəmdir və inşallah gələn dəfə artıq 10 gündən sonra, 2 həftədən sonra gedilib dölün ürəkdöyünmələrini aşkar etmək lazımdır. Gələn dəfə 11-ci, 14-cü həftələr arasında hamilə qadınlar mütləq həkimə müraciət etməlidirlər və ultrasəs müayinəsindən keçməlidirlər. Bu dövr qadınlarda genetik xəstəlikləri aşkar etmək üçün ən yaxşı dövrdür, ən tez dövrdür. Bu vaxt ikili test götürülür. Ultrasəs müayinəsində isə ənsə qalınlığı ölçülərək bəzi genetik xəstəliklər inkar olunur və yaxud da ki, təsdiqlənir. Gələn dəfə nə zaman getməlidirlər? Gələn dəfə 16-cı, 20-ci həftə arasında hamilə qadınlar mütləq həkimə müraciət etməlidirlər. Onlarda artıq 3-lü, 4-lü test aparılır və qalan analizlər edilir. 24-28-ci həftələrdə isə doppler müayinəsi edilir. Doppleri 20-22-ci həftədə də etmək olar. 22-ci, 28-ci həftələr arası uşaqların, ana bətnində olan dölün ürəyin konfiqurasiyası, orqanların yerləşdirilməsi, ona ətraflı USM deyilir və eyni zamanda qan damarlarının qanla təchizatı təyin olunmalıdır. Bu gələcəkdə uşağın inkişafının nə dərəcədə düzgün getdiyini göstərmək üçün ən böyük açardır. 28-ci həftədə isə əgər qadında rezus konfilikti varsa, ondan ötrü xüsusi anti-D dərmanları var, o vurulur. Hansı ki 28 həftədə vurulmalıdır. Ona görə hamilə qadınlar mütləq həkimlə əlaqəni sıx sürətdə saxlamalıdırlar. Həkimlər elə salacaqlar ki, həkimə gəlmək müddəti ki 4 həftədən bir olmalıdır, həmin analiz günlərinə eyni gəlsin. 30-cu həftədən sonra isə artıq qadınlar, hamilə qadınlar, əlbəttə ki, 2 həftədən bir ginekoloqun müayinəsi altında olmalıdırlar, yəni daha sıx-sıx həkimə gəlməlidirlər.
    Daha ətraflı məlumat üçün videonu izləyin.

Комментарии • 7