Şəhriyar del Gerani - Bir ovuc əllər - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2024
  • #kamranmyunis #kamranyunis #şəhriyardelgerani #poeziyateatrı
    #şeirlər #şiirler #sevgişeirləri #poeziya
    Şəhriyar del Gerani - Bir ovuc əllər
    Bəstəkar - Vasif Adıgözəlov - Şərikli Çörək
    Bəstəkar - Cavanşir Quliyev - " Günahsız Abdulla"
    Vokal - Təranə Vaqifqızı - " Həsrət "
    Briliant Dadaşova və sairə
    uzun-uzadı zamanlardı xoşbəxtəm,
    özü də təkadamlıq.
    siz bilmirsiz təkadamlıq səadətlər necə olur.
    heç bilmirsiz təkadamlıq necə olur.
    heç bilmirsiz səadətlər necə olur.
    heç bilmirsiz necə olur kirli ayaqlara təzə
    ayaqqabıları geyinmək.
    əvvəlcə qucaqlamaq da var hələ. hələ bir dəfə
    öpüb gözümün üstə də qoymuşdum.
    anam görüb ağlamışdı. demişdi:
    - o, möhür deyil. həm də, ayaqqabıya
    səcdə günahdı.
    mənsə soruşmuşdum ondan:
    - bəs sənin ayaqlarına?..
    anam təzə ölüb. lap təzə.
    çağırsam səsimə səs verəcək qədər məsafədə.
    bəlkə heç cəsədi soyumayıb hələ də.
    and içərəm, əlləri im-istidi anamın.
    bax, allah haqqı düz deyirəm. anamın əlləri
    təkcə əl deyildi axı.
    uşaqlıqda oyuncaqlarım olmayıb, hamısını
    pişiy aparıb deyirdi anam.
    bax, mən o zaman anamın əlləriylə
    oynayırdım.
    saymağı da onun barmaqlarında
    öyrənmişəm - doqquzacan.
    bir barmağını tikiş maşını aparmışdı.
    zaman o zaman idi ki, rəqəmlər
    doqquzda qurtarırdı.
    hələ bağçada müəllimə məni vurmuşdu da
    bunun üstündə.
    çubuğunu stola döyəcləyib qışqırırdı
    - niyə doqquzdan sonra on demirsən
    ay axmaq uşaq?!
    mənsə cavabında kəkələyərək
    - anamın əllərində on yoxdu axı,
    allah haqqı yoxdu, yoxdu - demişdim...
    hələ ağlamışdım da onda...
    anam yaxşı adam idi, həlim birisiydi.
    yeriyəndə ayağının altında qarışqa qalsaydı
    belə inciməzdi qarışqa.
    allah dediyimiz xərçəng tapşırmışdı
    ciyərlərinə.
    biçarə qadın da allaha inanan adamıydı,
    elə qoruyurdu ki xərçəngi...
    həkimlər deyirdi, anama bildirməyək
    xəstəliyini.
    bildirməyək deyəndə ki, məndən savayı
    bir də atam xəbərdar idi.
    bir dəfə böyük bacım anam yatan otağın düz
    qapısının ağzında yapışdı yaxamdan.
    dedi, qaqa, mənə düzünü de, onsuz da
    bilirəm iynə-dərmanların adından, sən
    atamın canı düzünü de, anam xərçəngdi?
    mənim sakit danışmağıma baxmayın, o,
    bunları hönkürərək deyirdi.
    düzü, özümü itirdim,
    gözünə baxa bilmirdim bacımın.
    bacım allaha oxşayırdı onda.
    elə bilirdim qəti yalan danışa bilmərəm ona.
    bir də soruşdu:
    - aldatma məni, düzünü de qurbanın olum, o
    xaraba xərçəngdəndi, hə? Görüm onu
    sovxaya qalsın!..
    deyirəm ki, mənim sakit danışmağıma
    baxmayın.
    o, bunları hönkürərək deyirdi.
    elə mən boynunu qucaqlayıb sakitləşdirmək
    istəyirdim ki, anamın xəstəlikdən sarsılmış
    xırıltılı səsi eşidildi: “ay bala, elə demə, allaha
    acığ gedər”...
    heç bilmirəm necə deyim xoşbəxt olduğumu,
    atılmış uşaq kimiyəm indi.
    məncə,
    bütün atılmış uşaqlar eyni cür oğurluq eləyir,
    eyni cür gülümsəyir, eyni cür darıxırlar.
    mən darıxanda saçlarımı qarışdırıram,
    barmağımı dişləyirəm,
    pərdəni dartıb qırıram.
    sonra ayağımın altına stul qoyub çıxıb pərdəni
    asıram. xoşum gəlir pərdə asmaqdan.
    kənddəki evimizdə qəşəng pərdəmiz vardı, upuzun,
    baharı rəngli.
    qatlayıb vurmuşduq pəncərəyə.
    əzizi-girami qonaqlar gələndə açıb süfrə
    eləyirdik.
    o deyirlər e, süfrə müqəddəsdi-filan,
    boş-boş söhbətlərdi.
    pərdə daha müqəddəsdi, inanın mənə.
    daha doğrusu pəncərə.
    heyif deyil pəncərə?..
    lap çox darıxanda pəncərədən çölə baxıram.
    adamlar pəncərə şüşələrinin arxasından
    baxanda daha mehriban görsənirlər.
    pəncərəsiz yerlər elə axmaq yerlərdi ki.
    mən aylarla pəncərəsiz qalmışam.
    deyirdim, ay allah, varsansa bir iynə
    göndər bu tavana deşib keçsin, iynə ucu
    miqdarı deşikdən göy üzünə baxım.
    düzdü, iynə ucu miqdarı deşikdən
    baxmaqla zövq almaq olmaz göyüzündən.
    bir də, bu olmaz sözündən
    zəndeyi-zəhləm gedir.
    nə bilmək olar? bəlkə də mümkündü.
    çox yəqin heç nə başa düşmədiniz
    dediklərimdən. lap yaxşı…
    deyirəm ki, yamanca sevirəm göy üzünü. ta
    uşaqlıqdan vurğunuyam.
    göy üzü qəşəng yerdi, orda pis adamlar yoxdu.
    polislər də yoxdu orda.
    sevdiyim adamları göy üzünə bənzədirəm.
    düz sözümdü.
    (bənzədirəm də sərsəm sözdü, oxşadıram
    daha yaxşı səslənir)
    sevdiyim adamları göy üzünə oxşadıram...
    nə deyim?
    gərək hamının göy üzündə kimisə olsun
    mütləq olsun
    allah haqqı düz deyirəm
    mən bütün günəşli günlərdə göyə baxıb
    doqquzacan sayıram.
    niyə inanmırsız ki?..

