Manuel İsakov - Darıxdım

Поделиться
HTML-код
  • Опубликовано: 4 фев 2025

Комментарии • 129

  • @taifatull_mansura
    @taifatull_mansura 4 года назад +46

    Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik - bunu üçüncü sinifdə oxuyanda anladım. Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım - "sənin adın + mənim adım"..
    Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə,körpə qəlbimiz öz sümük beşiyində yenicə qığıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinas olduğunu.Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək,bilmirdik ki, "ampermetr"dən 5 alan qız cərəyandan öləcək,bilmirdik ki,ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq. Bilmirdik hər şey boş çoxluqdur.
    Bu yaddaş kitabçasında adam öz əllərini unudur.
    Yaxın otur.
    Bir az etiraf edəcəm,yaxın otur,əziz müəlliməm..
    Azərbaycan dili dərsində "unutmaq" feilini şəxsə və kəmiyyətə görə dəyişirdik və mən həmişə 1ci şəxsin təkində yalan danışırdım. Çünki mən unutmamışdım..
    İngilis dili dərsində başa düşdüm ki, məhəbbətin dili olmur, aclığın irqi olmadığı kimi..
    Yusaq da parta örtüyümüzü,saxlaya bilmədik həyatın çirklənməsini..
    Biologiya bizdən gizlətmişdi ki, gözlərin iki funksiyası var - "ağlamaq və danışmaq".Əslində ürəyin dili imiş baxışlar..
    Onda tarix Turqut Özal deyildi,Corc Buş deyildi,onda əkiz qüllələr hələ başını aşağı salmamışdı,onda əkiz qüllələrin başı göyə dəyirdi..
    Fizika çin işgəncəsi idi. Bircə ümumdünya cazibə qüvvəsini səni qucaqlayanda başa düşdüm. Nyutonun başına alma düşməmişdən qabaq sən mənim ürəyimə düşmüşdün - bu ilahi cəzbetmə idi.
    Coğrafiya dərsində bütün yollar sənə gedirdi,bütün çaylar sənə axırdı. Hərdən ayaqqabımı geyinib qaçırdım ekvator boyu,hara dönürdümsə kompasımın əqrəbi yenə də sənə baxırdı. Qlobusu qucaqlayan paralellər tək sən qucaqlamışdı bu qollar. Onda mən bilmirdim ki, Yerin nüvə qatından başqa nüvə silahı da var.
    Əziz müəlliməm,
    indi həyat dərsindən kəsr imtahanına gəlmişəm.
    Dəftərimi yoxlayın,davranışıma qiymət verin, istəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin.
    Amma xahiş edirəm,məndən "sevməy"i soruşmayın. Çünki, "sevmək" yadımdan çıxıb,evdə qalıb.

    • @hdfxzr2234
      @hdfxzr2234 4 года назад +1

      Rəyinizə qəlibimi buraxıram sadəcə❤

    • @hdfxzr2234
      @hdfxzr2234 4 года назад +1

      Siz özünüz yazmısınız yoxsa hardansa götürmüsüz yazını?

    • @muradhesenzade54
      @muradhesenzade54 3 года назад +1

      @@hdfxzr2234 Aqşin evrən şeiridir.

    • @bvagee
      @bvagee 3 года назад +3

      .

    • @sammirree
      @sammirree Год назад

  • @ulkrliyeva1997
    @ulkrliyeva1997 6 лет назад +90

    Rüfət Mehdiyev sevdirib bizə bu mahnını. Allah ona rəhmət eləsin, ruhu şad olsun.

  • @fzadexx2730
    @fzadexx2730 2 года назад +14

    Dinləyən periodda Yer dövrə vurmur və hər şey dayanır sanki , davam edən musiqi və təxəyyül olur ❤️

  • @gunaymemmedova1989
    @gunaymemmedova1989 5 лет назад +129

    Eyyub Yaqubovun nəfəsini duydum mahnıda. Çox gözəl ifa etmisiniz❤

    • @zaurmelik93
      @zaurmelik93 4 года назад +3

      Eynən o sitildədi. Eyni boğazlar var onçün oxşatmısız. Həmdə janr oxşayır. Halal olsun 👍 əla qulağ sahibisiz ))

    • @simraneliyev8308
      @simraneliyev8308 3 года назад

      Düzdü. Ama heçkim Eyyub Yaqubov ola bilməz

    • @High.Five_Good.Vibess
      @High.Five_Good.Vibess 3 года назад +2

      rUFET mEHDIYEV OXUYUB

    • @omarhasanov2542
      @omarhasanov2542 2 года назад

      Elə mən də Eyyubdan keçdim bura

  • @narminsamadova6941
    @narminsamadova6941 4 года назад +141

    İlk tanışligimizda məni evə ötürdüyündə koroğluda yağış yağardı,sən də nə vaxt bura gəlirəm yağış yağır deyərdin. 2 il keçdi,mən heç ordan keçəndə yağışa təsadüf etmədim,yağışla rastlaşmağım da sənlə birgə getdi deyəsən sevgilim,darıxdım, darıxıram..

