İmam Əlinin (ə) həyatına qısa bir baxış

Поделиться
HTML-код
  • Опубликовано: 20 сен 2024
  • Səsləndirdi ‪@guldiyarzulfuqar1592‬ İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır.
    İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona - yetim və ata-anasız qaldığı zaman - etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir.” (“Məqatilut-talibin”, Əbülfərəc İsfahani, səh.15.)
    İmam Əli (ə) öz xilafəti dövründə “Qasiə” xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: “Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.)
    İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA
    Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını “Hira” mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə “Hira” mağarasına aparardı.
    Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.
    Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
    İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA
    İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. “Qədir Xum” hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.
    İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA
    Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi.
    İMAM ƏLİ (Ə) VƏ ÜÇ CƏBHƏ İLƏ MÜBARİZƏ
    İmam Əlinin (ə) hakimiyyətinin əsl ədalət əsasında idarəsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, onlar imam Əlinin (ə) hökuməti qarşısında müxalif bir cəbhə yaratdılar. Bu müxalifət sonda “Nakisin”, “Qasitin” və “Mariqin” döyüşləri ilə nəticələndi.
    play.google.co...
    🌐Sosial səbəkələrdə bizi izləməyi unutmayin
    🇦🇿 www.shia.az
    🇦🇿 www.SonUmidTV.az
    💠 t.me/SonUmidTv_...
    💠 / sonumidtv
    💠 Fb.com/SonUmidTV
    Abunə ol ⬇️🎞️ / @sonumid
    #we_love_mohammad_ﷺ_challenge #SonUmidTV #Shia.az #Shop313 #ehlibeyt.info #Mənimlə #Evdəqal
    Montaj - Video editing : Vüsal Əli

Комментарии • 212

  • @kamranhacyev1564
    @kamranhacyev1564 8 месяцев назад +57

    Dünyanin sonuna qeder en edaletli kisi Əli❤❤❤❤❤❤❤❤❤❤❤

  • @limmmdov9241
    @limmmdov9241 Год назад +157

    *İmam Əli (ə) mənim gözlərimin nurudur.İmam Əli (ə) mənim canımın içidir.İmam Əli (ə) mənim gedib gələn nəfəsimdir.Mən doğulduğum gündən etibarən, İmam Əliyə (ə) aşiqəm.Mən özümlə fəxr etməsəm də, amma adımla çox fəxr edirəm.Həmd olsun Allaha ki, mənim adım Əlidir.Çox təəssüflər olsun ki, mən bu gözəl ada layiq ola bilmədim...*
    *Bu ucuz canım, Şahım İmam Əliyə (ə) fəda olsun.*
    *İmam Əli (ə) Allahın yer üzündə olan bir nurudur.İmam Əli (ə) Allahın gözəlliklərini göstərən bir şəxsiyyətdir.İmam Əli (ə) dinin sütunudur.İmam Əli (ə) yetimlərin atasıdır.İmam Əli (ə) kimsəsizlərin və məzlumların dayağıdır.İmam Əli (ə) ədalətin simvoludur.İmam Əli (ə) Allahın Aslanıdır.Elmin şəhəri Məhəmməd (s) Peyğəmbər, elmin qapısı isə İmam Əlidir (ə).İmam Əli (ə) Məhəmməd Peyğəmbərin (s) əmisi oğlu və yeznəsidir.İmam Əli (ə) xanımların xanımı olan xanım Fatimeyi Zəhranın (ə) həyat yoldaşıdır.İmam Əli (ə) cənnət cavanlarının ağası olan İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır.İmam Əlidə (ə) 70 Peyğəmbərin xisləti var.Bir və tək olan Allah, İmam Əli (ə) və Məhəmməd Peyğəmbəri eyni nurdan yaratmışdır.İmam Əli (ə) İslam dinini qəbul edən ilk kişidir.İmam Əli (ə) Kəbə evində dünyaya gələn yeganə insandır.İmam Əli (ə) İslam dininin qalxanıdır.İmam Əli (ə) danışan Qurani Kərimdir.İmam Əli (ə) Zülfüqar qılıncının sahibidir.İmam Əli (ə) bütün kafirlərin qorxulu yuxusudur.İmam Əli (ə) o şəxsdir ki, hətta mələklər də Ona aşiqdir.İmam Əli (ə) namaz qılarkən, ruku halında zəkat verən yeganə insandır.İmam Əli (ə) vilayət günəşidir.İmam Əli (ə) Haqqın səsidir.İmam Əli (ə) bütün möminlərin şahıdır.İmam Əli (ə) Əhli-Beytdir.İmam Əlini (ə) sevəni, Allah da çox sevər.Gücü və qüdrəti sonsuz olan Allah, İmam Əli (ə) haqqında belə buyurmuşdur:*
    *La fəta illa Əli*
    *La seyfə illa Zülfüqar*
    *Mənası budur ki, İmam Əlidən (ə) daha güclü bir igid, Zülfüqar qılıncından daha kəsgin bir qılınc yoxdur.*
    *Ən uca olan Allahın Salamı olsun İmam Əli (ə) aşiqlərinə.*

