Vətən Yaxşıdır Karaoke (Xudayar Təsnifi)

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2021
  • Vətən yaxşıdır - Karaoke (Xudayar Təsnifi)
    Söz: Əliağa Vahid
    Mus: Əlibaba Məmmədov
    Musiqi Kanalımızı İzləyin. Bəyənsəniz Abunə Olmağı Unutmayın.
    / elvinhuseynliofficial
    / elvinhuseynli.official
    #Azerikaraoke #karaokeAzerbaycan #Vetenyaxsidirkaraoke
    Mahnının Tarixi
    Mahnı ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu mahnının sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə mahnı bəstələyir. "Terek" sözünü "xəzər" ilə əvəz edir.
    Əlibaba Məmmədov mahnı haqqında bunları deyib:
    "Bu mahnını 1960-cı ildə yazmışam, ilk ifaçısı da özüm olmuşam. Məndən sonra bu mahnını demək olar ki, bütün məşhur ifaçılar oxuyublar. Hətta həmin illərdə Təbriz radiosu ilk olaraq mənim mahnım ilə günə başlayır, daha sonra isə “Danışır Təbriz” deyirdi."
    Daha sonra mahnı Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib.
    Mahnının Trendə çevrilməsi
    Mahnı Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır. Həmin video sosial şəbəkələrdə trendə çevrilmişdir.
    Əlibaba Məmmədov Xudayarın ifası haqqında deyirdi:
    "Mən yüzlərlə bu cür vətənpərvər mahnının müəllifiyəm. O mahnını böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən mahnının dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!"
    Mahnının Sözləri:
    Dumanlı dağların başında durdum,
    Dumandan özümə bir
    xeymə qurdum,
    Keçdi xəyalımdan öz gözəl yurdum,
    Dumanlar içində duman göründü.
    Xəzər Dənizi tək
    eşqimlə coşdum,
    Xülyalar içində sanki bihuşdum,
    Vətən arzusu ilə nəğmələr qoşdum,
    Tufanlar gözümdə dastan göründü.
    Könüllər cəlb edən
    bu xoş mənzərə,
    Şövqümü
    artırdı şerə qəzələ,
    Çatdıqca
    vətənim, elim nəzərə,
    Təbiət də mənə heyran göründü.
    Deyirlər bülbülə çəmən yaxşıdır,
    İnsan üçün laləzar
    vətən yaxşıdır,
    Vahid sorma
    vətən nədən yaxşıdır,
    Adı gəlcək könlüm xəndan göründü.
  • ВидеоклипыВидеоклипы

Комментарии • 146