Bu qatarın dalınca baxma, Flora Kərimova, Bağışla televiziya tamaşasından, 1983

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • Bu qatarın dalınca baxma, Flora Kərimova, Bağışla televiziya tamaşasından, 1983
    Sözləri: Ramiz Rövşən
    Bəstəkar: Mobil Babayev
    Məni aldı səndən, getdi bu qatar,
    Göydə bircə ovuc tüstüsü qaldı.
    Saçında əlimin tumarı qaldı,
    Ovcunda əlimin istisi qaldı.
    Baxma, bu qatarın dalınca baxma,
    Baxma, gözlərini yorunca, baxma.
    Qaşların altında cüt yarpaq kimi
    Gözlərin saralıb solunca, baxma.
    Uzaqdan, yaxından keçər bu qatar,
    Gecələr yuxundan keçər bu qatar.
    Gülsən, gülüşünü doğrayar, biçər,
    Ah çəksən, ahından keçər bu qatar.
    Mən getdim, dünya ki qaldı yerində…
    Dünyanın payızı, baharı qaldı.
    Ovcunda əlimin istisi qaldı,
    Saçında əlimin tumarı qaldı.
    Azərbaycan filmlərindən kino musiqiləri və mahnıları nostalji retro mahnılar

Комментарии • 12