Torpaq. Dəniz. Od. Səma (1967)

Поделиться
HTML-код
  • Опубликовано: 31 июл 2024
  • 12+
    Dörd novella-mahnıdan ibarət filmdə bir-birini əvəz edən dörd nəslin müxtəlif dövrlərdəki talelərindən bəhs olunur. Bir ailənin dörd nəslindən bəhs edən film, hər nəslin nümayəndəsini bir təbiət ünsürü ilə bağlı peşə ilə əlaqələndirir. Bağban (torpaq), balıqçı (dəniz), neftçi (od), təyyarəçi (səma).
    İlk hekayədə müharibədən əvvəlki dövrdür. Dənizkənarı qəsəbələrdən birində baş verən əhvalatda torpağa sevgidən söz açır. Ailənin ağsaqqalı Kərim baba bar verməyən torpaqda usanmadan ağac əkir. Oğlu Əli isə atası faydasız işlə məşğul olduğuna görə onunla mübahisə eləyir. Balıqçılıqla məşğul olan Əli oğlu Kamili bağban kimi yox, balıqçı görmək istəyir.
    İkinci hekayənin rəmzi dənizdir. Kamil artıq böyüyüb. O da atası kimi dənizə vurğundur. Amma balıqçı kimi yox, dənizdən neft çıxarmaq arzusundadır və bu arzusunun dalınca gedir.
    Üçüncü əhvalat odla bağlıdır. Kamil rəssam Sevda ilə ailə qurur. Amma toy günü müharibə başlayır. Kamil müharibəyə gedir. Bu müddətdə oğlu Murad doğulur.
    Nəhayət, dördüncü əhvalatın əsasında səma dayanır. Kamilin oğlu Murad artıq böyüyüb. O da öz arzusunun arxasına gedərək təyyarəçi olur.
    İstehsalçı: Azərbaycanfilm
    İlk baxış tarixi: 18.03.1968
    Texniki göstəricilər: 35 mm, 21:9
    Janr: dram
    Mükafatlar:
    1. Zaqafqaziya və Ukrayna respublikalarının II Zona kinofestivalı - uşaqlarla işə görə rejissora mükafat (1968, İrəvan)
    Rejissor: Şamil Mahmudbəyov
    Ssenari müəllifi: Anar Rzayev
    Operator: Rasim İsmayılov
    Rəssam: Nadir Zeynalov
    Bəstəkar: Rauf Hacıyev
    Rollarda: İsmayıl Osmanlı (Kərim baba), Ələddin Abbasov (Əli), Tamara Kokova (Gülsüm), Fidan Qasımova (Sevda), Ələsgər İbrahimov (Kamil), Kamran Rəcəbli (Kamil uşaqlıqda), Sevda Əliyeva (Solmaz), Cəmilə Məmmədova (Solmaz uşaqlıqda), Fikrət Əliyev (Murad), Vaqif İbrahimoğlu (Murad uşaqlıqda), Rafiq Tağıyev (Murad dayı), Əliheydər Həsənzadə (ovçu), Zemfira Sadıqova (Fatma)
  • КиноКино

Комментарии • 10

  • @vuqarmmmdov5206
    @vuqarmmmdov5206 10 месяцев назад +3

    Sizin bu işnizi çox dəyərləndiririk sağ olun.❤❤❤❤🎉

  • @user-xq4ip1is9e
    @user-xq4ip1is9e 6 месяцев назад +1

    Belə filmlərlə in san dincəlir. Çox sağ olun. Uşaqlıq xatirələri

  • @patriot3701
    @patriot3701 10 месяцев назад +3

    Salamaleykum!!
    Super filmdir!!
    Sovetlər dövrü baxmişam!!
    🇦🇿❤👍

  • @user-wf4fq1fi3t
    @user-wf4fq1fi3t 10 месяцев назад +2

    Canimiz Azerbaycanimiz,, canimiz kinomuz, canimiz istedadli insanlarimiz

  • @tekfurares6577
    @tekfurares6577 10 месяцев назад +2

    Senedli filimler olsa yaxsi olardi çox sağolun

  • @Kenan.musayev1
    @Kenan.musayev1 10 месяцев назад +1

    Çox sağolun

  • @qhrmanmovlanov6267
    @qhrmanmovlanov6267 4 месяца назад

    Gözəl filmdir. Amma böyük vətən müharibəsi dövründə hələ kalaşnikov avtomatı yox idi.

  • @user-ri3xc3is4x
    @user-ri3xc3is4x 10 месяцев назад +1

    1967 ne idi ee👍👍

  • @tekfurares6577
    @tekfurares6577 10 месяцев назад +1

    Ardi gelsin

  • @user-rz5cd7el7r
    @user-rz5cd7el7r 3 месяца назад

    41 ci il müharibəsində AKM silahı olmayıb.kadr səhv dir.