Amin. Cox güciül sese sahib idi. Allah o biri dünyasını versin.😢 Belə gozel sesin sahibi həmişə bəzi silikonlardan geridə qaldı, çox retki televiziya kanallarında görünürdü. Ay Zaur şundulu, şişmələrdən(slikonlardan) başqa cagırdgı yox idi ki hər hefde eyni adamlar.
Bu dünyadan Aygün Bəylər adlı bir sənətkar keçib-getdi... Kimsə "böyük sənətkar", kimsə "adi müğənniydi" dedi, biri heç bəyənməyibmiş, başqası vurğun imiş. Sevənlər sevməyənlərə kükrədi, sevməyənlər sevənlərə lağ elədi. Hər dəfə gündəmdə olan hadisələrdə etdiyimiz kimi, heç kim qarşı tərəfi başa düşmək istəmədi... Sevənlərin cərgəsində olduğum üçün bir az özümü ifadə etməyə çalışacam, anlayan anlayar, anlamayanlara özüm icazə verirəm: lağ eləməyə davam edin, incisəm o tut ağaclarının yanına gedim... Nə ifa tərzinə, nə səsinə toxunmayacam, mənim istədiyim diqqətinizi başqa tərəfə çəkməkdi. Bizim illərin (80-90) uşaqları üçün o Aygün Hümbətova kimi, Uşaq Filarmoniyasının solisti olaraq başlamışdı. Nəyə görəsə əvvəllər yadımda "Bənövşə uşaq xoru" kimi qalmışdı, sonra əslini bildim. Başındakı qədeşsayağı kepkası, əynindəki şalvarıyla, maskulin görünüşü və davranışı ilə kənd mühitində boğulan qızların da ilham yeri olmuşdu. Dorğusuyla-yanlışıyla bu tərz bir yenilik idi və yenilik də kənd qızları üçün nəfəslik demək idi... Tez-tez yeganə olan kanalda görünər, əsasən xalq mahnılarıyla bizi feyziyab edərdi. Səhvim varsa düzəldin: mən onun bir dənə də bayağı mahnı oxuduğunu heç xatırlamıram... Sonra o möhtəşəm mahnı gəldi. Artıq yetişkin idik. Hansı il olduğu da dəqiq yadımda deyil, ancaq neçə ildi mənə elə gəlir ki, sanki evimizdən, həyətimizdən, kəndimizdən uzaq düşdüyüm gündən bəri o mahnı mənimlə var. Tut ağacım, tut ağacım, Aman yerim, güman yerim. Xatirələr qanadında, Yaşatdığım pənah yerim. Nadir kənd həyəti olar ki tut ağacı olmasın, nadir insan olar ki o ağacla bağlı pis-yaxşı xatirəsi olmasın. İnanmırsızsa mahnının RUclips-dakı videolarının altına yazılan rəyləri oxuyun. Tut ağacım, tut ağacım, Sirli sözüm, anan yerim. Tut ağacım, ucalığım, De, arzuma necə çatım? Tut ağacını tanıyanlar bilir, onda bir nəhənglik, əzəmət var. Adama - xüsusilə də uşaq olanda elə gəlir ki bu ağac dünyadakı bütün sevdiklərini öz kölgəsində toplaya, qol-qanad gərə bilər. Nədənsə həm də adama elə gəlir ki, başqasına və ya dünyaya olan bütün hikkəni bu ağacdan çıxa bilərsən və o heç zaman səndən inciməz. Axı o əzəmətlidi, nəhəngdi, sənin uşaq canınla sındırdığın o budaqlarla, qocaman gövdəsinə sancdığın mismarlarla ona nə olacaq ki? Nə biləydik ki, zamanla o şirin xatirələrin sorağıyla axtaranda daha tapa bilməyəcəyik o nəhəngliyi. De, köksünə neçə çarpaz dağ çəkmişəm? Neçə körpə budağını mən əzmişəm? Bir gün, şirin xatirələr sorağıyla, Səni gözləyəcəyimi bilməmişəm... İndi çoxunuzun həyətində elə bizimki kimi nə o möhtəşəm tut ağacları var, nə tutub sallanacağınız, ya da bıçaqla cürbəcür adlar yazacağınız budaqları, nə yelləncək, nə o sərin kölgə... Bizimkinin yerində qupquru qurumuş kötüyü var idi, o da yoxa çıxıb. İndi sənin budağında, Bir iz qoymaq müşkül olub. Əl çatmayan arzulartək, Xatirələr dönməz olub. O xatirələr kimi tut ağaclarımız da əlçatmaz olub. İndi yoxsan yuxularda, Mən gördüyüm röyam kimi. İndi yoxsan o göylərdə, Əl çatmayan ulduz kimi... Ancaq nə yaxşı ki bu dünyada Zəkirə Allahverdiyeva adlı biri bu şeiri yazdı, Aygün Səmədzadə adlı bəstəkar mahnı bəstələdi və Aygün