"Abzas Media" direktoru Ülvi Həsənli kimdir? Niyə saxlanılıb?

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • 20 noyabr səhər saatlarında Azərbaycan üçün köhnə-tanış xəbərlərdən biri yayıldı. AbzasMedia direktoru Ülvi Həsənli hava limanına gedərkən yoxa çıxıb. Sonradan onu polislərin saxladığı məlum oldu, AbzasMedia ofisində axtarış aparıldı, 40.000 avro pul tapıldığı iddia edildi. Daha sonra Həsənliyə qarşı 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham elan edildi və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.
    Ülvi Həsənli kimdir?

    O, 10 avqust 1987-ci ildə Kirovabadda (Gəncə) anadan olub.
    Ülvi 2005-ci ildə ADNA-ya daxil olub, lakin siyasi fəaliyyətinə görə 2006-cı ildə oradan uzaqlaşdırılıb. Həsənli 2008-2013-cü illərdə Azərbaycan Turizm ve Menecment Universitetində təhsil alıb.
    Ülvi Həsənli 2000-ci illərdə Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərib və təşkilatın sədri olub. O, 2011-ci ildə yaradılmış Azad Gənclik Təşkilatının təsisçisi və sədri olub, 2013-cü ilin noyabr ayında bu vəzifədən istefa verib.
    Demokratik Qüvvələrin Milli Şurasının da üzvü olan Həsənli bundan sonra NİDA Vətəndaş Hərəkatına üzv olub. O, sonradan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin də üzvü olub.
    Ülvi Həsənli 2016-cı ildə təsis edilən "AbzasMedia" onlayn nəşrinin direktorudur. "AbzasMedia" daha çox hakim ailə və dövlət məmurlarının korrupsiya əməllərini araşdırması ilə tanınır.
    Həsənliyə 2017-ci ildə sağlamlıqla bağlı hərbi xidmətdən möhlət verilsə də, oktyabr ayında yeni təyin edilən müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanılıb. O, buradan ailəsi ilə sağollaşmağa imkan verilmədən birbaşa Bərdə rayonundakı hərbi hissəyə göndərilib
    Ülvi Həsənli 2020-ci ildə Azərbaycanda parlament seçkilərində bitərəf namizəd kimi iştirak edib.
    Həsənli 2023-cü ilin iyununda Söyüdlü hadisələri haqqında məlumat verdiyinə görə Azərbaycan polisi tərəfindən Binəqədi rayon Polis İdarəsində saxlanılıb. O, həmin il ABŞ səfirliyində bir qrup siyasi fəalın keçirdiyi fleş-mob zamanı da saxlanılmışdı.
    20 noyabr 2023-cü ildə Ülvi Həsənli polis tərəfindən saxlandı. O, saxlanandan sonra işgəncəyə məruz qaldığını deyir. Ülvi Həsənli cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilir.
    "Amnesty International", Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumlar Ülvi Həsənlinin həbsini qanunsuz adlandırıb və onun azad edilməsini tələb ediblər.
    AbzasMedia daha çox hakim ailə və dövlət qurumlarının korrupsiya faktlarını araşdıran fəaliyyəti ilə tanınır. Sayt bugünə qədər İlham Əliyev və ailəüzvləri, keçmiş məmurlar, Bəylər Eyyubov, Əli Nağıyev, Ceyhun Bayramov və başqalarının korrupsiya əməlləri barədə onlarla araşdırma cəlb edib. Media qurumu, həmçinin, Qarabağda həyata keçirilən tikinti-quruculuq işlərindəki qeyri-şəffaflığı da sorğulayır.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTe...
    Twitter: / meydantv
    Google+ plus.google.co...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Комментарии • 53

  • @МорскойДьявол-д6щ
    @МорскойДьявол-д6щ 10 месяцев назад +9

    Kimdən gorxullar tutub salillar icəri, dayi demillər ki hər şeyin vaxdi var.

  • @РоманЮсубов-и2у
    @РоманЮсубов-и2у 10 месяцев назад +4

    Улви Гасанлыя Азадлыг!!!

