💜İldə bir dəfə etdiyim təmizlik

Поделиться
HTML-код
  • Опубликовано: 3 июн 2024
  • ildə bir dəfə etdiyim üışlıq dolabımı təmizlədim. boş bankaları doldurmaq niyyəti ilə İnşallah
    --------------------------------------------------------------------------------------------------------------------------------------------
    🛑 Kanalımız xanımlara xitab edir ve beylerin şerhleri silinir. Kanalımı izlediyiniz üçün teşekkür edirem, bize destek üçün videolarımıza Like ata biler kanalımıza abune ola biler ve deyerli fikirlerinizi şerhlerde paylaşmaqla bize destek ola bilersiniz 😊
    💰İş birliyi ve sponsorluq üçün: veliyevarena358@gmail.com / xyyamaskerov@gmail.com
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    ❇️DAHASI:
    Diqer vloglarım: • Oğlum niyə məktəbi tez...
    Bütün shorts videolarım: • Ruhumuz gəncdirsə, cis...
    Şeriet haqqında melumatlar: • Şəriətdə Valideyn (vac...
    Qışlıq hazırlıqları: • Yarpaq dolması😋
    B

Комментарии • 227

  • @hersheyburada
    @hersheyburada Месяц назад +16

    Salam, gözəl bacım ❤️ Çox gözəl mövzudur. Uşaqlar mənim ən həssas yerimdir. Mənim də Hüseyn adlı bir mələyim var ❤O mənim canımdır, canımın içidir, hər şeyimdir. Kaş ki,dilimizin lüğət tərkibindən belə uşaqlara verilən "qüsurlu"adı götürülsə də, özəl (xüsusi)qayğıya ehtiyacı olan insanlar, uşaqlar kimi hər yerdə yazıla,deyilə, vurğulana, İnşəAllah 🤲 Çünki onların heç bir qüsuru yoxdur ki...Onlar Cənnət mələkləridir...🥺 Onlar bu günah dolu dünyada, Allahın ən saf,günahsız bəndələridir. Onlar Cənnətdə olacaqlar, İnşəAllah 🤲. Mən öz günümə ağlamalıyam ki, yerlə göy qədər günahlarım var.🥺 Allah məni bağışlasın 🤲 Hərdən Hüseynimə deyirəm ki:"Mənim mələyim, canımın içi, sən Cənnət quşusan,anan isə çox günahkardır. Çox istərdim ki, Orada mənim üçün də dua edəsən ki,Cənnətə düşüm, günahlarım bağışlasın, yanında olum mən də..." Allah günahlarımızı bağışlasın 🤲🥺 Belə özəl uşaqları olan valideynlər ümidlərini üzməsinlər, Allaha şükür etsinlər, Allaha üsyan etməsinlər. Çünki Allah milyonların içindən bizləri seçib və bu mələkləri bizə bəxş edib, əmanət edib. Onlar Cənnət açarlarıdır ki, sadəcə bizlərə bəxş olunub. Onları qorumaq,onlara baxmaq, qulluğunda dayanmaq bizlərə həvalə olunub. Bu yol çox uzundur... Amma çox şərəflidir.Bu yolda səbr gərək, şükür gərək, üsyan etməmək gərək, yuxusuz qalmaq gərək, əsəbiləşməmək gərək, yorğun düşmək gərək, yenidən qalxmaq gərək,hər halınla Allahdan razı olmaq gərək və s. Bütün bunları etmək asan deyil, başa düşürəm, amma İnşəAllah bacararıq, əziz analar! Allah bizlərdən bütün bu xüsusiyyətləri əskik etməsin, ey mələk anaları! Allah hamımıza kömək olsun! AMİN 🤲 Allah cəmi balaları qorusun 🤲 Allah hamıya sağlam,saleh övladlar nəsib etsin 🤲 AMİN 🤲😘💞❤️💚💜😘😘😘😘😘 Allah sizdən razı olsun, gözəl bacım 🤲 Çox gözəl anlatmsız hər şeyi.👍💞Allaha əmanət olun, Dəyərlim 🤲💞💜❤️💚😘

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  29 дней назад +1

      Sadəcə göz yaşlarıyla oxudum😢😢😢

    • @hersheyburada
      @hersheyburada 29 дней назад +1

      @@EvimdekiGunlerimVLOG Caan...Kövrəltdimsə sizi, bağışlayın 🤲 Allah sizdən razı olsun, gözəl bacım ❤️ Sabitlədiyiniz üçün çox təşəkkür edirəm ❤️😘💞💜 Allah hamımıza kömək olsun 🤲😘❤️💞

  • @MehRam9mk3
    @MehRam9mk3 Месяц назад +35

    Mənim bibim qızının oğlunun 2 yaşı olanda anası qonşuya deyir uşağa bax işim var həll edib gələcəm, ana evə gələndə qonşu uşağın stoldan yıxıldığını deyir və uşağın həyatı məhv olur, illərdir uşağa nə qədər pullar xərclənib bir ALLAH bilir, uşaqda heç bir hisiyyat yoxdur, artıq özündən böyükdür qohumlar deyir araba al həm uşağa həm də sənə rahat olsun, əsəbləşir almaq istəmir qucağımda aparacam hara getsəm, amma qışda fikir verdim ki, uşağı kürəyində belə olsa çətinlik çəkir, ALLAH elə övladı olanlara səbir dözüm güc qüvvət versin amin çox çətindir

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +12

      Caaan qônşuda anada peşman oldular vay vay😔
      O anaya halal olsunki balasının zəhmətini çəkir. Allah Cənnəti o anslara döşəmə edib Əlhəmdulillah

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад +5

      Ürəyim sızladı😢

  • @user-kf1nx4kg8j
    @user-kf1nx4kg8j Месяц назад +6

    Allah heç bir anaya qusurlu ovlad vermesin Sağlam olsun bütün körpeler😔

  • @_matematikchi
    @_matematikchi Месяц назад +7

    Herkese saglam qusursuz ovlad arzu edirem❤qusurlu usaglara men ders kecirem heqiqeten onlar bir melekdirler.Rebbim onlaein valideynlerine saglam can versin❤

  • @oktaydemirov9804
    @oktaydemirov9804 Месяц назад +6

    Salam əziz yerlim. Əəəən dəyərlimm . Qüsurlu mənim dayim oğlu var 33 uaşindadi artiq amma özü deyende deyir 3yaşim var😢 o qeder pis oluram hər dəfə onun görəndə həmdə dayıma dayımın yoldaşina sebr dileyirem onlar ne çekir Allah bilir. Qurban olum Rəbbimə nə deyim qismət.

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +4

      Xoş gəldin Fərifəm, əziz bacımmmm🤗🤗🤗🤗
      Caan Allah şəfasını versin. Mənim yoldaşımında qohumu elədir, 50 yaşı var deyir 6 yaşım var. Onlar bir mələkdirlər və ən saf hallarıyla köçəcəklər sonsuz Cənnət məkanlarına🤗

  • @user-dv9pr1pi3z
    @user-dv9pr1pi3z Месяц назад

    Xos geldin ureyimmm

  • @milanemirzezade9124
    @milanemirzezade9124 Месяц назад

    Xoş gəldin,Bacı🌸...