Bəylər adlı bir müğənni bu mahnını o qədər möhtəşəm oxudu ki, nə vaxt səslənsə bütün o acılı-şirinli xatirələr gözümüzün önündən film kimi keçir, qəhər boğazımızda düyünlənir, gözlərimiz dolur-boşalır, sonra üzümüzə təbəssüm qonur. İndi bizim yaşıdlar, bizim nəsil, yəni Aygünsevərlər yenə onun diliylə sanki üzümüzü əlimizdən uçub gedən xatirələrimizə tutmuşuq: Daima düşünür xəyalım səni, Dilimdən düşməyir ismin bir an da. Sözümün hər biri bağlanıb sənə. Sən mənim nitqimin nida yerisən... Əmin olun, bir zaman gələcək siz də hansısa illəri bu cür axtaracaqsız: Sanıram daima yanımda səni, Tənhalıq zamanı sükut olanda. Ürəyim boşluqda hayqıran zaman, Sən mənim könlümün səda yerisən. Anar Nağılbaz da, Aydın Xırdalanlı, Rəhim Rəhimli də, başqa o nəsildən olan bütün məşhurlar öləndə biz onların şəxsiyyətiylə, sənətiylə birgə həm də ötüb gedən xatirələrimiz üçün pis olmuşuq. Odur ki, insanların emosiyalarını anlayın. Hörmət etməsəniz də olar. Elə-belə, anlamağa çalışın, bəsdi... Qəlbimdən çıxara bilmirəm səni, Səninlə damarda axır qanım da. Könlüm də, canım da fədadır sənə, Sən mənim ruhumun qida yerisən.. Fariz Bayramov
Təbriklər bu gözəl düşüncələr üçün, bəy. Bəzəyi səsi olan böyük sənətkardır Aygün xanım. Əvəzi olmayacaq ifa tərzi, təxmin edilə bilməyəcək enişləri, çıxışları ilə müasir Azərbaycan musiqisində köklü bir iz qoyan şəxsdir O. Evimizin doğma sakini kimi tanıdıq onu çoxlarımız. Əminəm ki onun ruhunu, səsinin cazibəsini dərk edən hər bir kəs üçün bundan da sonra, on illər sonra belə elə qalacaqdır.
Allah size rehmet elesin.Bu xəbəri eşidib, burda bu mahnıya qulaq asmaq bize çox pis təsir edir. Azərbaycan xalqının könlünə,ruhuna səsi ilə təsir edən gözel insan ruhunuz şad olsun, hərzaman qəlbimizdə, yaddaşımızda qalacaq heç zaman unudulmayacaqsınız Xalqın sevimlisi Aygün Bəylər😢❤
Pərakəndə uşaqlığımın sınıq-salxaq xatirələrində yer tutan "Tut ağacı" həmin anlar mənim üçün adi bir mahnıdan başqa bir şey təşkil etməsə də, zamanla Aygün Bəylərin nə demək istədiyini anladım. Onun ömrü də bir tut ağacı idi. Necə çarpaz dağ çəkildiyini, neçə budağının əzildiyini özü, bir də çox yaxınları bilirdi. Dərdlərini də gizlədirdi, xəstəliyini də. Kimsə də onun qəlbinə dəymək istəmirdi. Tut ağacı qurudu, qolu-qanadı sındı... Yoxluğu da buz oldu yanağımızda, həm də Azərbaycan incəsənətinin yanağında... Allah rəhmət eləsin! Aygün xanım.......
Bircə rəhmət yazmağı yaxşı bacarırıq. Bir dəfə olsun görmədim ki, bu xalq Aygün Bəyləri öz toy-nişanına çağırıb "müğənnicik"lərə yarım saata verdiyi 10-15 min manatı ödəsin. Əsl sənətkarların qədrini bilmədikcə onlar bizi vaxtsız tərk edəcəklər... bizdən incik, bizdən küskün...
я не имею отношения к Азербайджану, но родом с Кавказа. Не слова не понимаю на Азербайджанском, но очень давно слушаю Айгун Бейлер, и Адалята.Айгун была способна вывернуть душу человеку. Бесподобный голос, и очень высокий вокал. Жаль. Воистину, Бог забирает лучших к себе.... Искрение соболезнования родным и близким. Думаю очень многим будет на хватать Айгун... Израиль
Bənzərsiz və Təkrarsız ifa var olun🙏🔥🎤🔥 Allah sizi ömür versin və yaşadığınız müddətcədə Ən çox haqqınız olan Xalq artisdi adın almaq qismətiniz olsun İnŞaAllah🙏🙏🙏🧿
Fərqli şirin səsi və ifa tərzi ilə daim insanların yaddaşında qalacaqsınız İnsaallah. Bunu siz özünüz zəhmətlə çətinliklərlə qazanmısınız ey xalqın sevimli sənətkarı. Allah sizə behişti nəsib etsin Amin.
