“5 il həyatımda olan insan məni 100 manat pula “bariqa” qapısında qoyub getdi” - Şok müsahibə

Поделиться
HTML-код
  • Опубликовано: 5 фев 2024
  • “Sevmədiyim insanları həyatıma buraxırdım...”
    “Səhərlər uşaqlara dərs deyirdim, axşamlar "mal" satırdım”
    Nigarın hazırda 25 yaşı var. 13 yaşından başlayaraq 11 il narkotik istifadə edib.
    Stopnarkotik.az-a danışan müsahibimiz deyir ki, 2018-ci ildə rəhmətə gedən atası da uzun illər narkoman olub. Məhz bu səbəbdən də valideynləri ayrılmaq məcburiyyətində qalıb. Bundan sonra anası onu və özündən kiçik olan 2 qardaşını çox çətinliklə böyüdüb.
    “Elə bir narkotik maddə yoxdur ki, ondan istifadə etməyim”, - deyən Nigar artıq 19 aydır ki, “ayıqdır”. İndi o, narkomaniyadan əziyyət çəkən qızların, qadınların müalicə olunduğu “Ümid Limanı” Reabilitasiya Mərkəzinin proqram rəhbəridir. Öz təcrübəsini bu qızlarla bölüşür və onların da tezliklə sağalaraq, normal həyata qayıtmasına dəstək olmağa çalışır.
    Nakorik istifadə etdiyi 11 il müddətində Nigar bir çox məhrumiyyətlərə düçar olub. Hətta narkotik əldə etmək üçün müxtəlif “bariqa”larla yatağa girmək məcburiyyətində qalıb. Bütün bunları bütün çılpaqlığı ilə Stopnarkotik.az-a danışan müsahibimiz yaxınları, qohumları və onu tanıyanlar tərəfindən qınaq hədəfinə çevriləcəyindən heç də ehtiyat etmir: “Bunları danışmaqda məqsədim odur ki, qızlarımız bu yoldan çəkinsinlər. Bilsinlər ki, gələcəkdə narkotik əldə etmək üçün ya fahişə olacaqlar, ya da narkotik satmaq məcburiyyətində qalacaqlar”.
    Buyurun, Nigarın həyat hekayəsini onun öz dilindən eşidin.
    Müsahibədən çıxarışlar:
    “Elə narkotik maddə olmayıb ki, ondan istifadə etməyim”
    “Aylarla evə gəlmirdim...”
    “Evdən qızıl, pul oğurlayırdım...”
    “Hazırlığa getdiyim ingilis dili müəllimimin evindən telefon oğurladım...”
    ““Lomka”da olurdum, birinci dərsələrə getməyə gücüm çatmırdı”
    “5 il həyatımda olan insan məni gətirib 100 manat pula və 1-2 istifadəlik “kokos”a “bariqa”nın qapısında qoyub getdi”
    “Atam torpağa tapşırılan gün mən “bariqa” qapısında “mal” istifadə edirdim”
    “18 yaşımda evdə 8 yaşlı qardaşımın yanında “patı” istifadə edirdim”

Комментарии • 545

  • @user-un6vt9rj9p
    @user-un6vt9rj9p 3 месяца назад +146

    40 yaşım var.17yasimdan marixuana istifadə etmişəm.30yasimnan tiryək metadone gerayin və sair hər şey etmişəm..son dəfə hər şey götürüb Qətərə getdim.4 gün hər şey edib gəzib dolandım..25gun oteldə qapını bağladım dözdüm.və bir ayın tamamında yəni insan kimi təyyarəyə minib sağlam adam kimi qayıtdım..hər şey insanın özündən asılıdır..25il hər şey etdim.indi ən gözəl kayf oğlumun mənimlə qürur duymasidir

    • @Gunay5151
      @Gunay5151 3 месяца назад +6

      Necəki kayf nədiki

    • @neveraloneneveragain8952
      @neveraloneneveragain8952 3 месяца назад +9

      Allaha həmd olsun.Allah sizi sevir ki belə rahat şəkildə qurtulmusuz

    • @samirequliyeva7937
      @samirequliyeva7937 3 месяца назад

      Ən böyük xoşbəxtlik yəni ​@@Gunay5151

    • @AngellAngelll
      @AngellAngelll 3 месяца назад +12

      Gözünüz aydın. Maşallah olsun. Əhsən Sizə.

    • @user-un6vt9rj9p
      @user-un6vt9rj9p 3 месяца назад

      ​@@Gunay5151bilməsən yaxşıdı r..hərfi mənası kef deməkdir..ama heç bilməyi belə məsləhət görmürəm

  • @azerbaycanliturk
    @azerbaycanliturk 3 месяца назад +447

    Bayrağımızı düz qoyun, tərsinə yox! Başa düşürəm ölkədə hər şey tərs gedir ama siz ən azından bayrağımızı düz qoyun! 🇦🇿☝️

    • @TacimanQasimova
      @TacimanQasimova 3 месяца назад +4

      😊😊

    • @Bru938
      @Bru938 3 месяца назад +10

      Kamera ele gosterir

    • @user-wx1mg2pc1h
      @user-wx1mg2pc1h 3 месяца назад +8

      @@Bru938bayragı düz taxmiyıblar

    • @VARKUF
      @VARKUF 3 месяца назад +49

      @@Bru938 Qəribə kameradir e adamı düz göstərir bayrağı tərs))))

    • @azerbaycanliturk
      @azerbaycanliturk 3 месяца назад +6

      @@Bru938 o zaman kameranı düzəlt !!!!!

