Dədə Şəmşirin anım gününə görə Dədəmizin qızı Şüküfə nənə ilə görüşə getdik.

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
    Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.
    Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıql
    Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.
    Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.
    İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
    Aşıq Şəmşirin "Şerlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şerlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb.
    Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir" (Osman Sarıvəlli, 1973), "Saxla izimi, dünya" (Məmməd Aslan, 1989), "Dədə Şəmşir yaddaşlarda" (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.
    Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib.
    Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1973-cü ildə Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldılmışdır.
    Aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə "Aşıq Şəmşir" mədəniyyət ocağı fəaliyyətə başladı. Mədəniyyət ocağı bütünlükdə aşıq sənətinin təbliğat və inkişaf mərkəzidir. Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Böyük aşıq nəslindən olan Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlunun diqqəti sayəsində mədəniyyət ocağında, milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, aşıq sənəti, folklor və digər incəsənət nümunələrinin toplanması, araşdırılması, onların qoruyub yaşatması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülüb. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyi isə UNESCO-da məsləhətçi statusu qazanıb.
    Mərkəzin nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.
    Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır.

Комментарии • 59

  • @aygunamrahova5755
    @aygunamrahova5755 2 года назад +11

    Artıq sən aramızda yoxsan Şüküfə nənəm səndən mənə qalan bir neçə xatirən və bu videodu 😢 Allah sənə rəhmət eləsin Məkanın cənnət olsun 😭😭

    • @sihirbazc6027
      @sihirbazc6027 2 года назад

      Allah rəhmət eləsin😔😭

    • @kelbecerlibalasi_89
      @kelbecerlibalasi_89 2 года назад

      Allah rəhmət eləsin

    • @ramizkarimov8484
      @ramizkarimov8484 2 года назад

      Nə yaxşıki xatirələr var. Ustadın yaradıcılığından dərs alıb , onu gələcək nəsilə çatdırmaq hər birimizin borcumuzdur.
      Ustadın Düşmüşəm şeri olan kitabı axtarıram, bu Düşmüşəm şerini bilən yazardı bura, zəhmət olmasa. Bu sadəcə xahisdi.

  • @qarabagisazerbaijan8874
    @qarabagisazerbaijan8874 3 года назад +4

    Gözəl alınıb Əməyinizə sağlıq 👍👍👍

  • @bagrlkndkitabxanas9014
    @bagrlkndkitabxanas9014  3 года назад +5

    Dədəmiz Babamız Aşıq Şəmşir. Allah sənə rəhmət etsin. Əziz sənətkar 😔

  • @sedaqet7947
    @sedaqet7947 Год назад +2

    Ay nənə Allah sənə ömür vərsin Dədə Şəmkirin yadigarı var olun min yaşayın can Nənə baxmayaraq təmiz Bakılı qızıyam. Ancaq Dədə Şəmkirin çaldiği aşıq havasıni çox sevirəm həddindən artıq Aşiq Ədalət Aşıq Azər Aşıq Xanlar Aşıq Telli Aşıq Fəzail Miskinli coş sevirəm Allah hamısıniza ömür versin Ustad saz Aşıqları var olun amin .can Əlləriniz qızıl saziniz simli havanız dirilər əzbəri sizlər ay Aşıq Ustadları qalanları ALLAH RƏHMƏT ELƏSİN CAN SİZLERE QURBAN SAZ ÇALANDA RUHUM DİNCƏLİR USAQLARİM İLLƏRİM YADA DUSUR SANKİ VAR OLUN ƏLİNİZ QİZİL C
    SAZ ÇALAN ASİQ ŞƏMKİR ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN AMİN!!!!!

  • @aygunamrahova561
    @aygunamrahova561 3 года назад +10

    Ruhun şad olsun Şəmşir babam , Fəxr edirəm ki, sənin nəticənəm babam Allah sənə rəhmət eləsin😔💔

  • @sihirbazc6027
    @sihirbazc6027 3 года назад +3

    Əla Aşıq babam Dədə Şəmşir❤👍👍👍👍👍👍👍👏

  • @nizamiamrahov8589
    @nizamiamrahov8589 3 года назад +3

    Allah rəhmət eləsin sənə Şəmşir babam

  • @ssami6845
    @ssami6845 2 года назад +1

    Ruhu şad olsun , Aşıq şəmşir və qalanlarına can sağlığı həyat boyu fəxr arzı edirəm ,
    Biz nə xoş-xoşbəxt millətik ki böylə insanlar bizimlə olub .😘😘😘