Комментарии • 138

  • @renaagabekova1741
    @renaagabekova1741 4 года назад +3

    Şəhrıyar El Çeranı .vı .Kəmran .M. Yünıs ..Var olun .Allah sızl gorusun .Çooooooooox ahlr .və .çoooooox kədərlı şeiır .....və .çoooooöoox xoşuma gəldı .və .kədərləndım ....

  • @anarmemmedzade4697
    @anarmemmedzade4697 4 года назад +10

    Ne gozel anlamlı ,duygulu gozel bir şer var olun bey.Mukemmel

  • @ranababanli4535
    @ranababanli4535 3 года назад +3

    "Tekadamlıq" en qorxduqum söz! Etrafında ezizlerin,sevdiklerin olsa bele menim ücün ruhu daima menimle olan birini canlı görmemek TENHALIQ kimi dehşetdir,şair.İtirdiklerimize min min rehmetler olsun! Cox kövreldim,😔😥

  • @fidanmd
    @fidanmd 4 года назад +8

    Nə qədər saf, səmimi və təmiz şeirdir!

  • @teymurmustafayev4527
    @teymurmustafayev4527 4 года назад +10

    Kamran bəy siz hayat söyləyirsiz həyat .Bəlkədə təsadüfdən mənim həyatımı😢😢😢😢😢😭😭😭

  • @_mlyim_1605
    @_mlyim_1605 4 года назад +15

    Siz bilmirsiz.....bu cür möhtəşəmliyi eşidib hansı hislər keçirdiyimi .....
    ............

  • @user-my2zl1fk9j
    @user-my2zl1fk9j 4 года назад +3

    Əsil sənət əsəri,cox yaşa şair,cox yaşa Kamran bəy.

  • @ceferxendan276
    @ceferxendan276 4 года назад +7

    Çox mənalı sözlər dəfələrlə qulaq asdigim şeirdi var olasız gözəl sənətkar ifaniz mükəmməldir

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +10

    Möhtəşəm poeziya gecəsində dinləyib kövrəlmişdim😔bir də indi çoxxx təsirli😔

  • @dilareabdulqizi6876
    @dilareabdulqizi6876 4 года назад +2

    Goy uzunde Allahimiz var. Allah komek olsun hamimiza .Cox sag olun .Var olun.