  • @xdicshla5318
    @xdicshla5318 Месяц назад

    Vallah mende qurur duyuram,sizin aileni izledikce,MasaAllah olsun❤

  • @ayetelkursi9792
    @ayetelkursi9792 Месяц назад +2

    Aleykum salam.axsaminiz,xeyir olsun xos geldin bacim🌹💜 Allah butun xestelere sefa versin🤲menim gozumde qusurlu usaqlar melekdirler onlari laga qoyanlari hec insan gozunde gormurem

  • @SevincliGunler
    @SevincliGunler Месяц назад +3

    Salam gözəlim.xoş gördüm.❤ Həssas mövzulardan birini secmisən 👍 Doğuşdan qüsurlu doğulan insanlara lağ ilə yanaşan insanlar coxdu təssüf.belə insanların xeberi yoxdu ki özləri betər qüsurludur.cirkin görən gözləri qüsurludur, lağ edib ələ salaraq dilə gətirən dilləri qüsurludur.ən əsasda qəlbləri qüsurludur. Bir sözlə soyuq qəlbli, daş ürəkli insanlardırlar. Lağ edecek qədər aciz və cılız insanlardı. Allah islah etsin ne deyək.Allah anadan gəlmə qüsurlu olanlarda şəfa versin inşallah.

  • @xdicshla5318
    @xdicshla5318 Месяц назад

    Gozel qelbli xanim❤sakitlik tapiram izledikce

  • @cavidtalibov7335
    @cavidtalibov7335 Месяц назад

    MaşAllah bacı qardaş sizə qurban,Allah qorusun gözəl balaları bacıcan inşAllah

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      İraqcandan ürəyi gözəlim. Qurbanın quzu olsun. Cəmi balaları qorusun Rəbbim İnşallah

  • @ilhamPlayTv
    @ilhamPlayTv Месяц назад +5

    Salam baci. O melekden biri de menim 11yaşindaki qızımdı. sözlerinizi oxuduqca hem kövreldim hem teselli tapdim.

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  29 дней назад +1

      Caan Allah köməyiniz olsun gözəl ana. Öpürəm mələk balamızı🤗🤗🤗

    • @ilhamPlayTv
      @ilhamPlayTv 29 дней назад

      @@EvimdekiGunlerimVLOG çox sag olun bacı, Amin. Allah razı olsun.

  • @semaligunler6447
    @semaligunler6447 Месяц назад +2

    Axşamınız xeyir bacım xoş gəldin 💜

  • @cavidtalibov7335
    @cavidtalibov7335 Месяц назад

    Salam bacıcan hər vaxtın xeyirli olsun,xoş gəldin💜

  • @ayselmammedlivlog4999
    @ayselmammedlivlog4999 Месяц назад +6

    Bacı çox gözəl mövzuya toxunmusan. Mənim bacım qüsurlu uşaqlarla pedaqoq kimi işləyir. İşini də çox sevə sevə edir. O isə başlayandan elə uşaqlar barədə elə şeylər eşidirəm ki ... İnan bacı bir çox sağlam insandan daha üstün keyfiyyətlərə malik olurlar onlar. Cəmiyyət də görərkən də adı insan görmüş kimi reaksiya verirəm övladlarıma da elə aşılamışam. Hardasa daun sindromlu uşaq görəndə mütləq gülümsəyirəm onlara çünki onların belə bir xüsusiyyəti var ki kimsə onlara gülümsəməyəndə pis olurlar fikir edirlər. Bu qaydanı hamı bilsə hamı riayət eləsə çox gözəl olar ❤

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +2

      Xoş gəldin Aysel. Sən hər şeyin yerini bilən xanımsan Maşallah sənə.
      Aa həqqi, bax bunu bilmirdim. Məndə onlar aqressiv olurlar deyə narahat olmamaqları üçün çox vaxt uzaq dayanıb o səmtə baxmıram

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      Çox sağol dediyin üçün bacı🤗

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад +2

      Bəli bacı elədir daun sindiromlu uşaqlar.Onlar gülmə krizinə belə girirlər.Məsələn Allah heçkimə göstərməsin 14,15 yaşa kimi yaşayan uşaqlar var xəstəliyin adın bilmirəm😢bacı o uşaqlar bəzən gülmə,bəzən ağlama krizinə girirlər.Bəzən olur uşaq 1 saat dayanmadan ürəkdən gülür,bəzəndə uzun müddət dayanmadan yana yama ağlayır😢Rəbbim hamıya sağlam övlad nəsib eləsin

  • @fidilarehimzade6584
    @fidilarehimzade6584 Месяц назад

    Salam Gözəl,İmanlı bacım💜

  • @sebuhimmmdli
    @sebuhimmmdli Месяц назад

    Salam.baci teşekkür edirəm siz həqiqi hicab əhlisiniz heç səsinizidə esitdirmirsiz.ALLAH SİZDƏN RAZI OLSUN BACIM 🤲🏻

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin bacım.
      Allah həqiqi laiqlərdən etsin İnşallah hər birimizi. Çox təşəkkür edirəm 💐

  • @Junior-p1u
    @Junior-p1u 29 дней назад

    Çox gözəl

  • @NazimMemmedov-zw5we
    @NazimMemmedov-zw5we Месяц назад

    Salam əziz bacım xoş gəlsin

  • @ilahe8478
    @ilahe8478 Месяц назад +5

    Xoş gördük bacım çox həssas mövzuya toxunmusan Allahıma hər gün saglam övladlar verdiyi üçün şükür edirəm Allah heç bir valideyni övladla imtahan etməsin

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      Xoş gəldin bacım🪻
      Eynən. Elə övladlarımızında əzizlərimizində sağ sağlam olması şükür səbəbimizdir can

  • @user-dv9pr1pi3z
    @user-dv9pr1pi3z Месяц назад +1

    Gozel bacim gozel movzuya toxunubsan ,her zaman dusunmusem .Cox da gozel izah etdin bacim Allah senden razi olsun.Hec bir gunumuzun qarantisi yoxdu kas anlasaq.Gul bacim senin gozel sozlerinin qarsisinda susuram.😘😘

  • @yusufEhmed
    @yusufEhmed Месяц назад +2

    Bu gun vidionu izleye bilmeyecem Ama beyenib cixiram inseAllah vaxt olduqca vidiolarini izleyecem gozelim Allah emnaet olun haminiz

  • @bagdagulabdulova7012
    @bagdagulabdulova7012 Месяц назад +1

    Cox gozel movzudu Baci.Men ise eksine xesde balalarmizi gordukde onlarin uzundeki nura mesumluğa hesretle baxiram uşaqlarin her biri gozeldi ama xesde balalarmiz daha bir özel olur.Allah her bir balamizi özu qorusun😘🤲

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Eynən bacı. Onlar baxışlardan narahat olur deyə baxmıram, amma fürsətim olsa saatlarca onların dünyadakı qüsuruna axirətdəki məkanlarına baxa baxa qalardım