  • @mahsatimammadova8041
    @mahsatimammadova8041 3 года назад +3

    Ruhun şad olsun Dədə Şəmşir🙂

  • @user-yk6yq2iy9e
    @user-yk6yq2iy9e 3 года назад +3

    Dədə Şəmşir ruhun şad olsun

  • @btsfani5443
    @btsfani5443 2 года назад +2

    Allah rəhmət eləsin Ruhu şad olsun Şəmşir babam 🥺

  • @qenaetseferov6625
    @qenaetseferov6625 Год назад

    Allah rehmed elesin sizde üzü nurlusuz

  • @aygunamraxova1219
    @aygunamraxova1219 3 года назад +1

    Əla video 😊 Əllərinizə sağlıq 👏👏

  • @eliferecov1076
    @eliferecov1076 Год назад

    Allah rehmet elesin

  • @nicatbagirov4824
    @nicatbagirov4824 2 года назад +1

    Аллах Рахмат елесин

  • @aygunmrahova6920
    @aygunmrahova6920 2 года назад +1

    Allah rəhmət eləsin

  • @estellaemrahova5372
    @estellaemrahova5372 3 года назад +1

    Ela

  • @metanetnesrullayeva365
    @metanetnesrullayeva365 3 года назад +1

    Ugurlar

  • @user-dk7hg9em1n
    @user-dk7hg9em1n Месяц назад

    Ruhun şad olsun anam😞

  • @kera-ve1vv355
    @kera-ve1vv355 2 года назад

    Аллаh реhмет елесин йахшы ашыг олуб еммма ганларыны ермени ганчыгына чалайыб.
    Азербайчана ган уддуран челладлардан бири де Чавид Гурбановдур.

  • @natiqyusifov5526
    @natiqyusifov5526 2 года назад +1

    ALLAH MİNMİN RƏHMƏT ELƏSİN MEKANİN CENNET OLSUN AŞİQ ŞEMKİR AZƏRBAYCANİN BÖYUK SENETGARİ BÖYUK AŞİĞİ BÖYUK ŞAYİRİ

  • @user-qj2ke3kd9c
    @user-qj2ke3kd9c 2 года назад +1

    Аллах, гени гени рехмет елесин.

  • @cavlikaalizada6392
    @cavlikaalizada6392 3 года назад +1

    😍😍😍🤗🤗🤗

  • @kelbecerlibalasi_89
    @kelbecerlibalasi_89 2 года назад +1

    супер👍

  • @samilkerimov7091
    @samilkerimov7091 2 года назад

    *ALLAH DƏDƏ ŞƏMŞİRƏ RƏHMƏT EYLƏSİN.PEYĞƏMBƏRİMİZ DEMİŞDİKİ PEYĞƏMBƏRLƏRDƏN SONRA ŞAİRLƏR GƏLƏCƏK DÜNYAYA.ONLARI EŞİDİN.DƏDƏMİZƏ BÖYÜK İSTEDAD SAFLIQ VERƏN ALLAH ELƏ ONU PEYĞƏMBƏR YARATMIŞDI.

  • @user-xy3jm9en8w
    @user-xy3jm9en8w 2 года назад +1

    Рухунуз шад, гебриниз нурнан долсун деде Шемширин. Лезгилерин шаири,ашыгы ашыг Сакит кочери деде Шемширин телебесиди.

  • @mucisworld3457
    @mucisworld3457 3 года назад +1

    Ayka sən yazmısan bunu

  • @amilrzayev8414
    @amilrzayev8414 2 года назад

    Görəsən, aşıq Şəmşir, dədə Şəmşir bu gün sağ olsaydı, özünü necə aparardı? Çingiz Abdullayev, Anar, Zəlimxan və digərləri kimi yaltaqlıq edərdi? Ola bilsin sarsaq fikirdir, amma yaxşı oldu bu dövrü görmədi.

  • @user-xo4ho4cq5g
    @user-xo4ho4cq5g Год назад

    Dede Semsirin qebrl dururmu???!!!

  • @turan9875
    @turan9875 2 года назад

    bize güney azerbaycan da dede şemşirin evladi olmayib deyibler

  • @meherremqasimov284
    @meherremqasimov284 2 года назад +1

    müəllif şəmşirə el sənətkarı kimi hamı hörmət edir amma bu o demək deyilki hamının dilindən dədəmiz deyəsən. olsa olsa sənin dədən ola bilər.

  • @dilqmsgrovoffcial8912
    @dilqmsgrovoffcial8912 2 года назад

    Ен хошбехд адам менем ки деде шемшрин гебрин зийарет етдим