Qırmızı bağ (2016)

Поделиться
HTML-код
  • Опубликовано: 16 май 2022
  • 12+
    Hadisələr əyalət şəhərlərindən birində baş verir. Orta məktəb muəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Vəfa ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın cıxması isə hadisələri kökündən dəyişir.
    Rejissor: Mirbala Səlimli
    Ssenari müəllifi: Mirbala Səlimli
    Operator: Maksim Drozdov
    Rəssam: Leonid Karpov
    Bəstəkar: Salman Qəmbərov
    Rollarda: Maqsud Məmmədov (Abbas), Gülzar Qurbanova (Vəfa), Taleh Bədiyev (Orxan), Salam İsmayıl (molla), Xanlar Həşimzadə (məktəb direktoru), Ramiz İbrahimov (bağban), Bəhiyyə Abdullazadə (Günel)
    İstehsalçılar: Azərbaycanfilm, Weit Media (Rusiya)
    İlk baxış tarixi: 12.04.2016
    Janr: dram
    Mükafatlar:
    15-ci Dəkkə Beynəlxalq Film Festivalı - “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” (2017, Dəkkə / Banqladeş)
    Trabzon Beynəlxalq Film Festivalı - Ən yaxşı aktrisa - Gülzar Qurbanova (2017, Trabzon / Türkiyə)
    Trabzon Beynəlxalq Film Festivalı - Ən yaxşı aktyor (2017, Trabzon / Türkiyə)
    Trabzon Beynəlxalq Film Festivalı - Münsiflər heyətinin xüsusi mükafatı (2017, Trabzon / Türkiyə)
    17-ci Baykal Beynəlxalq Film Festivalı - Ən yaxşı bədii film (2018, Rusiya)
  • КиноКино

Комментарии • 200

  • @ilahbayramova5191
    @ilahbayramova5191 Год назад +105

    Televiziya kanallarında o qədər ailə içi qalmaqallı axmaq-axmaq seriallar görmüşük ki, belə gözəl filmlərdən xəbərimiz yoxdur.

    • @renaagayeva2817
      @renaagayeva2817 5 месяцев назад

      Çox doğru vurğuladız, mən də elə onu yazacaqdım

  • @mhbbt1402
    @mhbbt1402 Год назад +117

    Bu filmi göydə axtarırdım, burda əlimə düşdü. Həm də, bizim evdən bəzi əşyalar var, dibçəkkər, mebel, vallar və ən əsası babamın şəkli ❤️

    • @masnowa
      @masnowa Год назад +1

      Salam. Film harada cekilib?

    • @mhbbt1402
      @mhbbt1402 Год назад +6

      @@masnowa Aleykumsalam. Gözəl Şəkidə

    • @seyidcebrayilov9261
      @seyidcebrayilov9261 Год назад +2

      Bu film harda cekilib qaqaş ??

    • @mhbbt1402
      @mhbbt1402 Год назад +1

      @@seyidcebrayilov9261 Şəkidə

    • @aminzeynaloff57
      @aminzeynaloff57 Год назад +1

      bu film Azərbaycanın hansı bölgəsində çəkilib bilirsiz?

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 Год назад +89

    Öz milli kinolarımızın qiymətini heç bir şey ilə ölçmək mümkün deyil.....

  • @NurayRzayeva-zh2kc
    @NurayRzayeva-zh2kc 23 дня назад +5

    Həqiqətən çox möhdəşəm və qüsursuz filimdir. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu cür gözəl bir film çəkib bizlərə təqdim edirsiniz.