Azərbaycan incəsənətinin sadiq, cafakeş bir sənətçisi, gözəl xanəndə, qayğıkeş bir insan Aygün Bəylər haqq dünyasına qovuşdu. Aygün xanım öz gözəl və əvəzedilməz ifaçılıq sənəti ilə əbədi yaddaşlarda qalacaq. Allah rəhmət eləsin. Yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verirəm. Allah səbr versin.
Божественно ❤как жаль что уходят такие таланты 😢слушаю и слезы катяться непереставая 😢😢песня голос исполнение 😊неповторимо 👏👏🤦♀️🤦♀️покойся с миром земля тебе пухом 🙏🙏🙏🙏
Heyif Sizdən😢möhtəşəm, əvəzolunmaz səs, sə'adə, gözəl insan😔 Azərbaycan incəsənətində və sizi sevən, səsinizin vurgunu olan pərəstişkarlarniz ücün böyük itki😔 Ürəklərimizdə həkk olunan mahnilarinizla daima yaşayacagsiniz Aygün xanim🥀🥀💔 Allah rəhmət eləsin məkanin cənnət olsun🤲😔
Bugün doğum günüm için Aygün Beyler'in 'Tut Ağacı' nı bir kere daha dinliyirem. Sanki Aygün'den bana armağan gibi... İyi ki var olmuşsun Aygün Beyler... 🙏
Уважаемая АЙГУН БЕЙЛЕР ДАЖЕ ЗОЛОТО МЕРКНЕТ ОТ КРАСОТЫ ВАШЕГО ГОЛОСА И ДУШЕВНОСТИ ИСПОЛНЕНИЯ ЛЮБОЦ ПЕСНИ ХВАЛА БОГУ, ЧТО ВЫ ЕСТЬ УВАЖАЕМАЯ АЙГУН БЛАГОСЛОВЕНИЕ ЖИЗНИ БОЖЬЕЙ МУДРОСТИ И ПОМОЩИ ЗАЩИТЫ И ЗДОРОВЬЯ ВАМ УВАЖАЕМАЯ АЙГУН И ВАШМИ РОДНЫМ И ВСЕМ БЛИЗКИМ ВАМ ЛЮДЯМ СПАСИБО БОЛЬШОЕ СПАСИБО,
Coxxx emosianal idi rehmetlik butun mahnilarin urekle oxyurdu yasyaraq urekden ozune mexsus sirin sesi vardi gozu bagli tanininrdi ses tembiri mohtesem idi
Allah rəhmət eləsin Məkanın cənnət olsun Məzarın nurla dolsun Müallicəsini başa vurmadan vəfat etdi Bu cür səs bu cür möhtəşəm insan da xərçəng xəstəliyindən vəfat ettdi😢 Allah rəhmət etsin bir daha😢
Tut ağacıni elə ifa edibki 😢onu heç kəs belə ifa edə bilməz əvəz olunmaz deyerlimiz dəyərli sənətkarımız Xalq artistimiz Mədəniyyətiyle səsiylə sevilən seçilən oldu onuda qeyd edim çox xeyirxah bir insan idi amma etdiyi yaxşılıqları heç vaxt gözə salmazdı və deməzdi Allah rəhmət eləsin gözəl sənətkarımıza 😢😢😢
Soyunmadan özun çolə qoymadan öznü hərkese seneti mugami mahnilarilə sevdiren Aygün Bəylər mekanin cənnət olsun amin.😢
Heyf Sizdən.Bəzəksiz ,düzəksiz ,Əvəzolunmaz Səs ,Möhtəşəm İfa Sahibi ,Ürəyimizdə Muğamımızın Taxtın Qurmuş SƏNƏTKAR Aygün Bəylər. Məkanın Cənnət , Məzarın Nurlu Olsun.😢😢😢😢😢😢😢Amiiin !!!!
Allah rəhmət eləsin sadə geyimli makiyaşsız gözəl səsinlə hər kəsin qəlbində taxt qurdun😔😔🥀🥀
AMİNNN ALLAHIMMMM SİZƏ RƏHMƏT ETSİN UCA ALLAHIM ÖVLADNIZI QORUSUN ONA DÖZÜM VERSİN 💔🤲
Amin. Cox güciül sese sahib idi.