  • @havvaylaorgusanat6986
    @havvaylaorgusanat6986 Месяц назад

    Alt yazıları okudum ne kadar güzel yazmışsınız Allah razı olsun

  • @HuseynXidirov-ub3qo
    @HuseynXidirov-ub3qo 29 дней назад +1

    Salam menim qizimin 4 yasi var serabral iflincdi hemde eqli geri menim en yarali yerimdi mene soz vuranlar olur deyenler olub ki yerimir neblim ona ayaqqabi don aliram deyirler nenirsen yermir hediye aliram deyirler agli kesmir biri var cani yanan biri var soz vurub gulen mende onlari Allaha tapsirmisam Allah onlari memim Zehrama her iki dunyada mohtac etsin menim ureyim nece yandirirlar onlarinda ureyi yansin 😔😭 amma Allah boyukdur men inaniram o duzelecek Allah butun xestelere sefa versin Allah qazilerimizede sefa versin sehidlerimize Allah rehmet etsin esgerlerimizi Allah qorusun

  • @HesenHesretov-bz1fj
    @HesenHesretov-bz1fj Месяц назад +6

    Salam bacı bu gün sağlam ola bileriy ancaq sabahı bilmirik başımıza nə gelecey

  • @aynus3321
    @aynus3321 28 дней назад

    Mən məmnunam can❤.Vloq ayrı,yazı ayrı❤Sən işində ol,yazmağa davam!

  • @Solmaz_Farzaliyeva
    @Solmaz_Farzaliyeva Месяц назад

    Salam gözəl xalam❤

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад +3

    Allah verəndə sağlamından versin.Rəbbim kiminki övladı yoxdu,sağlam övlad versin.Verəndə xeyelisin,sağlamın versin.Həmişə qızımada deyirəm narahat olma sağlamın verəcək🥰😘

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +2

      Amin bacım
      İnşallah sizləridə sağ sağlam və əməli saleh övladla müjdələsin Rəbbim🤲💐

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад

      @@EvimdekiGunlerimVLOG 🥰😘😘😘amin cəmi övladı olmuyanlara

  • @xdicshla5318
    @xdicshla5318 Месяц назад

    Aleykum Salam❤

  • @NazimMemmedov-zw5we
    @NazimMemmedov-zw5we Месяц назад

    Allaha əmanət ol gözəl bacım

  • @kaderasya
    @kaderasya 20 дней назад

    Selam ablam ve guzel kardeslerim ❤
    Ben 2016 yilinda oglumu kucağıma aldım ve oda arkdasim vardi çocuğu kusurlu olmustu zaten hamileyken biliyormus ama cokta ustune dusmemis
    Ben onun ve onun gibi nice bacilarim icin ne oda susledim nede çocuğumu gosterisli bir sekilde çıkardım..
    Yıllar sonra karsilastik
    Melegi kucaginda haraket etmeden uzaniyordu sadece goz teması kurup guluyordu 😢 Allah butun boylesi çocuklarımıza ailelerine sabirlar versin
    Ve arkdasim hâlâ pisman hamile iken doktorun dediklerini isitmeyip uzerine dusmedigi icin😢

  • @Xedice4872
    @Xedice4872 Месяц назад +2

    Bacican bu movzu nese mene cox pis tesir eledi cunki menimde bir ovladim qusurlu doguldu ama menimle 5 gun yaşadi sonra dunyasini deyişdi meley oldu qizim o qizim rehmete gedenen sora cox agladim sizladim ozume gele bilmirdim bir defe yatib yuxuda gordumki pirdi orda imamlarimizin resmi var menim balaminda şekli orda var o yuxudan sora men ozume geldim onan sora Allahim mene ovladimin evezini verdi bir qizim daha dunyaya geldi cox şukur Allaha iki ovladim var ama qusurlu qizim yaşasa onu başimin taci ederdim Allah o baciya sebr versin

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin bacım.
      Caan qurban olaram sənə, demək Cənnətdə sənə dua edən bir mələyin var. Necə şanslısan ay bacı. Sənə orda bir balan gözəl yerlər hazırlayır. Allah uzun ömürlər versin və zamanı gəldikdə mələyinlə Cənnətdə üovuş İnşallah
      Gözəl Allahım övladlarını əzizlərini qorusun İnşaallah

    • @Xedice4872
      @Xedice4872 Месяц назад

      @@EvimdekiGunlerimVLOG Can gözel üreyine qurban bacican Allah butun balalari qorusun bizimkilerde onun içinde heqiqeten çox gözel qelbin var eziz bacim💜

  • @user-ow2uu7zb6y
    @user-ow2uu7zb6y Месяц назад +1

    Beli back vaar 😊Canim yoldawim hasayla yeriyir. Elelrimdede vaar. Allah menu bahiwlasin 😢Onunla menide xowbext elesin InweAllah Amin

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +2

      Allah köməyiniz olsun bacım. Canım yoldaşım dedin Maşallah sənə. Rəbbim canındakı canına dərd qəm verməsin gözəlim

  • @H2018H
    @H2018H 28 дней назад

    Salam gözəl bacım. Necəsən? Allah səni aileni qorusun, əziyyətlərinin bəhrəsini görəsən bu qədər iş görürsən zəhmət çəkirsən haqqını halal et❤
    Ümid edirəm oxuyacaqsan. Bu mövzu mənim ən yaralı yerimdir. Mən lağ edilə edilə böyümüşəm. Əslində danışsam bir romanliq həyatım var.
    Fiziki qusurluyam, irsi genetik olaraq göz xəstəliyi var tibbi adı (pitoz). Çox şükr indi her şeyin çarəsi var, amma her şey duzelse bele qəlbimdəki o qiriqliq getmeyecek... 33 yaşım var, bu yaşıma kimi bile istiyə qəlb qirmamışam cunki qəlb acısı nedir yaxşı bilirəm, kimi incitmisemse Allah bağışlasın məni.
    Ta məktəb illərindən mənə lağ edibler gözlərimə, nə sinif yoldaşlarımla dostluğum oldu ne refiqeliyim, cəmiyyət içində gezende her kes bir qəribə baxisla baxırdı, hansı ki o baxış məni kompleksə saldı və özümdən heç xoşum gelmedi. Bilirəm Allaha şükr əlim ayağım sağdı amma ister istemez etrafın etdiyinin təsirinə düşürdüm axı mən insanam. İş həyatımda belə, her yerdə hətta qohumların arasında bele o baxışlar vardı.
    İndi başqa ölkədə yaşayıram burda ele lağ edilən baxışlar olmur amma mən yenədə o komplekslərdən azad ola bilmirəm.
    Uzun oldu üzürlü say bacım amma ürəyim doludu❤
    Allaha emanet olun

  • @lalalalcka6742
    @lalalalcka6742 Месяц назад

    🌹🌹🌹

  • @ummul-sumeyyasiyayusuf3158
    @ummul-sumeyyasiyayusuf3158 Месяц назад +2

    Mən həm videonu izləyirəm,həm alt yazini,həmdə rəyləri oxuyuram😊
    Nəyisədə ötürsəm yenidən geri qaytarib izləyirəm,yada oxuyuram❤

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад

    3:44 yox bacı hər ikisi maraqlıdır mənə.İşimi edib kofe içəndə baxıram həm videonu izləyib həm alt yazıları oxuyuram❤

  • @rabia.b799
    @rabia.b799 27 дней назад

    Salam. Aleykum menimde oglum ozeldi. Qusur bizik onlar yox.onlar qusursuzdu qelbleri tertemizdi.