    • @xiridarivuqar
      @xiridarivuqar 10 месяцев назад +8

      Va aleykum salam

    • @Baku158
      @Baku158 10 месяцев назад +9

      Aleykum Salam ALLAH Gunahlarımızı Bağlşlasın Amin

    • @xiridarivuqar
      @xiridarivuqar 10 месяцев назад +7

      @@Baku158 amin qaqaw amin

    • @BakuTelecom-e4g
      @BakuTelecom-e4g 8 месяцев назад +7

      ələykə salam

    • @nuranememmedova5115
      @nuranememmedova5115 7 месяцев назад +10

      Alekum salam.. agamin hakkinda yazilan her kelme qelbimi titretdi. 😢

  • @ВугарАлиев-ъ4и
    @ВугарАлиев-ъ4и 9 месяцев назад +39

    Hz İmam ƏLİ.(ə). Hqaına girənlərə uca ALLAH ənədən Lənət etsin inşallah Amin

  • @samiraleskerov3424
    @samiraleskerov3424 Год назад +56

    Dünyaya gəlib getmiş bütün başçılar İmam Əlinin mində biri qədərdə ola bilməzlər.
    İşim siyasətə qalsaydı bütün Dünyanı fəth edərdim.
    İmam Əli (ə)

    • @MirHadiHadiyev
      @MirHadiHadiyev 5 месяцев назад +1

      Düz deyirsiniz.Siyasət əhli beytə haramdır.

  • @zehmetkewatatalibli
    @zehmetkewatatalibli 4 месяца назад +4

    Allahın Lənəti olsun HƏZRƏTİ ƏLİNİN düşmənlərinə.

  • @bahtiyar9869
    @bahtiyar9869 7 месяцев назад +49

    Eşhedü ənna ilahi illəllah, Eşhedü ənna MÜHƏMMƏDÜN resulAllah, Eşhedü ənna emirəlmöminün ƏLIYYƏN vəliyullah və vəsiyyən resulAllah. Ya Allah, ya Muhəmməd, ya Əli. ❤❤❤❤❤

  • @DAGLI_53
    @DAGLI_53 6 месяцев назад +17

    YA.ALLAH YA MƏHƏMMƏD YA ƏLİ.

  • @arzubaxsaliyev186
    @arzubaxsaliyev186 8 месяцев назад +20

    Ya Allah Ya Muhəmməd Ya Əli

  • @elmaddinceferov2291
    @elmaddinceferov2291 5 месяцев назад +10

    Əli imam Əli Salam olsn Allah Rəsul Məhəmməd Peyğəbərə Və onu beytin🌹🌹🌹🌹🕋🕋🕋🇦🇿🌹🇹🇷🌹🥰

  • @sugranovruzova3344
    @sugranovruzova3344 4 месяца назад +9

    Ya ƏLİ! Çox şükür ki, Əli mövlamız dır.

