Kambocada 3 milyona yaxın insan niyə öldürüldü? /Dünya turu/

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Bu soyqırımı cinayəti 1975-1979-cu illərdə Pol Pot hakimiyyəti dövründə ‘Qırmızı Xmerlər’ hərəkatının üzvləri tərəfindən törədilmiş dünya tarixinin ən qorxunc hadisələrindən biridir. Mao Tsze-dunu özlərinin idealı hesab edən “qırmızı xmerlər” “Kamboca tipli sosializm” qurmaq planını həyata keçirmək yolunda əsasən təhsilli və ixtisaslı 3 mln nəfər vətəndaşı məhv etmişlər. Ölkəni böyük bir həbs düşərgəsinə çevrmiş “qırmızı xmerlər” ağlagəlməz vəhşiliklər törətmişlər.
    Pol Potun ‘sosializm qurmaq” planına uyğun olaraq bütün şəhərlər dağıdılmış, sənaye obyektləri və digər infrastruktur məhv edilmişdir. Pol Pot üçün heç bir şeyin, hətta insan həyatının dəyəri yox idi. Gülləyə qənaət etmək naminə insanları yaba, bel, yaxud başqa küt alətlər ilə öldürmüş, soyuqda dondurmuş və hər cür işgəncələrə məruz qoymuşdur. Qırmızı xmer terroru mahiyyət etibarilə digər kommunist ölkələrində baş vermiş terrorlarla oxşar olsa da, forma baxımdan daha dəhşətli və daha amansız olmuşdur. Pol Pot və onun kommunist dəstələri ölkədə diktatorluq yaratmış və yeni konstitusiyaya görə 1976-cı ildə krallıq ləğv edilmiş, aprel ayında isə N.Sianuk Xalq nümayəndələri məclisində istefaya göndərilmişdir.
    Dörd il davam etmiş bu qanlı soyqırım Kamboca əhalisinin dörddə birini məhv etmişdir. Bu qanlı hadisə Vyetnamın ölkəyə girişi və Qırmızı Xmer ordusunu məğlub etməsi ilə sona çatmışdır. Demək olar ki, ölkədə yaşlı insan yoxdur, sağ qalanlar isə soyqırımın şahidləridir. Qırmızı Xmerlərin işgəncə məkanı soyqırımdan sonra muzeyə çevrilmişdır və bu kompleksi gün ərzində təxminən 500 insan ziyarət edir.
    Mənbə : soyqirim.az tls.tc/JNBeu

Комментарии • 34

  • @flowerdistance2534
    @flowerdistance2534 3 месяца назад +17

    Mənim yadimdadir siz olkeye girish edende demishdiniz cox agir enerjisi var olkənin, insanlarin uzundə kədər var, burda nəsə olub... belə demishdiniz texmini.. Mashallah nece hissiyatiniz gucludur, yolunuzda ugurlar size, Sevilirsiniz❤

  • @alimusaev1954
    @alimusaev1954 3 месяца назад +9

    "Ölkəyə girəndə hiss elədim kı, bu ölkənin aurası ağırdır, dözməyib hələ aglamışdımda!" cox təsirli bır cümlə😢

  • @user-vl8sv9lo9z
    @user-vl8sv9lo9z 29 дней назад +3

    Salam Ahu. Kanalnizi maraxla izleyirem.acigi bir nefese bitirdim seyahet videolarnizi. Omru boyu arzusunda oldugum isteyi siz heyata kecirirsiz Size bu yolda ugurlar . Her bir videonuzun altinda komet yazmax isterdim ama o qeder maraxla izledim ki cemi dordune komet yaza bildim. Cox cesaretli xanimsiz heqiqeten deyrem. Ve cox xahis edirem videolarnizin yenilerini tez bir zamanda gozleyirem. Soluksuz izleyirem beyenirem . Menim 45 yasim var sizinle fexr edirem . Allah yolunuzu acix elesin. Hemise qarsiniza yaxsi insanlar cixartsin.