  • @elgunmirze4313
    @elgunmirze4313 4 года назад +29

    Bu mahnını sən önərmişdin mənə. Bilməzdimki bir vaxt ən çox dinlədiyim mahnı olacaq...
    Bu sənli dünyada sənsiz qalmışam(

  • @sefiqeeliyeva8479
    @sefiqeeliyeva8479 3 года назад +6

    Deyəsən mən sən sadəcə gözəl günlərimiz üçün darıxıram♥️

  • @fidanlizad2699
    @fidanlizad2699 7 лет назад +20

    Aşiq olunası bir parça möhtəşəm bir ifa ilə birləşib😏💜

  • @zaurbagirov2692
    @zaurbagirov2692 4 года назад +4

    Allahtala heç kimi öz yarınnan ayırmasınnnnnnnn

  • @nadircfr9913
    @nadircfr9913 4 года назад +90

    Bu mahnını mən önərmişdim, nə vaxtsa yenə dinləsən, darıxdım :")

    • @zameening7659
      @zameening7659 4 года назад +23

      bura bir ümüd ilə rəy yazanların qadasın alaram.

    • @NadirCefer
      @NadirCefer 17 дней назад

      Hərbidə hələ də dinləyirəm, dəyişən heçnə yoxdur

  • @narminm21
    @narminm21 4 года назад +22

    Bu sənli dünyada sənsiz qalmışam...

    • @narminm21
      @narminm21 4 года назад +11

      Kimsə şərhi bəyəndi, gördüm və yenidən dinlədim. Amma bir fərq var ki,artıq darıxmıram

    • @magababayev6684
      @magababayev6684 3 года назад +1

      @@narminm21 :)

  • @memmedliss
    @memmedliss 2 года назад +4

    Sene olan ümidim ölmür ki, ölmür.. Bu senli dünyada sensiz qoydun meni. 💔

  • @alosurucu4243
    @alosurucu4243 4 года назад +11

    ALLAH rəhmət eləsin... Rufət Mehdiyev ((

  • @lemanbagirova2375
    @lemanbagirova2375 3 года назад +1

    Mahnıdan uşaqlığımın qoxusu gəlir

  • @leylaabbasova2392
    @leylaabbasova2392 6 лет назад +17

    Bu sənli Dünyada sənsiz qalmışam. Çox ağır sözlərdir

  • @S.H24.11.
    @S.H24.11. 5 лет назад +18

    Belə mahnılar üçün darıxmışıq biz də.. Efirlər, radiolar artıq yığışdırsınlar meyxana, ərəb, fars, türk stilində "oxuyanları".

  • @ferqanecumsudova129
    @ferqanecumsudova129 4 года назад +6

    Sən nə gözəl mahnısan belə ❤

  • @bircangulecyuzcyprus
    @bircangulecyuzcyprus 6 лет назад +7

    Bu şarkıda bambaşka bir his var ifadesi olmayan...

  • @narrygreen4723
    @narrygreen4723 4 года назад +24

    2020-ci ildə bu mahnını dinləyiriksə, bizim üçün də yandırsınlar..:)

  • @gniks
    @gniks 3 года назад +5

    darıxdım, darıxıram.

  • @aynurcabbarbyli6822
    @aynurcabbarbyli6822 7 лет назад +37

    Sən nə qəşəngsən belə 💙

  • @dejavu3642
    @dejavu3642 7 лет назад +12

    ❤kesf edilsin bunlar

  • @NurNur-qg4ti
    @NurNur-qg4ti 7 лет назад +48

    biri de mənim üçün darıxsın :)

  • @aqshinhasan
    @aqshinhasan 7 лет назад +7

    Bu nədi belə❤

  • @neznez6742
    @neznez6742 3 года назад +5

    Bütün itirənlər..itirilənlər bu mahnida birləşir..mən də onlardan biri.. Necə oldu , niyə oldu bilmədən itirdim.itirildim..bu olanlarin içində, bu keçən günlərdə tək dəyişməyən Darixdimm.. Darixiramm..!

