Это видео недоступно.
Сожалеем об этом.

Şuşanın ilk sakini: “Ata-ana, məni bağışlayın, Şuşanı sizsiz gördüm”

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2021
  • #apatv #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку
    Ağdamda doğulub, Şuşada böyümək, atamın ağdamlı, anamın şuşalı yazılıb taleyimə. 9 il əvvəl bu taleyə üsyan etdim, düşündüm ki, kaşki valideynlərimdən biri digər bölgədən olardı, yazı-yayı orda keçirə bilərdim, ən azı bir tərəfli ağlayardım. Artıq bir ildir duyğularım dəyişib, qürurluyam. Çünki doğulduğum torpağım, böyüdüyüm Şuşam var. Hələ yaşamasam da varlıqlarını bilmək belə bütün arzularımı dəyişib.
    Öz evini tapmaq, oranın daşına, çınqılına sarılmaq duyğusunu da yaşayacam, bilirəm. İndi həsəd aparmıram, əksinə o arzumun da gerçəkləşəcəyi günü səbrlə, iftixarla gözləyirəm. Demək olar ki, günləri sayıram.
    Torpaqlarımız işğaldan azad edildikdən sonra doğulduğum Ağdama iki, böyüdüyüm Şuşaya üç dəfə səfər etmişəm. Bu dəfəki Şuşa səfərim də tam fərqli duyğularla yadımda qaldı. Çünki ömrünün 36 yaşında Şuşanı tərk etmiş, amma indi doğulub, böyüdüyü torpağa sarılıb, məcburi tərk etdiyi doğma evinə köçən ilk sakinlə görüşdüm. Düşündüm ki, görəsən bu hissi mən, mənim doğmalarım necə yaşayardı bəs?
    Fazilə Zeynalova deyir ki, sevincimin həddi-hüdudu yoxdur: “May ayının 1-dən Şuşadayam. Gəldim əvvəlcə qayıtdım. Sonra cənab Prezident İlham Əliyev DİN sistemində çalışan polis ailələrinin, eləcə də hərbçilərin köçürülməsi üçün icazə verdi. Mənim oğlum da polis sistemində uzun illərdir çalışır. Şuşa azad edildikdən sonra Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib və doğulduğu torpaqda çalışmaq istəməsini xahiş edib. Çox sağ olsunlar ki, müraciətini müsbət qiymətləndirdilər. Qızım, bu sevinci sənə izah edə bilməyəcəm. Amma sevincimin həddi-hüdudu yoxdu. Bütün nəslim, nəcabətim Şuşalıdır. Bilirsiniz necə hissdir bu?”
    Fazilə xanımın sevincini, onun hansı hissləri keçirdiyini anlayıram. Çünki, ömrünün gənc yaşlarında doğulduğun yurddan uzaq düşmək, oradan uzaqda böyümək hissi və ağrısı ilə böyüdük biz də: “Mən bu evə gəlin köçmüşəm. Övladlarım burda doğulub. Ata evimi erməni faşistləri yerlə yeksan edib. Bu evdə yaşamışam, Şuşa işğal olunanadək. İki övladım var, bir qızım, bir oğlum. Atam, anam rəhmətə getdilər. Qohum-əqrəbalarım da bizim kimi köçkünlük taleyini yaşadı. Hamı Şuşa həsrəti ilə yaşadı, cavanlı, qocalı. Valideynlər Şuşa deyib dünyalarını dəyişdi, qızım. İndi həm sevincli, həm də kədərliyəm, atama-anama məni bağışlayın, mən Şuşanı sizsiz gördüm deyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə səbr, dözüm, şəfa versin. Allah Azərbaycan Prezidenti İlham Əliyevə can sağlığı versin”.
    Şuşada köçəndə ev-eşiyinin, qapı bacasının belə olmadığını deyir Fazilə ana...Bildirir ki, doğulduğum torpağa qayıdacağıma əmin idim, sən demə, həsrətin sonu vüsalmış: “İndi şükür burda şərait yaradılır. Su xəttimiz var, şərait cənab Prezidentin göstərişi ilə gün-gündən yaxşılaşır. Şuşa daha gözəl görkəmdə olacaq. Şükür bu günə, daşına, torpağına şükür. Bəs Bakı üçün darıxmırsız? Yox... Mən oğluma demişəm, həm də çox adamlara, Məftun müəllimə, Şuşa Nümayəndəliyinin rəhbərliyinə belə demişəm ki, ölsəm də burda öləcəm. Bir söz də deyim sizə? Əlimə silah alıb döyüşməyə bu yaşda belə hazıram, yetər ki, Şuşamda ölüm. Allah Bakıda yaşadığım ömrü ömrümə yazmasın”.
    “Nəvələrim üçün darıxsam belə sən demə Şuşaya sarılanda bütün boşluqlar dolurmuş”, - deyir Fazilə Zeynalova: “Darıxıram, niyə darıxmayım. Amma mən burda doğulub, ayaq açmışam. İlk ana-ata sözlərini burda demişəm. Darıxmaq, doğma yurda dönməyin sevincini ötə bilməz. Şuşadayam və bundan böyük sevinc ola bilməz. Vətən bütün arzuların fövqündədir. Arzularıma gəlincə inşallah Şuşamıza sərbəst gedib-gələ bilək. Digəri isə inşallah qohumlu-əqrabalı hamımız burda olaq. Nəvələrim gəlsin, Prezidentimizə inanırıq, ardıcıllıqla hər şey düzələcək. Ermənilər şəhəri məhv edib, tariximizi silməyə cəhd etdilər. Amma dərk etmədilər ki, yalan ayaq tutar, amma yeriməz”.
    Xatirələrlə dolu evini, yurdunu düz 29 ildən sonra tapan ana, indi burdan bir an belə ayrılmaq istəmir: ““Zəfər yolu”nun daşına, torpağına qurban olum mən. Biz ordan keçib həsrətə son qoymuşuq. Əsgərlərimiz o yoldan gəliblər. Sizə də təşəkkür edirəm. Tezliklə bütün Şuşalılar qayıtsın öz vətənlərində yaşasın. Əvvəlki kimi bütün evlərdə işıq yansın. Hamı yerində, yurdunda olsun. Bir də siz gəlin, Şuşa aşı dəmləyəcəm”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV

