SON DƏQİQƏ! Nazirlər Kabineti yeni qərar qəbul edib

Поделиться
HTML-код
  • Опубликовано: 21 июн 2024
  • SİYAHISI
    1. Hərəkətlilik üçün reabilitasiya vasitələri
    1.1. Yuxarı ətraf protezləri:
    1.1.1. şin-dəri və ya modul tipli yuxarı ətraf protezi;
    1.1.2. yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmaqla);
    1.1.3. yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmamaqla);
    1.1.4. yuxarı ətraf işçi protezi;
    1.1.5. kosmetik yuxarı ətraf protezi;
    1.1.6. yuxarı ətraf üçün ehtiyat protezləri.
    1.2. Yuxarı ətraf protezləri üçün əlavələr:
    1.2.1. yuxarı ətraf protezləri üçün kosmetik üzlüklər;
    1.2.2. yuxarı ətraf protezləri üçün silikon içlik;
    1.2.3. yuxarı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə;
    1.2.4. rezin yanlıqlı ayaqqabı;
    1.2.5. taxma ucluq - maqqaş;
    1.2.6. taxma ucluq - mişar dəstəyi;
    1.2.7. taxma ucluq - ikiqat halqa;
    1.2.8. taxma ucluq - çəkic;
    1.2.9. taxma ucluq - iskənə;
    1.2.10. taxma ucluq - qələm;
    1.2.11. taxma ucluq - qarmaq;
    1.2.12. taxma ucluq - kerner;
    1.2.13. taxma ucluq - mişar üçün;
    1.2.14. taxma ucluq - qayçı;
    1.2.15. taxma ucluq - məngənə;
    1.2.16. taxma ucluq - universal sıxac;
    1.2.17. taxma ucluq - açar dəsti üçün;
    1.2.18. taxma ucluq - ütü üçün;
    1.2.19. elastik bint.
    1.3. Aşağı ətraf protezləri:
    1.3.1. şin-dəri və ya modul tipli aşağı ətraf protezi;
    1.3.2. yüksək texnologiyalı aşağı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmaqla);
    1.3.3. yüksək texnologiyalı aşağı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmamaqla);
    1.3.4. pəncə protezi;
    1.3.5. aşağı ətraf üçün ehtiyat protezləri.
    1.4. Aşağı ətraf protezləri üçün əlavələr:
    1.4.1. bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.);
    1.4.2. baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.);
    1.4.3. aşağı ətraf protezləri üçün silikon içlik;
    1.4.4. dermo corab;
    1.4.5. aşağı ətraf protezləri üçün kosmetik üzlüklər;
    1.4.6. elastik bint;
    1.4.7. bud protezi üçün bandaj;
    1.4.8. baldır protezi üçün bandaj;
    1.4.9. aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə;
    1.4.10. protez üçün ayaqqabı.
    1.5. Ortopedik ayaqqabılar:
    1.5.1. sadə və ya mürəkkəb ortopedik ayaqqabı;
    1.5.2. ortopedik başmaq.
    1.6. Ortopedik ayaqqabılar üçün əlavələr:
    1.6.1. ortopedik ayaqqabılar üçün korreksiyaedici içlik- supinator;
    1.6.2. ortopedik ayaqqabılar üçün korreksiyaedici içlik-pronator;
    1.6.3. tvister.
    1.7. Baş ortezləri:
    1.7.1. baş ortezi (obturator).
    1.8. Onurğa üçün ortezlər (korsetlər):
    1.8.1. sərt korset (bədən, boyun üçün);
    1.8.2. korreksiyaedici bandaj, yumşaq korset;
    1.8.3. reklinator.
    1.9. Yuxarı ətraf ortezləri:
    1.9.1. şin-dəri, polimer və ya sintetik qatran tərkibli yuxarı ətraf üçün ortopedik aparat;
    1.9.2. karbonla hazırlanan yuxarı ətraflar üçün ortopedik aparat;
    1.9.3. yuxarı ətraf üçün bandaj;
    1.9.4. yuxarı ətraf tutoru.
    1.10. Aşağı ətraf ortezləri:
    1.10.1. şin-dəri, polimer və ya sintetik qatran tərkibli aşağı ətraf üçün ortopedik aparat;
    1.10.2. karbonla hazırlanan aşağı ətraflar üçün ortopedik aparat;
    1.10.3. yüksək texnologiyalı aşağı ətraf üçün ortopedik aparat (elektron komplektləşdiricilərdən istifadə olunmaqla);
    1.10.4. aşağı ətraf üçün bandaj;
    1.10.5. aşağı ətraf tutoru.
    1.11. Təkərli oturacaqlar:
    1.11.1. universal mühərrikli təkərli oturacaq;
    1.11.2. əlavə fiksasiyası (dəstəkləyici) olan mühərrikli təkərli oturacaq;
    1.11.3. qapalı məkanda (otaqda) istifadə üçün universal mexaniki təkərli oturacaq;
    1.11.4. əlavə fiksasiyası (dəstəkləyici) olan qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq;
    1.11.5. açıq məkanda istifadə üçün universal mexaniki təkərli oturacaq;
    1.11.6. əlavə fiksasiyası (dəstəkləyici) olan açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq;
    1.11.7. sanitar-təchizatlı təkərli oturacaq.
    1.12. Təkərli oturacaqlar üçün əlavələr:
    1.12.1. təkərli oturacağın təkan çarxının üzlüyü;
    1.12.2. mühərrikli təkərli oturacaqların akkumulyatoru;
    1.12.3. isti örtük.
    1.13. Əsalar və qoltuqaltı/dirsəkaltı ağaclar:
    1.13.1. əsa (təkdayaqlı);
    1.13.2. əsa (çoxdayaqlı);
    1.13.3. qoltuqaltı ağac (təkdayaqlı);
    1.13.4. qoltuqaltı ağac (çoxdayaqlı);
    1.13.5. dirsəkaltı ağac (təkdayaqlı);
    1.13.6. dirsəkaltı ağac (çoxdayaqlı).
    1.14. Əsalar və qoltuqaltı/dirsəkaltı ağaclar üçün əlavələr:
    1.14.1. əsalar, qoltuqaltılar, dirsəkaltılar və dördayaqlı hərəkət çərçivəsi üçün rezin ucluq.
    1.15. Digər hərəkət vasitələri:
    1.15.1. şaquli, tənzimlənən çərçivə (statik vertikalizator);
    1.15.2. dördayaqlı dayaq hərəkət çərçivəsi/vasitəsi (volker);
    1.15.3. gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator);
    1.15.4. hərəkətli qaldırıcı qurğu;
    1.15.5. ayaq əyriliyi breketləri;
    1.15.6. yıxılma detektorları;
    1.15.7. çarpayı üçün dayaqlar.
    1.16. Mühəccərlər/Tutacaqlar:
    1.16.1. vanna otağı üçün mühəccər/tutacaq;
    1.16.2. tualet otağı üçün mühəccər/tutacaq;
    1.16.3. daşına bilən panduslar.
    2. Özünəqulluq üçün reabilitasiya vasitələri.
    2.1. Duş/hamam otağı üçün stul və ya kətil.
    2.2. Tualet kreslosu.
    2.3. Hopdurucu bez.
    2.4. Hopdurucu mələfə.

Комментарии •