  • @fatholena3598
    @fatholena3598 3 года назад +2

    _darıxdım.💙_

  • @zeze.310
    @zeze.310 Год назад +1

    Bu sənli dünyada,sənsiz qalmışam..💔

  • @narrygreen4723
    @narrygreen4723 4 года назад +9

    2021-ci il. Hələ də mahnıdan çıxa bilmirəm.)

  • @Gllshmhm
    @Gllshmhm 9 месяцев назад

    Darixiram...
    O qeder darixiramki o vefasizchun. Halbuki 1 qram darixilmağa, dushunulmeye bele layiq deyil ...
    He, birde bugun ayriligimizdan 4 il kechir gozun aydin. Bu boyda sevgimizin xoshbext ilinden chox ayriliq, bexbext ili daha choxdu. Heyif, o ayriliq illeri olmasaydi. Hemishe birlikde olub hech ayrilmasaydiq belke de indi evimizde ushagimizla oynayirdiq, gulurduk, heyif choox heyif hersheye heyif. Bu boyda yarim qoydugun sevgimize heyif. Sene heyif, mene heyif...bize heyif....
    02.05.2020
    02.05.2024
    01:58

  • @mahmudallahverdiyev7203
    @mahmudallahverdiyev7203 3 года назад +10

    Rəyləri oxuma, mahnıya qulaq as🦦

  • @nezrinmurselzade4807
    @nezrinmurselzade4807 6 лет назад +4

    Çox gözəl😍😍

  • @azarahimova8577
    @azarahimova8577 7 лет назад +15

    Ruhum dincəlir...

    • @_Selim1989_
      @_Selim1989_ 6 лет назад

      Азалия Рагимова çox gözeldi 👍

  • @VagifHuseynov-pd6yt
    @VagifHuseynov-pd6yt Год назад +1

    Yağış da yağır hələ
    Bu sənsiz küçələrə
    Dözürəm bilə-bilə
    Sənsiz açan səhərə
    Yarpaqlar pıçıldayır
    Küləyin nəfəsindən
    Ürəyim sızıldayır
    Bu gecənin səsindən
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Yadıma düşür yenə
    Bizim son görüşümüz
    Sevirəm dedim sənə
    Şahid oldu gecəmiz
    Dünyanın qucağında
    Gecə layla çalardı
    Sevginin ocağında
    Məhəbbət ucalardı
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam
    Bu sənli dünyada sənsiz qalmışam
    Bu sənli dünyada sənsiz qalmışam

  • @erkinkerimov299
    @erkinkerimov299 4 года назад +1

    Sadəcə möhtəşəm

  • @qadesbalaproduction4869
    @qadesbalaproduction4869 6 лет назад +17

    Rehmetdiy Rufet yadima nece dushmesin?!

  • @meley07_40
    @meley07_40 3 года назад +5

    Darıxdım,darıxıram yenə sənsiz bu axşam
    Bu sənli dünyada sənsiz qalmışam sevgilim🍷

  • @rafichx
    @rafichx 2 года назад

    Çox uğurlu işdi. İfaçı nazal səslər üstündə çalışsa daha da üst səvittə olar. Uğurlar

  • @lalememmedova6175
    @lalememmedova6175 11 месяцев назад

    İllər sonra yenidən dinlədim və bu dəfə kiçikdə olsa bir cümlə yazmaq istədim. Darıxmaq gözəl hissdir amma laiq olana💙

  • @zenzeynall7285
    @zenzeynall7285 4 года назад +2

    Yene sensiz bu axsham.. Var olun! 👌🏻❤️

  • @tehminebagirova3353
    @tehminebagirova3353 2 года назад +4

    Hər darıxanda yalnız dinlədim, çünki sən heç yanımda olmadın...