  • @turkanibrahimova4189
    @turkanibrahimova4189 Год назад +25

    Rəfinin kinozavrından gelirem. Bir filmin ki son 8 deqiqesini çekmek üçün 3il vaxt serf edilibdi o filme baxmağı özüme borc bildim. Bağışlayın ki gec baxıram

  • @izuleabdullayeva5979
    @izuleabdullayeva5979 Год назад +32

    Milli kinolarımıza baxdıca baxıram . necə gözəl filimlərimiz var. Bu millət vallah istedalıdı. Bir iki nankoru çıxmaq .ərtilə

  • @emiliyarasulova2776
    @emiliyarasulova2776 Год назад +52

    Niyə bu film belə az izlənilib və az bəyənmə gəlib?! Cox təəsüf edirəm... Film cox mənalıdır ! Bu DRAM janrlı filmdir ! Bir yeniyetmənin FACİƏSİ !... Ətrafdakı laqeyid, ancaq öz eqoları ücün yaşayan, mərhəmətsiz insanların münasibəti həyat dolu bir yeniyetmənin həyata baxışını necədə dəyişərmiş... Onu kobud, qacagan, insanlara qarşı ümüdsüz inamsız edərmiş...💔😢
    YAXŞI Kİ , VƏFA KİMİ İNSANLAR VAR BU HƏYATDA ! ETİNASIZ OLMAYAN, HAYA GƏLƏN, İNSANI BAŞA DÜŞƏN, İNSANLIGI SEVƏN !!! SON NƏFƏSİNƏCƏN QARŞISINA QOYDUGU MƏQSƏDİ YÜRÜDƏN !
    Cətin anlarda bir birimizə arxa kömək olaq, bir birimizi sevək, yardım edək !!! Əsasda gənclərimizə GÖZƏL yol göstərənlərdən olaq həmişə🤲🤲🤲
    FİLMİ COX BƏYƏNDİM👍 BÜTÜN YARADICI KOLLEKTİVƏ MİNNƏTDARAM ! KANALA İSƏ , AYRICA TƏŞƏKKÜRLƏRİM VAR !❤🌹

  • @bakcellcin1177
    @bakcellcin1177 5 месяцев назад +5

    nə qədər mənalı məntiqli filmlərimiz var, xəbərimiz yoxdur, televiziyada verilmir, internetdə təsadüfi qarşıma çıxdı, adların bilsək axtararıq, bu yaxınlarda Köpək filmi qarşıma çıxdı, çox təsirləndim, ürəyim ağrıdı

  • @milaabdullayeva2464
    @milaabdullayeva2464 Год назад +9

    ...sən kor və karsan....
    ..eşidirsən?- həm də görürəm!!!
    Çox mənalı filmdir. Əsil sevgi. İlahi gözəllik....
    Yaradıcı heyətə təşəkkür edirəm.

  • @ibrahimabdullayev4586
    @ibrahimabdullayev4586 10 месяцев назад +15

    Çox tessüff hissi ile deye bilerem ki bizde bele kinolara deyer az verilir bunu baxış ve beyenme sayıyla bilmey olar. Amma hansısa bambılı blogerler 1 dene vidio atan kimi 100000 zad baxış beyeni ger. Buda onu gösterir ki millet olaraq savadsız insanlarımız çoxdur!! 😏

    • @jaleahmedova2530
      @jaleahmedova2530 2 месяца назад

      Milləti bu günə salan tv kanallar deyilmi? Axmaq axmaq serialları, iyrənc qalmaqal verilişlırini, ailə içi iyrənclikləri göstərən kanallar.

  • @esmetnesibova1449
    @esmetnesibova1449 23 дня назад +2

    Çox gözəl təbii canlı çəkilmişdi kinoya baxanda sanki hansısa xarici kinolarin hissini verdi mənə çox sağolun

  • @_LIFE______DEATH_
    @_LIFE______DEATH_ Год назад +27

    Çox gözəl bir film deyet veren anlayan insanlar üçün,inanmıram 21 əsrin gəncləri bu filmi izləyə.