Allah o biri dünyasını versin.😢 Belə gozel sesin sahibi həmişə bəzi silikonlardan geridə qaldı, çox retki televiziya kanallarında görünürdü. Ay Zaur şundulu, şişmələrdən(slikonlardan) başqa cagırdgı yox idi ki hər hefde eyni adamlar.
😢😢😢😢😢😢😢
Amin😢
Vaxtsız gedişin muğamımıza, əsl sənətə, musiqimizə çarpaz dağ çəkdi.... Nurlar içində yat gözəl sənətkar.... ((
Yerin Cennet mekanı olsun peygamberlerimize komşu olasan, Aygün Hanım,😢😢😢😢😢
Bu dünyadan Aygün Bəylər adlı bir sənətkar keçib-getdi...
Kimsə "böyük sənətkar", kimsə "adi müğənniydi" dedi, biri heç bəyənməyibmiş, başqası vurğun imiş. Sevənlər sevməyənlərə kükrədi, sevməyənlər sevənlərə lağ elədi. Hər dəfə gündəmdə olan hadisələrdə etdiyimiz kimi, heç kim qarşı tərəfi başa düşmək istəmədi...
Sevənlərin cərgəsində olduğum üçün bir az özümü ifadə etməyə çalışacam, anlayan anlayar, anlamayanlara özüm icazə verirəm: lağ eləməyə davam edin, incisəm o tut ağaclarının yanına gedim...
Nə ifa tərzinə, nə səsinə toxunmayacam, mənim istədiyim diqqətinizi başqa tərəfə çəkməkdi.
Bizim illərin (80-90) uşaqları üçün o Aygün Hümbətova kimi, Uşaq Filarmoniyasının solisti olaraq başlamışdı. Nəyə görəsə əvvəllər yadımda "Bənövşə uşaq xoru" kimi qalmışdı, sonra əslini bildim.
Başındakı qədeşsayağı kepkası, əynindəki şalvarıyla, maskulin görünüşü və davranışı ilə kənd mühitində boğulan qızların da ilham yeri olmuşdu. Dorğusuyla-yanlışıyla bu tərz bir yenilik idi və yenilik də kənd qızları üçün nəfəslik demək idi...
Tez-tez yeganə olan kanalda görünər, əsasən xalq mahnılarıyla bizi feyziyab edərdi. Səhvim varsa düzəldin: mən onun bir dənə də bayağı mahnı oxuduğunu heç xatırlamıram...
Sonra o möhtəşəm mahnı gəldi. Artıq yetişkin idik. Hansı il olduğu da dəqiq yadımda deyil, ancaq neçə ildi mənə elə gəlir ki, sanki evimizdən, həyətimizdən, kəndimizdən uzaq düşdüyüm gündən bəri o mahnı mənimlə var.
Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında,
Yaşatdığım pənah yerim.
Nadir kənd həyəti olar ki tut ağacı olmasın, nadir insan olar ki o ağacla bağlı pis-yaxşı xatirəsi olmasın. İnanmırsızsa mahnının RUclips-dakı videolarının altına yazılan rəyləri oxuyun.
Tut ağacım, tut ağacım,
Sirli sözüm, anan yerim.
Tut ağacım, ucalığım,
De, arzuma necə çatım?
Tut ağacını tanıyanlar bilir, onda bir nəhənglik, əzəmət var. Adama - xüsusilə də uşaq olanda elə gəlir ki bu ağac dünyadakı bütün sevdiklərini öz kölgəsində toplaya, qol-qanad gərə bilər.
Nədənsə həm də adama elə gəlir ki, başqasına və ya dünyaya olan bütün hikkəni bu ağacdan çıxa bilərsən və o heç zaman səndən inciməz. Axı o əzəmətlidi, nəhəngdi, sənin uşaq canınla sındırdığın o budaqlarla, qocaman gövdəsinə sancdığın mismarlarla ona nə olacaq ki? Nə biləydik ki, zamanla o şirin xatirələrin sorağıyla axtaranda daha tapa bilməyəcəyik o nəhəngliyi.
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün, şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm...
İndi çoxunuzun həyətində elə bizimki kimi nə o möhtəşəm tut ağacları var, nə tutub sallanacağınız, ya da bıçaqla cürbəcür adlar yazacağınız budaqları, nə yelləncək, nə o sərin kölgə... Bizimkinin yerində qupquru qurumuş kötüyü var idi, o da yoxa çıxıb.
İndi sənin budağında,
Bir iz qoymaq müşkül olub.
Əl çatmayan arzulartək,
Xatirələr dönməz olub.
O xatirələr kimi tut ağaclarımız da əlçatmaz olub.