  • @sevinmamedova9711
    @sevinmamedova9711 2 месяца назад +29

    Çox savadlı,cəsarətli,həyat dolu bir Xanımdır.Allah tutduğun yolu açıq eləsin

    • @roma49991
      @roma49991 Месяц назад +1

      Bayraqdan görünür savadı...

    • @exportersaler5000
      @exportersaler5000 Месяц назад +2

      Qəhbə donuzun dal ayağıdı..
      Yox bir savadlı ye...
      Soxum bunun savadına..!!!

  • @yasemeneliyeva1221
    @yasemeneliyeva1221 2 месяца назад +25

    Bu qız həyatda ən böyük bir şeylə nəfsi ilə mübarizə aparır.Başımıza nə iş gəlirsə nəfsimizdən gəlir. Yolu hər zaman açıq olsun

  • @user-cw1zc5cl9q
    @user-cw1zc5cl9q 3 месяца назад +174

    narkotiki Azərbaycana gətirən in Allah bəlaslnl versin amin

    • @lev2170
      @lev2170 3 месяца назад +2

      Vermiyrcek hemiwe olub narkotik olacagda ve sen o bela arzuladiglarin kef edirler narkotikin puluynan

    • @ulviyyeavbasova3051
      @ulviyyeavbasova3051 3 месяца назад

      ABŞ da serbestdi narkotik..AGLİ OLAN CEKMEZ....

    • @Radnoyh
      @Radnoyh 3 месяца назад +3

      ​@@lev2170Saveti vaxtı belə deyildi. Bu qədər olmayıb Bu cür narkotik deyildi. Nədə bu cürə bariqalıq olmayıb.

    • @Radnoyh
      @Radnoyh 3 месяца назад

      ​@@lev2170Narkotik cörəyi yeyən ayilələrin hamsının axırını dağılıb məhv olan görmüşəm.

    • @aqbenizismailova9980
      @aqbenizismailova9980 Месяц назад +2

      Amin

  • @hikmetsadixov2587
    @hikmetsadixov2587 3 месяца назад +83

    Çox cəsarətli qızdır!!! Təki bu bəladən qurtarsın!

  • @user-un6vt9rj9p
    @user-un6vt9rj9p 3 месяца назад +63

    Kimlərsə kiminsə qizini bacisini mala otuzdurursa onnan qəhbe namərd nakisi peysər biri ola bilməz..30il kayfda oldum ama hec bir insani bu yola cəkmədim..baslyani doydum soydum cəkindirdim.coxlarini ayirdim.ən sonda özümü ayirdim.cunki iki balami atasiz qoymaq istəmədim...kisi olun..qoymayin ətrafiniz zəhərlənsin..

    • @ankaaziz
      @ankaaziz 4 дня назад

      Allah komeyin olsun qardas.o balalara yazigin gelsin birde qayitma, qoy o balarin sabah kiminse qapisina elci gedende demesinler narkamanin ogludu ,buna qiz vermek olmaz

  • @leilagarib342
    @leilagarib342 3 месяца назад +20

    nece agilli qizdir! danishigi,cumleleri, illerle tehsil alan qizlardan daha savadli cumleler qurur!hem de chox gozeldir,umid edirem olkeni deyishib yeni heyata bashlayar.

  • @vpnnbagir2643
    @vpnnbagir2643 3 месяца назад +38

    Çox ağıllı və savadlı qızdı.Afərin sənə,düz yola cəsarətlə qayıtmısan..Atanın evdə pis vərdişi uşağı bu yollara sürükləyib.Yenə də gec deyil.Ən gözəl yaşdasan,belə də pis vərdişləri olanlara nümunə olmağa davam et.Sənə uğurlar arzu edirəm.Ananın da qədrini bil.

    • @lev2170
      @lev2170 3 месяца назад +4

      Agilli olsaydi o yolu getmezdi

    • @user-qm3cd2yr5b
      @user-qm3cd2yr5b 3 месяца назад +4

      Mudrik deyil mudruk olsa bu yola qosulmazdi ama agilli adam olsa cixa biler

    • @user-hq9bm7fh1h
      @user-hq9bm7fh1h 3 месяца назад +3

      13 yaşda nə müdrik uşaq olub başa düşəndə gec olub atanın səhv əməllərinin güdazına gedib yazıq uşaq Allah köməyin olsun

  • @user-hm8tr7vl7d
    @user-hm8tr7vl7d Месяц назад +5

    Какая смелая,позитивная,красивая девушка,удачи тебе,не слушай что говорят другие,ты сама себя спасла❤Все у тебя будет отлично солнышко❤