  • @_mlyim_1605
    @_mlyim_1605 4 года назад +8

    .....dönə dönə dinləyib dönə dönə heyran olmaq....

  • @lilparkazimova8199
    @lilparkazimova8199 3 года назад +2

    Olduqca təsirli və həyatda yaşanmış bir şerdir.
    Var olun,sənətkar.

  • @imanquluburciyev8173
    @imanquluburciyev8173 4 года назад +4

    Şəhriyar bəy həyatının rəsmini çəkib.Nə yaxşı ki,Siz varsınız.Allah sizi qousun.

  • @validamamedova2237
    @validamamedova2237 4 года назад +5

    Əvvəldən axıra qədər göz yaşlarıyla dinlədim.😢😢😢

  • @pakize5109
    @pakize5109 3 года назад +2

    Çox çox ...pis oldum😔😔😔😔adamın ürəyin parçaladı bu şeir.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +12

    Gününüz xeyirli, uğurlu olsun Ustad! 🙏

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +6

    Analarımızı qorusun tanrı.

  • @ruslanmehdiyevenglishteach5771
    @ruslanmehdiyevenglishteach5771 4 года назад +3

    Ne yaxşı ki siz varsıniz Kamran müəllim . Allah ömür versin .

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 4 года назад +4

    Ən böyük təsəllidir...ən isti qucaqdır ana əlləri...nə ola bizimlə qala biləydilər bir ömür...🍃🌸💚

  • @narchicheyim
    @narchicheyim 4 года назад +5

    Şəhriyar del Gerani & Kamran M.Yunis... Çox uğurlu bir tandem... Davamlı olsun..

  • @hemidhemid8677
    @hemidhemid8677 3 года назад +3

    Bu möhtəşəmliyi mən niyə gec dinlədim,İlahi,Kamran müəllim, məni bağışlayın, adam dəli olur az qalsın

  • @samsunglggg1273
    @samsunglggg1273 4 года назад +2

    Goz yaslari icinde dinledim.Sehriyar beyle sizin is birliyiniz mukemmel alinir.Var olasiz

  • @aqil79sevaliyevlr27
    @aqil79sevaliyevlr27 4 года назад +7

    Uşaq vaxtımda Atamı ve Anamı rengli karandaşlara benzedirdim, Menim dünyamı rengledikce özlerini bitirdiler..

    • @nurcahan6353
      @nurcahan6353 4 года назад +2

      Allah köməyiniz olsun,,,,,, 🌹

  • @user-lp7ij2nx1t
    @user-lp7ij2nx1t 4 года назад +2

    Ağladım..dinledim.. ağladım... Var olun Ustad.

  • @gulshanhuseynova138
    @gulshanhuseynova138 4 года назад +13

    Gərək hamının göy üzündə kimisə olsun, mütləq olsun Kamran M. Yunis Var Olun!

  • @user-sv2kt8ek8h
    @user-sv2kt8ek8h 4 года назад +5

    Камран бег аллах сахласын сизи👍🙏😢😢😢😢🙏

  • @teymurmustafayev4527
    @teymurmustafayev4527 4 года назад +12

    Mənim anamda çoxxxx zülümlə böyüdüb bizi tək başına.Heç anamın saçını boyalı görmədim.Bəmbəyaz ipək kimi.Canım anam faqır anam😢😢😢😢😢😭😭😭😭😭😭

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 4 года назад +3

    Məndən asılı deyil bu musiqini eşidəndə başqa cür oluram.Ürəyim ağrıdı bu ş'eri dinlədikcə. Xoşbəxt uşaqların həyatında belə şeylər olmur.Ona görədə uşaqlığı çətin keçənlər hər kiçik sevinci böyük xoşbəxtlik sayırlar. Xəstəliyin özünüdə.Dərdin böyüklüyünüdə. Çox sağ olun Kamran M. Yunis! Çox sağ olsun misraların müəllifi!

  • @riyadriyad6049
    @riyadriyad6049 4 года назад +4

    Cox kövraldim balaça uşaq kimi ağlaya ağlaya anamın dalınca qaçmaq istadim onu qaytarmaq uçun

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +3

    Heç bitməsini istəməzdim bu şeiri, bu ifanı......Allah sevdiklərimizə sevənlərimizə sağlam ömür versin...,

  • @dogruyol6251
    @dogruyol6251 4 года назад +3

    Ölməkdən betər misralar! Yazan ellere, soyleyen agziniza sagliq!