  • @hakiquliyev9314
    @hakiquliyev9314 7 месяцев назад

    Yağış da yağır hələ
    Bu sənsiz küçələrə
    Dözürəm bilə-bilə
    Sənsiz açan sǝhere
    Yarpaqlar pıçıldayır
    Küləyin nəfəsindən
    Ürəyim sızıldayır
    Bu gecənin səsindən
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu senli dünyada
    Sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yene sensiz bu axşam
    Bu sənli dünyada
    Sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada
    Sənsiz qalmışam
    Yadıma düşür yenə,
    Bizim son görüşümüz,
    Sevirəm dedim sənə,
    Şahid oldu gecəmiz.
    Dünyanın qucağında,
    Gecə lay-lay çalardım,
    Sevgilim ocağında,
    Məhəbbət ucalardı.
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada
    Sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada
    Sənsiz qalmışam
    ....................................
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada
    Sənsiz qalmışam
    Darıxdım, darıxıram
    Yenə sənsiz bu axşam
    Bu sənli dünyada
    Sənsiz qalmışam

  • @nurlanjabbarov
    @nurlanjabbarov 7 лет назад +52

    Bu mahnini dinleyib darixmayan insanlardan ne desen gozlemek olar ona gore gelin darixaqqq

    • @thegodfather9517
      @thegodfather9517 4 года назад +1

      Nurlan Jabbarov 👍☺️

    • @countryofmusic85
      @countryofmusic85 4 года назад +2

      Caneee

    • @pajizniquli2894
      @pajizniquli2894 4 года назад +2

      @@countryofmusic85 səni hərr yerdə gorurəme butun mahnilarda . Cirtdan məmmədovda , və digərləri deyəsən dərdin boyukdu

    • @countryofmusic85
      @countryofmusic85 4 года назад

      @@pajizniquli2894 Bu sualı sənə vermək olar.:)

  • @ЛадаЧарыева
    @ЛадаЧарыева 6 лет назад +2

    Vay vay vaaaay 😭😭😭😭😭❤❤

  • @fidangurbanova5338
    @fidangurbanova5338 2 года назад

    Zagulbada Sherloks restorani var idi son defe ora getmishdik bu mahnini seslendirirdi ifaci biz cixana yaxin dinleye dinleye icime bir huzun dolmushdu son defe birlikde xosbext kecirdiyimiz gunun verdiyi huzun imis sen deme darixiram senin ucun bu senli dunyada sensiz galmisham💔

  • @mehmetuca9811
    @mehmetuca9811 3 года назад +4

    Hardan başlayım Bilmirəm keçən 5 il sevdiyim 5 il Bu sevgidən xəbəri olmayan 5 il sen.

  • @ильхамкалантаров
    @ильхамкалантаров 5 лет назад +1

    WONDERFULL!!!

  • @beshirzeynaloff8590
    @beshirzeynaloff8590 6 лет назад +1

    Əla👍🏻

  • @Madynam7
    @Madynam7 3 года назад +1

    Mahninin havasidi bugun🤍🌧

  • @aykhanaltay
    @aykhanaltay Год назад

    Ölçdüm. Tam bir siqaret bitəndə bitir mahnı 🚬

  • @kamranqurbanov9950
    @kamranqurbanov9950 7 лет назад +1

    Cox gozel 👍

  • @miraga7472
    @miraga7472 3 года назад

    Bay bay gece gece vətən həsrəti.

  • @Ельдар-л1с
    @Ельдар-л1с 4 года назад

    Super sağ ol Manuel

  • @alibaladostiev1070
    @alibaladostiev1070 Год назад

    2023 darixanlar, yene onlarsiz bu axsaaam

  • @narmeen687
    @narmeen687 3 года назад +3

    Allah Rüfət Mehdiyevə Rəhmət eləsin...❤️

  • @elchinveliyev102
    @elchinveliyev102 2 года назад +1

    ✨❤️

  • @High.Five_Good.Vibess
    @High.Five_Good.Vibess 3 года назад +1

    RUFET MEHDIYEVVVVV

  • @lemanbagirova2375
    @lemanbagirova2375 3 года назад

    nə gözəlsən sən..

  • @klarabayramova283
    @klarabayramova283 2 года назад

    Eşitdim Azərbaycanda yağış yağır..Darıxdım uzaqlardan..()

  • @bghrvx7055
    @bghrvx7055 3 года назад +1

    çox pis darıxdım ciddən...

  • @fatimqurbanova6957
    @fatimqurbanova6957 3 года назад

    sənli dünyada, sənsiz qalmışam

  • @ilahiyyeddinmehiszade539
    @ilahiyyeddinmehiszade539 4 года назад +5

    Ümid sonda ölür deyirlər...Son gəlib ümid də ölüb...Nə edək indi?!.....

