Ağsunun Elabad kəndində nə baş verir? - Bu kənd əsl zibilə düşüb - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 6 фев 2025
  • #APATV #ağsu #elabad #kend #problem #infrastruktur #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Ağsunun Elabad kəndində nə baş verir? - Bu kənd əsl zibilə düşüb - APA TV
    Ağsunun Elabad kəndinin sakinləri problem içində boğulurlar. Sakinlər bilmir kənddə suyun olmamağından gileylənsinlər, zibilliyin təmizlənməməyindən şikayət etsinlər, yoxsa canavarlardan.
    Dağlıq ərazidə yerləşən kənddə cəmi bir bulaq var. O da dərəyə yaxın ərazidə yerləşdiyindən yuxarıda yaşayanlar suyu daşımaqda çətinlik çəkir. Suyu pulla almaq istəyənlər isə 50 manatından keçməlidir.
    Digər tərəfdən də kəndi zibil cənginə alıb. Təmizlənməyən zibilliyin üfunətli qoxusu sakinlərin kabusuna çevrilib.
    Canavarlar isə camaata gün verib işıq vermir. Sakinlərin bildirdiyinə görə, elə il yoxdur ki, mal-qaradan 10-15 baş heyvanı canavar tələf etməsin.
    Canavarların kəndlilərə etdiyi zülmə bir son qoya bilmək ümidi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, canavar yaşayış məntəqəsinə, heyvanlara hücum edirsə və bu hal təkrarlanaraq ciddi təhlükə yaradırsa bu zaman özünü müdafiə üçün canavarın vurulması mümkündür.
    Kənddə mövcud olan digər problemlərlə bağlı Elabad kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Miracəddin Xıdırov sözlərinə görə, kəndin ərazisindəki zibillik probleminin başlıca səbəbi elə kənd sakinlərinin özləridir. Dəfələrlə sakinlərlə yolların və ətraf sahələrin təmizliyi haqqında maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq deyilənlərə əməl olunmur. Qurumdan o da bildirilib ki, canavarla əlaqədar Ağsu rayon baytarlıq idarəsinə məlumat verilib. Müəyyən tədbirlərin görülməsi istiqamətində işlər aparılır.
    Su problemi ilə bağlı isə bildirildi ki, yay aylarında kənddəki bəzi evlərə su xəttində təzyiqin az olması səbəbindən su çatmır. Bu problemin də olmasının başlıca səbəbi kənd sakinlərin su kranlarından lazımsız istifadəsi olur. Bələdiyyədən o da bildirildi ki, kənddəki su xətti bir neçə il bundan qabaq Ağsu su idarəsinin balansına təhvil verilib.
    Odur ki, susuzluqla bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, kənddə hər bir evə su çəkilməsi və sayğacların quraşdırılması ilə bağlı təkliflər var və reallaşdırılacaq.
    Qeyd edək ki, kənddə 200-dən artıq sakin yaşayır.
    İlham Əhmədov, Taleh İbrahimov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 7

  • @sahin5754
    @sahin5754 Год назад +3

    canavar gələndə MƏMURLARA xəbər edin ki GƏLİN QARDAŞLARİNİZ gəlir birgə YEYİN MALİ MÜLKÜ BİZƏ DƏYMİYİN

  • @azarsuleymanov4689
    @azarsuleymanov4689 Год назад +2

    İndi gedin yoxluyun ayidiyyatı orqanları, hərəsinin altında 100 minlik maşın villa obyektləri, haramınız olsun

  • @teymenshukurlu546
    @teymenshukurlu546 Год назад +3

    Deyesen o kendin canavarının qohumu yaxşı vezifededi😂

  • @aydnbayramov5240
    @aydnbayramov5240 8 месяцев назад

    Suyu basa dusduk Harda gorsənib kənci zibildən danişsin mən həyət evində zibili yandirib kuburə kimi torpaga verirəm

  • @АязМамедов-щ4ц
    @АязМамедов-щ4ц Год назад +1

    Televizyada qiqiyenadan daniwilar alvercileri olduruler!!! Amma ewwekle su dawimaq normaldi hec bir qiqiyene pozuntusu deyil

    • @AlimQuliyev-ye1po
      @AlimQuliyev-ye1po 5 месяцев назад

      Eliabad kend camaatina muraciyyetim,ezizlerim narahat niye olursuz.Xeber verin İlhamın teyinatli destesine gelsinler canavarlari qirsinlar.

  • @HuseynKerimov-e3o
    @HuseynKerimov-e3o 5 месяцев назад

    Zibiluzu özünüz yigin yandirinda icaze vermeyin