  • @S_B80
    @S_B80 3 месяца назад +46

    Savadlı qızdır. Necə də səliqəli danışır. Çox heyif gənclərimizdən

    • @user-vc3qy6im8x
      @user-vc3qy6im8x 3 месяца назад +2

      Reyala oxsamir

    • @Mknnmahchdbdnjsjs
      @Mknnmahchdbdnjsjs 2 месяца назад +1

      Heç kim özü özünə narkoman oğru fahişəlik zorlanmaq narkotik satmaq kimi leke yaxmaz xüsusilə də bir xanım tam riyal baxıram Allah köməyi olsun

    • @neveraloneneveragain8952
      @neveraloneneveragain8952 2 месяца назад +1

      ​@@Mknnmahchdbdnjsjsçox sağolun dəstəyinizə görə.Allah sizləri qorusun

    • @Mknnmahchdbdnjsjs
      @Mknnmahchdbdnjsjs 2 месяца назад

      @@neveraloneneveragain8952 Allah cümləmizi qorusun Amin

    • @Mknnmahchdbdnjsjs
      @Mknnmahchdbdnjsjs 2 месяца назад

      @@neveraloneneveragain8952 Amin Allah cümləmizi qorusun minnətdaram

  • @yeganaqadirova1373
    @yeganaqadirova1373 3 месяца назад +32

    Cox savaddı xanımdı Nigar.Rebbim daim penahında saxlasın merdimazardan uzaq olsun.Gözel ayle Allah qismet eləsin.Amin.

  • @kontakthome2369
    @kontakthome2369 Месяц назад +9

    Çox gözəl cox cəsarətli xanımsız Allah kömək olsun. Sizin bu çıxışınız bir nəfəri belə bu yoldan qaytarsa və ya başlamaqdan çəkindirsə Allah sizə böyük savablar yazacaq. Bir çox kişilərin edə bilməyəcəyi etiraflar etdiniz həqiqətən sizə halaldır. Səhvsiz insan yoxdur heç birimiz süddən çıxmış ağ qaşıq deyilik təki hər birimiz sizin kimi etdiyimiz səhv nə olur olsun onu görək nəticə çıxardaq və səhv etməməyə çalışaq. Allah hər bir kəsə sizdə olan iradədən, çəsarətdən qismət eləsin ilk öncə özümüzü sonra isə ətrafımızı günahlardan çəkindirək. Bir daha təşəkkür edirəm sizə uğurlar arzu edirəm.

  • @ayguljafarova7758
    @ayguljafarova7758 2 месяца назад +10

    Çox cəsarətli və ağıllı insandır, sağala bilməyi həqiqətən möhtəşəm bir şeydir. Uğurlar arzu edirəm

  • @user-fv8xm8bn4t
    @user-fv8xm8bn4t 3 месяца назад +25

    Bu qız haqqında pis yazanlar , allahdan qorxun hamının balası var, bilmək olmaz başına nə gələcək.

    • @Erik.-bn1yf
      @Erik.-bn1yf 3 месяца назад

      ALLAH!!!

    • @kontakthome2369
      @kontakthome2369 Месяц назад +1

      Bu qız haqqında pis nəsə yazan onun motivasiyasını qırmağa çalışmaq, bu yolda olub qurtulmaq istəyənlərin olların yaxınlarının ümidlərini qırmaq elə barıqalıq etməyə bərabər bir işdir.

  • @user-uq5uo9gx4t
    @user-uq5uo9gx4t 3 месяца назад +14

    Нигар ханум вы бесподобная..Вы большая умница ) желаю вам удачи во всём..Берегите себя и своих близких..🙌

  • @mbloody2013
    @mbloody2013 3 месяца назад +17

    Shukur ki biri etiraf eledi ki oz canimda olub.

    • @user-xh6zg2wh6i
      @user-xh6zg2wh6i 3 месяца назад +2

      Nail Kemerlinin videolara baxin, biri deil, coxdur bele can. Afferin onlara hamisina.

  • @user-mn3qp6uq2w
    @user-mn3qp6uq2w Месяц назад +9

    Mən şəxsən belə bir xanımla ailə quraram və ona həqiqətəndə həyatda ən gözəl cənnəti bu dünyada yaşadaram bu fəxr olunacaq bir yaşamdı.

  • @minayeselimli7373
    @minayeselimli7373 3 месяца назад +40

    O zibili ölkiyə gətirən,gətizdirən,satan satdıran cibinə görə milləti zəhətliyən hamısının Allah min bəlalarını versin amin in şəə Allah🤲

  • @quliyevajale2714
    @quliyevajale2714 3 месяца назад +35

    Allah bundan sonra həyatını gözəl etsin insallah 🙏 🙏 🙏 🙏

    • @sahnaznurullayeva1330
      @sahnaznurullayeva1330 3 месяца назад +3

      Amin. Allah xalqımızın balalarını bu narkotik bəlalarından qorusun.

  • @yasemeneliyeva1221
    @yasemeneliyeva1221 3 месяца назад +16

    Allah övladlarımızı qorusun xeyirli ömür qismət eləsin.