  • @NazimMemmedov-zw5we
    @NazimMemmedov-zw5we Месяц назад

    Balokonda sən keyif çıxardansa elə bil məndə orda oluram bacı insana hüzur verir həqqiqətən

  • @jafarsara2217
    @jafarsara2217 Месяц назад +1

    Salamalekuma menim en deyerli bacım senş seve izliyirem arada sen olmadın çox darıxdım mende telfon köhnedi yotube açmır Goquldan baxıram yaza bilmirem ancaq izliyirem arada bir bele açılır vidyo dedim yazım menim bacım balasıda Serabaliflicdi 😔Allah bütün xestelere şifa vetsin inşeAllah 🤲🏻💜

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin bacı qurban 🥰
      Caan çox sağol yazdığın izlədiyin və hörmətin üçün canım mənim.
      Allah kömək olsun balamıza🤲

  • @cavidtalibov7335
    @cavidtalibov7335 Месяц назад +4

    Mövzunu oxuyurkən çox kövrəldim😥 xalamın nəvəsi də elə mələklərdəndir.Gözümün qabağındadır o uşaq(artıq 32 yaşındadır hələdə uşaq kimidir)canım mənim o qədər çox istıyirik ki,onu.Maması ilə tel.nən danışanda səsi evnən bir olur,səsimi eşidir sevinditindən qışqırır (nə danışa,nə yeriyə bilmir,abadan gəlmə onurğa sütununda problem var) Allah köməyi olsun xalam qızı çox əziyyət çəkir,yeməyi ağzında çeynəyib ,ona verir ,bir dəfə şijayətçi olmayıb halindən,ən çoxda onu istəyir ,sağlam uşaqlarlndan da artıq.Baş ağrısı olmasın canım ,çox yazdım,üzürlü say,həssas yerimdir mənim.

    • @xdicshla5318
      @xdicshla5318 Месяц назад

      CAN❤

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      Can can əllərindən ürəyindən öpürəm o ananın, Allahın əzizidir Allahın dəyərlisidir. Cənnət sakinidir o ana

    • @cavidtalibov7335
      @cavidtalibov7335 Месяц назад +1

      @@EvimdekiGunlerimVLOG Çox sağol ,gözəl ürəyinə qurban olum,gözəl bacım💜

    • @cavidtalibov7335
      @cavidtalibov7335 Месяц назад

      @@xdicshla5318 canınız ağramasın bacıcan.

  • @bisirdusur414
    @bisirdusur414 Месяц назад +2

    Xoş gəldin gözəl bacım❤

  • @Mammadova98
    @Mammadova98 Месяц назад +2

    Menim 2 yasli oglum anadan gelme xayasinin biri yoxdu .bu geleceyine boyuk tesir edecek .cox pis oluram ozumi gunahkar bilirem.hamileliyde eseb stress kecirtdim ona gore oldu😢

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Allah köməyiniz olsun bacım. Stressi tək başına əldə etməyibsən axı, tək başınada günahlandırasan özünü.
      İkincidəki nə olur olsun sağ canı olsun balalarımızın İnşallah

  • @cavidtalibov7335
    @cavidtalibov7335 Месяц назад +3

    Bacım əlinə ,əməyinə sağlıq👏👏 mən çox sevirəm,basırıq ,çoxlu veş olan yeri yığışdırmağı🤭 bir yeləri təmizləyərkən 3-4 torba zibil atmadınsa daha noldu😂 onla bərabər stres atıram😘 ekı bir yerim var padval deyirik biz,həvəslə yığışdıracam🤷‍♀️(gülmədinki,mənə)😂

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +4

      Caan padval təmizliyi, uşaq vaxtı msmsm bacımla ikimizi basardı ora təmizləyin deyə😄

    • @cavidtalibov7335
      @cavidtalibov7335 Месяц назад +3

      @@EvimdekiGunlerimVLOG Eynən canım ,uşaqlığımnan qalıb elə,nənəm özü ilə səhərdın düşürdük,birdə axşam çıxırdıq😂

  • @kbragamalyev3833
    @kbragamalyev3833 Месяц назад +2

    Salam dəyərli əziz qızım necəsiz tamamilə doğru deyirsiz Allah hamını eyni yaradıb fərq qoymayıb insanlar sonradan öz əllərilə qazanırlar Allah sənə demir ki get haram ye get zina et oda çıxsın evladında qüsurlu olsun əlin qolun var olsun tər təmiz oldu yüngülləşdi oğluna maşAllah savaflı uşağdı ay can şəkərim necə də oturub qulaq asır qaqasına

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldiniz əziz xanım💐
      Mən videoda harama zinaya bilərək toxunmadım ki Allah eləməsin qüsurlu övladı olan gözəl anaların qəlbinə dəyər birdən sözüm. Amma o qədər haklısınız ki

  • @Kiçik_dünyam
    @Kiçik_dünyam Месяц назад

    💜💜💜💜💜

  • @QaqasAqaev
    @QaqasAqaev Месяц назад

    ❤❤🎉

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад +1

    Maşallahlar olsun övladlarına.Hər ikisi xoşbəxt balalardan olsun bacı.İkisidə savadlı,bol potensiallı,ağıllı uşaqdırlsr maşallah.Bacı Xəyyamın neçə yaşı var?

  • @trlanxlilov3630
    @trlanxlilov3630 Месяц назад

  • @user-dv9pr1pi3z
    @user-dv9pr1pi3z Месяц назад +2

    Bacim bizim evde de en cox kitab defterdi,ev elebil kitabxanadi😃taxtin altindan tutmus her yer ,usaqlarla yigisdiriram deyiler mama o kohne ildi ,deyirem Allah sizi saxlasin bes bunu niye evde saxlamisiq😀.Nevaxtsa birazini seyredirik ele bilirem yuklerim azalib sevinirem.

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      Maşallah bacı. Əhsən övladlarına

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад +2

      Bizdədə ancaq kitab,ədəbiyyat qəzəllər və s.bacı😂mənim özümündü uşaqlarında olub onlar işlətdikcə əmisi uşaqlarına lazım olub,kimə lazım olub veriblər qaytarmayıblar,qızım lazım olanı aparıb özüynən o qədərdə kitabı yoxdu uşaqların evdə.Amma özümün kitabım çoxdur o qədər vəsaitim var bacı😂şkafı açıram üstümə gəlir arada açıram şkafı silirəm hamısın yığıram,çoxun oxuyub bitirmişəm😊amma müəllimə olduğum üçündür bəlkədə nədəndir bilmirəm ədəbiyyatdan nə qədər desəniz kitabım var.Allah övladlarınıza zehin vsrsin oxusunlar.Yüksək pillələrdə olsunlar.