  • @Samimi_Dindar
    @Samimi_Dindar 7 месяцев назад +20

    Əşhədu Ənlə İlahə İlləllah
    Əşhədu Ənlə Muhəmmədən Rəsullullah
    Və Əşhədu Ənlə Əmirəl-Mömininə Əliyyən Vəliyullah

  • @TexnoButik-n4z
    @TexnoButik-n4z 6 месяцев назад +7

    YA ƏLİ❤

  • @ŞovqiMirzezade
    @ŞovqiMirzezade 11 месяцев назад +34

    Ya Movlam Ya Eli ❤❤

  • @alihusayenov9187
    @alihusayenov9187 11 месяцев назад +21

    Allah Məhəmməd ya Əli

  • @FaruhFaruz
    @FaruhFaruz 5 месяцев назад +4

    Allah Məhəmməd ya Əli sən bизи гору амин

  • @heqiqetnovruz8729
    @heqiqetnovruz8729 Год назад +23

    Ya ƏLİ ya muhemed😢😢😢

  • @cingizjafarlee1867
    @cingizjafarlee1867 6 месяцев назад +6

    Ya Əli !

  • @Фамид-н8ч
    @Фамид-н8ч 8 месяцев назад +31

    𝘽𝙞𝙯 ə𝙡𝙞𝙣𝙞𝙣 𝙖ş𝙞𝙦𝙡ə𝙧𝙞𝙮𝙞𝙦

  • @elxanibiyev8993
    @elxanibiyev8993 7 месяцев назад +22

    Əlinin xəndək döyüşündə vurduğu zərbə insan və cinin qiyamətədək ibadətindən üstündür peyğəmbər.ə.Allaha çox şükür ki Əli.ə.kimi mövlamız var Allah bizləri dünyada o həzrətin qəbirinin ziyarətindən qiyamətə isə şəfayətindən bi nəsib eləməsin bizləri o həzrətlə məhşur eləsin.🤲🤲

    • @HuseynRecebov-no8he
      @HuseynRecebov-no8he 5 месяцев назад +1

      Beh beh ne gozel yazmisan qardawim 👏👏👏👏👏👏AMI İNŞALLAH

  • @ElvinMuradov-gp7vw
    @ElvinMuradov-gp7vw 5 месяцев назад +4

    Ya Allah Ya Əli 🤲🙏🙏🙏

  • @hafizaliyev444
    @hafizaliyev444 9 месяцев назад +12

    Ya imam əli (ə)

  • @samilismaylov7391
    @samilismaylov7391 7 месяцев назад +12

    Сене гурбан олуб я али❤❤❤

  • @Anonimka_999
    @Anonimka_999 5 месяцев назад +9

    Ya İMAM ƏLİ ə,s Ya FATİMƏ s,ə Ya ÜMMÜL BƏNİ s,ə Ya BABƏL HƏVAYİC ə,s Ya ZEYNƏB s,ə Ya NƏRCİS s,ə Ya BƏQİYYƏTULLAH ə,f,ş ya MƏSUM s,ə Ya ĞƏRİBƏL ĞÜRƏBA ə,s Ya RÜQƏYYƏ s,ə Ya RÜBAB s,ə Ya ŞƏHRƏBANU s,ə Ya ÇƏHARDAH MƏSUM ə,s Ya ƏLİ ƏKBƏR ə,s Ya Cənabi QASİM ə,s Ya ƏLİ ƏSĞƏR ə,s Ya FATİMƏ s,ə

