Bəxtiyar Vahabzadə-AYRILDIQ (səs: Xəzər Süleymanlı)

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • şeir: Bəxtiyar Vahabzadə
    səs: Xəzər Süleymanlı
    #xezersuleymanli #bextiyarvahabzade #xəzərsüleymanlı
    Ayrıldıq... güc gəldi bizə hücumlar,
    Ayrıldıq, usanıb tənədən, sözdən;
    Bizdən razı qaldı yadlar, qohumlar,
    Biz razı qalmadıq öz-özümüzdən.
    Ayrıldıq... nəğməmiz qaldı yarımçıq,
    Fikirlər pərişan, könüllər qırıq.
    Ayrıldıq... de harda ləngidi zaman?
    İndi nə sən sənsən, nə də mən mənəm.
    Başımda tufanlar hayqırdığından,
    … Meyvəsi dəyməmiş tökülən mənəm.
    Özgə buludlara qarışan mənəm.
    Taleyin hökmüylə sən çox vuruşdun,
    Bu ağır hökm ilə barışan mənəm.
    Yandıran da mənəm, yaxılan da mən.
    Döyən də,
    Vuran da, yıxılan da mən!
    Ayrıldıq...
    bilmədik,
    neçin,
    nədən biz?
    Ayrıldıq...
    Ayrılmaq istəmədən biz.
    Yoxdur ürəyimdə sənə qəzəb, kin,
    Yadıma düşməyir bəd əməllərin.
    Nifrətsiz ayrılıq ayrılıq deyil,
    Nifrətsiz ayrılıq vüsaldan şirin...
    Gülüm, sevə-sevə ayrılırıq biz.
    Ürək kökdən düşən tək simə bənzər,
    Bizim gözü yaşlı, bədbəxt eşqimiz
    Atalı-analı yetimə bənzər.
    Deyirəm unudam səni mən gərək.
    Mümkünmü?
    Arzuya əməl tən gərək!
    Unuda bilməkçün səni, sevgilim,
    Təzədən doğulam, təzədən gərək!

Комментарии • 350