  • @havvaylaorgusanat6986
    @havvaylaorgusanat6986 Месяц назад +1

    Kolay gelsin arkadaşım eline emeğine sağlık güzel bir paylaşım olmuş komşuyuz ama pek ziyaret etmemişim her zaman görüşmek dileğiyle Allah'a emanet olun

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Hoş geldiniz. Öylemi? Bak komşuluk düşüyor böyle olunca. Bende iyadeye geleyimde daim kalalım canım🤗🤗🤗

  • @samirsamirzade7131
    @samirsamirzade7131 Месяц назад +1

    salam baci can menim qusurum uzde yox daxildedi ana betninde olanda men anam virus kecirmiw daxilimde bir orqanim inkiwafdan dayanmiw onun esasinda ovladim olmadi ama yene de wukur edirem

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin bacım.
      Bəlkədə Rəbbim sənə kimsəsiz bir cana can olmağını yazıb. Bunun ikiqat savabını qazanmaq fürsətin var. Kimsəsiz bir balaya ana vermək, ailə vermək demək Cənnətin qapılarını açmaqdır

  • @user-ix1fl9vn8l
    @user-ix1fl9vn8l Месяц назад +1

    Bacim mən yazinida oxuyuram vloquda izləyirəm ən birinci layk qoyuram❤

  • @MehdiBayramov-mm5ts
    @MehdiBayramov-mm5ts 29 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @user-fj5lj1rl7u
    @user-fj5lj1rl7u Месяц назад +1

    SALAM BACİ ELTİMİN OGLU EQLİ GERİDİR İLLERDİR PUL TÖKUR SAGALSİN REBBİM BUTUN BALALARİ SAXLASİN❤😢

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Allah köməyiniz olsun bacım 💐🤲

    • @user-fj5lj1rl7u
      @user-fj5lj1rl7u Месяц назад

      @@EvimdekiGunlerimVLOG CAN BACİ İN SA ALLAH SAGALAR UMİDD EDİRLER

  • @xdicshla5318
    @xdicshla5318 Месяц назад

    ❤❤❤❤❤

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад

    Salam canım❤

  • @user-dv9pr1pi3z
    @user-dv9pr1pi3z Месяц назад

    Gozel bacim dunen yazmisdim yene yaziram.Senden bir sual sorusum ,bacim zehmet olmasa iyneni neyi neye qatdin nece gun vurdun ?Menim qaynimin yoldasinin beli argiyir seni de severek izleyir amma tessuf ki rey yaza bilmir.Bacim bu cavabi onun ucun yazarsan ozu oxusun .Cox sagol canim

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Canım dünən internetim yox idi deyə heç bir şərhi cavablaya bilmədim üzrlü say gözəlim.
      Bacı həkim məsləhəti olmadan vurmasın. Ağır iynələrdir.
      B12
      Deksametazon
      Diclofinat
      3 nu bir yerə qatdıq vurduq 3 dəfə gün aşırı

    • @user-dv9pr1pi3z
      @user-dv9pr1pi3z Месяц назад

      @@EvimdekiGunlerimVLOG Cox sagol bacisinin ureyi

  • @aynus3321
    @aynus3321 28 дней назад

    Mən hər ikisini edə bilirəm,həm videonu izləyirəm,həm oxuyuram.Cəld olmaq lazımdı,bizdə peşə"xəstəliyidi"yəqin.🤭.mən videoyaya baxa baxa o da nəzərimi necə olsa çəkər,müəllimin 8gözü ,8qulağı,6əli olmalıdı boşuna deməyiblər)).Qüsur dediyimiz doğru deyil bəli,çünki Yaradan onları belə yaradıbsa,biz onlara qüsurlu yəni əskik deməyimiz doğru çıxmır.Bir şey ki cənnətdə onlar tam olacaq hətta bəlkə bir çoxumuzdan da əziz.Ama nə etməli ki,lüğətimizdə bu sözü əvəz edəcək ifadə yoxdur.Mən hər zaman deyirəm ki insan əxlaqi qüsurlu,bilərəkdən "əqli qüsurlu" olmasın ,ayaqda,əldə və s.olanlar isə qüsur deyil.Çünki bədən ət,sümük fani, ruh isə əbədidir! Belə şeylərə lağ edənləri İNSANdan saymıram mən.Odur onlar haqda heç bir müsbət mənfi fikrim münasibətim də olmayıb heç vaxt!

  • @oktaydemirov9804
    @oktaydemirov9804 Месяц назад +2

    Əziz yerlim men anlamiram sen niye sef anlaşılmisan axi seni neçə vaxt izləyirəm bilirəm necəsən ele pis oluram senin haqqinda nese oxuyanda başqa kanalda her defe mende şerh yaziram müdaxilə edirəm çalişiram şirin dillə yazim kobud yazdim sef anlaşildim amma görürem yoxx heçnə düzelmir. Rəqabət sağlam olanda xoş olur.❤

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Can qadanalım mən nə çəkişirəm nə rəqabət aparıram. Bəzən deyirlər rəqabət yaxşı şeydir amma mən sevmirəm. Mənimki odur ki salla başını al maaşını😍😍😍😍😍

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Səndə kimsəyə yazma bacı. İnsanı bilən bilər bilməyəndə özü kimi bilər☺️

    • @oktaydemirov9804
      @oktaydemirov9804 Месяц назад

      @@EvimdekiGunlerimVLOG nə deyim vAllah nə söhbətdi anlamiramm eey tamam anlamira özdəə

  • @user-gb1uk7pu2n
    @user-gb1uk7pu2n 29 дней назад

    Salam baci.Bir mövzu haqqinda isterdim Qiz övladi 9 yasina catanda hicab taxmaga tereddut edirse evden mecbur taxdirmaq olar?Yoxsa gunahdı?

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад

    Bacı sizin neçə yaşınız var?Desəz sevinərəm,deməsənizdə canınız sağolsun heçnə olmaz❤sadəcə maraqlıdır neçə yaşınız var maşallah deyəsən oğlunuzun artıq 18 dən yuxarıdır yaşı❤

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      Caan mənim icazəm bu qədərdir gözəlim. Şəxsim haqda məlumata icazəm yoxdur. Hərdən deyirəm elə bil axtarışdayam gizlənmişəm🤭🤭
      Məndən olsa heç bir problem yoxdur ad yaş filan, amma kanal açandan şərtimizi kəsmişik ki, şəxsi məlumat olmasın.
      Neyniyək bacı ağa deyir sür dərəyə sürürükdə🤗

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад

      @@EvimdekiGunlerimVLOG hə can yaxşı edirsən.Yoldaşın icazə vermirsə nə vacibdir.Əsas ailə xoşbəxtçiliyin olsun.Bizədə baxıb izləmək düşər