Комментарии • 111

  • @nuriyyasadigova2908
    @nuriyyasadigova2908 2 года назад +28

    Gozel insan!Doqrudan da senin Veten sevgin basqadi.Allah uzun omurler versin sene Fazile xala! 😘

  • @arzuasadova3647
    @arzuasadova3647 2 года назад +27

    Evində, yurdunda xoşbəxt olsun bu xanım. Allah pis günlər yaşatmasın, bir daha peşmançılıq göstərməsin. Amin.

  • @CR7.2011
    @CR7.2011 2 года назад +16

    Ne gozel dansir ana Allah size ömur versin 🤲🤲

  • @xeyalmammadov2771
    @xeyalmammadov2771 2 года назад +16

    Allah size omur versin,

  • @qiziluzn8028
    @qiziluzn8028 2 года назад +17

    Allah Sizə uzun ömür versin! Allah şəhidlərimizə rəhmət eləsin!

    • @sweetbaby8084
      @sweetbaby8084 2 года назад

      BU GADİN ERMENİDİR XANKENDİYEDE BAKİ ERMENİLERİNİ GECE YARİSİ XANKENDİYE FADİYİB PENSİYADA VEİR

    • @qiziluzn8028
      @qiziluzn8028 2 года назад +2

      @@sweetbaby8084 Siz harada yaşayırsız? Bu xanım təmiz azərbaycanlıdır. Şəxsən tanıyıram. Erməninin nə işi var Şuşada?

    • @sweetbaby8084
      @sweetbaby8084 2 года назад +1

      @@qiziluzn8028 BAKI ERMENILERIN ELINDEDIR BAŞDA ILHAMYAN SAMUYAN PRAKROR KAMRAN ELIYEV MECLISIN SPIKERI SAHIBE GAFAROVA LAVROVUN GEHBESI OLUB ÖNCE ZAKIR GARALOV BEŞ EDER GENE SAYIM TECIBLUSU ODURKI ADLARI TÜRK ADLARI TERTER SOYGRIMIN TORETMIS GAN ICEN ERMENILERDIR DERD BIR DEYIL ARTIG DOZMEK OLMUR BU OYUNLARA HEYDERYAN ISMET GAYBOV KIMI PRAKRORUMUZU MEHV EDIB GELMISSI RUS AJANI SAMUYANIN GEHBE BACISI SATANIKDEN DOĞULAN BIÇAK GARAJEND TERORUNU TOREDIB

    • @qiziluzn8028
      @qiziluzn8028 2 года назад

      @@sweetbaby8084 Siz yanılırsız, dəyərli həmvətən, tanımadığınız insan haqqında bilirmiş kimi yanlış rəy formalaşdırmaq doğru deyil. Bu xanım şuşalıdır, mən də şuşalıyam və sizi əmin edirəm ki, onun ermənilərlə heç bir əlaqəsi yoxdur, ermənilərə nifrəti sonsuzdur. Dövlətimiz bu gün Şuşanı ermənilərin əlindən alıb, azad edib və biz Zəfər gününü qeyd edirik. Meşə çaqqalsız olmur, aramızda xainlər var və məhz onların uzaqlaşdırılması, neytrallaşdırılması sayəsində biz zəfər qazandıq. Dövlət idarə etmək asan iş deyil. Amma bir məsələyə inanıram, bu ölkəni idarə edənlər onun taleyinə qarşı biganə deyillər. Mədəniyyət paytaxtımıza xüsusi diqqət bunun ən bariz sübutudur. Və artıq mübahisə etmək istəmirəm. Zəfər gününüz mübarək!