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 года назад +3

    Çox menalı sözler

  • @nofelgurbanov4930
    @nofelgurbanov4930 4 года назад +5

    Özümdən asılı olmayaraq bütün bunlar göz onumde film kimi canlandı, təşəkkür edirəm Kamran bəy.

  • @nurcahan6353
    @nurcahan6353 4 года назад +4

    Mükəmməl işinizdən zövq alırsınız, bu çox yaxşıdır, şəklinizi belə deyir Bəy! 🌹🌹🌹🌹🌹

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 4 года назад +9

    Ifa seir musiqi super duyğulandım var olun Allah sizi qorusun Kamran müəllim dəyərli sənətçimiz

  • @yeganehemidova5014
    @yeganehemidova5014 4 года назад +5

    Şeir, ifa, təqdimat məni ovsunlayıb. Bütün günü işim tez bitsin, yenidən dinləyim bu şeiri arzusunda olmuşam. Dinlədim, yəqin ki yenə də yenə də.. Var olun, Kamran bəy, əziz insan 💖🌸

  • @kizilelma7692
    @kizilelma7692 4 года назад +6

    Anamin ellerinle 10 yoxdu axi Allah haqqi yoxdu of dehset Ay Kamran bey😢😢😢😢 Allah butun analara can sagligi versin atalara da ve hec kimi valideyinsiz elemesin Amin ya Rebbim.Rehmete getmis butun valideyinlere de rehmet elesin Amin

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 4 года назад +5

    Mənim anamda da var😔😔😔Əməliyyat olunub,amma nə bilim....Hər şeyin ən gözəlini Allah bilir!
    Bu gün məni çox ağlatdınız, Kamran bəy!!!
    Şeir və ifa məni sarsıtdı😥
    Anamı itirməkdən çoooxxx qorxuram çoxxxxx....

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +11

    Səsinizin sehrinə qurban.Varlıgınıza min şükür.Elə gözəl ifa etdiniz ki,....hələki susdu
    m.Hələ çox dinləyəcəm bu həyatı kəlmələri.Müəllifə təşəkkürlər.

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +4

    Bu şeiri bu gür düşünmürəm kimsə belə yaşayıb səsləndirə .Əhsən sizə.

  • @paradiseflower5015
    @paradiseflower5015 4 года назад +10

    Çox mükəmməl, əfəndim. Sanki bir film izlədim.Nə yaxşı ki, varsınız ❤❤❤

  • @shehriyarhesenli5824
    @shehriyarhesenli5824 4 года назад +11

    Təkadamlıq.......bilməzlər təkadamlıq seadetler nece olur.......ürəyinə sagliq.......Kamran qardaw ❤🌷🌷🌷🌷👏👏👏

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 4 года назад +8

    Sevdiyim adamlari göy üzüne benzedirem! Aglamamaq mümkün deyil, Mükemmel! Var olun! Çox sagolun senetkar!

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 4 года назад +18

    Tez tez susayan bir adam tesevvür edin, ve her defesinde bir qaşıq suya şükr eden..
    O menem..
    İndi ise böyük bir mis cam serin su içdim..
    Ciyerlerim yanırdı..
    Yezide lenet olsun..
    Allah ölenlerinize rehmet elesi..
    Su qədər ömrünüz olsun Bey..

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 года назад +6

    27👍dinləyirəm

  • @susenhuseynova6342
    @susenhuseynova6342 4 года назад +4

    Anamin əllərində doqquz barmaq vardı axı😢😥şeirde mükəmməl ..ifa da...dinləmədiyim bir ifaniz bele yoxdu..

  • @imanyolcusu7489
    @imanyolcusu7489 4 года назад +2

    Inaniram Kamran muelim,inaniram.....
    Anam,canim anam....

  • @aaynurali
    @aaynurali 4 года назад +2

    Mən sənə inanıram, ay Şəhriyar, inanıram...Allah haqqı inanıram. Anamı atamı da elə göylərdə axtarıram...😢

  • @renababanli3490
    @renababanli3490 4 года назад +4

    "SEADETLER NECE OLUR?" KAMRAN BEY! COX KOVRELTDINIZ MENI, O SETIRLERI SIRAYA DUZEN VE KOVREK SESLE BIZE CATDIRAN UREYINIZE SAQLIQ. OLDUM, MEHV ETDI MENI BU WEIR.