  • @segnalibrosv
    @segnalibrosv 3 года назад +5

    adamlar payızda öldürəcək, ölünəcək mahnı yaradıblar. bütün avqustlara-

  • @vidadiisaqov
    @vidadiisaqov 5 лет назад +1

    İsaqov yaradıb 😉🌹

  • @oguzakbar2484
    @oguzakbar2484 2 года назад

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @ayshemuradova7322
    @ayshemuradova7322 4 года назад +3

    Ruhu sakitləşdirir💕

    • @orxanmirli7519
      @orxanmirli7519 4 года назад +2

      Bucür musiqilər ruhun qidasıdır deyək..

  • @ayselt4giyeva
    @ayselt4giyeva 6 лет назад +26

    Darıxdım nədie öldüm

  • @countryofmusic85
    @countryofmusic85 4 года назад +8

    Playmusic'ə bu mahnını yükləmişəm.Amma niyəsə gəlib həmişə burdan dinləmək istəyirəm:)

    • @bananlimorfin
      @bananlimorfin 3 года назад +1

      İndi play music də yoxdu 🚬

  • @zaurbagirov2692
    @zaurbagirov2692 4 года назад +1

    Bunu başa düşən sağolsun baxmayarq ki kim oxuyur hər kəsin özünün bir çəkdiyi var

  • @shamomehyeddin2704
    @shamomehyeddin2704 6 лет назад +2

    Darixdim.. darixiram.. yene sensiz bu axsam..

  • @nrgiz9377
    @nrgiz9377 2 года назад

    Darıxdım Darıxıram 😐

  • @mmmdova_dreams9916
    @mmmdova_dreams9916 6 лет назад +3

    darıxdım((

  • @sefiqeeliyeva8479
    @sefiqeeliyeva8479 3 года назад +4

    Mən də sənli dünyada səni gözləyirəm) səndə məni

  • @anarmhrrmli7510
    @anarmhrrmli7510 3 года назад

    Rüfət Mehdiyev❤

  • @kamilliblvck6904
    @kamilliblvck6904 4 года назад +1

    💔🥀

  • @flightsimazerbaijan
    @flightsimazerbaijan 2 года назад

    🍂

  • @aysenquluzade9993
    @aysenquluzade9993 3 года назад

    🖤

  • @sonamamedova6087
    @sonamamedova6087 4 года назад

    👍👍👍

  • @gadiraslan3550
    @gadiraslan3550 6 лет назад +1

    🎷, 🎸 babat tandem

  • @kerimserifov5786
    @kerimserifov5786 Год назад

    Burda hami sevgilisini xatirliyir bir tek deyesen menem (bu sensiz dunyada sensiz qalmiwam) atami yada salib dinleyirem😞😞😞

  • @nurlanhaciyev306
    @nurlanhaciyev306 7 лет назад +4

    Rufetimizin yadigari.ifacini qeyd edin.

  • @shejusttalks
    @shejusttalks 3 года назад

  • @ayselbesirli1702
    @ayselbesirli1702 4 года назад

    👌🏻👌🏻

  • @faridbaloghlanov2336
    @faridbaloghlanov2336 6 лет назад

    Mence bu mahninin ifasini Ceyhuna buraxmaq lazimdi

  • @rashadbadalov7930
    @rashadbadalov7930 7 лет назад +1

    pəhhhhhhh

  • @segnalibrosv
    @segnalibrosv 2 года назад +1

    "sadəcə dinlə" demişdin,amma,əlimdə deyil,zevs,darıxıram :)

  • @altaynuri6431
    @altaynuri6431 6 лет назад +1

    😭😭😭

  • @aslanovs._
    @aslanovs._ 6 лет назад +13

    Amma Ceyhun bakiniskiy kimi oxuyan yoxdu bu mahnını

    • @sugarboo0
      @sugarboo0 6 лет назад +2

      Sadiq Aslanov Eynen! Tam da bu yazasi idim)

  • @nurtacguliyeva5760
    @nurtacguliyeva5760 4 года назад

    Bu mahninin orjinalinin ilk defe kim oxuyub?

    • @Elmar9191
      @Elmar9191 4 года назад

      Rüfət Mehdiyev

  • @orxanpasha8235
    @orxanpasha8235 7 лет назад +6

    Hörmətli @CırtdanPro, xahiş olunur playlistiniz müəyyən kütlə üçün də qalsın. Önəmsizleshdirmeyin musiqilərinizi.

  • @humaibachishova3378
    @humaibachishova3378 7 лет назад +2

    ,

  • @nezrinresulova9583
    @nezrinresulova9583 2 года назад +1

    ✨❤️