Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb - ƏTRAFLI AÇIQLAMADA

Поделиться
HTML-код
  • Опубликовано: 22 апр 2024
  • Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ABŞ - ın Nyuland İnstitutunun Avrasiya Təhlükəsizlik və Rifah şöbəsinin direktoru, Kamran Boxarinin sualına cavabında ölkəmizin uğurlarının səbəblərindən danışıb.
    "Bölgədəki müharibə vəziyyəti olmasa belə, bu çətin mühitdə hərəkət etməyin ən yaxşı yolu qonşularımızla ədalətli və düz olmaqdır. Biz qonşularımızla yaxşı münasibətlər, hətta əla münasibətlər qura bilmişik, çünki onlar bizə güvənə bilirlər və Ukrayna ilə bağlı bizdən heç bir sürpriz yoxdur. Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz açıq şəkildə ifadə olunub və bu, bizim mövqeyimizdir. Eyni zamanda, Rusiya ilə dostluq və strateji tərəfdaşlığımız bu müharibəyə görə zərər görməyib və zərər çəkməməlidir. Bu, hökumətimizin milli maraqlarımıza əsaslanan mövqeyidir.
    Biz ədalətli olmalı, addımlarımızı, bəyanatlarımızı beynəlxalq hüquqa əsaslanaraq, ona zidd hərəkət etmədən milli maraqlarımızdan çıxış etməliyik. Bölgədə əcnəbi aktyorların hansısa ölkənin şahmat taxtasındakı fiqurları yerindən oynatması, faciəyə gətirib çıxarması halları olub. Xarici aktyorların öz milli maraqları var ki, bu da bizim maraqlarımızla mütləq üst-üstə düşməyə bilər. Biz heç vaxt regionumuza potensial təhlükə yarada biləcək heç bir macəraya qoşulmamışıq və İran, Rusiya, Gürcüstan, Avropa, Türkiyədəki qardaşlarımızla münasibətlərimizdə həmişə ədalətli olmuşuq və buna görə də uğur qazanmışıq".
    #youtube #azerbaycan #president

Комментарии •