  • @zumrudabbaszade
    @zumrudabbaszade 17 дней назад +3

    Eləmədiyi səhv qalmayıb...😢Gərçəkdən də faciəmiz böyükdür.Şübhəsiz ki,atasının qanını daşıyır.Ata istifadə edəndə ondan doğulan uşalar bəzi hallarda meyilli olur.Təəssüf edirəm ki,qızlar arasında narkotik istifadəçilərnin sayı fantastik statiskaya çatıb.

  • @ElisoyG98
    @ElisoyG98 3 месяца назад +11

    Çox açıq və net danışdın. Təki qayıtma o yola

  • @NailaZabitova3030n
    @NailaZabitova3030n 3 месяца назад +6

    Allah kömək olsun bu xanıma və digərlərinə 🤲 bir də heç bir zaman narkotikə yaxın durmasınlar! Amin 🤲

  • @user-id6ul9ne7c
    @user-id6ul9ne7c 16 дней назад +2

    Какая Вы красивая, дорогая Нигяр ханум! У Вас все обязательно будет хорошо!

  • @user-km8oc3fb6z
    @user-km8oc3fb6z 3 месяца назад +20

    Şirin qizdi. Razi olsa bu qizla aile quraram.

    • @sevingulhewimova5336
      @sevingulhewimova5336 3 месяца назад +5

      Risk almiş olsrsiz

    • @user-vv4jq9ff8y
      @user-vv4jq9ff8y 3 месяца назад +5

      Vereme qurşamaq istiyirsense durma elçi gönder,yoxsa qızın toxumu kəsilib onun içalatı hamsı infeksiyadı

    • @sorayah.4044
      @sorayah.4044 3 месяца назад

      @@user-vv4jq9ff8yne elaqesi

  • @matanathasanova4920
    @matanathasanova4920 3 месяца назад +19

    Dəli bir aģlamaq keçdi könlùmdən,űrəyim partladi😢😢😢😢😢😢 bu nə həyat,b ilmirdim ki qizlar bu həddə gəlsin

    • @lamiyequliyeva2156
      @lamiyequliyeva2156 3 месяца назад +3

      Neçe bele nigarlar var coxu mualice ala bılmır ana baxa baxa her gun erıyır😢Tesuff

    • @kenanazimli1515
      @kenanazimli1515 3 месяца назад +2

      Dəhşətdi

  • @gclimran1001
    @gclimran1001 3 месяца назад +14

    7- ci sinif qızı araq, siqaret 😢😢😢edən başqa şeylərdə edərdə dağılan ailələr və ya içdən dağılıb üstdən gözəl görünən ailələr baxın sevgisiz qalan balaların sonu 😢😢😢 istisnalarda olur düzdü amma belə olur

  • @aygulalakbarova2199
    @aygulalakbarova2199 2 месяца назад +5

    Zererin yarısındanda qayıtmaq xeyli hesabdır.Allah kömeyiniz olsun.Beli valideyn evlada nümunedir.Allah cemiyyen evladları qorusun.Ilahi Amin.

  • @mahizar2989
    @mahizar2989 2 месяца назад +3

    Aman Allah özün kömək ol millətə. Qadınların narkotikə qurşanması daha böyük bəladır.😢

  • @adsoyad7420
    @adsoyad7420 3 месяца назад +7

    Allah bəlasın versin balalarımızı o yola çəkən hər kəsi

  • @nizamiyusifov
    @nizamiyusifov 2 месяца назад +4

    Allah her kese kömek olsun.

  • @elshenelo2001
    @elshenelo2001 2 месяца назад +5

    Halal olsun bu xanima. Gorduyum en guclu qadinlardan biridi.

  • @user-sy2dq7lm9w
    @user-sy2dq7lm9w 3 месяца назад +13

    Ürəyim ağrıdı vallah😢

  • @gunelhesenova8174
    @gunelhesenova8174 3 месяца назад +6

    Allah sən saxla.ne danışır bu qız😮

  • @user-fv8xm8bn4t
    @user-fv8xm8bn4t 3 месяца назад +8

    Allah arzularına catdırsın xanım qız amin!

  • @elmiraabbasova6703
    @elmiraabbasova6703 3 месяца назад +22

    Allah köməyiniz olsun. Cavanlarımızı Allah qorusun pis adamlardan. Amin.

  • @cbk-mp7bh
    @cbk-mp7bh 3 месяца назад +6

    Xanım , Sizə rəğbətim artdı
    Əgər həyatınızı rəzillikdən qurtarmısınızsa,nə gözəl 🎉
    Həmd olsun Allaha !
    Allah Qurani Kərimdə deyir
    Biz istəsək ,insanı elə əyri yolla döndərərik ki , heç kəs bu yoldan onu göndərə bilməz .
    Biz istəsək ,insanı elə düz yola döndərərik ki , heç kəs o düz yoldan çəkindirə bilməz
    Sizi Allah düz yola döndərib .
    Allahımıza şükürlər olsun
    Sevindim və Sizə xeyirli ömür arzulayıram

  • @taranataylor1231
    @taranataylor1231 18 дней назад

    Narkoman deyəndə savadsız, səviyyəsiz adamlar təsəvvür edirdim. Belə gözəl, savadlı qızın bu yola düşə biləcəyinə heç vaxt inanmazdım. Sizin Azərbaycan cəmiyyətindən qorxmayaraq gəncləri pis yoldan çəkindirmək naminə hamıdan gizli həyatınızı dürüst, mərdcəsinə danışmağınız qaşısında baş əyirəm. Güclü olun həmişə!

