Ramiz Qusarçaylı - Azərbaycan bayrağı

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Online ödənişlərdə pulunuzun 50%-ə qədərini geri qaytarırıq!
    bon.az/?ref=65...
    Ramiz Qusarçaylı - Azərbaycan bayrağı
    Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
    Ulduzunu,ayını göydə mələklər öpər,
    Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
    Sən ey İstiqlalımın əbədiyyət sancağı, -
    Azərbaycan bayrağı!
    Yağının min hiyləsi küydən, kələkdən keçər,
    Sən sancılan ucalıq min-min ürəkdən keçər,
    Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
    Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
    Azərbaycan bayrağı!
    Sən Arazın, Samurun umuduna bələndin,
    Çəni ağlar Göyçənin buluduna bələndin,
    Dərbəndin dərd hıçqıran sükutuna bələndin
    O tayımda Savalan, bu tayımda Şah dağı,
    Azərbaycan bayrağı!
    Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
    Barışda gül çələngim, savaşda qan yerimsən,
    Sən mənim and yerimsən, mənim iman yerimsən,
    Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
    Azərbaycan bayrağı!
    Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
    Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
    Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
    Çəkəcəyəm gözümə kölgən düşən torpağı
    Azərbaycan bayrağı!

Комментарии • 14

  • @azrbaycanmahnlarsozlrl9338
    @azrbaycanmahnlarsozlrl9338  3 года назад

    Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1076831.referal

  • @selimovimadeddin
    @selimovimadeddin 2 года назад +2

    Tarixde yerini alan Şeir.Eşq olsun Şair Ramiz Qusarçaylıya.

  • @mirzhmidov5340
    @mirzhmidov5340 3 года назад +8

    Salam aleykum
    İndi bayrağım ŞUŞADA dalğalanır ELHAMDÜLİLLAH
    QARABAĞ AZƏRBAYCANDIR 🇦🇿 🇹🇷 🌹 🌹

  • @kerametkeramet809
    @kerametkeramet809 Год назад +2

    👏👏👏👍👍👍

  • @agarhimtarverdiyev3965
    @agarhimtarverdiyev3965 Год назад +4

    Mən sabah müsabiqədə bu şeiri danışacam 2 ci mərhələdə super şeirdi uğurlar diləyən necə nəfər var❤

    • @AgA-lu4ft
      @AgA-lu4ft Год назад +1

      Məndə final mərhələsində danışacam bu şeiri Bakıda mənədə uğurlar arzulayin ❤😊

  • @elnurnhmt7435
    @elnurnhmt7435 2 года назад +3

    Eşq olsun!

  • @selimovimadeddin
    @selimovimadeddin 2 года назад +2

    Ağalar bəy var ol.Çox gözel seslendiribsen.

  • @fatmaumarova6228
    @fatmaumarova6228 11 месяцев назад +1

    Misilsiz bir şeir həm də ifa ruhumuz təzələndi təşəkkür edirik

  • @pocoredmi2248
    @pocoredmi2248 2 года назад +2

    Ən cox bəyəndiyim,sevdiyim şeir

  • @alizade196
    @alizade196 2 года назад +1

    Çox gözəldir.Musiqisi hansıdır?Adını bilən varmı?

    • @AysuAgayevaa
      @AysuAgayevaa 11 месяцев назад

      Tapmısız? Mənə də lazımdır

  • @gulnarteymurzad370
    @gulnarteymurzad370 11 месяцев назад

    🎉