Azərbaycan təbii yanacaqdan yaşıl enerjiyə keçidini nümayiş etdirməyi planlaşdırır - Ölkə rəhbəri

Поделиться
HTML-код
  • Опубликовано: 22 апр 2024
  • "Azərbaycan qalıq yanacaq və bərpa olunan enerji mənbələri arasında düzgün tarazlığın yaradılmasının yaxşı nümunəsidir. Ölkədə ən azı 100 il özünü və bazarı təmin etmək üçün kifayət qədər böyük təbii qaz yataqları var. Eyni zamanda, onlar bərpa olunan enerji mənbələri üçün investisiyalar cəlb ediblər".
    Ednews xəbər verir kİ, bu fikirləri ölkə prezidenti ADA - da “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda , Böyük Britaniyalı Enerji Təhlükəsizliyi Mütəxəssisi Con Robertsin sualına cavabında bildirib.
    "Azərbaycan üçün böyük üstünlükdür ki, onun günəşi və küləyi var və ilin təxminən 300 günü gecə-gündüz əsən külək Xəzər dənizindən nəinki təmiz hava, həm də təmiz enerji gətirəcək.
    Bir neçə ildən sonra Azərbaycan təbii yanacaqdan yaşıl enerjiyə keçidini nümayiş etdirməyi planlaşdırır. Biz elektrik enerjisinə olan tələbatı bərpa oluna bilən enerji mənbələri ilə təmin etməyi və əsasən ehtiyacı olan ölkələr üçün qaz ixrac etməyi hədəfləyirik".
    #president #azerbaycan #youtube

Комментарии •