Aktrisa niyə peşmandır? Göz yaşlarını saxlaya bilmədi

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • Hicran Nəsirova 1979-cu ildə M.Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V.Həsənovun səhnə quruluş verdiyi C.Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S.Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir.
    1986-cı ildən H.Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R.Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F.Q.Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır.
    Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B.Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə.Hacızadənin "İtgin gəlin" (Dünya), C.Cabbarlının "Almaz" (Yaxşı), R.Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
    H. Nəsirova 2000-ci ildə Azərbaycan Respulikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür
    30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
    __________________________________
    Bizi sosial şəbəkələrdə izləyin:
    RUclips I bit.ly/2KF8uLP
    İnstagram I bit.ly/2Ior3Cy
    Facebook I bit.ly/2x2MAtX

Комментарии • 3

  • @elcinqasmov7195
    @elcinqasmov7195 Год назад

    Hicran Nəsirova sevilən aktrisamız dır bu aktrisanı sevirəm Allahdan Hicran Nəsirova ya uzun ömür can sağlığı arzulayıram 👍

  • @aygunmeherremova2316
    @aygunmeherremova2316 2 года назад +1

    Bəli,heç bir zaman o borc ödənməz...Allah var olan ata analarımızı qorusun,olmayanlara Allahdan rəhmət diləyirəm.