  • @MehRam9mk3
    @MehRam9mk3 Месяц назад +2

    Yoldaşım tərəfdə var ürəkləri tərtəmiz məni o qədər çox istəyirlər tərəfimi saxlayırlar mənim də xoşuma gəlir ki mənə necə deyər verirlər eləcə də məndə onları çox istəyirəm biri lap kamedoyadı yanında durmaq mümkün deyil gülməkdən mədəm ağrıyır ( çox gülməyi sevən biri deyiləm yerində və qaydasında bəzən bu belə problem olur ki qaşqabaqlısan danışıb gulmursən, hər şeyin öz yeri var) uşaq kimidir amma bəzən elə söz deyirlər böyüklər belə o sözə malik birisi deyil( yoxsa bəzi anakondalr 😤😤qüsur axtarmaq istəyirlər məndə, əsil qüsurlu olan özləridir)

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Maşallah sənə.
      Qurmuşamee səni beynimdə hazırsan😉

    • @MehRam9mk3
      @MehRam9mk3 Месяц назад

      @@EvimdekiGunlerimVLOG yox qurban sənə o qədər də yox inanma pərdə arxası insanlara bunu mən çox analiz etmişəm, sən hara mən hara. Heç kimə bel bağlaya bilmirəm Salam verməyə belə çəkinirəm bəzən, yaxşı insanlar çox az qalıb, zərbənin kimdən gələcəyi bəlli deyil

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Yox can. İnsanı kəlimələri ələ verir😘😘😘😘

  • @MehRam9mk3
    @MehRam9mk3 Месяц назад +1

    Salam gözəl dəyərli bacım necəsiniz
    Artıq şeylərdən danışmayın bizdə də elədir illərlə dəymə lazım olacaq deyildiyi şey heç vaxt lazım olmur məndə atıram gedir, səhəri gün deyir evdə flan şey var idi hanı adam var ona verəcəm, deyirəm atdım sonra keçib sakit otururam😂😂😂😂 mən də heç xoşlamıram artıq və istifadə edilməyəcək şeyləri çünki çox bastırıq olur evlər balaca darısqal əsas lazım olan şeyləri saxlayıram, bəzən yoldaşım özü deyir onu atın bunu atın

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin bacıcan🪻
      Mən azaldıram evdəkilər çoxaldır. Evin içindədə eləyəm bacı. Geyinmədiyim corabı belə dolabda tutmaram. Seyrək və səliqəli olanda ürəyim və beynim rahat olur

    • @MehRam9mk3
      @MehRam9mk3 Месяц назад

      @@EvimdekiGunlerimVLOG 😂😂

  • @nurlanqulusoy8448
    @nurlanqulusoy8448 Месяц назад

    😢😢😢😢😢😢

  • @nurlanaakberova2583
    @nurlanaakberova2583 29 дней назад

    Kaş bezi anlarda etrafimizdaki insanlarin bir qismi deyilde,hamisi siz kimi düşuncede ola bacim🧕💜🤲.Özümüz anlasaqda amma etrafimizdaki insanlarinda bize bu sozu demesi başqa cür güc verir insana.Bu heyatda bezi vacibatlar varki bezen geciker,bezen heç gelmez.Amma onun esas Haqq dunyadaki mükafatin mütleq artiq şekilde alariq düşüncesi yeni🤲🤲🤲🤲

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  29 дней назад

      Gözəl Allahım Cənnətinə sakin etsin sizləri bacıcan❤

    • @nurlanaakberova2583
      @nurlanaakberova2583 29 дней назад

      ​@@EvimdekiGunlerimVLOGBahem bacican🤲🤲🤲🧕💜

  • @NazimMemmedov-zw5we
    @NazimMemmedov-zw5we Месяц назад +1

    O qədər gözəl sözlər o qədər gözəl dualar dedinki bacı sanki ruhum dincəlir Allah səndən razı olsun gözəl bacım

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Ürəyi gözəl bacım. Sən gözəl görürsən hər şeyi🤗🤗🤗

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад +1

    3:01 bacı bəzən bu kökəlmək dərdi qoymur güclü qidalanmaqa.Söz yox çox kökələn deyiləm ama gərək yemiyim özümü saxlayım

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      Əminəmki baxımlı və gözəlsən🤗

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад

      @@EvimdekiGunlerimVLOG caan bacı.Artıq yaş ötür,ama yenədə özümə baxmaqa çalışıram😂ama yaş ötür uje qocalıq əlamətləri gəlir az deyile day yaşım🤭

  • @user-dv9pr1pi3z
    @user-dv9pr1pi3z Месяц назад

    Siz de bir karar verin canim yaa

  • @MehRam9mk3
    @MehRam9mk3 Месяц назад +1

    Mövzu həssas mövzudur bu barədə ümumiyyətlə danışmağı nə də danışılmasını xoşlamıram, uşaqlara dəyməyək toxunmayaq və incitməyək. Keçən il həyətdə bir problem yaşanmışdı oğlum gözləri dolu şəkildə gəldi dedi ki, arvadlar imkan vermir top oynamağa danışırlar qoymurlar usaqlığımızı yaşayaq məndə dedim eybi yoxdur fikir vermə, binanın demək olar bütün uşaqları orda futbol oynayıb qonşular qışqırıb söz deyiblər buda onların sözünə cavab verib, sonra nənəsi xoşum gəlməyən kəlmə işlətdi məndə özümdən çıxdım nə çıxdım insan ağzından çıxan kəlməyə diqqət etməlidir, hələ də bunu həzm edə bilmirəm, o ki qaldı qüsuru olana söz demək ələ salmaq, qüsur uşaq da yox onu necə görəndədir, bu tək anadan gəlmə olmur sonradan da bəzi səbəbmi deyim, səhlənkarlıqmı olur

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Mənidə özümdən çıxardan və özümdən ixdiyarsız canavarlaşdıran iki səbəb var həyatda. Bir övladlarım, bir iffətim. Bu ikisinə dil uzadanı dişimlə parçalayaram

    • @MehRam9mk3
      @MehRam9mk3 Месяц назад

      @@EvimdekiGunlerimVLOG belə də olmalıdır, qadına ALLAH ali bir dərəcə verib bunu ucaltmaq bizim əlimizdədir, qadın namusu ilə fəxr etməlidir hansısa bir çirkin əmələ və yaxud bərbad bədən forması ilə deyil, niyə bəzi qadınlar özlərini alçaldır başa düşmək olmur, nəyə lazımdır baxda ətrafında yetərincə peşman olan insanlar var çirkin əməllərdən sən hər zaman cavan olmayacaqsan

  • @nihatqurbanov1691
    @nihatqurbanov1691 Месяц назад +1

    Salam. Bacı qüsursuz yalnız ALLAh heç vaxt lağ etməy olmaz günahdır çünki heç kim bu həyatdan sğortalanmıyıb qüsurluda qüsursuzda hamımız Allahın yaratığı bəndələrik

  • @EliMeherremov-fx7ho
    @EliMeherremov-fx7ho 29 дней назад

    Salam baci .menim bacım da qusurludu. Hergun mennen sorusur menim nece yaşım olacax?deyirem 36 . Yanimda olmur amma. 😢anam rehmete gedib.Ama indi yanimdadi getirmisem. Getirirem apariram. Onlar gunahsizdirlar duzdu baci.amma onlara baxmaq cooooooxx çetindir. Baxmayan yasamayan bilmrz.senedlerini duzetdirirem baci dua edinki duzelde bilim.