  • @SuperSevindj
    @SuperSevindj 10 месяцев назад +14

    Cox beyendim👍Orxan rolunun cox inandirici oynayir❤

  • @Metekayagilfan888
    @Metekayagilfan888 13 дней назад +1

    Öz adıma deyirəm, xəbərim yox idi belə film olduğundan. Yoxsa çoxdan baxardım. Çox gözəl çəkilib. Baxış sayı azdır düzdü hələ belə bir film üçün. Ona görə ki, çoxsunun qarşısına çixmayib məndə olduğu kimi. Çox sağolun

  • @vefatahirli4241
    @vefatahirli4241 Год назад +24

    Gənclərimizin belə flimlərə hövsələsi çatmır baxmağa , sovet flimləri ilə böyüyən nəsil isə ekranda tank lüləsi görməsə flim onlara maraqlı gəlmir .Yəqin ona görə belə az baxış var.Çox gözəl bir fllimdir ,baxdıqca elə bil kitab oxuyursan .Əməyinizə sağlıq çox bəyəndim 👍👍👍

    • @pianoislife4485
      @pianoislife4485 6 месяцев назад +4

      Bütün gənclər belə deyil. Çünki, özümdə o gənclərdən biriyəm. Hər insan fərqlidi maraq dairələridə fərqli olur.

    • @aksanaaxundova.aksanamtbxi3305
      @aksanaaxundova.aksanamtbxi3305 6 месяцев назад +1

      Bu günün gəncləri Sovet dövründə çəkilən Azərbaycan filmlərinə və bu indi çəkilən tərbiyəvi filmlərə baxsalar mədəni tərbiyəvi dünyagörüşlü olar.

  • @trkm0679
    @trkm0679 5 месяцев назад +16

    Belə kino çəkən sənətkarlara eşq olsun.
    Bayağı kino çəkənlər! Baxın dərs alın və utanın!

  • @masnowa
    @masnowa Год назад +8

    Cox maraqli ve anlamli film idi. Erseye gelmesinde adi kecen her kese teshekkur edirem.

  • @evarafi5390
    @evarafi5390 6 месяцев назад +3

    Çox gözəl mənalı fim idi. Bu filmi bəyənməyənlər, bədbin deyənlər əminəm ki, tiktokun 15 saniyəlik verdiyi endorfin asılılarıdır. Təşəkkür edirəm. Orxan rolunu oynayan yeniyetmə çox gözəl oynayıb. Sondakı mahnını da çox bəyəndim

  • @bayramova2693
    @bayramova2693 2 месяца назад +2

    Gôzel filimdi.👏baxanda sanki başqa bir ailem canlanir insanin gözünün qarsisinda.bir sözle möhteşem filmdı.

  • @guvendogan3378
    @guvendogan3378 Год назад +8

    Cok güzel filimler var teşekürler ata yurdumun gözel insanları .

  • @azercelbakcel9434
    @azercelbakcel9434 6 месяцев назад +3

    Çağdaş Azərbaycanımızın çox gözəl məntiqli mənalı filimi.Ssenarisidə ,rejissorluq və oyuncluq qabiliyyəti çox möhtəşəm.Uğurlar

  • @yektta52
    @yektta52 4 месяца назад +3

    Neslin davamcısını istedin, neslini mehv etdin.. ümid edirem ki insanlar bu filme baxıb özlerine bir ders çıxardallar. Çünki bir heqiqetdir ki hal hazırda cemiyyetimizde bu problem davam edir. Tek sözle mohtesem film idi, uğurlar🤍

  • @EmrEEvirgenEETV
    @EmrEEvirgenEETV Год назад +19

    filmde, metaforlarla anlatım başarılıydı. tabiatla kurulan ilişki dikkat çekici.

  • @yeganamammadova316
    @yeganamammadova316 Год назад +5

    Bəzən kiçik böyüyə, şagird müəllimə dərs verir ... Əla filmdi...

  • @edits_Jimin
    @edits_Jimin Год назад +6

    Kinozavdan gelirem ,Rəfin bəyendise bizim bəyenmeməyimiz mümkün deyil ❤

    • @beatmusic8389
      @beatmusic8389 Год назад +1

      Niye senin öz fikrin yoxdur ?? Gerek kimsə bəyənsin sonra beyenesen?