İndi yoxsan yuxularda,
Mən gördüyüm röyam kimi.
İndi yoxsan o göylərdə,
Əl çatmayan ulduz kimi...
Ancaq nə yaxşı ki bu dünyada Zəkirə Allahverdiyeva adlı biri bu şeiri yazdı, Aygün Səmədzadə adlı bəstəkar mahnı bəstələdi və Aygün Bəylər adlı bir müğənni bu mahnını o qədər möhtəşəm oxudu ki, nə vaxt səslənsə bütün o acılı-şirinli xatirələr gözümüzün önündən film kimi keçir, qəhər boğazımızda düyünlənir, gözlərimiz dolur-boşalır, sonra üzümüzə təbəssüm qonur.
İndi bizim yaşıdlar, bizim nəsil, yəni Aygünsevərlər yenə onun diliylə sanki üzümüzü əlimizdən uçub gedən xatirələrimizə tutmuşuq:
Daima düşünür xəyalım səni,
Dilimdən düşməyir ismin bir an da.
Sözümün hər biri bağlanıb sənə.
Sən mənim nitqimin nida yerisən...
Əmin olun, bir zaman gələcək siz də hansısa illəri bu cür axtaracaqsız:
Sanıram daima yanımda səni,
Tənhalıq zamanı sükut olanda.
Ürəyim boşluqda hayqıran zaman,
Sən mənim könlümün səda yerisən.
Anar Nağılbaz da, Aydın Xırdalanlı, Rəhim Rəhimli də, başqa o nəsildən olan bütün məşhurlar öləndə biz onların şəxsiyyətiylə, sənətiylə birgə həm də ötüb gedən xatirələrimiz üçün pis olmuşuq. Odur ki, insanların emosiyalarını anlayın. Hörmət etməsəniz də olar. Elə-belə, anlamağa çalışın, bəsdi...
Qəlbimdən çıxara bilmirəm səni,
Səninlə damarda axır qanım da.
Könlüm də, canım da fədadır sənə,
Sən mənim ruhumun qida yerisən..
Fariz Bayramov
Fariz Bəy,
necə gözəl sözlər . Hər bir yazdığınız hərfin , vergülün altında mən də qəlbdən imza atıram.
Alqışlayıram sizi👌🏻🤙🏻
Təbriklər bu gözəl düşüncələr üçün, bəy. Bəzəyi səsi olan böyük sənətkardır Aygün xanım. Əvəzi olmayacaq ifa tərzi, təxmin edilə bilməyəcək enişləri, çıxışları ilə müasir Azərbaycan musiqisində köklü bir iz qoyan şəxsdir O. Evimizin doğma sakini kimi tanıdıq onu çoxlarımız. Əminəm ki onun ruhunu, səsinin cazibəsini dərk edən hər bir kəs üçün bundan da sonra, on illər sonra belə elə qalacaqdır.
Allah size rehmet elesin.Bu xəbəri eşidib, burda bu mahnıya qulaq asmaq bize çox pis təsir edir. Azərbaycan xalqının könlünə,ruhuna səsi ilə təsir edən gözel insan ruhunuz şad olsun, hərzaman qəlbimizdə, yaddaşımızda qalacaq heç zaman unudulmayacaqsınız Xalqın sevimlisi Aygün Bəylər😢❤
Sagliginda seni dinlemeyenler indi dinleyer oldu…..! Duz deyibler yoxlugunda qedir bilinermis…! Mekaniniz Cennet olsun qebriniz nurla dolsun😢
Elvida tut aqacimiz Allah mekanin cennet elesin😢😢😢
Ən parlaq ulduz, ən möhtəşəm səs, ən ürəklərə dərin iz qoyan əvəzsiz Sənətkar...........Heyf!!!🥺💔💔💔💔
Nur içinde uyu Agün Hanım😢😢😢 yerin cennet mekanı olsun 😢😢😢
Allah o dünyasını versin. Əsil səs getdi bu dunyadan
“Xalq artisti” almayan, amma esl xalqin artisti olan Aygun Beyler.
O “tut agaci” ucun tewekkur edirik… Allah rehmet elesin❤️
❤
Pərakəndə uşaqlığımın sınıq-salxaq xatirələrində yer tutan "Tut ağacı" həmin anlar mənim üçün adi bir mahnıdan başqa bir şey təşkil etməsə də, zamanla Aygün Bəylərin nə demək istədiyini anladım.
Onun ömrü də bir tut ağacı idi. Necə çarpaz dağ çəkildiyini, neçə budağının əzildiyini özü, bir də çox yaxınları bilirdi. Dərdlərini də gizlədirdi, xəstəliyini də. Kimsə də onun qəlbinə dəymək istəmirdi.
