Arxeoloq t.e.ü.f.d Eminli Ceyhun Qəbələ Arxeoloji Ekspedisiyası YALOYLUTƏPƏ nekropolu

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024
  • 2005-ci ildən başlayaraq Qəbələ arxeoloji ekspediyası SEBA-Seul- Bakı- Azərbaycan- Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi ilə birgə qədim Qəbələ şəhər yerində arxeoloji qazıntılar aparır.
    2009-cu ildən Qəbələdə aparılan arxeoloji qazıntılara Koreya Respublikasının müxtəlif universitet və elmi idarələrini təmsil edən arxeoloqların böyük bir qrupu da qoşulmuşdur. Hazırda beynəlxalq arxeoloji ekspedisiya Qəbələ arxeoloji tədqiqatlarını davam etdirir.
    2011-ci ildə Qəbələ arxeoloji ekspediyası İlyas Babayevin ümumi rəhbərliyi ilə mart ayının 28-dən iyun ayının 30-dək beynəlxalq tərkibdə fəaliyyət göstərmişdir.
    Bu dövr ərzində ekspedisiya erkən antik şəhər yerində, son antik və ilk orta əsrlər dövrünə aid Səlbir sahəsində qazıntı işlərini aparmışdır.
    Səlbir sahəsində 25 nəfərdən ibarət Koreya qrupu (onların sayı vaxtaşırı dəyişilmişdir) və onlarla birlikdə Azərbaycan nümayəndəsi tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli (ayrıca sahədə qazıntı aparmaqla) işləmiş, tədqiqatlara ümumi nəzarət ekspedisiya rəisi İ.Babayev tərəfindən həyata keçirilmişdir. Səlbir sahəsində 2011-ci ildə aparılan arxeoloji qazıntılar haqqında Koreya arxeoloqları və Ceyhun Eminli məlumat verirlər.
    2011-ci ildə Antik Qəbələ dəstəsi aşağıdakı tərkibdə fəaliyyət göstərmişdir:
    İlyas Babayev ekpedisiya rəisi, AMEA -nın müxbir üzvü, tarix elmlər doktoru, professor, İradə Nəcəfova -böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru, Emil İskəndərov -kiçik elmi işçi (1-30 iyun), Natiq Alışov -kiçik elmi işçi, Laçın Mustafayev -aspirant, Rüstəm İsmayılov -aspirant, Azad Zeynalov - elmi işçi (1 30 iyun), Bədircahan Əmrullah qızı elmi işçi (28 mart-30 aprel), Aygün Məmmədova Azərbaycan Milli Tarix Muzeyinin elmi işçisi (28 mart-30 aprel).
    Dəstəmizin tərkibinə daxil edilən Azad Zeynalov paleolit dövrü üzrə mütəxəssis kimi ətraf ərazidə həmin dövrə aid abidələrin axtarışı ilə məşğul olmuşdur.
    Antik şəhər yerində qazıntı işləri III və IV qazıntı sahələrində davam etdirilmişdir. III qazıntı sahəsində əvvəlki illərdə qazıntılar zamanı oval planlı 3 böyük ictimai binanın qalıqları aşkar edilmişdi. Bu vaxta qədər bütün Qafqaz, Yaxın və Orta şərqdə antik dövrə aid belə tikili qalıqları tapılmamışdır. Qəbələdə e.ə. III - b.e. I əsrlərə aid olan bu binalar bir qədər Qədim Yunanıstanın ippodromlarını, Romanın anfiteatrlarını və Misirdə İskəndəriyyə şəhərindəki məktəb binalarını xatırladır. Bu tikililərin tədqiqinin xüsusi elmi əhəmiyyəti vardır. Onlardan ən böyüyü, üzü Şərq tərəfə olmaqla Şimal-Cənub istiqamətində yerləşmişdir. Əvvəlki illərdə bu binanın ümumi ölçüləri müəyyənləşdirilmiş, onun şərq tərəfdə iki qapı yerinin olduğu məlum olmuşdur. 2011-ci ildə əlavə təmizləmə işləri aparılarkən bu binanın qərb tərəfə açılan bir ehtiyat qapısının yeri də aşkar edildi. Əvvəlki illərdə burada divarın dağıdıldığı güman olunurdu. Beləliklə, hazırda demək olar ki, binanın tam planı müəyyənləşdirilmişdir. Bu binanın içəridən ölçüləri 19,5 x 71 m-dir. Çay daşından hörülən bünövrəsinin eni 1,8 m, bu bünövrənin üzərində hörülən çiy kərpic divarın eni isə 1.6 m-dir.
    Binanın 11 sütunu olmuşdur. Sütun yerləri binanın mərkəzində, cənub-şimal istiqamətində çay daşı topaları şəklində qalmışdır. Bu bünövrələr üzərində sütunkar, görünür, çiy kərpiclərlə hörülmüşdür.
    #archeology #archeologia #artefacts #history #azerbaijan #azerbaycan #azərbaycan

Комментарии • 11

  • @MetanetNozeri
    @MetanetNozeri 6 часов назад +4

    Arxeoloqlara uğurlar arzulayıram🙏🙏

  • @Nihat1984
    @Nihat1984 6 часов назад +2

    Salam. Ağcabədi rayonundada saxsı küplərdə məzarlar çoxdu. Mən onun ən çox olan ərazisin bilirəm. Böyük küp məzarlar çıxır, içində insan sümükləri. Bəzisində saç hörüyü, bəzisində nizə çıxır. Mən müşahidə eləmişəm, araz çayı boyunca, qarqar çayı boyunca kür çayı boyunca minlərlə qəbirlər çıxır. Çıraxlarda çıxır.

    • @ArcheologyAzerbaijan
      @ArcheologyAzerbaijan  5 часов назад +1

      Salam teshekur edirik deyerli melumatlari bizimle bolushduyunuz ucun

    • @Nihat1984
      @Nihat1984 5 часов назад +1

      Mən elə başa düşürəm bu tip qəbirlər azərbaycanın hər yerində var.

    • @ArcheologyAzerbaijan
      @ArcheologyAzerbaijan  5 часов назад +1

      Yaxin gunlerde Agcebedide aparilan arxeoloji qazintilar haqqinda paylashimimiz olacaq

    • @Nihat1984
      @Nihat1984 5 часов назад +1

      @@ArcheologyAzerbaijan çox gözəl. Azcabədidə ehramlar var. Onlar barədədə xalqa məlumat verin. Camaat elə bilir o təpələr hərbi raketlər üçündü))

    • @ArcheologyAzerbaijan
      @ArcheologyAzerbaijan  5 часов назад

      Merheleli shekilde olacaq

  • @Nihat1984
    @Nihat1984 5 часов назад +1

    Mən şəkidəki saxsı qablarada baxdım. Bura haradı bilmirəm burdakı qablarda və şəkidəki qablarda Anadolu mədəniyyətinə bənzəyir.