  • @OrxanAskerov-sh5gb
    @OrxanAskerov-sh5gb 27 дней назад +1

    Zehmeti kecen her kese tesekur edirem , coxxxxx saqolun

  • @Zalimkhan.Mamadov
    @Zalimkhan.Mamadov Год назад +6

    İzlədiyim ən yaxşı Filimlərdən biridir .

  • @aytekinmemmedova2072
    @aytekinmemmedova2072 10 дней назад +1

    Bu filimleri one cixarmaq lazimdir.Axi bizde istedadli aktyorlar kino rejissorlar senarist montajorlar var.

  • @Lisabnm
    @Lisabnm 2 месяца назад +1

    2024 dən izləyirəm həqiqətən çox dərin mənaları var bu filmi anlamaq üçün bir neçə dəfə daha baxmaq lazımdır həqiqətən çox dərin və mənalıdır çox gözəl əla😻💐

  • @rahibamusayeva563
    @rahibamusayeva563 6 месяцев назад +3

    Son günlər Azərbaycanfilmin çəkdiyi bədii və müxtəlif qısametrajlı filmlər içərisində ən təsirli filmdir.

  • @blackrano
    @blackrano 7 месяцев назад +2

    Çox beyendim.Bundan evvel de "İceri şeher"e baxdım.O da ela filmdi,baxmaqa deyer

    • @smuradzade
      @smuradzade 4 месяца назад

      O filmə harda baxmaq olar? Adı İçərişəhərdi?

  • @shahriyarbabayev9025
    @shahriyarbabayev9025 2 дня назад

    En esası seviyyeli bir filmdir. Bu filmde emeyi keçen herkesi tebrik edirem. Uğurlarınız bol olsun

  • @zulfunazliyeva7996
    @zulfunazliyeva7996 Год назад +4

    Salam bele gozel filmler anlamli menali filmler tez tez cekile kaski cox xosum geldi tesekkir edirem aktyorlar rollarini cox gozel apardilar Orxan ise tam gozel apardi bu yasda bu istedad ugurlarin daim olsun

  • @user-qk6sc4kt3y
    @user-qk6sc4kt3y 19 дней назад

    Çox mənali gozel duygulu film idi.cox sagolun erseye getirenler

  • @yunisabbasov7167
    @yunisabbasov7167 21 день назад

    Coooox tesirli ve elaaa filmdi.kaskii bu filmleri tv kanallardada gosterseler.Vefa sen cox gozel qadinsan,Orxan sen guclu yeniyetmesen........

  • @afermahsumov9309
    @afermahsumov9309 Год назад +9

    Пока не на делают ошибок и не встретятся с бедой которую можно было обойти им никогда не услышать бога !

  • @Metekayagilfan888
    @Metekayagilfan888 13 дней назад

    Nağıl kimi bir film gəldi mənə. Vallah ilk dəfədir Azərbaycanda bu tərz film görürəm. İnşAllah davamlı olar 😊

  • @azermuradov4215
    @azermuradov4215 Год назад +4

    Əla peçat bundan o tərəfi yoxdu Allah butun əziyyət çəkən insanlara kömək olsun amin inşallah

  • @adminakt
    @adminakt Год назад +29

    Filmi bu qədər ğözəl və xoş edən zənnimcə operatorların professional işidir. Film Avropa, ABŞ ölkələri rejisura üslübünda çəkilib, heç də pis alınmayıb. Filmin büdcəsi düşünürəm çox az olduğundan ğörkəmli aktyorlar yer almayıb.