  • @MehribanAhmadli
    @MehribanAhmadli 11 дней назад

    Allah gençleriminiz duzgun yolla ömür surmeyi qismet elesin amin Allah

  • @raminnuri894
    @raminnuri894 Месяц назад +6

    Heyif senen narkotik gör necə şərəfsiz bir aləmdir ki bu cür gözəl xanımi nə günə qoyub. Halaldır sizə xanım subay olsaydım alardım sizi bilmirəm ama ele bir oglana getki nəfsini saxliya bilsin daim sizə komek olsun

  • @ilqar.agayev
    @ilqar.agayev 3 месяца назад +9

    Allah köməyiviz olsun

  • @ankaaziz
    @ankaaziz 4 дня назад

    Ne gozel qizdi. Allahim sen qoru oglan ve qizlarimizi .😢

  • @user-bz2wb9ch4d
    @user-bz2wb9ch4d 3 месяца назад +8

    HER SHEYIN BASHI SEVGISIZLIK,SIXINTI,DAVA DALASH..ANALAR USHAQLARINI BAGRINA BASMALIDIRLAR

  • @zohrerzazade1056
    @zohrerzazade1056 3 месяца назад +3

    Bu cesaret bu özgüven bu azadlığı evvelden valideyinlerden alıb bu qız niye bele mehv edirler heyatlarını 🤦🏼‍♀️

  • @rcbovxanmd3148
    @rcbovxanmd3148 3 месяца назад +4

    Afərin belə gözəl və savadlı xanıma.

  • @qeniismailov4027
    @qeniismailov4027 3 месяца назад +13

    mən bu tip videolari pisliyirem çünki bucur videolar genclere siqnal otururki hər bir insan istifade edib ata bilər bu isə yanlis fikirdi

    • @user-pd9rp1oi6g
      @user-pd9rp1oi6g Месяц назад +2

      ƏHSƏN. RAZIYAM BU FİKRİNLƏ.

    • @l.q6518
      @l.q6518 Месяц назад +2

      Bəli .Səhv təbligatdir.Bir mənalı olaraq müalicəsi olmayan alüdəçilikdir

    • @iradeyaraliyeva6710
      @iradeyaraliyeva6710 4 дня назад

      Siz dogru deyirsiniz
      Qiz ele danisir ki,ele bil belə olmalidi .bu videoya baxan genc ne terbiyə goturəcek?
      Nedense pis verdisləri,exlaqsizligi asanlasdiriblar.ona gore de bas alib gedir .

  • @user-wr4mc8tz4c
    @user-wr4mc8tz4c 3 месяца назад +8

    Ağıllı və yaraşıqlı qızdır,Allah saxlasın gələcəyi işıqlı və parlaq olsun

  • @OrxanNovruzov-vg2zd
    @OrxanNovruzov-vg2zd 8 дней назад

    Bu qızdan xoşum geldi

  • @eliko9996
    @eliko9996 3 месяца назад +27

    O bayragi kim qoyub ele tersine savadsizliga bax duzeltdin onu ora qoymaqla deyil duz qoymaq lazimdi...

    • @user-pd9rp1oi6g
      @user-pd9rp1oi6g 3 месяца назад +4

      Var olasan. heleki hech kes fikir vermir. ALLAH qorusun sizi AMIN

    • @neveraloneneveragain8952
      @neveraloneneveragain8952 3 месяца назад +4

      Fikir verməmişdik çəkiliş edəndə,dediz indi çevirdim düz üzünə

    • @olechka0923
      @olechka0923 3 месяца назад +4

      Guya ki olkede birce bayraq tersinedir, ayri her shey cox gedir yeni bayraqin ters qoyulmaqindan bashqa problem yoxdur

    • @ChefBaku
      @ChefBaku 3 месяца назад

      ​@@neveraloneneveragain8952 Cox Hörmətli savadli Alelerde de mümkündur Allah Şahiddir ki kimler ki qinayir herkesin basina gelir özünün de olmasa bilmek olmaz usaglari nece olacaq oncun çalisin qinamayin
      Allah komeyin olsun Gulag asada da adami yormur mence Agilli adamlar size Teşekkür borcludu bir neferi xatirlatdiz mene Şükür ler olsun ki o da saglamdir hall hazirda mence insan isdese hərşeyin öhtesinden gelir 💪🙌

  • @efqantalibov8114
    @efqantalibov8114 3 месяца назад +11

    En acigma geden sozdu hecne vecime deyil bu soz kadin sozui deyil medrmyetimimiz var adetimiz var kisi olsun hecne vecime deyil harinlamag abirszlasmaq hayasiz olmaq demeydi

  • @turanbashturk9003
    @turanbashturk9003 3 месяца назад +27

    Məncə, narkomaniyanın kökü ailədən başlayır. Nigarın həyatı buna sübut sayıla bilər.

