Это видео недоступно.
Сожалеем об этом.

Azərbaycanda professional rəhbər necə olur? | Anar Bayramov - İlkin Manafov biznesdən danışır.

Поделиться
HTML-код
  • Опубликовано: 6 июл 2020
  • Azərbaycanda professional rəhbər olmaq üçün hansı addımlara, hansı dəyərlərə sahib olmaq lazımdır. Ölkənin ən gənc icraçı direktorlarından biri, Anar Bayramov, blogumuzun qonağıdır. İlkin Manafov suallarla müasir rəhbər və biznes adamı portreti barədə danışır.
    Video blogda biz Azərbaycan şəratində olan real biznes mühiti, sahibkarlıq, professional rəhbər barədə söhbətlər gedir. Anar Bayramov öz karyerasında atdığı addımlar, səhvlər - düzlər barədə danışır. Anar 20 yaşında biznes həyatında çalışır və cəmi 23 yaşında ölkənin ən gənc icraçı direktoru olaraq 120 nəfərlik kollektivi idarəetməyə başlamışdır.
    Anar, sahibkar və menecer münasibətlərindən, yerli bizneslərin iş planlarından, ailədən, biznesdən və koronavirusdan danışır.
    Böhran nədir? Bu şəraitdən bizneslər nə etməlidirlər?
    Biznes bloglarımızda ölkə biznesində söz demiş insanlarla intervyular edirik. Əsas məqsəd Azərbaycan biznesinin real vəziyyətini göstərməkdir. İlkin Manafov Bakı və bölgələrdə mebel istehsalı - satışı ilə məşğul olur. ForHome və Mutfakçı adında mebel mağazalar şəbəkəsi var.
    ________________________________________
    03:00 - Anar Bayramov kimdir?
    05:00 - XİQ necə qəbul olmaq olar? Xüsusi istedadlar Qrupu (XİQ)
    06:35 - Anar Bayramov iş həyatına nə vaxt başlayıb?
    07:50 - ilk iş yerini necə seçmək lazımdır?
    09:10 - Anar Bayramov 23 yaşında nə qədər əmək haqqı alırdı?
    13:09 - Böhrandan şirkəti necə çıxarmaq olar?
    16:29 - Kişinin sözü necə bir olur?
    16:38 - Anar Bayramov Modern Qrupdan necə çıxıb?
    19:30 - Anar Bayramov Modern Qrup barədə
    21:15 - Biznesdə subordinasiya nədir?
    23:05 - Kimlər İlkin Manafovun qonağı olur?
    24:40 - Biznes və Dostluq barədə
    26:20 - Biznesdə əlaqələrin əhəmiyyəti nədir?
    28:00 - Biznes əlaqələr necə qurulur?
    30:55 - Marketinq AİR barədə
    31:40 - Anar Bayramov enerjisini hara sırf edir?
    34:02 - MBA və Biznes adamı
    35:55 - Ailə dəyərləri və Biznes
    37:56 - Xoşbəxtlik nədir?
    39:55 - Kimlər biznes qurmalıdır?
    41:08 - Niyə Anar Bayramov siyasi postlar yazmır?
    43:39 - Həyatda buraxdığınız ən böyük səhv. Ən böyük düz.
    45:49 - Qısa sorğu
    48:30 - Koronavirus barədə
    50:30 - Böhranda içilərlə necə davranmaq lazımdır?
    54:00 - Pandemiya və tarix
    57:30 - Anar Bayramov gənclərə nə deyir?

Комментарии • 76

  • @hunaltay
    @hunaltay 4 года назад +7

    Nə gözəl müsahibə, nə gözəl tarix.

  • @NataBeautySalon
    @NataBeautySalon 4 года назад +2

    Anar bəy dəyərli insandı. çox maraqlı müasahibədir

  • @muradfataliyev1345
    @muradfataliyev1345 4 года назад +3

    Ən əsası satışla tanış olur və hər şeyin sirrini öyrənmiş olur.