  • @aynus3321
    @aynus3321 28 дней назад

    Bacı,yumurtalı çörəyin yumurtasına azcs süd bə şəkər qat,çoox dadlı olur.Uşaqlar çox sevir.Nuş olsun.

  • @ravilrehimov380
    @ravilrehimov380 29 дней назад

    Sadəcə iş görəndə baxmaq olmur .dincələndə izləyərik hüzür taparıq hər zaman iş olmurkii😍 4:00

  • @bhlulabbaszad2321
    @bhlulabbaszad2321 Месяц назад +2

    Salam bacı.sizin vloqlari sevərək izləyirəm.menim də başıma gəlib.Qaynanam 7 ildi yataqdadi.kecen yay rayona getmişdik əlil arabasında gəzdirirdik.inan bacı insanların insanların çoxunun qəribə baxışları adamı lap əsəbiləşdirirdi.

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin bacım🪻
      Allah şəfasını vetsin İnşallah 😔

    • @milanemirzezade9124
      @milanemirzezade9124 Месяц назад

      ALLAH,Sizdən razı olsun ki-qulluğundasınız..Adam var,atır başqasının üstünə-gedir dincəlməyə...

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      ​@@milanemirzezade9124məncədə. Heç öz valideyninə baxmayanını görürük

    • @bhlulabbaszad2321
      @bhlulabbaszad2321 Месяц назад

      @@EvimdekiGunlerimVLOG çox sağ olun.allah bütün xəstələrin şəfasını versin.

    • @bhlulabbaszad2321
      @bhlulabbaszad2321 Месяц назад

      @@milanemirzezade9124 çox sağ olun

  • @Yasinayaz26
    @Yasinayaz26 Месяц назад

    Aye sizle baglidi bilirəm

  • @user-rg1ep6pi7v
    @user-rg1ep6pi7v 29 дней назад

    Salam bacıı menim evimde qayananm böyuk bir gunah işledir gözumle görurem 😢 özude bilirki sehf iş görur ama pul gözun buruyub men nese desem deyecey gelin mene şer atir ama boğluram evimnen aylemnen uzaqlaşmışam heçneden lezet almiram süte su qatıb satan qaynana ile yaşamq öldurur meni 😢😢😢

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  29 дней назад

      Xoş gəldin bacım.
      Bacı sən evin gəlinisən, əgər bu işi yoluna qoymaq üçün sözünün qüvvəsi yoxdursa və bunu deməklə söz söhbətə səbəb olarsansa və nəticədə yenə davam edərsə, o zaman sənin boynundan haqq götürülüb.
      Əgər əlavə halal qazancınız varsa bacardıqca o pul ilə dolanın və süddəki gəlirlə heçnə almayın. Yox əgər evin büccəsi ordandırsa yenədə günahı sənin boynunda deyil edənin boynundadır. Yoldaşına deməyin vacibdir. Bəlkə yoldaşın yoluna qoyacaq qarşısını alacaq vəya evin dolanışığına o pulu qatmayacaq. Əgər yoldaşın bilib susarsa o zaman günah ikisinin olar sən yenədə təmizsən bu məsələdə. Amma bir dəfə xoş dil ilə qaynananla bunu danışıb çəkindirməyə çalışma hökmü var boynunda. Sən de borcundan çıx, gerisidə səndən çıxacaq.
      Lakin bunu orda burda danışmaqla ifşa etməklə günah edərsən bunu etmə💐
      Allah köməyiniz olsun

    • @user-rg1ep6pi7v
      @user-rg1ep6pi7v 29 дней назад

      @@EvimdekiGunlerimVLOG hee bacı yoldaşım bilirr isdiyirki bu işi görende tutsun ki mene prablem olmasin yoldaşım işdiyirr ama yenede qaynanam o sudun qazancı ile eve nese alirr eslinde heç kime demeşem bu söhbeti ama senen meslehet almaq isdedim Allah bağışlasın gunahimi Allah eyibleri örtendiirrr 😥😥

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  29 дней назад

      Yoldaşın bilirsə sənin haqqın onun öhtəsindədir bacı. Burda sənə bir günah yoxdur.
      Mənə yazmağında problem deyil, çünki həm niyyətin başqadır həmdə mən və burda kimsə sənində qaynananında kim olduğunu bilmirik. Əgər ürəyin rahat olacaqsa sil heç qalmasın şərhin

  • @vusalebabayeva960
    @vusalebabayeva960 Месяц назад +1

    Bunu edenler hamsi düşünceye sahibdirler?

  • @vusalsuleymanov5652
    @vusalsuleymanov5652 Месяц назад +1

    salam aleykum mənim kimi etsinlər videoya 2 dəfə baxsınlar birində oxusunlar birinidə baxsınlar😂😂💜💜💜💜💜💜💜💜

  • @ilahe8478
    @ilahe8478 Месяц назад +1

    Qüsurlu insanları başqa cür baxmaga heç kimin haqqı yoxdur mın bir hadisənin şahidi olmuşam subay vaxtı bir tanış var idi demək olar ki yaşıd idik qonşuluqda əlində ayagında qüsur olan biri var idi gəzəndə axsıyırdı ayagının biri uzun biri qısa idi həmin yaşldım olan qız gəlib onun gəzməyini yamsılıyıb gülürdü deyirdim ona eləmə günahdı qulaq asmırdı inan bacım illər keçdi ailə qurdu Allah ona oglan övladı verdi eynən yamsıladıgı adamın qüsuru nə idisə ogluda elə oldu neçə illərdi həkimlərdə gəzir düzəldə bilmir

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      O xanım adına üzüldüm bacı. Rəbbim mimsəni övladıyla sınamasın İnşallah 😔

  • @ravilrehimov380
    @ravilrehimov380 29 дней назад

    3:56 bele davam edin məncə 🤗

  • @user-ps1rp7iy8q
    @user-ps1rp7iy8q 29 дней назад

    Salam menim balam başdan ayağa yara icindedi ne utanmıram nedeki cekinmirem hec kimnen yaraları gedir gelir oglumumada basa salmısan ki sen Rebbimin sevimli öladisan senin kimi uşaq yoxdu etrafinda tekce sensen oğlumdan sevinir bu dözleri eşidib.Allahimnan çox raziyam elhemdulillah.

  • @user-dd7di2zy8e
    @user-dd7di2zy8e Месяц назад

    РАНам❤️❤️❤️

  • @samiraseferova-qe5kr
    @samiraseferova-qe5kr Месяц назад

    Qonşu buranı işlətmir tək Sizindi?