Tut ağacı qurudu, qolu-qanadı sındı... Yoxluğu da buz oldu yanağımızda, həm də Azərbaycan incəsənətinin yanağında...
Allah rəhmət eləsin! Aygün xanım.......
Gözəl qəlbli, gözəl ruhlu, gözəl səsli sənətkarımız, Allah rəhmət etsin!
Şedevr əvəz olunmaz sənətkar səs musiqi dahisi allah rəhmət eləsin.
Bircə rəhmət yazmağı yaxşı bacarırıq. Bir dəfə olsun görmədim ki, bu xalq Aygün Bəyləri öz toy-nişanına çağırıb "müğənnicik"lərə yarım saata verdiyi 10-15 min manatı ödəsin. Əsl sənətkarların qədrini bilmədikcə onlar bizi vaxtsız tərk edəcəklər... bizdən incik, bizdən küskün...
Tam doğru.. əfsuslar
Как ты красиво сказал,👍
İtirdiyim bütün əzizlərimin xatirəsi gözümün önündə canlanır. Gözəl anam, kaş yanımda olaydın… Allah rəhmət etsin sənətkara…😢
Yerin cennet olsun evezolunmaz Senetkarimiz!😭🥀
Hər 100 ildən bir ALLAH dünyaya belə bir insan bəxş edir.heyif səndən...
я не имею отношения к Азербайджану, но родом с Кавказа. Не слова не понимаю на Азербайджанском, но очень давно слушаю Айгун Бейлер, и Адалята.Айгун была способна вывернуть душу человеку. Бесподобный голос, и очень высокий вокал. Жаль. Воистину, Бог забирает лучших к себе.... Искрение соболезнования родным и близким. Думаю очень многим будет на хватать Айгун... Израиль
Когда был ребенком не ценил ее песни и творчество. Сейчас мне 33 и ну вы поняли.
Bənzərsiz və Təkrarsız ifa var olun🙏🔥🎤🔥 Allah sizi ömür versin və yaşadığınız müddətcədə Ən çox haqqınız olan Xalq artisdi adın almaq qismətiniz olsun İnŞaAllah🙏🙏🙏🧿
Heyif qismet olmadı Allah rehmet etsin
Hec yaşamadı allah rehmet elesin
Великая певица
Светлая Память
Плачу
Möhtəşəm, super ifa! Aygün xanım yedinkadır, Allah onu var eləsin!
ALLAH XALQIN ARTİSTİ AYGÜN BƏYLƏRƏ rəhmət eləsin.Aygün Bəylər sənəti ÖLMƏZDİR!!!!!!
Mən Aygün xanımı rəhmətə getməmişdən belə dəyərlu bir sənətkar olduğunu hemişə demişəm, ona Xalq artisi verməyənlər utansın boyunları yerə girsin.
Allah rehmet elesin Aygun xanimi heqiqeten esl xanim idi hayif cavan getdi
Ruhun şad olsun gözəl sənətkar!
Fərqli şirin səsi və ifa tərzi ilə daim insanların yaddaşında qalacaqsınız İnsaallah. Bunu siz özünüz zəhmətlə çətinliklərlə qazanmısınız ey xalqın sevimli sənətkarı. Allah sizə behişti nəsib etsin Amin.
Gözəl Sənətkarımız çox heyif tez kömdün bu Hayatdan .AllAh Rehmət eləsin.Cənətde yeri olsun.😢😢
Evezsiz ifa.Var olasiniz Aygün xanım.Sənətiniz möhtəşəmdir.
Тут агачы гуруду
Йер йарпагла долуду
Айгунун гозел сеси
Уреклерде галыды 😢
😢😢😢😢😢😢
Caan Aygun xanim gozel xanim her menada glzel... Bu mahnini ele bil menim ucun oxumusunuz. Allah rehmet elesin gozel insan
Allsh sizə rehmet eləsin her tut agacı ğörendə yadıma füşəcəksən sənətkar
Heyıf sızden uşaqlıqımızın senetkarı sesı ile Azerbaycan musiqi tarıxınde bır ız qoydu getdı Allah rehmet elesın😢😢🥀
Evezolunmaz...
Allah rehmet elesin
Alvida,Tut agaci....
Xalq artisti 🙏
Azərbaycan incəsənətinin sadiq, cafakeş bir sənətçisi, gözəl xanəndə, qayğıkeş bir insan Aygün Bəylər haqq dünyasına qovuşdu. Aygün xanım öz gözəl və əvəzedilməz ifaçılıq sənəti ilə əbədi yaddaşlarda qalacaq. Allah rəhmət eləsin.
Yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verirəm. Allah səbr versin.