  • @BhruzMusdafayev-qp9fh
    @BhruzMusdafayev-qp9fh 11 месяцев назад +19

    LƏBEYKƏ YA ƏLİ

  • @nhghghgg6567
    @nhghghgg6567 6 месяцев назад +4

    ALLAHU EKBER🕋🤲🤲🇦🇿

  • @Azerbaycan27
    @Azerbaycan27 Год назад +25

    ya Allah🙏🏻🤲🏼…Əli

  • @Melisa-t3c
    @Melisa-t3c 7 месяцев назад +9

    Qurban olum sənə ey əli

  • @EMİNQURBANƏLİYEV
    @EMİNQURBANƏLİYEV 8 месяцев назад +7

    🤲YA ƏLİ🕋🤲🌹

  • @ebelfezliabbashuseyinibnie4714
    @ebelfezliabbashuseyinibnie4714 11 месяцев назад +11

    Canım sənə fəda olsun ya HzƏli əleyhsalam

  • @farhadqurbanov1114
    @farhadqurbanov1114 Год назад +100

    Allah Məhəmməd ya Əli🤲

    • @xman90147
      @xman90147 7 месяцев назад +17

      Ya Allah ! Ya Muhammed ! Ya Eli ! Ya cagiris - muraciet forması olduğu ucun Ya sözü ilk önce Allah'a mexsusdur ! Eziz Qardasim ,biz bezen bele demediyimiz ucun vehabiler sirkden musriklikden söz acirlar...Allah Hezreti Eli hormetine bizi momin bendelerinden etsin İnsaAllah ! Amin Ya Rebbel-Alemin !

    • @HikmetAllahverdiyev-t5c
      @HikmetAllahverdiyev-t5c 7 месяцев назад +1

      ​@@xman90147YA DEYİB KİMİSE CAGİRMAQ ALLAHA SİRK QOŞMAQ DEYUL..YA EREBCE EY DEMEKDİ..ALLAH YA EYYUEN NAS DEYENDE ÖZÜNE ŞERİK QOŞUR? SİKRİN SEFDİ..O Kİ QALDİ VAKKOŞ SELFOŞLARA OLARİN İSLAMLA ELAQESİ YOXDU...ONLAR DİLDE ALLAH EMELDE LENETULLAH MÜAVİYE BALALARİDİ..