    • @heyat3629
      @heyat3629 3 месяца назад +4

      Məncə bu səhv fikirdi nə qədər ailəsi narkaman olan insanlar varki şəxsən tanıdıqlarımı deyirəm normal övladları ailəsi tərbiyyəli.Nigar kimilərin özünün meyli oıub

    • @sevaseva6372
      @sevaseva6372 3 месяца назад +2

      Yenə də hər şey ailədən başlayır

    • @resdovsamirgmailCOM
      @resdovsamirgmailCOM 3 месяца назад

      ​@@heyat3629duzdur

    • @RASKOLN123
      @RASKOLN123 3 месяца назад +5

      Boş söhbətdir.
      Ailəmiz ziyalı ailəsidir.
      Mən indiyənə qədər belə işlərlə məşğul olmamışam.
      Qardaşım istifadəçi olubdur.
      Amma bu günkü gün yaxşıdır və sağlamdır
      Hər şey adamın və düşdüyü kurukdan asılıdır. Ailədən yox

  • @user-tg5ut6mg4x
    @user-tg5ut6mg4x 3 месяца назад +6

    Bu qız həqiqətən narkoman olub🤔çox gözəl nitqi, düşüncəsi, savadı var

  • @ilhamhsnova1974
    @ilhamhsnova1974 3 месяца назад +17

    Cox cesaretli xanimdir, ugurlar arzulayiram. Ayiqligi daimi olsun

  • @user-jl7tk4hv7f
    @user-jl7tk4hv7f 3 месяца назад +4

    Аллах комек олсун

  • @eldenizamanov
    @eldenizamanov 3 месяца назад +2

    Allah köməyləri olsun asllarln

  • @SalayevaDilber
    @SalayevaDilber 3 месяца назад +4

    Aa valla men ozum gordum isdedim girim yazm da yazblar bayrag tersine bu nedi agliviz hardadi

  • @user-un6vt9rj9p
    @user-un6vt9rj9p 3 месяца назад +27

    37:39 sonda sənə baci deyə müraciət edirəm Nigar.. çünki ni anlamayan mənimçün hec kimdir..cəsarətin tutdugun yol və Allahi tapdigin ucun hər seyin yaxsisina layiqsən..sənin həyat hekayəndəki o namərd kisilər sənin gunahin deyil əzizim..gunahin kafirlərə yazilacaq..13yasinda pozgun olmur narkaman olmur..1mələyi seytana cevirmək istəyənlər ən axırıncı adamlardi..calis hec bir hadisə səni geriyə aparmasin..necəki məndə 13yasimda oglanda olsam bir mələy idim..məni yoldan azdiranlar coxdan torpaq altinda curuyurlər..sənidə kimsə bundan sonra narahat etsəki sən o vaxt bu olmusan.bir qardash kimi mənə yaz..tikəsini qulagi boyda edim.erməniləri etdiyim kimi.saglam və xoşbəxt omur yasa bacim

    • @neveraloneneveragain8952
      @neveraloneneveragain8952 3 месяца назад +4

      Allah səni qorusun,qardaş.Daima nəzəri üstündən əksik olmasın🙏🏻 çox sağol dəstəyinə görə

    • @user-un6vt9rj9p
      @user-un6vt9rj9p 3 месяца назад

      @@neveraloneneveragain8952 sende sağol bacım..hər cür sənə dəstəy olmağa hazıram..cəsarətin indiki kişilərdən qat qat çoxdur həmdə komey olursan bu yoldan qayidanlara..inan ki Allah təala sənin günahlarını bir bir bağışlayacaq..və səni bu dünyada və axirətdə mükafat gözləyir... özünü qoru.her zaman dəstəy olmağa hazıram..sənə uğurlar arzu edirəm..

  • @SVR348
    @SVR348 3 месяца назад +26

    Heyf narkotik üzündən hədər getmiş illərdən...

    • @sevaseva6372
      @sevaseva6372 3 месяца назад +3

      Və sağlamlıq, və həyat

    • @baharbahar8231
      @baharbahar8231 3 месяца назад

      Nolubki bunun sağlığına donuz kimidi​@@sevaseva6372

    • @sevaseva6372
      @sevaseva6372 2 месяца назад +1

      Amma insan nə qədər yaşayır, hər şeyi düzəltmək olar

  • @samireceferova
    @samireceferova Месяц назад +1

    Allah yolun aciq elesin hec kimi qinamiyin sadece destey olmaq lazimdi ❤

  • @ilakhasafarova1479
    @ilakhasafarova1479 3 месяца назад +9

    Cox agilli, cesaretli qizdir! Allah butun genclerimize agil, iman, irade versin! Ugurlariniz bol olsun, xanim!