  • @FatimeEhmedova-nd2xp
    @FatimeEhmedova-nd2xp 3 месяца назад +9

    Həyatımda heç bir azərbaycanlının RUclips videolarına baxmamışam, yeganə adam Ahudur ki,kim ki hamıdan fərqlənir ❤❤❤❤

  • @Damino23131
    @Damino23131 10 дней назад

    Aydaa😢😢😢

  • @Javelli1
    @Javelli1 3 месяца назад +5

    Uğurlar sizə👍

  • @AygunGarayevaa
    @AygunGarayevaa 2 месяца назад +1

    Məlumatlandırdığın üçün təşəkkürlər, mən və mənim kimi neçə insan bu soyqırımdan xəbərsiz idi. Araşdırdım və dəhşətə gəldim:((

  • @Sevinc-bf6zk
    @Sevinc-bf6zk 17 дней назад

    Tarixi bilirəm deyirdim,amma sənin paylaşımından sonra utandım😢Yolun açıq olsun❤biz səndən,səndə bizdən müsbət enerji alaq❤

  • @GülnarəCəbiyeva
    @GülnarəCəbiyeva 9 дней назад

    Allah qorusun səni🤲🏻

  • @user-bs5rt2cv4j
    @user-bs5rt2cv4j 2 месяца назад +3

    Ooxumuş bir həkim danışırmış ki eşidəndə təhsilli insanları öldürəcəklər ailəsi ilə birlikdə kəndə qaçıb ki kənlidir.Bir neçə il əvvəl isə Myanmada rohinca xalqına qarşı haqsızlıq oldu.Dəhşətli videolar var idi.Allah heç kimə zülm göstərməsin.İnsan çarəsiz qalanda necə fəryad edir onu görmək dəhşətdir.😢

  • @freePalestine3590-c1m
    @freePalestine3590-c1m 3 месяца назад +3

    Subuhənallah Allah ədalətlidir onların cəzasını verəcəkdir.

    • @alimusaev1954
      @alimusaev1954 3 месяца назад

      Ilahi, bəndələrin yerdədir sən göydə nə gəzirsən... Gəl bır insan ömrü yaşa görüm, dözürsən?!...
      Akşin Yenisey

  • @rashidqadimov1259
    @rashidqadimov1259 3 месяца назад

    Teşekkur edirem bele davam

  • @pasapasayev1674
    @pasapasayev1674 Месяц назад

    Uğurlar yolun açıq olsun

  • @Resbict5
    @Resbict5 3 дня назад

    Uğurlar isə AHU xanım. Bayaqdan fikirləşirəm ki sizi hardan tanıyıram? 🤔

  • @vuqarhasanov1594
    @vuqarhasanov1594 2 месяца назад

    Аллах комейин олсун

  • @ShebnemDunieva
    @ShebnemDunieva 3 месяца назад

    ❤️🙏🏻

  • @efsanenesibova
    @efsanenesibova 2 месяца назад

    Ahu xanim salam sizin o ingilis dili oyrenmek videonuzdan ilham alaraq dunenden baslamisam inşallah zamanla bur neticesi olacaqmi goresen el cekmiyecem ama

  • @GulsenMemmedova-jn4rx
    @GulsenMemmedova-jn4rx 3 месяца назад

    ❤❤❤

  • @smajajsjjsjss5147
    @smajajsjjsjss5147 3 месяца назад

    Uğurlar sizə

  • @legioner3420
    @legioner3420 25 дней назад

    Necə gözəl danışırsız Azərbaycan dilində )

  • @user-gj1xg9jp7q
    @user-gj1xg9jp7q 2 месяца назад

    😮😱😵‍💫😅👍👍👍👍❤

  • @MəhəmmədəliƏliyev
    @MəhəmmədəliƏliyev 2 месяца назад

    Ağır tramvaların olduğu ölkələrə nəzər yetirsək, qərib baramağı var birazca

  • @laleabdullayeva55
    @laleabdullayeva55 3 месяца назад +2

    İngilis dilini öyrənmək üçün video çek

    • @ahukamranli_
      @ahukamranli_  3 месяца назад +2

      Var videolarımın arasında

    • @blue_moon_3891
      @blue_moon_3891 2 месяца назад

      ​@@ahukamranli_Salam, heç bir kənar yardım olmadan özünüz tək basına öyrənmisiniz? Yoxsa necə?

  • @ISMAYILZIZOV
    @ISMAYILZIZOV 2 месяца назад

    Sən neçə təvəllüdsən

    • @KHJvsAL
      @KHJvsAL 2 месяца назад

      1994

    • @ISMAYILZIZOV
      @ISMAYILZIZOV 2 месяца назад

      @@KHJvsAL məndən 13 yaş böyüksən

    • @KHJvsAL
      @KHJvsAL 2 месяца назад

      @@ISMAYILZIZOVO, menim tevelludum deyil, siz bu xanimin videosunun altina yazib sorusmusuzki, nece tevelludsen? Mende xanimin dogum ilini yazmisam.🤦‍♀️

    • @ISMAYILZIZOV
      @ISMAYILZIZOV 2 месяца назад +1

      @@KHJvsAL üzürlü say