CƏNAZƏSİ YANDIRILAN AZƏRBAYCANLI AKTRİSA

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • Sponsorluq, Reklam və İş təklifləri üçün;
    / farahimgasim (DM)
    / blnm_yengercekler (DM)
    ferahim1453@gmail.com(Mail Göndər)
    Üzeyir Hacıbəyov onu "Səsi ürəkləri fəth edən" adlandırırdı. O, Azərbaycanın məşhur opera müğənnisi, "Görüş" filminin Firəngizi, “Arşın mal alan”ın Gülçöhrəsi, “Əsli və Kərəm”nin Əslisi, “Koroğlu”nun Nigarı idi.
    Kimsə taleyinin necə olacağını, ömrünü necə və harada başa vuracağını bilmir. Amma bir məqam dəqiqdir ki, insanı özündən sonra onun əməllərinə görə xatırlayırlar. Bugün mən sizlərə, yadigar ifalarının, yaratdığı əsərlərin, oynadığı rolların haqqını verən, Üzeyir Hacıbəyovun deyimi ilə "Səsi ürəkləri fəth edən" bir xanımdan Sona Aslanovadan danışacam...
    Sona Şahnəzər qızı Aslanova, 1924-cü il oktyabrın 4-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Şahnəzər kişi dövrünün sayılıb seçilən, imkanlı insanlarından biri idi. Qohum-qonşuya təmənnasız əl tutan, tanıdığı hər kəsin xeyir-şərində iştirak edən Şahnəzər kişi, 1934-cü ildə bolşeviklər tərəfindən həbs olunur və bir də heç vaxt ailəsini görə bilmir.
    Atası həbs olunanda Sonanın 10 yaşı olur. Anasından gözəllik, məlahətli səs, atasından isə ciddi xasiyyət mənimsəyən Sona hələ uşaqlıq illərindən səsi ilə insanların diqqətini cəlb edir. Üzeyir bəy, bolşeviklərin təbirincə, “tərcümeyi-halı ləkəli” olan bu qızı da digər oxşar taleli tələbələri kimi öz qanadının altına alır, onları repressiyanın qurbanına çevrilməkdən xilas edir.
    Konservatoriyanı 1952-ci ildə bitirən Sona xanım, Opera və Balet Teatrında çalışmaqla yanaşı, həm də yenicə məzun olduğu sənət ocağında opera ifaçılığı sənətindən dərs deməyə başlayır. Sona xanım 200-dən çox mahnı ifa edib. “Görüş”, “Anlamaq istəyirəm”, “Bizim Cəbiş müəllim”, “Bizim küçə”, “O qızı tapın”, “Ömrün səhifələri”, "Telefonçu Qız" filmlərinə çəkilib. Bir çox filmlərdə, eləcə də “Əhməd haradadır” filmində Ceyran obrazının partiyalarını Sona Aslanova ifa edib.
    Videoda səsləndirilən yazı "kulis.az" saytından götürülüb.
    Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN

Комментарии • 18

  • @kmalrhimli2875
    @kmalrhimli2875 Год назад +2

    GÖZƏL SƏNƏTKAR. 😢😢😢

  • @mlahtfrcova1770
    @mlahtfrcova1770 2 года назад +5

    Hələ qürbətdə yaşayan xoşbəxt görmədim.

  • @natiqmrahov5661
    @natiqmrahov5661 2 года назад +3

    ALLAH RƏHMƏT ELƏSİN

  • @iradebabasova7519
    @iradebabasova7519 2 года назад +5

    Qəribçilik çox pis hissdi Allah xaricdə yaşayan bütün həmyerlilərimizi qorusun.

    • @blnmyengercekler
      @blnmyengercekler  2 года назад +2

      Elədi məndə ilk dəfə oxuyanda qəribə hislər keçirdim

  • @emilsuheyl8296
    @emilsuheyl8296 2 года назад +2

    Allah rəhmət eləsin!

  • @veteneliyev5659
    @veteneliyev5659 2 года назад +1

    Allah rəhmət eləsin.

  • @alialiyev6944
    @alialiyev6944 Год назад +1

    Sona Aslanova Binəqədi kəndində atasl anaslnln yanında külü defin olunub

  • @iradebabasova7519
    @iradebabasova7519 2 года назад +3

    Anlamadım cənazəsini yandırırlarmı? Heç olmasa vəsiyyət edərdi külünü gətirib Xəzər dənizinə tökərdilər də day sakit okean niyə...