YARAT Müasir İncəsənət Məktəbi: "Sonluqdan Sonsuzluğa" sərgisi

Поделиться
HTML-код
  • Опубликовано: 11 фев 2025
  • "Sonluqdan Sonsuzluğa" sərgisi unikal və rəngarəng multimedia şousundan ibarət bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində Sabina Şıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır.
    📌YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidissiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək 4 fərqli buraxılış layihələrini hazırlamışlar.
    ©2025

Комментарии • 1