    • @slalhmdova6716
      @slalhmdova6716 Год назад +6

      Hələ görkəmli tanınmış artoyor yoxdur bu filimdə belə gözəl maraqlı alınıb. Niyə efirlərdə nümayiş olunmuyub bu filimlər. Yutubda bu neçə gün ərzində neçə yaxşı filimlər qarşıma çıxıb baxmışam. Hamısıda maraqlı təsirli filimlərdi. Sonra deyirik niyə bizim yaxşı kinolarmız yox. Zəhmət olsada eşidin müraciətimizi kanallar işıqlandırsın hamısın. Necəki illərdi sehirli xalat, 1qalanın sirri, şir evdən qaşdı qaynana və sair filimlər kimi kanallarda işıqlansın. 1986 ilin çəklişin filimləri çox rastıma çıxdı baxdım hamısı əladı👏👏👏👏

  • @Lyl-xr3ey
    @Lyl-xr3ey Год назад +3

    Film çox gözəldir. Hətda deyə bilərəm ki izlədiyim ən gözəl filimlərdən biridir!

  • @xalidmirisov3059
    @xalidmirisov3059 8 месяцев назад +1

    Əlinizə əməyinizə sağlıq.çooox bəyəndim,👍

  • @user-ch8mi2bu4t
    @user-ch8mi2bu4t 22 дня назад +1

    Heyranliqla Orxanin usta aktyorlugun izleyrem..ikinci. Ceyhun .. istedad.. ehsen

  • @sudabehesenova9854
    @sudabehesenova9854 6 месяцев назад

    anlayanlar üçün gözəl filmdi.belə filmlərdən çox keçillsin.möhtəşəm..çoc bəyəndim.bütün heyyətə təşəkkürlər.

  • @KitabKlubu
    @KitabKlubu 6 месяцев назад

    Yaxşıdır. Bəyəndim. Ardı gəlsin belə mənalı filmlərimizin. Başarılar.

  • @tahirmeherremov8989
    @tahirmeherremov8989 Год назад +2

    Ela filmdir cox sag olyn.

  • @parvanasamadzada7557
    @parvanasamadzada7557 6 месяцев назад +1

    Möhtəşəm film.Dərk eləməy lazımdır sadecə.Şəhərin gözəlliyi,təbiəti,qədimliyi tam başqa.

  • @vusalahmedov8978
    @vusalahmedov8978 16 дней назад +1

    Rəfin Kinozavrdan gələnlər👉🏻❤

  • @letafetbabayeva15
    @letafetbabayeva15 Год назад +7

    Sonu meni cox kovreltdi🥺🥀

  • @adilmustafayev209
    @adilmustafayev209 Год назад +1

    cox gozel bir filimdi emeyi kecen her kesi ALLAH var etsin

  • @fidem0810
    @fidem0810 3 месяца назад

    Əla filmdi👏👏kaş ki tez-tez belə filmlər çəkilə🙏🙏 Əməyi keçən hər kəsə təşəkkürlər!

  • @gunelcafarova9651
    @gunelcafarova9651 Год назад +13

    Abbas müəllim obrazının evi Şəkinin hansı tərəfindədir? İlahi, belə evlər qalıbmı indi?! 😇 Çox gözəl tikilidir. Film gözəldir, hamı anlamaz 👏 Yeniyetmə obrazını yaradan uşaq çox istedadlıdı gəncdir. Kino sahəsinə görə ümidlənmək olar.

    • @ulyasamedzade-pb3et
      @ulyasamedzade-pb3et 6 месяцев назад +2

      Wekinin Genceli mehellesinde cekilib.gelin gezin bura bawqa alemdi

  • @firuzealizade511
    @firuzealizade511 21 день назад

    Çox maraqlı çəkiliş alınıb, fərqli film yaradıblar🙌👏

  • @can031
    @can031 Год назад +3

    Çox maragli filmdir👏👏👏

  • @islamquliyev8348
    @islamquliyev8348 Год назад +4

    Ehsen👏🏻👏🏻👏🏻💐💐💐

  • @malikbabayev6461
    @malikbabayev6461 10 дней назад +1

    Təsirli filmdir teşekkürler

  • @user-dt2gd3hu4q
    @user-dt2gd3hu4q 18 дней назад

    Tesadufen gordum bele gec baxmagima tesuflenirem coxxx tesirliydi ela filmdi

  • @semedovanuarane7542
    @semedovanuarane7542 Год назад +7

    Filmi indice izlədim çox kövrəldim, həyatda hər şey işarədir, anlamdır.Film uğurludur

    • @zahrasd09
      @zahrasd09 Год назад

      Axırda ne demek isdiyir kino?

