Sarı gəlin (1998)

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2024
  • 18+
    Filmdəki hadisələr Qarabağda cərəyan edir. Ürəyiyumşaq, sadəlövh Qədir öz təkidi ilə müharibəyə yollanır. Qədirin xidmət etdiyi hərbi hissənin komandiri Rasim müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Hərbi hissəyə erməni əsirləri gətirilir. Komandir Rasimin əmrilə Qədir erməni əsiri Artavası öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir çıxılmaz vəziyyətə düşür.
    İstehsalçı: Azərbaycanfilm
    Texniki göstəricilər: 35 mm, 4:3
    Janr: müharibə, dram, macəra
    Mükafatlar:
    1. “Kinoşok” Beynəlxalq Kinofestivalı - “Ən yaxşı ssenari” (1999, Anapa / Rusiya)
    2. Karlovı Varı Beynəlxalq Kinofestivalı - az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə Filip Morris şirkətinin “Azadlıq” mükafatı (2000, Karlovı Varı / Çexiya)
    Rejissor: Yavər Rzayev
    Ssenari müəllifi: Yavər Rzayev
    Operator: Rövşən Quliyev
    Rəssam: Rafiq Nəsirov
    Bəstəkar: Səyavuş Kərimi
    Rollarda: Hacı İsmayılov (Qədir), Cahangir Novruzov (Artavas), Münəvvər Əliyeva (Sarı gəlin), Ramiz Novruz (Rasim), Fərman Abdullayev (Samvel), Muxtar Maniyev (komandir Rüstəm)
    Filmdə Azərbaycan xalq musiqisindən istifadə olunub.
    Filmin çəkilişləri Daşkəsənin Bayan kəndində, Şamaxı və Gəncədə aparılıb.
    Film “Azərkinovideo” İB-nin sifarişi ilə çəkilib.

Комментарии • 48