    • @sweetbaby8084
      @sweetbaby8084 2 года назад

      @@qiziluzn8028 BU VACTACAN YANILMISAM VETENIMDEN HEYDERYANIN MEHV ETDITI DEYERLI KISILERIMIZIN RUHUNDAN UZR DILEYIREM YAZDIĞINI OXUMADIM BILE ADLARINI DEYISELERDE ERMENI UZDRN IRAG SIFETLERI DEYISE BILMEZLER

  • @thisismesima
    @thisismesima 2 года назад +2

    Ay Allah Fazile xala eziz qonşum. Çox üreyi temiz xanımdı. Her görende şirin dille dindirir bizi. Çoxdandır görmürdüm ne yaxşı ki burada rastıma düşdü. Nece sevindim. Allah kömeyiniz olsun. Arada Bakıya da gelin. Sizin kimi xanımlar olanda heyetimiz daha da maraqlı olur.

  • @msppide5306
    @msppide5306 2 года назад +1

    ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN .

  • @nicatkerimli3979
    @nicatkerimli3979 2 года назад +11

    sağ əli bizim başımıza😢😢😢😢Bizdə gedəy yurdumuza

    • @mobitelecom5678
      @mobitelecom5678 2 года назад

      Inwallah gederik

    • @lacinlibalasi4141
      @lacinlibalasi4141 Год назад

      ​@@mobitelecom5678 İnşAllah sağ əliniz biz Laçınlıların başına Qaçqın məcburi köçkünlərin başına inşAllah tezliklə Amin🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤘🏻💪🌜⭐🇦🇿🇹🇷🇵🇰🤘🏻💪🌜⭐

  • @vasilakerimova6624
    @vasilakerimova6624 2 года назад +2

    Merd qadındır.Ne gözel.Halaldır size. Köhne qonşularıda cağırın gelsinler.Coxalın Şuşada.Hec olmasa yarım mliyon olun.🙏❗

  • @tenqri2761
    @tenqri2761 2 года назад +4

    Allahım..şükr..şükr...

  • @ilqarseferov6364
    @ilqarseferov6364 2 года назад +2

    Ana Allah uzun omur can saqliqi versi.Allah prizdentimizi ordumuzu qorusun

  • @user-mh4cn8tq7l
    @user-mh4cn8tq7l 2 года назад +4

    Allah uzun omur versin size. Doya Doya yasayasiniz o gozel torpaglarimizda🤲🤲🤲🥰🇦🇿🇦🇿🥰🇦🇿🥰

  • @Yusif12356lyusif
    @Yusif12356lyusif Год назад +1

    İnşallah bizdə tez vaxtda öz doğma yurdumuza Şuşamıza qovuşaq,öz doğma yurdumuzda yaşayaq,o vaxt gəlsin artıq

  • @elfiramelikova9074
    @elfiramelikova9074 Год назад +1

    Sağ salamat İnşallah. Gedin yerləşir. Şəhidlərimizə və qaziləri izə görə.

  • @nazakatahmadova4837
    @nazakatahmadova4837 2 года назад +3

    Allah size can sagligi versin.

  • @tnayalyev2376
    @tnayalyev2376 Год назад +1

    SaLam ALLah Şəhid Qardaş Larımıza Rəhmət Etsin Amin ALLah Ordumuzu Qorusun Amin ALLaha 1000 şükür Torpaq Larmız Azad Olundu

  • @zano_che_guevara6962
    @zano_che_guevara6962 2 года назад +2

    Cox ağır bir dertdir veten hesreti😢

  • @user-ve6dq3vl9v
    @user-ve6dq3vl9v 2 года назад +2

    Сизе халал олсун бизим езиз бачымыз менде хемише дейирем догулдугум уджара гурбан олум

  • @elyuraaliyeva9969
    @elyuraaliyeva9969 2 года назад +3

    Aparici cox kobud danisir

  • @fxrddinliyev4008
    @fxrddinliyev4008 9 месяцев назад

    Allah şəhidlərimizə rəhmət eyləsin qazilərə və veteranlara can sağlığı arzu edirəm

  • @larakroft5640
    @larakroft5640 2 года назад +2

    Bu gozel verilisinize gore minnetdariq size

  • @user-zg5gb8wm1j
    @user-zg5gb8wm1j 2 года назад +3

    hэмишэ евиниздэ, ешийиниздэ, юрдунузда, обанызда оласыныз.. Бир даha гайгы, hэсрэт кормийэсиз.
    Мариф дайыныз.
    Татарстан.