  • @ulyaqoqa3508
    @ulyaqoqa3508 4 года назад +2

    Uqurlar Anar.Allah qorusun seni

  • @aytkinaslan4596
    @aytkinaslan4596 4 года назад +3

    Allah qorusun, fərəhimiz fəxrimiz dir, uğurları daim bol olsun!

  • @tahirmammadov
    @tahirmammadov 4 года назад +1

    2 dəyərli İnsan! Sona qədər maraqla izlədim. Anar bəy, yeni qərarınız xeyir, uğur gətirsin!

  • @gunelguliyeva3447
    @gunelguliyeva3447 4 года назад

    Xarakterin, prinsiplərin nə qədər əhəmiyyətli olduğunu, insanı şəxsiyyət kimi təsdiq edən əsas vasitə olduğunu necə gözəl izah etdiniz ❤️

  • @elnurhesenov4284
    @elnurhesenov4284 4 года назад +2

    Bu verilişi davam edin. Uğurlar!

  • @gulayazizova9226
    @gulayazizova9226 4 года назад +4

    Çox səmimi video üçün hər ikinizə Təşəkkür edirəm

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад

      Hə. Məncədə Anar müəllim səmimi oldu. Sağ olun!

    • @gulayazizova9226
      @gulayazizova9226 4 года назад

      @@IlkinManafovBiznes Artıq 2 həftədir hər gün sizin videolara baxmaqla məşğulam.Hər dəfə videonun sonunda deyirsiz ki niyə durub san dur iş gör ancaq hələ də oturmuşam😊Duranda birdən duracam.Buğa bürcü olduğumdan olmalı

  • @ruslanaliyev6927
    @ruslanaliyev6927 4 года назад +2

    Ehsen Anar bey!!!

  • @ortodontdr.kerimmehdiyev9783
    @ortodontdr.kerimmehdiyev9783 4 года назад +2

    Çox böyük həzz aldım. Təşəkkürlər İlkin m.

  • @mentormullim8734
    @mentormullim8734 4 года назад +2

    aparıcı super təhlil edir

  • @azrbaycanazerbaijan3535
    @azrbaycanazerbaijan3535 4 года назад +4

    Əla intervyu oldu

  • @pervinbagirov6959
    @pervinbagirov6959 4 года назад +2

    Faydalı,səmimi,maraqlı müsahibə üçün təşəkkürlər

  • @muradfataliyev1345
    @muradfataliyev1345 4 года назад +2

    Əla kariyera düzgün addımlar. Tam örnək götürməli insanlardan biri ilə oldu bu interviyu.

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад +1

      Məncədə Anar Bayramovun karyera yolu, diqqətlə izlənilməli adamdır. Hər birimiz üçün faydalıdır.

  • @samiraganiyeva338
    @samiraganiyeva338 4 года назад +1

    Her zaman zirvelerde ol Anar fexrimizsen

  • @Naxis_jaluz
    @Naxis_jaluz 4 года назад +2

    👍Eşq olsun müəllimlərə!

  • @ferhadgulmemmedov8913
    @ferhadgulmemmedov8913 4 года назад

    Anar bəy Uğurlarınız daimi olsun.İlkin bəy tşk.

  • @azadagayev9997
    @azadagayev9997 4 года назад +1

    Əla. Uğurlar hamınıza

  • @anaraghayev4491
    @anaraghayev4491 2 года назад

    Gözəl müsahibədir. Amma aparıcı tez tez və təkrar suallarla tam qulaq asmağa imkan vermir sağolsun.

  • @elnurmayilli7304
    @elnurmayilli7304 4 года назад +2

    Ela

  • @ilhamisrafilov1025
    @ilhamisrafilov1025 4 года назад +1

    Mawallah. Allah qorusun.

