Kəlbəcər 2 (
HTML-код
- Опубликовано: 19 дек 2024
- Kəlbəcər 1993-cü il aprel ayının 2-si günü işğal edilmişdir.
Kəlbəcər rayonunun suları qapalı Xəzər hövzəsinə aiddir. Əvvəlki geoloji dövrlərdə tekeonik çökmə nəticəsində Göyçə gölü ilə əlaqədə olan Alagöllərin Sarımsaqlıçay vasitəsilə Tərtətlə əlaqəsi yaranmışdır. Zod aşırımında, Söyüdlü yaylağında, Murovun cənub ətəklərində, Qarabağ vulkanik yaylasında çoxlu tektonik və vulkanik göllər mövcuddur. Ən böyük göl dərinliyi 9 m-ə çatan Böyük Alagöldür. Onun sahələrinin uzunluğu 14 km-dir. Gölə tökülən yeddi çaydan ən böyüyü Azadçaydır.
Aprel, May aylarında qarın əriməsi və yaz yağışları zamanı çaylarda ən yüksək səviyyə qeydə alınır. Avqust və Yanvar aylarında çaylarda suyun səviyyəsi aşağı olur. Daşlı və daşlı-palçıqlı sellər son illər balıqların qırılmasına səbəb olurdu.Tərtərin dərəsindən dağlara qalxdıqdca hündürlük qurşaqları bir-birini əvəz edir. Qara ağac, Qaratikan kolları enliyarpaqlı meşələrlə əvəz olunur. Meşələrdə palıd, fısdıq, vələs, ağcaqayın, göyrüş, qozqara, söyüd, yemişan, hündür yerlərdə isə tozağacı bitirdi. 1800-2000 m-dən hündürlükdə subalp, alp çəmənlikləri gəlir.
Subalp çəmənlikləri biçənək, alp çəmənlikləri isə yay otlaqları üçün istifadə olunurdu. Murovun və Dəlidağın hündür zirvələri ətrafında çılpaq yaylaqları ilə fərqlənən dağ-tundra iqlimi gəlir. Meşələrdə insanların sağlamlığının keşiyində duran çoxlu çır meyvə ağacları (alma, armud, əzgil, yemişən), giləmeyvə (qarağat, qaratanası, zirinc, böyürtkən, moruq, həmərsin) bitirdi. Bu bitkilər müharibənin ağır illərində insanların qış azuqəsi idi. Son illərdə meşələrdə olan cır meyvələrdən dərman və mürəbbə hazırlanmasında istifadə olunurdu. Qiymətli, sərtqabıqlı meyvələr olan qoz və fındıqdan ərzaq məhsulları hazırlanırdı. Eyni zamanda bu ağacların oduncağı gözəl mebel xammalı idi. Tut ağacından isə musiqi aləti -saz hazırlanmasında istifadə olunurdu. Kəlbəcər rayonunun tarix-diyarşünaslıq muzeyində qurudulmuş 4000-ə qədər herbarinin 200 ə qədəri dərman bitkisi idi.
Rəşad Abdullayevin təqdimatında.
💖🇦🇿💖
🇦🇿❤
Salam amin inşaallah tezliklə duaların gerçək leş er
Bu qurluşnan çətin işdi qardaş
💖🇦🇿💖