Hacı Ramil - "Şəhid gedib bu məqama yetişir xoş halına 2020

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Kanalıma abun' olmaq üçün; wedia.link/VmCbc
    Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 169-171-ci ayələrində şəhidin məqamı haqqında belə buyurur:
    وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
    “Heç vaxt güman etmə ki, Allah yolunda qətlə yetirilənlər ölülərdir. Əksinə onlar Rəbbi yanında ruzi verilmiş dirilərdir.”
    فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    “Onlar Allahın Öz fəzlindən onlara verdiyinə görə şaddırlar. Ardlarınca gələnlərə, hələ ki, onlara qatılmamış kəslərə müjdə verirlər ki, onlara nə qorxu var, nə də bir qəmləri olacaq.”
    يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ
    “Allahın nemət və fəzli, Onun möminlərin mükafatını puça çıxarmayacağı ilə (gələcəkdəkiləri) müjdələyirlər.”
    1. Rəvayətdə bildirilir ki, şəhidə Allah tərəfindən yeddi xüsusiyyət əta olunmuşdur: şəhidin ilk damla qanı günahlarının bağışlanmasına səbəb olar. O, başını hurul-eynin ağuşuna qoyar.
    Şəhid Behişt libasları ilə bəzənər. O, ən xoş qoxulu ətirlərlə ətirlənər. Şəhid Behiştdə öz yerini müşahidə edər. Pərdələr kənara çəkilər və şəhid Allahın lütfünə nəzər salar.[1]
    2. Peyğəmbər bir şəxsin belə dua etdiyini eşitdi: “Pərvərdigara! Səndən istəniləsi ən yaxşı şeyi mənə əta et.” Həzrət buyurdu: “Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar.”[2]
    3. Rəvayətdə deyilir: “Hər bir yaxşılıqdan daha üstünü var. Yalnız şəhadətdən savay. Əgər bir şəxs şəhid olsa, ondan üstün xeyir təsəvvür olunmur.”[3]
    4. Qiyamət günü şəhidin şəfaət məqamı var.[4]
    5. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Şəhidin nöqsanları Qiyamət günü onun özünə də göstərilməz.”[5]
    6. Hücumda ön sıra şəhidlərinin məqamı daha yuxarıdır.
    7. Mücahidlər Behiştə xüsusi qapıdan daxil olar.[6] Onlar Behiştə hamıdan qabaq gedər.[7] Onların Behiştdəki yeri özəldir.[8]
    8. Behişt əhli içərisində yalnız şəhid dünyaya ikinci dəfə qayıdıb növbəti dəfə şəhid olmağı arzulayar.[9]
    9. Ölümlərin ən üstünü şəhadətdir.[10]
    10. Allah üçün ən məhbub damla Allah yolunda axan qan damlasıdır.[11]
    11. Qiyamət günü şəhid əlində silah, hərbi geyimdə və xoş qoxu ilə səhnəyə gələr və mələklər ona salam göndərərlər.[12]
    12. Bizim imamlarımız şəhid oldular. Peyğəmbərlərin və onların ardıcıllarının da bir çoxu şəhid oldu.[13]
    13. İmam Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O həzrət ilk iman gətirmiş, təhlükəli məqamda Peyğəmbərin (ə) yerində yatmış kəs idi.

Комментарии • 20

  • @TeqvaTV
    @TeqvaTV  3 года назад +2

    Kanalıma abun' olmaq üçün; wedia.link/VmCbc

  • @seidqahramanov224
    @seidqahramanov224 3 года назад +3

    ALLAH şəhidlərimizi rəhmət eləsin ALLAH TALA şəhidlərimizi KƏRBƏLA ŞƏHİDLƏRİ ilə məşhur eləsin

  • @husutv9533
    @husutv9533 3 года назад +5

    Allah bütün şəhidlərimizə rəhmət eləsin

  • @turalzeynalov6551
    @turalzeynalov6551 3 года назад +2

    Allah şəhidlərimizin ailələrinə səbir versin.

  • @mircelalhuseynov3280
    @mircelalhuseynov3280 3 года назад +3

    ALLAH KÖMƏYİN OLSUN HƏCİ QARDAŞ

  • @romangozelov2091
    @romangozelov2091 3 года назад +1

    Men allah yolunda şəhid olmaq isteyirem

  • @balacayoutuber9018
    @balacayoutuber9018 3 года назад +1

    Allah sizi qorusun.

  • @elesqurbani8504
    @elesqurbani8504 3 года назад +1

    Ne gozel danisirsiz qardasım allah min evezini versin ❤❤

  • @sabinasabina1170
    @sabinasabina1170 3 года назад +5

    HEYF COX HEYF WEHIDLERIMIZDEN CAVAN SEVGISINE QOVUWMAYAN WEHIDLERIMIZDEN.... KAW QELEBEMIZ TAM OLAYDI... ONLARIN DA RUHU SEVINERDI... EWA OLSUN WEHIDLERIMIZE....

  • @hshhdhxhdjdj4142
    @hshhdhxhdjdj4142 7 месяцев назад +2

    Allah butun sehidlerimize rehmet elesin🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @msmallahverdiyeva1111
    @msmallahverdiyeva1111 3 года назад +2

    Allah qarşısında ən böyük zirə şəhadətlikdi o da hər adama nəsib olmur

  • @husutv9533
    @husutv9533 3 года назад +2

    Allah bütün dualarınızı qəbul etsin amin deyənlər kanalıma abone olsun

  • @tahirhesenov7176
    @tahirhesenov7176 3 года назад +2

    Allah sizə can sağliği versin inşAllah

  • @hsnabbasov5417
    @hsnabbasov5417 3 года назад +1

    👏👏💗

  • @arzuhaciyeva4867
    @arzuhaciyeva4867 3 года назад +1

    SENDE O ŞERFE CATDA GET MÜHARİBEYE

    • @nuriyyeaxundova9581
      @nuriyyeaxundova9581 3 года назад +7

      Buda dindardida ay xanim insanlari haqq yoluna cekir.ele hami getmirki.o qeder getmiyen varki

    • @naile_Huseyn_
      @naile_Huseyn_ 3 года назад +2

      kimisi cani ile kimisi elmi kimisi emeli exlaqi ile ali derecelere meqamlara yukselir inwallah. Elm ehline mimberde xutbe etmek bizlere moizedirse nefsimizle mubarizede bu ele muharibedir iltimasi dua. umumiyyetle alimlerin moizesine bu dunyada ehtiyac var .

    • @hsynzda
      @hsynzda 3 года назад

      Nə danışırsane kimin getdi sənin? Yalan danışmadan de hamı getməlidi müahribəyə? Bəs başqa peşələr nolsun?

    • @weyh3133
      @weyh3133 2 года назад

      Bu nə məntiqsiz danşığde

    • @shidanas1182
      @shidanas1182 2 года назад

      Mən Kərbəlayi Şəhid Səxanın qazi İlham Əliyevin anasıyam
      Mənim sizə sözüm budu ....
      Siz Həci Ramilə yol göstərə bilmərsiz !!!!!
      Həci Ramil bir il 4 aydı biz Şəhid ailələrinin yanındadı və mən əminəm kii məqamıda gözəldi.Birdəki heç kimin haqqına girməyin......!