565 gün erməni əsirliyində qalan azərbaycanlı ilə bağlı film - "Edilli şahidi"

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları 20-ci əsrin əvvəllərindəki hadisələrlə yekunlaşmır. Mənfur düşmən 20-ci əsrin sonuna yaxın - Birinci Qarabağ müharibəsi zamanı da xalqımıza qarşı soyqırımı aktları törədib. “Azərbaycantelefilm” bu qətliamlardan biri - Edilli faciəsi ilə bağlı film hazırlayıb.
    “Edilli şahidi” adlı sənədli filmin qəhrəmanı 1993-cü ilin avqust-sentyabr aylarında ermənilərin girov götürdüyü 3890 azərbaycanlıdan biridir. Söhbət 565 gün erməni əsirliyində qalan Şəmsi Şıxəliyevdən gedir. Əsirlikdə olduğu müddətdə o, ac-susuz saxlanılıb, təhqir olunub, söyülüb, döyülüb. Lakin ən dəhşətlisi odur ki, o, Edilli qətliamının şahididir. Ş.Şıxəliyev Edillidə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıları heç bir qaydalara riayət olunmadan basdırmağa məcbur edilən girovlardan biridir.
    Edilli şahidi 20-yə yaxın azərbaycanlının kütləvi şəkildə basdırıldığı yerin 30 il sonra aşkara çıxarılmasında böyük rol oynayıb.
    Pərviz Həsənovla və Eldar İskəndərzadənin birgə ssenarisi əsasında çəkilən “Edilli şahidi” sənədli filminin rejissoru Pərviz Həsənov, operatoru Elşən Bədəlovdur.
    Copyright © AZTV
    RUclips kanalına abunə olun: bit.ly/2ZKtzKO
    Facebook - bit.ly/38x28YP
    İnstagram -
    Twitter - bit.ly/2VPe976
    RUclips - bit.ly/31Qb1eY
    Telegram: bit.ly/3heof98
    Rəsmi sayt:
    bit.ly/3e28gJJ AZ
    bit.ly/3dZP4MJ RU
    bit.ly/2Z4EMH9 EN
    #AZTV #AzərbaycanTeleviziyası

Комментарии • 82