  • @ulvigunesli1375
    @ulvigunesli1375 4 года назад +1

    Çox böyük maraqla dinlədim və dəqiqələr neçə keçdi anlamadım.İlkin bəyə təşəkkür edirəm ki, Anar müəllimi dəvət etdi və ümid edirəm belə səmimi müsahibələr çox olar.Anar müəllim möhtəşəm idarəçidir, liderdir və dəyərli,xarakterli,qürurlu insandır.Allah can sağlığı versin.Covid-19 təhlükəsini qısa zamanda yendiyinə çox sevindim.

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад +1

      Salamlar. Çox sağ olun. Məncədə biznesin idarəedilməsi istiqamətində faydalı intervyu oldu. Yaxşı idi, faydalı idi.

    • @salamuser9875
      @salamuser9875 4 года назад

      @@IlkinManafovBiznes cox təşəkur ilkin müəllim sizınlə qürur duyuruq biznesə dair çox gozəl bilgilər alırıq sizdən

  • @cosqunnadirov1077
    @cosqunnadirov1077 4 года назад +1

    Çox sag olun İlkin müellim Anar müellim Allah canınızı sag elasin her zaman var olasınız ! Meslehetleriniz üçün Teşekkür edirik .Avto salon 999 satış kollektivi adından🙏🙏🙏👍👍👍

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад

      İşlərinizdə uğurlar dostum! İnşallah maşını yeniləyəndə Sizə gələcəm!

  • @avtomatikqapilargencedoor9961
    @avtomatikqapilargencedoor9961 4 года назад +1

    Ugurlar Anar bey motivasya oldu semimi intervyunuz

  • @elkhansultanli9484
    @elkhansultanli9484 4 года назад +1

    İki müəllim iki faydalı insan. 🤗

  • @ilqarqarayev8877
    @ilqarqarayev8877 4 года назад +1

    Əla alındı. Hər ikinizə təşəkkür edirəm.

  • @aygunhasanaliyeva2488
    @aygunhasanaliyeva2488 3 года назад

    ne gozel bir intervyu) davami gelsin

  • @sofiisrafilli9902
    @sofiisrafilli9902 3 года назад

    İlkin bəy, azı bir şamaxılı sizə hər zaman baxır və qonağınızı dinləyir ki, hansı tövsiyəni verəcək.

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 4 года назад

    Əla. Çox maraqlı və faydalı müsahibə idi. Təşəkkürlər, İlkin bəy. Bizim bir yerimizi qaldırmağımız üçün çox çalışırsınız, amma biz yaman inadkarıq :)

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад +1

      Əminəm ki, Sizdə çalışırsız, sevdiyiniz işlə - bizneslə məşğulsunuz. Sağ olun - uğurlar!

  • @amirmammadov4449
    @amirmammadov4449 4 года назад +1

    Uğurlar!

  • @turalbaku79
    @turalbaku79 4 года назад

    Ilkin bey faydali ishler gorduyunuze gore teshekkur. Ama bu geder soz kesmek chox pis verdishdir.

  • @emilqurbanov8306
    @emilqurbanov8306 4 года назад +1

    Çox xoş oldu Sizləri dinləmək.

  • @sofiisrafilli9902
    @sofiisrafilli9902 3 года назад

    Təşəkkür edirəm!

  • @rzahuseynov3103
    @rzahuseynov3103 2 года назад

    İlkin məllim biznesde yeniyem usta işliyib eyni zamanda ayaqüstü yemək yeri acmaq istirem ancaq özüm orda her deq qala bilmərem nece edim ki abiyekt talanmasın düz iş gedsin

  • @ceyhunxlfov3288
    @ceyhunxlfov3288 4 года назад +1

    Anar müəllimin kitabın oxumuşam. Maraqlı,bizim biznes mühitə uyğun yazılmış kitabdır. Amma nədənsə müsahibə maraqlı gəlmədi. Uğurlar...

