Qalaaltı Avropanın termal turizm xəritəsinə salınıb

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024
  • Qalaltının əvvəlki şöhrəti geri qaytarılır. Qalaltı Avropanın termal turizm xəritəsinə salınıb. Sanatoriyanın dünyada tanıdılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.
    Bakıdan 120 kilometr məsafədə Şabran rayonu ərazisində sıx meşəli dağların əhatəsində Qafqaz Spa mərkəzi yerləşir. Bura sağlam turizm üzrə Qafqazın incisi sayılır. Sovetlər dönəmində də Qalaltı sanatoriyası çox məşhur olub. Hətta MDB məkanında 2 dəfə 2 ci dərəcəli diploma layiq görülüb.
    Müstəqil Azərbaycanın tarixndə isə QALAALTI sağlamlıq mərkəzininin əldə etdiyi uğur daha böyükdür. Qalaaltı MDB məkanında ilk dəfə olaraq Avropa Tarixi Termal Şəhərlər Asossiasiyasının tam hüquqlu üzvü seçilib. Bundan sonra Avropa termal turzim xəritəsində Qalaltının öz yeri olacaq. Mütəxəssislər deyirlər ki, indi sıra Qalaaltını dünyaya təbliğ etməkdədir.
    Bu məqsədlə 85-dən çox turizm və meadia nümatəndəsi Qalaaltı Hotel və Spa -ya səfər etdi. İnfotur məkanın diaqnostik bölməsindən başladı. Məlumat verildi ki, Beynəlxalq standartlara uyğun müasir poliklinikada yüksək dəqiqliklə fərqlənən tibbi laboratoriya, mədə bağırsaq sistemində olan xəstəlikləri müəyyən etmək üçün videoendoskopik cihazlar, skopiya funksiyası ilə rentgen və ultrasəs müayinə cihazları vasitəsilə döşqəfəsi, urogenital sistemi və qarın boşluğu orqanlarının sadə və kontrast müayinəsi imkanları movcuddur.
    BAŞ HƏKİM VAHİD VƏLIYEV deyir ki, mərkəzdə müxtəlif qrup xəstəlikəri müalicə etmək imkanı var:
    "Həm iqlim şəraiti, həm təbii faktorlar həm mineral su, fizioterapiya uroloji nevroloji müalicə etmək imkanımız var. Uşaqlarda rast gəlinən raxidliyin-düz ayaqların müalicəsi təşkil edə bilərik".
    Qalaltı müalicəsi yerli camaatın naft-su adlandırdığı orqanik maddələrlə zəngin su ilə aparılır. Naft-su kəskin qoxusu qeyri-adi dadı və kimyəvi tərkibinə görə çox vaxt Uktaynanın Truskavets və Çexiyanın Karlovı Varı kurortlarının suyu ilə müqayisə olunur. Qalaltı suyu əsasən böyrək daşı xəstəlikləri üçün faydalıdır. Bu su mədə- bağırsaq və öd kisəsi xəstəlikləri üçün də faydalıdır.
    1976-cı ildən fəaliyyət göstərən sanatoriyanın yerində indi beynəlxalq standarlara cavab verən otel inşa edilib. Geniş, səliqəli və hər cür təminatı olan otaqların qiymətinə gündə 3- dəfə yemək , sauna, fitnes mərkəzi, qapalı hovuz, buxar hamı, qar kabinası, yoqa və digər xidmətlər daxildir. Bura turistlərin cəlb edilməsi üçün qiymət siyasətində də fərqli yanaşma tətbiq edilir.
    MENECER TURQUT ARI deyir ki, qiymətlərdə yeni bir siyasət var:
    "Istəyierik ki, iç bazarda hər təbəqə faydalansın. Ən düşük qiymələrdən ən yüksək qiymətlərə qədər skala yapdıq. 15-20 faiz endirim söz konusu. Yaz, yaz qış periodların qaldırıb. İl boyu düşük fiyatlarla satış olacaq. Formula 1 və İslam oyunları ilə bağlı əməkdaşlıq ediləcək. Həm avropada , həm MDBdə bu işi irəli daşıyacağıq. Bu su unikal mülicə suyunu həm avropa, həm MDB də bəlii səviyyəyə çıxarcağıq. Belə bir mərkəzlə təkrar bu səviyyəni əldə edəcəyik. Iddialıyıq".
    Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev hesab edir ki, Azərbaycanda müalicə turizmini inişaf etdirmək üçün kifayət qədər potensial var. Naftalan, Duzdağ, istisu məkanları ilə dünya termal turizmində layiqli yer tutmaq olar. Bunun üçün turizm sektorunda orta və kiçik sahibkarlığa dəstək vacibdir:
    "Uzun müddətli az fazi dərəcəli regionlarda fəaliyyət göstərən təşkilatlara kreditlərin ayrılması. Ikinci ölkə turizm təsisatların xarici ölkələrdə təbliğ edən şirkətlərə təşviq kampaniyasının həyata keçirilməsi. Ölkəyə turist gətirən təşkilatlara hava yollarında endirimlər vacibdir. Vergidə də bu vacibdir. Diferensial vergi olmalıdır. 3-5 illik turizmin inkiçşaf modelləri var dünya təcrübəsini öyrənərək Azərbaycanın hərəkət modeli olmalıdır".
    Qeyd edək ki, Qalaaltı sağlamlıq mərkəzinin yerləşdiyi ərazidə 9 iqlimdən 7-ni müşahidə etmək mümkündür. Bu özü sağlam həyat üçün vacib amil hesab edilir.

Комментарии •