    • @yusupovacami
      @yusupovacami 3 месяца назад

      Neyine cesaret deyirsen o terbiyesizliyinen danlşlr ona deyirsen cesaret. Ay axmag

    • @neveraloneneveragain8952
      @neveraloneneveragain8952 3 месяца назад

      Çox sağolun ❤ Minnətdaram

  • @zamiqnerimanov9268
    @zamiqnerimanov9268 2 месяца назад +4

    Nə qəşəng qizdi❤

  • @SaidaAfandiyeva-gw8fw
    @SaidaAfandiyeva-gw8fw 13 дней назад

    Allah yolunu açıq etsin. İnanmaq istəyirəm ki reabilitasiya mərkəzindən çıxandan sonra da ətrafdakı insanlar Rəhmli və sevgi ilə dolu olacaqlar.

  • @gooddddd1397
    @gooddddd1397 3 месяца назад +9

    Narkomanda olsa cox gozal diksiyasi var bu qizin

  • @user-wj2yi2ol4q
    @user-wj2yi2ol4q 3 месяца назад +8

    Heqqi bayraqi niyə ters qoymusuz ???😳😳🇦🇿👈

  • @mobilaksservice5865
    @mobilaksservice5865 2 месяца назад +2

    Allah balalarımızı qorusun ,şükür Allaha

  • @user-ph7dw4el4p
    @user-ph7dw4el4p 19 дней назад

    TEZ QUDURDUNUZ ...ONDAN DANIŞ

  • @user-gi7ew7ui4g
    @user-gi7ew7ui4g 3 месяца назад +5

    Allah komek olsun , ozunde mohkem qizsan ,inaniriq ki ,istediyin kimi ailen olacaq inshallah.

  • @elvinqasimob4002
    @elvinqasimob4002 19 часов назад

    ALLAH KIMSEMIN BALASINI BU DERDE SALMASIN

  • @turalaliyev178
    @turalaliyev178 3 месяца назад +10

    İşiyim o narkotikində siqaretində içkinində içinə insanın özünnən aslıdı min şükür heç birin etmirəmdə ətrafımda çəkənlər doludu.agıl ola insanda gərək.aglınız var heç vaxt belə şeylər etməyin əsasda qızlar

    • @RenaEzizova-xt9xp
      @RenaEzizova-xt9xp 2 месяца назад +3

      Hami ağilli olmur bele razi razi danişmasin heç kes. Bilmiirk başimiza yaxinlarimizin başina neler gele biler keşke heç kesin başina pis iş gelmesin.

  • @Suleyman-yy5fk
    @Suleyman-yy5fk 3 месяца назад +4

    Cox semimi geldii mene ALLAH hidayet versin amin

  • @user-wj2yi2ol4q
    @user-wj2yi2ol4q 3 месяца назад +5

    Narkotik insana xoşbəxtlik vere bilməz bedbextlikdən basqaa!!!

  • @feridcafarli8200
    @feridcafarli8200 3 месяца назад +8

    Allah sağlamlığınızı daimi etsin.esas odu ki məqsəd qoyub qayitmisiz.birce beyninizə salmayin bu andra qalmışı.her hansı bir sevdiyiniz yaxşı peşə tapın məşğul olun.belelikle beyninizdə pis seyekrden yuyulacaq.asanda peşə kursları maraqlanın məqsədiniz yaxşı yönə salın özünüzdə görəcəksiniz.bir şeyə de məəttəl qaldım ki cox cəsarətli xanimsiz.bunuda bilin ki cəsarətin başladığı yerdə əsarət heçnədi.bir daha uğurlar.Allah bu bəlanı gələcək və indiki cavanlardan uzaq etsin kökü kəsilsin narkotikin.

    • @neveraloneneveragain8952
      @neveraloneneveragain8952 3 месяца назад +2

      Salam.Mənim hobbim var,birinci ixtisasına da bağlıdır,deffektologiya.Psixoloji mərkəzlərdə nə qədər kurslar keçmişəm,hal hazırda da təhsil alıram psixologiya məktəbində.Çox doğru vurğuladız

    • @adelyaalizade5157
      @adelyaalizade5157 2 месяца назад +1

      ​@@neveraloneneveragain8952 Allah yolunu her zaman acig elesin.❤

  • @NewNew-fc7gl
    @NewNew-fc7gl 3 месяца назад +11

    atasl azmlş kimi qlzda başlna oyun açlb nece bedbaxd qadln olub

  • @robertstelman617
    @robertstelman617 18 дней назад

    Belə insanlar iradədən zəyif olurlar ona görədə belə olur . Ay kuruqa düşdüm ay nə bilim pulum varıydı hamsı boş şeydi . İrade vəssalam

