Eyyub Yaqubov - Gecə Düşüncələri (Rəsmi Audio)
HTML-код
- Опубликовано: 23 май 2024
- Eyyub Yaqubovun ifasında "Gecə Düşüncələri" adlı mahnısı artıq onlayndır.
Eyyub Yaqubova RUclips-da abunə ol: mikpro.az/eyaqubovyt
Musiqi: İlham Azmanlı
Söz: Mikayıl Müşfiq
Eyyub Yaqubov sosial şəbəkələrdə:
Facebook: mikpro.az/eyaqubovfb
Instagram: mikpro.az/eyaqubovig
Genius: mikpro.az/eyaqubovgn
Eyyub Yaqubov rəqəmsal platformalarda:
Keçid: mikpro.az/eyaqubov.dinle
Sözlər:
[Bənd 1]
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı
Bunları seyr edərkən, bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki
[Nəqərat]
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
[Bənd 2]
Gecə sakit, düşüncəm sakit deyildir fəqət
Gözlərimin önündə canlandı hər həqiqət
Xəyalım ənginlərə o qədər yüksəldi ki
Mənə öylə gəldi ki, ilk dəfədir, kainat
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda-solda döyüşmüş, sonra yoluna düşmüş
Sağda-solda döyüşmüş, sonra yoluna düşmüş
[Nəqərat]
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
[Bənd 3]
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl
Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül
Yarı qönçə, yarı gül, səni gördüm, xəyalım
O qədər yüksəldi ki, mənə öylə gəldi ki
Bizə bu nazlı aləm görünərdi qaranlıq
Gözəl çarpışmasaydı, gözəl yaşamasaydıq
[Nəqərat]
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Eyyub Yaqubov tərəfindən ifa olunan "Gecə Düşüncələri" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#EyyubYaqubov #GecəDüşüncələri #mikpro - Видеоклипы
Eshq olsun bu müsiqini yazan bəstəkar İlham Azmanliya və Əyyub Yaqubova... Bu müsiqini bəyənenler layk atsınlar görək necə nəfər bəyənir. 👍👍👍👏👏👏
Musiqi və ifa əladir. İnanmıram bundan gözəl bəstə olardı. Bəstəkara və ifaçiya eşq olsun👍
Çox gözel
İlham Azmanlı bir cox bəstəkarlardan urəkli dolgun musiqilər bəsdələyir hətda Elcindən də
Bəzən 2 dəqiqəlik mahnını heç 2 saniyə belə dinləyə bilmirəm, amma 8 dəqiqə necə keçdi heç bilmədim.. Əməyi keçən hər kəsi alqışlayıram! Var olun!
Yaşasın böyük bəstəkarımız İlham Azmanlı və xoş səsli böyük müğənnimiz Eyyub Yaqubov.
Möhtəşəm bir mahnı..
Bir sözlə Möhtəşəmm
Eyyub ürəydi 🖤
Eyyub Yaqubov Möhtəşəm sənətkardır
❤❤❤
Şad xəbərin üstüne, 2qat sevinc mənbəyi♥️
Özünə məxsus ifa əla ❤
Möhtəşəm əsər, musiqi , ifa.
💎
Əla bir musiqi qulaq asdıqca zövq alırsan var olsun bəstəkar İlham bəy
Mikayıl Müşfiq əsəri 💙 Eyyub üçün yaradıb sanki ❤
Bu musiqi getmədi bu şeirə, belə möhtəşəm şeirə, daha gözəl musiqi bəstələmək olardı
👍✋🤝
Elçin İmanov söz vermişdi bu şeirə mahnı bəstələməyi _insallah
Qulaq asa bilmədim ...heyf...
Konsert ne zamandır?
Belə gözəl şerə ancaq Elçin İmanov bəstəsi möhür qoya bilərdi.Amma heyif olmadı((
Muşfiqin şeirleri qutarmadi ki
Basqa bir seirine bestelesin
Amma inanmiram o romans janrinda nese yaza bilsin
Eyyub da basqa alemdi
Allah can sağliği versin
Musiqi bərbad👎🏻👎🏻👎🏻👎🏻
Musiqi bərbad.
👎👎👎
❤❤❤