Təşviş - Psixiatr Uzm.Dr. Vüsal Əliyev

Поделиться
HTML-код
  • Опубликовано: 15 июн 2020
  • Hospitalımızın Psixiatrı Uzm.Dr. Vüsal Əliyev təşviş problemi haqqında bilgilərini bölüşüb. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın.
    İzləməyi unutmayın.
    •1117
    •(012) 599 11 17
    •(050) 299 11 17
    Ünvan Ak. Həsən Əliyev küçəsi, 38
    Təşviş hissini başa düşmək üçün qorxu hissi ilə müqayisə etmək lazımdır. Qorxduğumuz zaman nə olur? Deyək ki, real bir təhlükə qarşısında olduğumuz zaman ürək döyüntümüzün artmağı, nəfəsimizin daralmağı, bədənimizdəki gərginlik hissi hamımıza məlumdur. Qorxu yaşadığımız zaman bu hislər, əsasən, real, o anda mövcud olan təhlükə ilə əlaqəlidir. Təşviş hissində isə bu təhlükə o anda mövcud deyil, gələcəklə əlaqəli olan bir təhlükədir və qorxu hissindən fərqli olaraq bu təhlükə bir az qeyri-müəyyəndir. Təşviş hissi normaldırmı, normal halda yaşadığımız bir şeydirmi? Bəli, təşviş hissini gündəlik həyatımızda da yaşayırıq. Məsələn, imtahan olduğu zaman, imtahandan qabaq “İmtahanda necə olacaq? Cavab verə biləcəyikmi? Hazırlaşmışıqmı, yaxşı hazırlaşmışıqmı? Gözlənilməz bir hadisə baş verəcəkmi, verməyəcəkmi?” deyə bir təşviş halımız olur. Yaxud da günlük həyatımızda sağlamlığımızla əlaqədar təşviş hissi keçirə bilərik, hər hansı bir sağlamlıq problemi ortaya çıxdığı zaman. Yəni gələcəklə əlaqəli qeyri-müəyyənlik, təhlükələrin qeyri-müəyyənliyi hamımızda bir təşviş hissi oyadır. Təşviş hissi, normaldır. Hətta xeyirlidir. Yəni təşviş hissi olduğu üçün bizim o problemi həll etməyimiz performansımızı artırır. Ən sadəsindən götürsək, bir yolu qarşıdan-qarşıya keçəndə ola biləcək təhlükələrə qarşı ehtiyatlı olmağımız o yolu sağ-salamat qarşıya keçməyimizə səbəb olur. Ona görə təşviş hissi normalda da hamımızın hiss etdiyi, olması lazımi olan bir duyğudur, bir hisdir.
    Təşviş hissi nə zaman patoloji olur?
    Müddəti həddindən artıq uzun olduğu zaman. Yəni Uzun müddət təşviş hissi yaşadığınız zaman və şiddəti həddindən artıq çox olduğu zaman bu, artıq patoloji təşviş olmağa başlayıb. Patoloji təşviş səviyyəsi artmış təşvişdən panik-ataklar dediyimiz şiddətli vahimələnmə, şiddətli panika hissinə qədər bu uzana bilər. Psixi olaraq təşviş hissi yaşadığımız zaman nələr düşünürük, ağlımızdan nələr keçir, nə hislər yaşayırıq? Gərgin oluruq. Qorxu hissində olduğu kimi əzələlərimizdə, bədənimizdə bir gərginlik olur. Hövsələsizlik şəklində, əsəbilik şəklində bir gərginlik ola bilər. Panik-ataklar həddinə çatdıqda isə bu gərginlik, bu qorxu ölüm qorxusu, ağlını itirmə qorxusu, huşunu itirmə qorxusu həddinə qədər də gəlib çata bilər. Bunlar təşviş halında psixi olaraq hiss etdiyimiz, düşündüyümüz şeylərdir. Eyni zamanda təşviş zamanı somatik dediyimiz bədənimizlə əlaqəli əlamətlər də görürük. Bunlardan ən çox görüləni nəfəsimizin daralmağı, tez-tez nəfəs alıb-vermə, ürək döyüntülərinin hiss edilməsi, məsələn, başqa əlamətlərdən ola bilər, ağız quruluğu, başqa ola bilər tez-tez sidiyə çıxma, həzm sistemi ilə əlaqəli olaraq həzmsizlik şikayətləri, ürək bulantısı şikayətləri, ishal şikayətləri,ola bilər. Hər 2 cinsiyyətdə seksual funksiyalarla əlaqəli problemlər ola bilər. Bu təşviş yaşandığı anlarda istilik basması, tərləmə, xüsusilə əllərdə tərləmə kimi əlamətlər ola bilər. Bundan əlavə, qulaqda cingilti ola bilər. Bu insanlar uzun müddət başağrıları hiss edə bilərlər. Əzələlərdə ümumi bir gərginlik olduğu üçün bədənin müxtəlif yerlərində sümük, əzələ sistemi ilə əlaqəli ağrılar da ola bilər. Bu gərginlik, təbii ki, gün ərzində də insanları yoracağı üçün insanlar yorğun hiss edirlər, özlərini halsız hiss edirlər. Təşviş düşüncələri ilə zehinləri çox məşğul olduğu üçün fikirlərini bir şeyə verməkdə, diqqətlərini bir yerə cəmləməkdə çətinlik çəkirlər. Bu da, əlbəttə ki, iş yerində məşğul olduqları işlə əlaqəli fəaliyyətlərinin pozulmağına səbəb olur. Patoloji təşviş hər zaman müalicə olunmalıdırmı? Hər zaman patoloji təşvişlə əlaqəli mütəxəssisə müraciət etməyə ehtiyac varmı? Xeyr, yəni patoloji təşviş də bəzən normalda görülə bilər. Deyə bilərsiniz ki, bir tərəfdən patoloji deyirsiniz, bir tərəfdən normaldır, ola bilər deyirsiniz. Bunu müqayisə üçün belə deyə bilərəm ki, məsələn, qrip də bir xəstəlikdir və hamımız həyatımızda müəyyən dövrlərdə qrip xəstəliyi keçiririk. Qrip özü xəstəlik olsa da, onu bizim keçirməyimiz ola bilər, olan bir şeydir.
    Təşvişlə əlaqəli patoloji təşvişin ortaya çıxması da həyatımızda müəyyən dövrlərdə ola bilər. Ola bilər ki, həftələr boyunca bir ay bu artmış təşviş hisləri yaşayaq. Yaxud da hamımız həyatımızda müəyyən dövrlərdə panik-ataklar keçirmiş ola bilər. Bunların tək-tük olması, arada gəlib-keçici olması müalicə edilməsi gərəkdiyi mənasına gəlmir. Bəs nə vaxt bunlar artıq psixiatrik xəstəlik olaraq qəbul olunur və müalicə edilməsi gərəkir? Burada bizim əsas kriteriyamız pasiyentin həyat keyfiyyətinə nə qədər təsir etdiyi ilə əlaqəlidir. Əgər deyək ki, təşvişlə əlaqəli olaraq diqqətini toplamaqda çətinlik çəkirsə, bu adam iş yerində də problemlər yaşayacaq, o işini görə bilməyəcək.
    Mövzu ilə bağlı daha ətraflı məlumat üçün videonu izləməyi unutmayın.

Комментарии •