Yeni il mahnıları (Yağsana qar, Şən yolka, Yeni il gəldi)
HTML-код
- Опубликовано: 5 фев 2025
- Yeni il mahnıları (Yağsana qar, Şən yolka, Yeni il gəldi)
Azərbaycan dilində mahnılar
Uşaq mahnıları
Yağsana qar
Sözləri: Gülzar İbrahimova
Musiqisi: Elşən Nicat
Şaxta baba bilirsən,
Səni necə sevirik.
Səni hər Yeni ildə,
Həsrətlə gözləyirik.
Amma ki, Şaxta baba,
Həsrət qalmışıq qara.
Bilmirik gedək hara,
Qartopu oynamağa.
Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən.
Nəqarət:
Şaxta baba,
Tez gəl baba
Qar qızı da,
Gətir baba.
Bizə çoxlu torba dolu
Çoxlu qar gətir, baba.
Gözləyirəm yağmır qar,
Heç qarsız da qış olar?
Həsrətdədir uşaqlar,
Nə olar yağsan a qar?
Gözləyirəm yağmır qar,
Heç qarsız da qış olar?
Həsrətdədir uşaqlar.
Nə olar yağsan a qar?
"Yolka"
Musiqi: O. Zülfüqarov,
Sözləri: Y. Həsənbəyov
İfa edir: Z. Xanlarova
I
Geydi ağ köynəyini
Yenə el,oba.
Xoş gəldin Şaxta baba,
Mehriban baba.
Yandırdın yolkamızda
İşıqları sən,
Sevindirdin gülərüz
Uşaqları sən.
Nəqərat:
Yolka, yolka,
Şən, mehriban yolka!
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var.
Dövrəndə nə çoxlu
Uşaqların var.
II
Mahnı deyir, oynayır,
Qaz, ördək, ayı.
Uşaqlar, ay uşaqlar,
Çalın, oynayın.
Yayılsın hər tərəfə
Nəğmələrimiz.
Birləşək yolkamızın
Ətrafına biz.
Nəqərat:
Yolka, yolka,
Şən, mehriban yolka!
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var.
Dövrəndə nə çoxlu
Uşaqların var.
III
Sən gedərsən bir zaman
Təzə il gələr.
Gətirər özüylə o,
Təzə nəğmələr.
Onda yenə hamımız
Tutub əl-ələ,
Oynayarıq, gülərik
Min sevinc ilə.
Nəqərat:
Yolka, yolka,
Şən, mehriban yolka!
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var.
Dövrəndə nə çoxlu
Uşaqların var
YENİ İL GƏLDİ mahnısı. Yeni il mahnısı
Sözləri: Hikmət Ziya
Musiqi: Musa Mirzəyev
İfa edir: Elnarə Xəlilova
Yeni il gəldi
Süd kimi ağ qar ilə,
Çoxlu çoxlu bar ilə,
Qış ilə, bahar ilə,
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü.
Yeni il gəldi, yeni il gəldi
Görürmü özünü yeni il gəldi.
Bəzənmişdir yolkalar,
Oların da sözü var.
Bilsin ellər, obalar.
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi, yeni il gəldi
Hər obaya-elə yeni il gəldi.