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      İkimizdə işlədirik. Dolablarımlz ayrıdı. Qapıdan girişdəki böyük dolab onundur bunlarda mənim💐

  • @SevincliGunler
    @SevincliGunler Месяц назад +1

    Bu yazı olsun olmasın teması bitmirdə.yazmırsan deyirlər maraqsızdı alt yazısız .yazırsan deyirlər olmasın.ay gözəl insan kimsə mecbur edirmi mütləq alt yazını oxu deyə? oxuma videonu izlə.əslində elədə cetin deyil hem oxuyub həm izləmək. Her ikisi olanda maraqlı olur axı

  • @Mehinrustem
    @Mehinrustem Месяц назад +2

    Ozunuzu niye gizledirsinizki?sizi colde bayirda dukanda toyda goren olmur?

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +2

      Xanım gedib gəlib eyni şeyləri yazmaqdan bezmədiz? Hər şərhiniz kin daşıyır. Xoşunuza gəlmirəmsə, etdiklərimi 8ndan bundan pyrənib edirəmsə, görünmürəmsə İZLƏMƏYİN💐

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад

      Aa onla bu birdirmi xanım?özü istəmir bacımız,yoldaşı bəlkə icazə vermir.Özüdə hicablı xanımdı nə mənası var özünü paylaşmaqln.Boş ver bacı qurban səndə,hərə bir söz yazacaq❤

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад +1

      ​@@user-zs3tf6gm3y boş verime can. Bəyənmədikləri halda izləyirlər məndə onların yaxşılığı üçün deyirəm🤭🤭🤭🤭

    • @Mehinrustem
      @Mehinrustem Месяц назад

      @@EvimdekiGunlerimVLOG 🤪🤪

    • @user-zs3tf6gm3y
      @user-zs3tf6gm3y Месяц назад

      @@EvimdekiGunlerimVLOG hə can düz deyirsen

  • @SamireNovruzova388
    @SamireNovruzova388 29 дней назад

    💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @user-zs3tf6gm3y
    @user-zs3tf6gm3y Месяц назад

    Canlar kim yaxşı günəş üçün spf bilir?Yəni yaxşısı olsun adi aptekdə satılan yox.

  • @NazimMemmedov-zw5we
    @NazimMemmedov-zw5we Месяц назад +1

    Birinin uşağı xəstədirsə ona gülməkmi olar?😡hansı iyrənc insan belə edər axı o Allahın göndərdiyi ənnn gözəl bəndəədir onlar Allahı bizdən daha çox dərk edirlər çünki çox vaxt şahidi olmuşam Rəbbim həmin balalara köməy olsun atasına anasına səbr vedsin

  • @user-rs2gg3cm1m
    @user-rs2gg3cm1m Месяц назад +1

    Хош келдин езиз бачым бу мовзу меним яралы йеримди меним гардашымда даун синдромлу догулмушду гонум гоншу чох истийирди биз озумузу 3 бачыйыг белке узагда олдугума коре ен чох мени истийирди чох позитив ушаг иди онлара ялныз кулумсемек лазымды чемиййете бир горхусу хетери йох иди чох дейирдилер верин багчая ушаглара адаптасия олсун мамам козунден узага гоймурду коз бебейи кими бахырды Аллах кимсейе гусурлу овлад вермесин 22 яшында рехмете кетди 🤲😭😔

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      Xoş gəldin İradəm gözəl bacım.
      Caan Allah rəhmət eləsin gözəlim😔

  • @hesenmemmedov7410
    @hesenmemmedov7410 29 дней назад

    Ana betninde bas veren her seyede hokm veren Allahdir movzuya yanasmaniz duzgun olmadi biraz momine bacim

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  29 дней назад

      O zaman belə şıxırki birisini birisindən kifayətsiz yaradan Allah bəndəsinə zülmmü edir?
      Allah əql verib, elm verib, tibb verib. Birisi özünü atırsa damdan Allahmı elədi deyək? Hər şeyi Allahın boynuna atmaq olmaz axı.
      Birdəki bu fikirləri ustadımız Hacı Ramildən dinləmişdim Allah ondan razı olsun🤲

  • @MehRam9mk3
    @MehRam9mk3 Месяц назад

    Həm izləyib həmdə oxuyuram nöqtəsinə kimi
    Dəyərli Hacımız demək olar gün ərzində nə qədər izləyirəm onu, niyə onu kiminsə çox istəyəni bəzi insanlar problem edir, nə pis iş görüb nə günah edib, bəyəm onu çox istəyənlər ALLAHa qarşı çıxmış olur bu beyinsiz düşüncə haradan ağıllarına gəlir bilmirəm, sanki yerə əkiblər ordan dartıb məcburi çıxarırlar, bu sevgini ALLAH qəlbimizə yerləşdirib gözəl bir bəndə yaradıb niyə sevməyək, lazım olsaydı elə yezidə, hind hindudu hinduşkadı kimdir o bir də müaviyə onları kimlərsə tərif edirdi ( heç sevgi kəlməni onlara demək belə günahdır) onlara sadəcə nifrət toxumu əkib qəlbimizdə və qiyamətə kimi belə davam edəcək. Hacı haqqında o qədər gözəl sözlər yazılır, mənə ən təsir edən sanki o video ölümündən sonrakı anı təsvir edirdi məndən razı qaldınızmı deyə söz 😢😢 hamı razı qaldıq deyə yazmışdı, bir nəfər yazıb səndən razı qaldıq amma doymadıq, bizə bu qədər ölümü təsir etdisə gör kişilər və cavan oğlanlar nə haldadır, onu bu dünyada heç kim əvəz edə bilməz

    • @EvimdekiGunlerimVLOG
      @EvimdekiGunlerimVLOG  Месяц назад

      😢😢😢😢 ay bacı öldüyünü bilib varmış kimi yaşayırıq hamımız. Sanki o videolar yeni yeni çəkilir kimi rahatlanır qəlbimiz😔

    • @MehRam9mk3
      @MehRam9mk3 Месяц назад

      @@EvimdekiGunlerimVLOG elədi can bacı inanmaq olmur, onun vaxtsız gedişindən sonra o qədər utandım ki, onun kimi bir insan bu dünyanı tərk elədi mən niyə yaşayıram kimə nə xeyrim, nə etmişəm həyatda nə qazanmışam, sadəcə möhlət istəyirəm az da olsa əlimdə nəsə olsun əli boş getməyim bu dünyadan, yaradan görsün ki az da olsa nəsə gətirmişəm, həqiqətən çox utanıram ALLAHdan, bəzən deyirəm görürsən də məni məndən yaxşı bilirsən elə şeylər olur özümdən asılı olmur əsəbləşirəm, aqressiv oluram deyirəm bağışla mənə fikir vermə bilirsən ki, dəliyəm anormalam, gördün mənə nə dedi yenə başı aşağı elədi, hər dəfə onları məndən uzaq tut deyə dua edirəm, bəzən özümə təsəlli verirəm yəqin ALLAHın xoşu gəlir mənim ağlamağımdan dua etməyimdən yəqin ona görə elə insanlarla məni sınayır danışdıqca rahatlaşiram yenidən doguluram in şə ALLAH günah olmaz belə həddimi aşmağımda, ALLAHa əmanət olun dəyərli bacım