Futbolçu Nəriman Axundzadənin 1 həftəlik kabusunun möhtəşəm sonu

Поделиться
HTML-код
  • Опубликовано: 11 окт 2024
  • Həyatı hər zaman rəngli yaşamaq zövq verməz insana. Bəzən qara-ağ da yaşamalısan. Onun qaranlıq və aydınlıq arasındakı həyatı cəmi 1 həftəyə sığdı. “Qarabağ”ın əsas heyətinin ən gənc futbolçusu - Nəriman Axundzadə. Onun bir həftədə yaşadıqlarını Allahın sınağı adlandıra bilərik. Portuqaliyanın “Braqa” komandası ilə hər iki görüşdə diqqətləri üzərinə çəkmişdi. İlkində azarkeşləri məyus etməsi, ikincidə isə oyunun qəhrəmanına çevrilməsi ilə. İlk matçın son dəqiqələrində qapıçı ilə üz-üzə qalan Nəriman qolu vura bilməmişdi. Sarsılmışdı. Bəlkə də Qurban Qurbanovun ona şans verməyəcəyini düşünmüşdü. Yanılmışdı. “Braqa” ilə ikinci oyun. Sanki bir dejavü yaşanır. Bu dəfə də Nəriman əsas oyunun son dəqiqələrində qapıçı ilə təkbətək qalır. Allah onu budəfəki sınaqdan üzüağ çıxarır. Vurduğu qol “Qarabağ”ı 1/8 finala yüksəldir. Yəqin ki, Nəriman Axundzadə yaddaşlarda həm də bu görüntüsü ilə qalacaq. 60 minlik stadionda sevincini bölüşəcək atasını axtarmağı ilə.
    Bizi İzləyin:
    Whatsapp: whatsapp.com/c...
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Комментарии • 174