    • @Vuqarxridar
      @Vuqarxridar 5 месяцев назад +7

      @@xman90147 Bəh Bəh Əhsənee Qardaş, Varolasan👏🏻

  • @MisterXF540
    @MisterXF540 Год назад +13

    Ləbbeyk ya Əli❤

  • @elcineliheyderov67Avtor
    @elcineliheyderov67Avtor 8 месяцев назад +16

    İmam Əlinin Mövludun mübarək olsun

  • @zaurmmmdov860
    @zaurmmmdov860 Год назад +18

    Ya mezlum Əli❤😢

  • @azizullaalekberogli6290
    @azizullaalekberogli6290 8 месяцев назад +9

    اللهم صل على محمد وآل محمد وعجل فرجهم❤

  • @yanqus4396
    @yanqus4396 6 месяцев назад +2

    Ya Allah,Ya Muxammad,Ya Ali Madat❤🤲☝️❤️

  • @naidamaharramova5578
    @naidamaharramova5578 7 месяцев назад +9

    Allahummə Sali Əla Muhəmmədin və Ali Muhəmməd ❤

  • @huseynagabagirov977
    @huseynagabagirov977 7 месяцев назад +3

    YA ALLAH BİSİMİİLLAH ALLAH MƏHƏMMƏD YA ƏLİ YA HÜSEYN YA ZƏHRA

  • @EMİNQURBANƏLİYEV
    @EMİNQURBANƏLİYEV 8 месяцев назад +10

    ALLAH SİZDƏN ÇOX RAZI OLSUN🤲 Kİ, İMAM ƏLİNİN HƏYATI HAQQINDA BİZLƏRİ MARİFLƏNDİRİRSİNİZ!🤲🕋🤲

  • @narsamsung1654
    @narsamsung1654 7 месяцев назад +7

    MAŞALLAH ❤

  • @rafaelesgerov-th2ry
    @rafaelesgerov-th2ry 7 месяцев назад +4

    ❤CAN ƏLİ CAN SƏNƏ QURBAN ƏLİ❤

  • @sahinnovruzov4402
    @sahinnovruzov4402 2 месяца назад +2

    ALLAH salamı olsun peyğəmbər və onun əhli beytinə. Ya Əli

  • @SamxalMammedov-vi6pb
    @SamxalMammedov-vi6pb 7 месяцев назад +4

    Allah bizi. Ehlibeytden. Uzaq. Salmasin

  • @GuleliSəfərov
    @GuleliSəfərov 5 месяцев назад +4

    YA.ƏLİ

  • @doctor.kameliya101
    @doctor.kameliya101 9 месяцев назад +9

    Allah ,Ali Muhemmed,Ya Movlam Ya Ali...❤..Hz Ali ele bil esqdirki ,her defe eşq ile yanib küllerinden yeniden doqulursan...

  • @narsamsung1654
    @narsamsung1654 7 месяцев назад +4

    CAN ƏLİ ❤❤❤

  • @Huseyin_Hasan313
    @Huseyin_Hasan313 8 месяцев назад +6

    ❤❤❤😢❤❤❤

  • @justice5768
    @justice5768 Год назад +20

    Qurban olaram sene Ya ELI

  • @suleymancennetov5060
    @suleymancennetov5060 7 месяцев назад +3

    Can ƏLİ

  • @BakuTelecom-e4g
    @BakuTelecom-e4g 8 месяцев назад +10

    Allah nəinli Həzrət Əlinin aşiqlərini bagışlıyacaq hətda aşiqlərini sevənləridə bagışlayacaq

  • @nikogaming9991
    @nikogaming9991 10 месяцев назад +7

    Belə Videolar Cox Gəlsin

  • @elshad1996
    @elshad1996 5 месяцев назад +3

    Ya Əli əmir möminin

  • @mdintalbova1531
    @mdintalbova1531 Год назад +12

    Ya Əli

  • @nagyevheciosman0052
    @nagyevheciosman0052 7 месяцев назад +5

    LABBEYK HZ. YA ELİ AGAM .

  • @Məhəmmədəliyev_xxxx12
    @Məhəmmədəliyev_xxxx12 Год назад +6

    Ya Əli 💜❤💜

  • @fruzmmmdova7594
    @fruzmmmdova7594 7 месяцев назад +2

    ALLAH MUHƏMMƏD....YA ƏLİ.......

  • @ВугарАлиев-ъ4и
    @ВугарАлиев-ъ4и 7 месяцев назад +1

    Can sizə qurban ya ALLAH ya Muhəmməd ya Əli❤😢😢

  • @ДжавадДжавадов-щ2ш
    @ДжавадДжавадов-щ2ш 6 месяцев назад +1

    Ya MUHAMMAD YA RASULLALLAH. ❤

  • @PervizElesgerli-s3v
    @PervizElesgerli-s3v 5 месяцев назад +2

    Ya əli❤❤❤❤❤

  • @ЗакирБайдамиров
    @ЗакирБайдамиров 7 месяцев назад +2

    Шүкүр сәнә Аллаһым.🙏🙏🙏

  • @UlviHesenov-o4z
    @UlviHesenov-o4z 7 месяцев назад +1

    Bismillahir rehman rehim allahume selli seyidine ve ali muhammed elhemdulillah subhanallah

  • @dilqemhaciyev-vl7sp
    @dilqemhaciyev-vl7sp Год назад +6

    Ay Allah Allah Allah Allah Allah Allah

  • @ElisaQocayev
    @ElisaQocayev 8 месяцев назад +2

    Əssələmu əleykə və rəhmətullah

  • @rustemmusayev6577
    @rustemmusayev6577 8 месяцев назад +1

    CANIM SENE FEDE OLSUN YA ELI 😢😢😢😢❤❤❤❤

  • @azerbaycanmenimcanim2512
    @azerbaycanmenimcanim2512 5 месяцев назад +2

    Canım Əli !