  • @orxandemokrat942
    @orxandemokrat942 10 месяцев назад +9

    Hökumət Allah deyil ki də səhvsiz ola. Orda da sənin mənim kimi insanlar vardır. Hökuməti xalq seçibsə xalq da mühakimə etməlidir. Sadəcə, Azərbaycanda hökumətin adını dövlət qoyub ona Allah kimi səcdə etməyi fərz qoyublar bizim lox toplumun üzərinə. Xalq bir olmayanda bax belə repressiyalar da çox olacaqdır. Nə isə ki, bütün siyasi məhbuslara azadlıq tələb edirik!

  • @Qabil41
    @Qabil41 10 месяцев назад +13

    Bandit polisler iş başında

  • @Jung.kim-
    @Jung.kim- 10 месяцев назад +3

    Şərhləri oxuyanda anladım ki bu qapalı repressiya heçvaxt bitməyəcək

  • @elvinaliyev180
    @elvinaliyev180 10 месяцев назад +14

    Ilhamin da bir gun yeri iceridi

  • @zabilagayev2166
    @zabilagayev2166 10 месяцев назад +6

    Var ol

  • @IsmailQehremani
    @IsmailQehremani 2 месяца назад +1

    Qubad. Ibadoglu buraxildisa,bu insanda mence buraxilacaq.Mehmanla bir yerde olurdular evvel

  • @resadhsenli834
    @resadhsenli834 10 месяцев назад +2

    Gəncənin adını kirovbad kimi təqdim edən meydan tv sizdə tərəfinizi bəlli edirsiniz..

  • @salonsvyazifudsiti2035
    @salonsvyazifudsiti2035 10 месяцев назад +7

    Allah komeyin olsun......Sene AZADLIQ teleb edirem...amma hec vaxt onlarin adami olma.

  • @mehemmedelitehmezov9825
    @mehemmedelitehmezov9825 9 месяцев назад +2

    Ən yaxşı kanalardan biri idi

  • @kamalqasmov4206
    @kamalqasmov4206 9 месяцев назад +1

    10 Avqust 1987 ci ili bildik Kirovabadda nə idi,Gəncə kifayət edir! Kimlərə subliminal mesaj ötürürsüz😡

  • @QuL2121
    @QuL2121 10 месяцев назад +13

    ABZAS medyanı fəaliyyətini dayandırmamağa çağırıram.Heç bir güc sizi dayandırmasın

    • @ammadeo1000
      @ammadeo1000 10 месяцев назад

      Yəqin Avropadan çağırırsan?!)

    • @QuL2121
      @QuL2121 10 месяцев назад +2

      @@ammadeo1000 yo mamanın yanından

  • @kesaava9235
    @kesaava9235 10 месяцев назад +1

    İndi kanallar döşüyür eeee .amerika agenti axtaririq .dunen iran axtarirdiq.bu telekanalizasiyalar bu deyqe agent axtarir

    • @kesaava9235
      @kesaava9235 10 месяцев назад

      Amerikanin sanksiyalari yoldadir deye telekanalizasiyalara əmr verilib.dösüyünnn

  • @ZabitMemmedov-o6g
    @ZabitMemmedov-o6g 10 месяцев назад +3

    Sağol LƏLƏ SƏN GƏCƏLİLƏRİN FƏXRİSƏN!

  • @israfilkerimov6833
    @israfilkerimov6833 10 месяцев назад +2

    bəs onun xaricə kəşfiyyata işlədiyini niyə demirsiz?

  • @sahinhusyn
    @sahinhusyn 3 месяца назад

    Salam. Bunlar xəbər çıxaranda niyə polis bunları tutur?

  • @БакуАзербайджан-е6у
    @БакуАзербайджан-е6у 7 месяцев назад

    Ильхам Алиев диктатор...

  • @zabilagayev2166
    @zabilagayev2166 10 месяцев назад +9

    Allah köməyi olsun

  • @batmaninyoutube8682
    @batmaninyoutube8682 10 месяцев назад +2

    🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺
    Hökümətin ölkədə söz azadlığına məhdudiyyətlər qoyması, öz xalqına qarşı hədə qorxu qəlməsi, güc tətbiq etməsi bu hökümətin zəif olmasının və öz xalqından qorxmasın aydın nişanlarıdır.
    🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺