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад

      Mənə nəsə çox maraqlı gəldi... düzdür mənimlə bir əlaqəsi yoxdur!))

  • @rustemhemidov6505
    @rustemhemidov6505 4 года назад +1

    👍

  • @SahilAhmadov
    @SahilAhmadov Год назад

    Digər video müsahibələrdən fərqli oldu ilk deqiqəsində fərqlilik hiss olundu

  • @ashopstationery2210
    @ashopstationery2210 4 года назад +1

    Salamlar.Həmişəki kimi Anar bəy çox qapalı və sirli..İlkin bəy sizə söz çıxarmaqçun bircə kəlbətin çatmırdı ..

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад

      Salamlar. Məncə Anar çox açıq danışırdı. Sağ olun ki, baxırsınız videolara əziz dost!

  • @NIKA6204
    @NIKA6204 4 года назад +1

    👍👍

  • @ilqarkadirov6639
    @ilqarkadirov6639 4 года назад +1

    Ugurlar arzu edirem.
    "NUR"CAFE MALL-dan.
    maraqla izleyirem,hereden bir fikir oyrenmek en esasi tetbiq etmek lazimdir.

  • @joshgunfatullayev267
    @joshgunfatullayev267 2 года назад

    idarəçiliklə bağlı birşey maraqlıdır mənə.
    mən çalışdığım şirkətə əvvəlcə illik 100 min manat xeyir verirdim sonradan bu xeyir daha da böyüdü. hal hazırda 200mindir artıq. hətta 250 minə yaxınlaşır. amma rəhbər işə qiymət vermir ki vermir. neçə dəfə də sınayıblar görüblər yeyinti eləmirəm. Dedim yəqin bu yaxşı hal olar ama əksinə oldu. gördülər belədi maaşımı azaltdılar. premya söz verdilər vermədilər. subordinasiyanı necə qoruyum?

  • @gulmirakamil1930
    @gulmirakamil1930 4 года назад

    Anar müəllimə görə like qoydum.

  • @ilqarkadirov6639
    @ilqarkadirov6639 4 года назад

    Ilkin muellim,
    Bu verlishi haziryanda,ne bash verdi?)))
    Heqiqeten ugurlar arzu edirem.

  • @ramizceferzade2340
    @ramizceferzade2340 4 года назад +1

    Salam adım Ramiz mənim 17 yaşım var mən orta təhsilimi başa çatdırıb ali məktəbə qəbul olduqdan sonra öz biznesimi qurmaq istəyirəm müəyyən sərmayə ilə (yəni pul ilə) Arzum,istəyim, xəyalım odur ki Parfümeriya və Kosmetika biznesini Azərbaycan brendi adı altında yaratmaqdır.Təbiiki də müəyyən praktikalardan, yollardan keçərək mən bunu etmək istəyirəm.Necə deyərlər zirvəyə çatmaq üçün yavaş yavaş addımlamalısan.Mənim sizdən xahişim odur ki mənə ilk növbədə bu işə başlamaq üçün nə tövsiyələr(məsləhətlər)verə bilərsiniz.Mən sizin əlavə olaraq Instagram və Gmail vasitəsilə də sizə yazmışam.Çox şad olaram ki burada cavablandırasınız😊

  • @beko851
    @beko851 4 года назад +3

    Aparici, semimisen, gozel aparirsan, amma imkan ver danishsin da qonaq))))

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  4 года назад +4

      Aparıcı?) Dostum mən danışmasam, bu kanal olmaz) mən jurnalist deyiləm ki, sual - cavab edim. Hələ az danışmışam)

  • @natiqqurbanov2452
    @natiqqurbanov2452 2 года назад

    Anar bey ve onun komandasının faktiki idareçiliyinin şahididi olaraq qeyd edim ki, sizler idareçi yox , şoumensiniz

  • @huseynquliyev4239
    @huseynquliyev4239 4 года назад +1

    👍