  • @ROYALELIYEV-nc8rf
    @ROYALELIYEV-nc8rf 7 месяцев назад +2

    Ya Əli (ə)

  • @TestKontakt-t9d
    @TestKontakt-t9d 7 месяцев назад +3

    YA ALLAH SİZƏ QURBAN OLUM❤❤

  • @elseveraliyev1233
    @elseveraliyev1233 5 месяцев назад +2

    Ya Əli❤

  • @ЗакирБайдамиров
    @ЗакирБайдамиров 6 месяцев назад +1

    Аллаһ Мәһәммәд ја Әли
    🙏🙏🙏

  • @sadygovvidadi536
    @sadygovvidadi536 2 месяца назад

    İmam Əli həmişə o biri xəlifələrin sağ əli olub. Allah ondan razı olsun.

  • @ЯАли-п6ф
    @ЯАли-п6ф 7 месяцев назад +1

    ALLAH ƏMİRƏLMOMİNİN ƏLİ ƏLEYHSALAMIN DÜŞMANLARINA LƏNƏT ELƏSİN.

  • @IslamNagiyev-sd3ui
    @IslamNagiyev-sd3ui 4 месяца назад +1

    ALLAHIN SALAMI OLSUN ƏLİYƏ

  • @ПоладГусейнов-е9б
    @ПоладГусейнов-е9б 7 месяцев назад +1

    Allahume salli əla Muhammed ve ali Muhammed

  • @Memmedov1990
    @Memmedov1990 5 месяцев назад +1

    Gözəl Ağam mən səni görmədən səni cox sevirəm❤

  • @anarsfrov4499
    @anarsfrov4499 7 месяцев назад +1

    Allah bizi dünya və axirətdə 14 məsumdan ayrı salmasın.Amin !

  • @nuranehesenova1107
    @nuranehesenova1107 8 месяцев назад +2

    ❤❤❤❤

  • @zzz9967
    @zzz9967 5 месяцев назад +1

    Ja Əli❤❤❤❤❤

  • @Mohsun226
    @Mohsun226 5 месяцев назад +1

    Əhsən

  • @taleyelyev6836
    @taleyelyev6836 5 месяцев назад +1

    Əli (ə)axırıncı peyğmbərdən sonra bütün peyğəmbərlərdən üstündü.

  • @Vugar-dm8kd
    @Vugar-dm8kd 4 месяца назад

    Biz azərbaycanlılar, Həzrət Əlini çox sevirik ❤

  • @RavidMammadov-fh8yg
    @RavidMammadov-fh8yg 7 месяцев назад +1

    Ya ƏLİ YA ƏLİ

  • @user-sl9dh3mr3y
    @user-sl9dh3mr3y 7 месяцев назад +2

    Salam, cəddim həzrəti imam əli ibn Əbu talib ibn əbdulmutəllib.ə.ma Salam,salavat, məğfirət və rəhmət olsun,bu günku Cümə gününüz mübarək olsun.kərbəlayi Seyyid Səbuhi.