  • @xanmtaryelqz9279
    @xanmtaryelqz9279 Год назад +1

    Möhtəşəm, mükafata laiq görülməli bir filmdir

  • @ilhamserxanli7139
    @ilhamserxanli7139 9 дней назад

    Filmin rejissoruna böyük təşəkkürlər ki, direktorun otağıni göstərərkən divardan asılan portretin üzünü göstərmir. Yani Azərbaycanda hacansa demokratiya yaradılanda filmin nümayişi zamanı diktator təbliğ olunmayacaq

  • @thebedel7908
    @thebedel7908 Год назад +1

    Filim coox mukemmeldi her defe baxanda bir başqa fikir doğrulur adamda

  • @megachad042
    @megachad042 2 месяца назад +1

    Çox keyfiyyətli filmdir. Baxın

  • @gunayazizova
    @gunayazizova Год назад +1

    Çox bəyəndim belə filimləri niye televizorda vermirlər axı

  • @zamindadashov6035
    @zamindadashov6035 2 месяца назад +1

    38:35-də çətirin altında danışırdı deyəsən, 38:50-də rejissorun yadına düşdü ki, leysan yağır.

  • @gulnarrzayeva6947
    @gulnarrzayeva6947 Год назад +2

    Çox maraqlı və anlamlı filmdir

  • @ilhamezeynalova9106
    @ilhamezeynalova9106 3 месяца назад +1

    Orxan obrazi bir qədər İsmayili xatirlatdi.
    Çox gozəl ssenari və ifaciliq məharətinin vəhdəti var filmdə. Bütün aktyorlar alqişa layiqdirlər.

  • @elcinibrahimov5039
    @elcinibrahimov5039 8 месяцев назад

    Mənəvi bir mövzu olduğu üçün izləməyə dəyər. Aktyorlarda çox gözəl oynuyub rollarını

  • @elxanxanlarov2003
    @elxanxanlarov2003 23 дня назад

    Nə deyim... sadəcə möhtəşəm.

  • @Memmedsoy.a_
    @Memmedsoy.a_ 3 месяца назад

    Çox bəyəndim.Möhtəşəm film idi.

  • @nazmehdi1969
    @nazmehdi1969 Год назад +8

    Cox dərin mənalı filmdir əhsən

  • @ATELIE.
    @ATELIE. 10 месяцев назад

    Мэн белэ кинолара бахырам❤👍

  • @mhbubmmmdova7911
    @mhbubmmmdova7911 Год назад +1

    Gözəl film,təşəkkürlər ərsəyə gətirənlərə,amma direktor tipik bizim məktəblərin direktoru

  • @QocalmazYazar
    @QocalmazYazar 3 дня назад

    123K baxış. Artıq ikinci dəfədir bu filmə baxıram, niyə insanlara hu cür filmləri tanıtmırsız. Niyə Tv-lər bu cür filmləri pul gerib almırlar?

  • @intizampiraliev9900
    @intizampiraliev9900 Год назад +5

    Anlayammadim filmin sujet xettini

  • @haqqatrf7161
    @haqqatrf7161 Год назад +1

    Əhsən. 38-ci dəqiqə isə daha da gözəl...

