Tural Əhməd - Gecə Düşüncəsi ( Mikayıl Müşfiq )

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
    Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
    Bunları seyr edərkən
    Bir az fikrə gedərkən
    Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
    Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
    Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
    Gözlərimin önündə canlandı bir həqiqət.
    Xəyalım ənginlərə o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    İlk dəfədir kainat
    Dünyanı sellərində çalxayan bizim həyat
    Sağda, solda döyüşmüş,
    Sonra yoluna düşmüş.
    Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
    Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
    Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
    Yarı qönçə, yarı gül.
    Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    Bizə bu nazlı aləm görünərdi qaranlıq,
    Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
    Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
    Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
    Bunları seyr edərkən,
    Bir az fikrə gedərkən,
    Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
    Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
    Söz: Mikayıl Müşfiq
    Səs: Tural Əhməd
    Hazırladı: Heydər Hacıyev
    ✉ Mənimlə Əlaqə
    İnstagram
    / turalahmadd
    Facebook
    / turalahmadd
    Videonun Bütün Hüquqları
    Tural Əhməd Tərəfindən Qorunur
    Tural Əhməd © 2019

Комментарии • 64