  • @imzamsalavat_tv313
    @imzamsalavat_tv313 3 месяца назад +4

    Vətənimizin cavablarini bu günə salanlari Allah cc Zəlil etsin

  • @oksigen_0451
    @oksigen_0451 8 дней назад

    Allah komeyi olsun

  • @GulnareMmdova
    @GulnareMmdova 3 месяца назад +5

    Bunlardan visyo cekməyin redd edin bunari qoy cehhənəm olsunar

  • @sumayyesofiyeva2616
    @sumayyesofiyeva2616 3 месяца назад +3

    Allah sənə gözəl ana həyat yoldaşı qismət eləsin ammin

  • @RaufBabayev-hm8gp
    @RaufBabayev-hm8gp 3 месяца назад +5

    Ay sonası xanımdı heyifki elə iş gorub

  • @NiyameddinAxmedov
    @NiyameddinAxmedov 3 месяца назад +5

    Gor Azerbaijan ne gune qalibdi

  • @user-un6vt9rj9p
    @user-un6vt9rj9p 3 месяца назад +9

    Bəziləri yazirki ailədən başlayır.xeyir.cox savadli ailənin coxda savadlı övladı olmusam.ama iynədən basqa hər şeyi etmişəm.ətraf və mühit cox şeydir.mən Nə qədər istəsəm belə Azərbaycanda sagala bilmədim.olkəni dəyişdim hec kimin və hec nəyin köməyi olmadan cixdim bu vəziyyətdən.duzdur hec zaman əyri yola əl atmadim.cunki pulum cox idi..bəlkədə pulum olmasaydi intihar edərdim.ama əyri yola getməzdim.ətrafinizi dəyisin.bu zəhrimar beyindən cixmir..iradə iradə yenədə iradə

  • @67pik17
    @67pik17 Месяц назад

    Dehşet .....onun heyatina kovreldim( Yaxsi ki, inami, gucu var.Allah komeyi olsun🙏

  • @Gunay_1984
    @Gunay_1984 3 месяца назад +4

    UĞURLAR NİGAR XANIM.ÇOX SAVADLI VƏ İRADƏLİ XANIMSINIZ.BELƏ DƏ DAVAM!!!

  • @nizamxankisiyev1113
    @nizamxankisiyev1113 22 дня назад

    Çox gözal xanımdı danşıqıda çoxx şirindi En yaqşısu Allah baqlan ibadat et onunda sana çox kmeyi olacaqAllah kömak olsun bundan sonrakı heyatın baxtin gözal olsun Nigar Xanım

  • @kemalesirmemmedli3248
    @kemalesirmemmedli3248 2 месяца назад +4

    Bayragin ters qalmagina nece eseb oldumsa izleyenbilmirdim. Elimle bayragi gizledib izledim

  • @ulviyyshukurova1841
    @ulviyyshukurova1841 3 месяца назад +5

    Qiz her yerde oz qadinigini istifade eyilib...

  • @gunaysultanova9513
    @gunaysultanova9513 3 месяца назад +5

    Səhv hər kes edə bilər,bundan heç kim sığortalanmayıb. Əsas odurki bu sehv sənə nəsə öyretsin,vaxtinda etdiyin yalniş bu gün sənə mayak olsa her şey yaxşı olacaq. Həyat səhvlərlə,pis və yaxşı surprizlerle doludur ve bu beledə olmalidi

  • @aynurelizade4429
    @aynurelizade4429 3 месяца назад +8

    😢😢😢😢allah bundan sorası həyatini gözəl etsin...gözəl ailə başçıı sahibi olasan...gözəl düşüncələrin varmiş.

  • @AyxanTuran
    @AyxanTuran 3 месяца назад +10

    Heyif ki, gənclərimiz kor-koranə narkotik qurbanına çevirlirlər

  • @AyxanTuran
    @AyxanTuran 3 месяца назад +13

    ​Ömürünün 11 ilini "küçəyə atıb".

    • @sevaseva6372
      @sevaseva6372 3 месяца назад +2

      Qalanlarını da. Bu bəladan xilas olmaq qeyri mümkündür

  • @gunelshikhaliyeva6839
    @gunelshikhaliyeva6839 3 месяца назад +3

    Allah balalarımızdan uzaq elesin!

  • @user-et7hi4id7s
    @user-et7hi4id7s 3 месяца назад +5

    Men bu giza inandim. Allah komek olsun.

  • @esminqurbanov5939
    @esminqurbanov5939 3 месяца назад +4

    ay nigar seni bele sair kimi danisdiran goresen nedi cox etikaynan danisirsan gesey👏👏

  • @nilufarmammadova7215
    @nilufarmammadova7215 Месяц назад

    Удачи вам Нигяр! Уверенна что у вас началась прекрасная, чистая и светлая пора в жизни!

  • @nergizferecova901
    @nergizferecova901 Месяц назад

    Ay Allahim bu ne dehsetdi.Ya rebbim ozun qoru😢

  • @user-bv3lz1hy7g
    @user-bv3lz1hy7g 3 месяца назад +2

    Аллах сизлара кемак олсун иншалла. Иншалла🇦🇿 🤲🤲🤲🤲

  • @ruslanazayev7536
    @ruslanazayev7536 3 месяца назад +4

    Bayrağın tərs olduğunu heç kim görmədi orada ?
    O qədər diqqətsizsiniz ?

  • @beyazgulum.
    @beyazgulum. Месяц назад

    Kox kövrəldim🥺 Rəbbim köməyi olsun 🤲

  • @user-td6iy9ph8s
    @user-td6iy9ph8s 3 месяца назад +3

    Bu xanımı yaxından tanımaq istiyirəm,