SON DƏQİQƏ! Gürcüstan partlayıcı dolu maşınları Ermənistana buraxmadı - hərbi məqsəd... / xeberler

Поделиться
HTML-код
  • Опубликовано: 4 авг 2020
  • Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
    “İki həftədir ki, Gürcüstan tərəfi Rusiyadan Ermənistana gedən yüklərin sərhədi keçməsinə icazə vermir. Bunlar dağ-mədən, yol tikintisi və s. kimi sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdir. Rusiya istehsalı olan partlayıcı maddə daşıyan avtomobillər Larsda Rusiya tərəfinin bütün prosedurlarından keçib, lakin Gürcüstan tərəfi onların gömrük sərhədini keçməsini qadağan edib”.
    Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında işğalçı ölkə saytları məlumat yayıb.
    “Bu yüklər "Geopromining" mədən şirkəti və Ağarak mis-molibden kombinatının işi üçün nəzərdə tutulub”- Aravot.am-a verdiyi müsahibədə partlayıcı maddələr istehsal edən Rusiyanın “Promsintez” şirkətinin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Anna Batikova belə deyib.
    Onun sözlərinə görə, illərdir “Geopromining”, Ağarak Mis-Molibden Kombinatı və s. erməni şirkətləri bəhs edilən məhsulları Ermənistana idxal edir.
    “Bu il artıq 40-a yaxın yük maşını göndərilib. Yüklər hər ay müəyyən olunmuş qaydada göndərilməlidir. Biz Gürcüstan hökumətinə, gömrük xidmətinə məktublar yazdıq, heç bir cavab almadıq. Yüklərin Ermənistana verilməsinin nə üçün qadağan olunduğunu izah etmirlər. Üstəlik, bu, ilk dəfə olur. Ən böyük şirkətlərdən biriyik, uzun illər təcrübəmiz var və illərdir Ermənistana yük göndəririk, indiyədək heç bir problem yox idi”- deyə Batikova bildirib.
    Xatırladaq ki, iyulun əvvəlində Ermənistan_Azərbaycan sərhəddindəki bir neçə günlük qarşıdurmalardan sonra Gürcüstan ərazisindən Serbiya və Rusiyadan Ermənistana silah daşınması barədə informasiyalar yayılmış, Gürcüstan rəsmləri isə bunları təkzib etmişdi.
    Bu günlərdə İSƏGürcüstan baş nazirinin müşaviri İrakli Çikovani Rusiyanın Gürcüstandan keçməklə Ermənistana 300 hərbi avtomobil göndərməyə hazırlaşdığı barədə son məlumatları da dezinformasiya adlandırıb...
    Sözardı: Heç kəs zəmanət vermir ki, illərdir Gürcüstan ərazisi vasitəsi ilə Ermənistana daşınan Rusiya sənaye(?) partlayıcıları işğalçı ölkə tərəfindən hərbi məqsədlər üçün istifadə edilmir... Rəsmi Tiflisin bəhs edilən yükləri saxlaması bəlkə də həmin şübhələrlə bağlıdır...
    Mənbə: www.moderator....
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Hörmətli izləyicilər, Onlayn İnformasiya Mərkəzi, Azərbaycan dilli, müstəqil və özəl “RUclips” kanalı olaraq, Onlayn İnfo adı altında, bütün sahələr üzrə ölkə və dünya mətbuatından gündəlik baş verən ən vacib, ən maraqlı hadisələrlə bağlı xəbərləri toplayıb, onlardan video rolik hazırlayaraq, operativ şəkildə izləyicilərə çatdırır.
    Bundan əlavə, bir çox sahələr üzrə də maraqlı və marifləndirici məlumatlar araşdırılaraq onlar əsasında hazırlanmış video roliklər də kanalın “PlayLİst” bölməsində kateqoriyaya uyğun olaraq yerləşdirilir.
    Məqsədimiz izləyicilərin rahatlığını düşünərək, onların yeni məlumatlar əldə etmək üçün bir çox xəbər saytlarında, sərf etdikləri saatlarla vaxt itgisinin qarşısını almaq, onlara maralı, faydalı və keyfiyyətli informasiyalar təqdim etməkdir.
    🌐 Siz də, ölkədə və dünyada baş verən ən vacib hadisələrdən, daha tez xəbər tutmaq istəyirsinizsə, kanala "Abunə" olun və bildiriş butonunu (🔔) aktivləşdirin.

Комментарии •