Vüqar Biləcəri
HTML-код
- Опубликовано: 10 фев 2025
- Vüqar Biləcəri Şeir
Vüqar Biləcəri Qəzəl
Gül ki ey qönçə dodaglim ki baxıb məndə gülüm
Tanrı bir başqa gözəllik yaradıb sende gülüm
Oyanıb naz ile her sübhü dararsan zulfun
tellərin ətrini yellər səpələr kəndə gulum
#Vuqarbileceri #qezel #Gulum
Dahi şair🖤
Çox qəşəng şeirdi 🖤🖤🖤
ALLAH Rəhmət Eləsin Kəlbəlayi Vüqar Biləcəriyə Amin İnşALLAH Böyük sənatkar idi
Zloy buy
Düzünə vüqar biləcəri
Allah sənə Rəhmət eləsin ❤
Gülüm.. 🥀
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm,
Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm.
Gecələr mahi-münəvvər sənə heyran olmuş,
Gündüz aşiq sənə, xurşid idi rəxşəndə, gülüm.
Oyanıb naz ilə hər sübh dararsan zülfün,
Tellərin ətrini yellər səpələr kəndə, gülüm.
Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə,
Baş əyər fəxr ilə güllər sənə gülşəndə, gülüm.
Mürği-dil boylanar hərdən qara xalın tərəfə,
Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm.
Öz əliylə bəzəyib həzrəti-memar səni,
Sonra göydən yerə göndərdi nümayəndə, gülüm.
Elədim zülfü-pərişanına bir dəfə nəzər,
Fikrim ondan sora ta oldu pərakəndə, gülüm.
Mərhəmət eylə, Vüqar, bəxtiqarənin gününə,
Bəlkə, biz də çıxarıq bir yana sayəndə, gülüm.
ALLAH Rəhmət eləsin.... 🥀🥀🥀
Bu mahnının adı varsa yaza bilərsiz
Gülüm