  • @batmaninyoutube8682
    @batmaninyoutube8682 10 месяцев назад +2

    🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺
    Mən bütün Azərbaycan vətəndaşlarını haqsızlığa susmamağa və razılaşmamağa çağırıram. Hakimiyyət etməy istədiyi dəyişikliylərinə görə və hərəkətlərinə görə cavabdeh olacaq və xalqın sənin mənim hər birimizin səsini dinləyəcək yeni bir prezidentə nail olmalıyıq. Biz seçkilərdə iştirak etməliyik, müxalifəti dəstəkləməliyik, vətəndaş təşkilatları və ya petisiyalar yaratmalıyıq, dinc etiraz aksiyaları keçirməliyik və s.yalnız bu yolla biz həyatımızı və ölkəmizin gələcəyini yaxşılaşdıra bilərik.
    🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺

  • @OrxanSadiqov-ff2co
    @OrxanSadiqov-ff2co 10 месяцев назад

    Azərbaycanda her kəs qanuni şəkildə öz hüquqlarindan yararlanır ve ozbaşınalıq edenler saxlanılırlar. Kimliyinden asili olmayaraq her kes qanun qarşısında eyni huquqa malikdir.Her kimse bir günah görürsə etdiyi emele gore mesuliyyete celb olunur. Bu həmişə belə olub. Belə də davam edəcək..

  • @ШукюрЗаманов
    @ШукюрЗаманов 10 месяцев назад +3

    Бу дямир юмруг дейир ейирсиз буду(хиярды)емирсиздя будур.

  • @bayramyolchuyev3506
    @bayramyolchuyev3506 10 месяцев назад +3

    Heç kim günahsız həbs edilmir. 4 aylıq həbs edilibsə ortada nəsə var. İstintaq gedir sonunu gözləyək.

  • @sevdahuseynova5507
    @sevdahuseynova5507 10 месяцев назад +1

    qanunsuzluq edib qaçaqmalçılıqda ittiham olunur buna görə də saxlanılıb. əgər günahsız olsaydı çoxdan azad edilərdi həbsdə saxlanılmazdı. həbs olunan kimi başlayırlar həbsi siyasi sifariş adlandırmağa, hansısa bəhanələr tapıb dövləti hakimiyyəti günahlandırmağa

  • @tagiyevaaida1725
    @tagiyevaaida1725 10 месяцев назад +2

    cavan uşaq qazanc dalınca qaçır. Qınamıram. Yaxşı yaşamaq istəyir. Ancaq hər şey qanun cərcivəsində olmalıdır. Jurnalistsən get öz peşənlə məşğul ol.

  • @royalnagiyev9258
    @royalnagiyev9258 10 месяцев назад +1

    Bir şəxs həbs olunursa, demək səhv hərəkətləri var. Subutlara və dəlillərə əsasən bu şəxslər həbs edilib. Ölkədə azad jurnalistika həmişə olub. Ancaq jurnalistika adına qara gətirənlər həbs olunmalıdırr

  • @yunusibrahimov7939
    @yunusibrahimov7939 10 месяцев назад +3

    heç kim boş yerə saxlanılmır, ölkədə qayda qanun var, riayət edilməlidir qayda qanuna

  • @jalesasamedova2421
    @jalesasamedova2421 10 месяцев назад +1

    hechkimi bosh yere hebs etmirler, her bir hebsin sebebi var, ve qayda qanunlara riayet etmek lazimdir.

  • @ГражданинМира-о5ъ
    @ГражданинМира-о5ъ 10 месяцев назад

    İlham Əliyev istefa ver diktator. tələb edirik milli hökumət

  • @samsungmarket7033
    @samsungmarket7033 10 месяцев назад +1

    Toyug ogrusunda tutanda gişgirir ki , sifari.lə tutulub !😂😂😂😂

  • @RahibAbbasov-v6r
    @RahibAbbasov-v6r 10 месяцев назад

    Unutmayaq ki, bizim ölkəmizdə günahsız heç kim azadlıqdan məhrum edilmir. Edilibsə deməli həmin şəxs qanun pozuntusu edib. İndisə ona verilən cəzanı çəkməlidir.

  • @gglgfgfgnbc428
    @gglgfgfgnbc428 10 месяцев назад +2

    Ar olsun belə hakimiyyətə !

  • @arifinsan5800
    @arifinsan5800 10 месяцев назад +1

    Bu satqının dərisi soyulmalıdır!

  • @Q.Ziya.
    @Q.Ziya. 10 месяцев назад

    Osturum belə gələcək deputata

  • @eminnovruzov5298
    @eminnovruzov5298 10 месяцев назад

    Mene maraqli deyil kimdi nedi.