Mirzehüseyin segahi

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.
    Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”.
    Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir.
    “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır:

Комментарии •