Qəlblərə məlhəm olan səs .Ürəklərdə yaşayacaq sənətkar məkanın cənnət olsun Allah bir balanı xoşbəxt eləsin
Божественно ❤как жаль что уходят такие таланты 😢слушаю и слезы катяться непереставая 😢😢песня голос исполнение 😊неповторимо 👏👏🤦♀️🤦♀️покойся с миром земля тебе пухом 🙏🙏🙏🙏
delidi bu qiz deli..delisen Aygun, sen bu senetin delisisen, bizde senin…
Mekanin cennet olsun ureylerimizde her zaman yawayacaqsan Allah sene qeni qeni rehmet elesin Allah gunahlarini baqiwlasin Amin
Bu şarkı beni çocukluğuma götürüyor, her ne kadar o zamanlarda dinlememiş olsam da
Mükemmel ifa.Allah rəhmət elesjn😢
😢😢😢 allah rehmet etsin❤
Heyif Sizdən😢möhtəşəm, əvəzolunmaz səs, sə'adə, gözəl insan😔 Azərbaycan incəsənətində və sizi sevən, səsinizin vurgunu olan pərəstişkarlarniz ücün böyük itki😔 Ürəklərimizdə həkk olunan mahnilarinizla daima yaşayacagsiniz Aygün xanim🥀🥀💔
Allah rəhmət eləsin məkanin cənnət olsun🤲😔
Buna tam əminəm ki yüz il də keçsə bu mahnını heç kim belə ifa edə bilməyək. Allah rəhmət eləsin, daima qəlbimizdə yaşayacaqsan
Tut ağacımız belə yetim qaldı sənsiz Aygün Bəylər😢😢😢
Nur içində yat ölməz sənətkar, əsil Xalq Artisti - Aygün Bəylər!
Bugün doğum günüm için Aygün Beyler'in 'Tut Ağacı' nı bir kere daha dinliyirem. Sanki Aygün'den bana armağan gibi... İyi ki var olmuşsun Aygün Beyler... 🙏
Allah rəhmət eləsin sənətkarımza 😔🤲🏻
Cox heyif. Heç vaxt unudulmayacaq mohtesem səs
Heyif oldu sizin kimi senetkara birde bu sesden gelmeyecek Allah rehmet elesin 😢
BACILARIN DA QƏŞƏNG OXUYUR,AMMA SƏNİ HEÇ KİM ƏVƏZ EDƏ BİLMƏZ,MƏKANIN CƏNNƏT OLSUN.
Allah rəhmət eləsin. Amin 💔
Уважаемая АЙГУН БЕЙЛЕР
ДАЖЕ ЗОЛОТО МЕРКНЕТ ОТ КРАСОТЫ ВАШЕГО ГОЛОСА И ДУШЕВНОСТИ ИСПОЛНЕНИЯ ЛЮБОЦ ПЕСНИ
ХВАЛА БОГУ, ЧТО ВЫ ЕСТЬ УВАЖАЕМАЯ АЙГУН
БЛАГОСЛОВЕНИЕ ЖИЗНИ
БОЖЬЕЙ МУДРОСТИ
И ПОМОЩИ
ЗАЩИТЫ И ЗДОРОВЬЯ ВАМ УВАЖАЕМАЯ АЙГУН
И ВАШМИ РОДНЫМ И ВСЕМ БЛИЗКИМ ВАМ ЛЮДЯМ
СПАСИБО
БОЛЬШОЕ СПАСИБО,
Tut aqaji yixildi bir daha qalmaz.Allah o duyasini versin .Amin
Allah rəhmət eləsin ruhun şad olsun Aygün xanım 🤲
BÖYÜK İTKİDİR,ÖZÜDƏ CAVAN YAŞINDA!ALLAH RƏHMƏT ELƏSİN!
Mashallah olsun Size Aygun Xanim. Var olun 🤲🤲🤲
Я один из тех,кому на ухо медведь наступил- но как приятно слушать еще и еще раз.Спасибо и автору и исполнителю.
Coxxx emosianal idi rehmetlik butun mahnilarin urekle oxyurdu yasyaraq urekden ozune mexsus sirin sesi vardi gozu bagli tanininrdi ses tembiri mohtesem idi
Allah rehmet elesin 🤲🏻🥀🥀heyif sade insan dahi senetkar Aygünsiz muqam
Benzersiz sese sahib insan Allah rehmet etsin. Çox heyif sizden😢
До слёз... Allah Rəhmət eləsin...