  • @EldarAliyev-i2g
    @EldarAliyev-i2g 7 месяцев назад +1

    Аллахума Салли ала сейидин махаммадин ва Али мухмадин

  • @ResadM-x8u
    @ResadM-x8u 18 дней назад

    Yaallah ya əli

  • @SevincAliyeva-jc9di
    @SevincAliyeva-jc9di 7 месяцев назад +1

    Salam.olsun.Sənə.Ey.Əli.Əleh.salam.öz.şəfaətini.bizlərdən.əskik.etmə

  • @QadirAgayev-t5r
    @QadirAgayev-t5r 4 месяца назад

    Ya Allah ya Muhammed ya Əli

  • @talehismaylov9244
    @talehismaylov9244 7 месяцев назад +2

    Allah təkdir hec bir seriki yoxdu Peyğəmbərlər ve Eli allahin quludu

    • @Руслан-ю1ф3ы
      @Руслан-ю1ф3ы 6 месяцев назад +2

      Bh videoda Eli a.s. Allaha sherik etdiler?? Yoxsa Eli a.s. terifleyende narahat olursan? Onda bilki burda deyilenler 1 % o kishinin shucaetinin. PEYGMBER (S) BUYURUB: Əli a.s. butun shucaetlerini sizlere desem qorxuram ona xristianlarin Isa a.s. verdiyi nisbeti veresiz ve ona ibadet edesiz.

  • @Asmaya-l2s
    @Asmaya-l2s 3 месяца назад +1

    La Ilaha IlAllah Muhammadin Rasulullah , Ashadu Anla Ilaha IlAllah Wa Ashadu Anna Muhammadin Rasulullah Ashadu Anna Amiral Momininan Aliyan Valiyullah

  • @islamminayev3357
    @islamminayev3357 28 дней назад

    YA MUHAMMED YA ALİ

  • @nautilus578
    @nautilus578 Год назад +11

    Ya Allah Peyğəmbərimizin (s) qoyduğu haqq yolu tərk edən (rafizi) xəlifələrə haqq dünyasında ən ağır cəzanı ver. Onlar nəyin ki, Hz. Əlinin (ə) və eyni zamanda on bir İmamızın da haqqına girək xilafətə rəhbərlikdə Peyğəmbərimizlə (s) və İmamətin əlaqəsini kəsdilər. Bunu ancaq müşrük və münafiqlər edə bilərdi. Axı niyə belə oldu ay Allah? Axı niyə Peyğəmbərimizi (s) əhatə edən ən yaxın səhabələr xain və münafiq çıxdlar ? Əhli Beytə qarşı haqsızlıqları ilə müsəlmanları iki hissəyə parçaladılar və vəhdəti pozdular. Niyə?

  • @MuradHuseynov-b9f
    @MuradHuseynov-b9f 2 месяца назад

    Allah Muhəmməd ya Əliy

  • @ElsnNizamov-ik4sz
    @ElsnNizamov-ik4sz 5 месяцев назад +1

    İa əli

  • @IkramAliyev-ez3yh
    @IkramAliyev-ez3yh 7 месяцев назад

    Ya Allah ya Muhanmməd ya Əli Allahın aslanı Əli

  • @vuqarseferov5048
    @vuqarseferov5048 Месяц назад

    Sallallahu aleyhi ya əmirəl möminin

  • @ofeliyaqashimova9066
    @ofeliyaqashimova9066 7 месяцев назад +1

    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @ЗакирБайдамиров
    @ЗакирБайдамиров 6 месяцев назад +1

    Аллаһ рәһмәт еләсин

  • @miri___333
    @miri___333 4 месяца назад

    İnsanlar Hz.Əlinin qədrini bilmədi vay-vay,
    Dünya’da Hz.Əlidən sonra, dünyasın itirdi 🖤🥀

  • @hebibhuseynov1946
    @hebibhuseynov1946 6 месяцев назад

    ,, ALLAH " HEZRETİ EMİRELMÖMİNİN ƏLİ AĞANIN ( A.S ) VE AİLESİ OLAN ,, ƏHLİ BEYT " DÜŞMƏNLƏRİNƏ VƏ KATİLLERİNE HER ĞÜNDELİK OLARAQ 1000 LƏNƏT ELƏSİN İN ŞA ALLAH !!!

  • @FuadBayramli-fg2ez
    @FuadBayramli-fg2ez Месяц назад

    Ya. Əli. Ya. Məhəmməd

  • @eminzeyniyev3490
    @eminzeyniyev3490 5 месяцев назад +1

    👍👍👍👍👍👍👍👍

  • @maqa-dr8ub
    @maqa-dr8ub 4 месяца назад

    YA ƏMİRƏLMÖMİNİN