  • @ilhamazeynalova5510
    @ilhamazeynalova5510 2 года назад +13

    Canim xalam ne yaxsiki varsan sesine qurban

  • @sebihayildirim1923
    @sebihayildirim1923 2 года назад +8

    Afedersin ermeniyebu ad yagsidi onar domuzlardlr ne desey yaraslr vakalar güçlü Azerbaycan devleti en gozel evler tike ey insallah can saglla vosbegt günler gecirersiyiz inşallah inşallah sagllgl şad gosbeg günler geçirin insanllahkederiyiz kederimiz sevincimiz sevincimizdir can Azerbaycan🇹🇷🇦🇿🙏😂😂

  • @adariadari1033
    @adariadari1033 2 года назад +3

    ❤❤❤❤❤❤

  • @asmdh3532
    @asmdh3532 2 года назад +2

    bir susali musahibədə dədiki mənim susada həyət evim variydi mənə həyət evi tihsin hokumət yoxsa getmirəm susaya.belə vətən sevgisi olmaz.belələrinin ucbatinnan ermənilər isgal elqdi torpaxlarimizi.sizə halal olsun

  • @sahinibadov692
    @sahinibadov692 Год назад +2

    Millətin faciəsi:,, Torpaqlarının əlindən alınması ❗"Siyasətin qurbanları,kreslo davasının acısını xalq,millət çəkir. İndi isə sakinlər doqma torpaqlarına qayıdıblar.
    Kim deyə bilər ki, bir daha millət bu faciəni yaşamayacaq?Siyasətin qurbanları yenəmi millət olacaq ? Allah özü kömək olsun ❗

  • @fxrddinliyev4008
    @fxrddinliyev4008 9 месяцев назад

    Kişi qızı sözü VƏTƏN ÖVLADDANDA NƏVƏDƏNDƏ hər şeydən üstündür ƏHSƏN

  • @tenqri2761
    @tenqri2761 2 года назад +3

    Nəvə üçün niye darıxsın ??. Artıq nəvələrin gəzməyə yeri var..oğullar bura üçün qan töküb..necə darıxmaq olar Bakı üçün ..qədrin bilməliyik buraların

  • @rasimcbiyev3356
    @rasimcbiyev3356 Год назад +1

    30 ildi ŞUŞALI məcburi köçkün BAKIDA evimi zəbt edib,bundan danışın,ALLAHDAN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT,QAZİLƏRİMİZƏ ŞƏFA,YAXINLARINA SƏBR DİLİYİRƏM.

  • @AA-mo3rh
    @AA-mo3rh Год назад +1

    Həmişə evimizdə 🖒

  • @ertoqrul9770
    @ertoqrul9770 2 года назад +2

    Hamınız son nəfərinə kimi qayıdın inşəallah

    • @lacinlibalasi4141
      @lacinlibalasi4141 Год назад

      İnşAllah🤲🤲🤲🤲🤲🤲🤲🤲 sağ əlləriniz biz Laçınlıların başına Tezliklə🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🌜⭐🤘🏻💪🇦🇿🇹🇷🇵🇰🤘🏻💪🌜⭐

  • @narmin685
    @narmin685 2 года назад +2

    Xanımın sesini özünü nəse İlhamə Quliyevaya bənzətdim sadecə xanım makiyajsızdı

  • @tuturahimli959
    @tuturahimli959 2 года назад +3

    Allah ermeni adli bir milleti yer uzunnen silsin amin. Sukur Allaha ne gozel yurduza getmisiz .🤗🤗

  • @user-vd2mr6er4j
    @user-vd2mr6er4j Год назад +2

    Поздравляю вас с освобождением родных земель.
    Дасть Бог беженцы Лачинского района и деревень вернуться в родные края.
    Желаю мира во всем мира Азербайджана и его жителям

  • @senanquliyev3444
    @senanquliyev3444 Год назад +1

    Suni olmuyun !)

  • @gunelismailova4656
    @gunelismailova4656 Год назад

    Yaziqlar qorxusunnan prezidenti teriflayir

  • @user-vd2mr6er4j
    @user-vd2mr6er4j Год назад +1

    Аллах душмана бала версин.
    Аллах Шахидлара рахмет етсин.
    Аллах Газилара шафа версин.

  • @Bakinec-xc9bj
    @Bakinec-xc9bj 2 года назад +2

    Ele gozel kocun oz yurduvuza boshaldun Bakini vaxti uzhe

    • @sevilagayeva9182
      @sevilagayeva9182 2 года назад +2

      Heç köçgünlərin gözü uçmur bakı üçün köçgünlər gəlməmiş zamaroji ət yeyirdizdə köçgünlərin hesabına sveji ət gördüz köçgünlər harxa olsa qurub yaşadır

  • @refiqexancanova3530
    @refiqexancanova3530 Год назад

    зщл