  • @feridsadigov-to5ct
    @feridsadigov-to5ct Год назад

    Əla əla əla ❤

  • @messiibrahimov4866
    @messiibrahimov4866 Год назад +1

    Çox gözel filmdir

  • @huseynxan89
    @huseynxan89 Год назад +1

    MARAQLIDIR, DUYĞULUDUR

  • @zeynbliyeva430
    @zeynbliyeva430 Год назад

    Əla💜

  • @vafamammadova1679
    @vafamammadova1679 Год назад +1

    Cox gozel filmdi

  • @malikbabayev6461
    @malikbabayev6461 10 дней назад +1

    Abbas müəllimin ses tonu çox mənalıdır hansı aktyordur?

  • @vusalqurbanov5824
    @vusalqurbanov5824 10 месяцев назад +1

    ❤ gözəl filmdi

  • @mehmanehesenova4815
    @mehmanehesenova4815 23 дня назад

    Əla Əhsə

  • @MuradQuluzade-yl8ep
    @MuradQuluzade-yl8ep 11 месяцев назад

    Gözəl filimdir . Əməyi keçən hər kəsə təşəkkürlər

  • @rufetbayramov5802
    @rufetbayramov5802 5 месяцев назад

    Maraqli film çekilib çekiliwde mekan alktyorlarda ugurlu alinib .bizim TVler ancaq wou verir

  • @elmiran-va6708
    @elmiran-va6708 Год назад +1

    Gözəl mənalı filmdir

  • @gulnarabdullayeva8838
    @gulnarabdullayeva8838 3 месяца назад

    Çox gözəl filmdi.Orxan rolunu oynayan oğlana da halal olsun.əsl akyordu.uğurlar olsun

  • @adamadamov9177
    @adamadamov9177 Год назад +5

    her sey yaxsi
    coz gozel.kinolar.paylasirsiz ama imkan varsa vidio yuklemenide qoyun..cox xaish

  • @rustamefendiyev5995
    @rustamefendiyev5995 Год назад +7

    Cox darixdirici filmdir.

  • @nrminlixanova9726
    @nrminlixanova9726 3 месяца назад

    Gözəl filmdi düşündürücü xoşuma gəldi amma niyə belə filmlər efirlərdə getmir??

  • @axundovraul9634
    @axundovraul9634 4 месяца назад

    İntiharların baş alıb getdiyi bu dövrlərdə belə kinolara baxmaq asan ölümün artmasına yol verə bilər.İnsanları pozitivliyə yükləyən kinolar çəkin ki,əhvalımız düzəlsin.Onsuzda yaşamaq hissi get -gedə ölür.

  • @sssss05
    @sssss05 Год назад +2

    👍👍💓

  • @meleyiduy
    @meleyiduy Год назад +1

    Ağacın adı nə idi?

  • @user-xl3wm4qt3z
    @user-xl3wm4qt3z 5 месяцев назад

    Mən bu kinoya birinci dəfədi baxıram qəmli olsada maraqlıdı bəyəndim

  • @sahilaraxdari5937
    @sahilaraxdari5937 23 дня назад

    Hansi rayonda cekilib
    Cox gözəldi

  • @AZER.BAYCAN1751
    @AZER.BAYCAN1751 27 дней назад +1

    Göresen niye filmleri tv de vermirler

  • @Metekayagilfan888
    @Metekayagilfan888 13 дней назад

    Marağlıdı

  • @malikbabayev6461
    @malikbabayev6461 10 дней назад +1

    😢

  • @user-no2on3py9m
    @user-no2on3py9m 6 месяцев назад

    Чох марагсыз фильм, айыб олсун режиссёра, сарак сарак билмирлар на чакирлар

  • @baharhajiyeva4181
    @baharhajiyeva4181 5 месяцев назад

    Bura hansı roypndu,mən Qaxın İlisu kəndinə oxşatdım

  • @zitammmdova208
    @zitammmdova208 Год назад

    Əla çox bəyəndim.Filmin çəkildiyi yerlər çox gözəl.Bilən varmı ,hansı rayonda çəkilib? Təbiət, evlər çox gözəl.