Qazaxıstanda "Zaman" qrupunun etno-caz konserti baş tutub.

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • Qazaxıstan Respublikasında Azərbaycan Respublikasının mədəniyyət günləri
    23-26 sentyabr 2024
    Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
    Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında ölkəmizdən "Zaman" qrupunun etno-caz konserti təqdim olunub.
    Konsertdən öncə çıxış edən musiqi qrupunun bədii rəhbəri Vasif Hüseyn milli çalğı alətlərinə böyük marağı olduğunu deyib: "Zaman" qrupunu yaratmaq istəyi milli musiqi alətlərimizə olan maraq və sevgimlə bağlıdır. Qrupda Azərbaycan balaban, tütək, zurna və s. alətlərdən çox istifadə edirəm. Bacardığım qədər, milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və yeri gələndə Qərb alətləri ilə sintez edirəm".
    Sonra söz musiqiyə verilib. "Zaman" qrupu (Saleh Məmmədov - bas gitara, Eyvaz Həşimov - zərb alətləri, Fəqan Rəhmanoğlu - nəfəs alətləri) və pianoçu, bəstəkar Vasif Hüseyn (eyni zamanda qrupun bədii rəhbəri) maraqlı proqramla çıxış edib.
    Proqramda Vasif Hüseynin "Biri var idi, biri yox idi" (“Once upon a time”), "Zaman", Vaqif Mustafazadənin "Baharda" ("Springtime"), "İmprovizə" ("Improvise"), Hans Zimmerin "Ulduzlararası" (Interstellar") və "Yapuray" qazax xalq mahnısı səsləndirilib.
    Qazax musiqisevərlər konserti böyük maraq qarşılayıb, ifaçıları alqışlayıblar.

Комментарии •