😥🌹🌹Allah rehmet elesin.Son konserti ile vidalasmaq isteyirdi.😢
Поёт от души и с душой. Её можно слушать вечно. 👏👏👏💐💐💐
Allah rehmet elesin😢itire itire gedirik.Allah balasina sebr versin😢
ÇOX HEYF BU SƏSDƏN,BELƏ SƏNƏTKARLAR NADİR HALLARDA DOGULUR😢
Aygün Beyler siz evezolunmaz bir senetkarsınız 🤍
Allah rəhmət eləsin!! Allah keçsin günahları!!!
Allah rəhmət eləsin. Əvəzsiz sənətkar idi
Сколько слушаю ее голос,все никак немогу наслушаться,светлая память
Heyif çox heyif əvəz olunmaz sənətkar əvəz olunmaz ses 😢😢😢
Özbekistan dan selamlar mekanın cennet olsun
Allah seni rehmet etsin aygun xanm sen dahisen tayn beraberin olmuyan bir senetkar cox heyif sizden 🙂↕️
Azerbaycan dahi senetkarini itirdi cennet mekan olun
Qəlbin tələtümə gəlmədən dinləmək mümkün deyil😢
Айгун. Жойинг. Жаннатда. Болсин. Оллох. Рахмат килсин азарбайжон узбекистон. Урта. Осийо. Булбули охиротинг. Обод болсин йотган Жойинг жаннатда. Болсин сенинг санатинг бебаходур тошкент. Шахри. Духовной целитель пулат. Каюм
Ses.....weffaf bulaq suyu😢😢😢😢
Allah rəhmət eləsin, 😢 Məkanı cənnət olsun
Allah rəhmət eləsin. Gözəl sənətkarımız (
Allah Aydün Bəylərə şəfa versin Amin inişallah tezliklə sagalar Allahın köməkliyilə onun özünüd səsinidə bir tamaşaç dinləyici kimi sevirəm
Sən Daima Qəlbimizdə Yaşayacagsan Dəyərli SƏNƏTKAR 💔
Allah rəhmət eləsin Məkanın cənnət olsun Məzarın nurla dolsun Müallicəsini başa vurmadan vəfat etdi Bu cür səs bu cür möhtəşəm insan da xərçəng xəstəliyindən vəfat ettdi😢 Allah rəhmət etsin bir daha😢
Tut ağacıni elə ifa edibki 😢onu heç kəs belə ifa edə bilməz əvəz olunmaz deyerlimiz dəyərli sənətkarımız Xalq artistimiz Mədəniyyətiyle səsiylə sevilən seçilən oldu onuda qeyd edim çox xeyirxah bir insan idi amma etdiyi yaxşılıqları heç vaxt gözə salmazdı və deməzdi Allah rəhmət eləsin gözəl sənətkarımıza 😢😢😢
Çox heyf Allah rəhmət eləsin
Allah rehmət etsin tut agaci sizi xatirladir həmişə 😢qelblərdə yasayacaqsan
Ruhud şad olsun, gözəl baçimiz. Gəbirin nur ilə dolsun. Yerin çənnət olsun. Səndə bizi tərk erdin, yerin boş galdi.
Allah rahmet eylesin mekanı cennet olsun geride kalanlarına sabır versin inşallah.
Beli 😢men esil o tut ağacında 😢olan uşaqlığımı gözleyirem😢😢😢😢😢😢😢😢😢😢ALLAH SENE REHMET ELESİN BÖYÜK SENETKAR. 😢😢😢😢😢
Мян дя , Бакыда хяйятимиздя вар иди , инди орда уча биналар тикибляр, уряйим дагланыр, чох чох пис олмушам, харичдяйям , гяриб олдугума , хямишя ону динляйярдим 😢😢😢😢Аллах ряхмят елясин 🥲🥲🥲
Cox heyif Allah rehmet elesin😢
Artislərin coxuna nümunə, Allah rəhmət eləsin.
Allah sene rehmet elesin gozel insan,gozel wexsiyyet gozel senetkar.Heyif senden cox heyif.Mekanin cennet olsun
Allah rəhmət eləsin.
MƏKANIN CƏNNƏT OLSUN SƏNƏTKAR 😢😢
Kimler geldi kimler getdi by dunyadan by dunyadan❤❤❤
Çox ıstedadli Xanim ıdı,Ruhunnan oxuyurdu ruhu da sırkələnırdı caninda.Allahin ımanli bəndəsı.Yerın Cənnət olsun.Amın.
Allah rəhmət eləsin 🤲👏👏👏
Allah size rəhmət elasin.cox heyif sizden esl sənətkar budu.
Deyeri dövlet terefinden bilinmeyen senetçilerimiz. Heyif sizlerden. Medeniyyetimiz artıq ,,seyidcahan,, seviyyesine enib. Teessüfler olsun...
Allah rehmet elesin😢