  • @zrifallahverdiyeva490
    @zrifallahverdiyeva490 4 года назад +3

    Mükəmməlsiniz🌹

  • @mehmaneliyev8235
    @mehmaneliyev8235 3 года назад +3

    Anamı düşünürəm çox təsirlidir

  • @nurcahan6353
    @nurcahan6353 3 года назад +3

    Var olun Bəy 🌹

  • @GulnarGulnar-hl5dc
    @GulnarGulnar-hl5dc 11 месяцев назад +2

    İnsan ne qeder ali olmalıdır ki, bu misraları belə düzə bilsin, nə qədər acı çəkməlidir ki,belə yanğıyla yazsın,var olun K. Müəllim səsləndirme üçün. Bəzən bir şeir bir romana sığar...

  • @kerimovalamiye9459
    @kerimovalamiye9459 3 года назад +3

    Şeir deyən çoxdu,amma sizin kimi ürəyə işləyən formada şeir deyən yoxdu

  • @aqil79sevaliyevlr27
    @aqil79sevaliyevlr27 4 года назад +6

    Men 7 il bunnan qabaq heyatda mene eziz , Atam evezi olan, Canim Emimi itirdim. Ümidliydik yaşayar, Ayağa qalxar, yeniden bize naz edecek, üzümüzü güldürecek, o qeder umidim var idi ki, onun bizi terk edib getdiyine hele de alışmamışam.Her yadıma düşende ağlayıram. 7 il az ömür deyil, amma, menim yaram hele de tezedi, qabığ bağlamayıb.Yadıma düşdükce üreyim paramparça olur. Men Bu heyatda iki defe Atamı itirdim.. 2 defe qara torpağa, Canımdan da qiymetli, en deyerli varlıqlarımı- emanet etdim.

  • @cavidibra2499
    @cavidibra2499 3 года назад +3

    Allah validrynlerinize rehmet elesin.

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 4 года назад +7

    Kamran müəllim, hər dəfə bu darıxmaqlar gələndə , təkliyimizi bölüşürsünüz ifalarınızla💗😍 Səsinizlə ovunur bütün təkliklər, tənhalıqlar🌊 Bir ümmandır sənətiniz🌊🌊🌊 Qəmi, kədəri yuyub aparır...💖

  • @jannaxasiyeva1872
    @jannaxasiyeva1872 2 года назад +3

    Agladim,,,, menimde anam defelernen xercengden operasiya olub, herdeve ureimde sagolashirdim anam an - amma Alla cox shukur ki sagdi yanimdadi, 🤲

  • @aygunaygun8263
    @aygunaygun8263 4 года назад +4

    Sag olun Kamran bey 😥😥😥😥😥

  • @miriyevametanet5891
    @miriyevametanet5891 Год назад +1

    '' Bayramın günü'' məni ağlatdınız...

  • @qanqkuton9961
    @qanqkuton9961 4 года назад +2

    Əlaa👍👍👍👏👏👏

  • @agakerimovasaadat9211
    @agakerimovasaadat9211 3 года назад +2

    SALAM. BU E'LA . Cox ürek agridici və məntiqlidir.

  • @gulyakocharli164
    @gulyakocharli164 4 года назад +3

    analar müqəddəsdi😧💔

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +2

    Anam yaxşı adam idi😢😢😢😢😢😢😢

  • @gunelmemmedova9983
    @gunelmemmedova9983 4 года назад +3

    İntonasiya ritmini çox əla tutursunuz👌👌👌👌

  • @user-hg2gz4bb2i
    @user-hg2gz4bb2i 4 года назад +3

    И на на билмирем тек адамлар хошбехт олармы...буна инанырам ана еллеринин гайхысына

  • @baharagayevs9048
    @baharagayevs9048 4 года назад +3

    Şəhriyar del Gerani, sən dəli ozansan, dəli ozan. O əllər isə mənim anamın əlləridi, sən, sən səhv salmısan yəqin.
    Vaqif bəyə həsr olunan əsər məhz belə olmalıydı.
    Kamran bəy, söz vermisiniz ki, hər gün məni ağladacaqsınız?
    Hamınızı çox, çox sevirəm. Mən Azərbaycan dili olmadan, ədəbiyyatı olmadan yaşaya bilmərəm.

  • @abdulsafi3382
    @abdulsafi3382 4 года назад +4

    O QƏDƏR KÖVRƏLDİM
    İFADƏ EDƏ BİLMİRƏM

  • @sehlaaliyeva2123
    @sehlaaliyeva2123 4 года назад +2

    Cox sagolun.

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 года назад +2

    Çox təsirli oldu yenə

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +1

    Səsinizə sağlıq! Çox təsirli,nagil kimi bir şeir_ hekayə! Uşaqın böyüməsi və hər şeyi olduğu kimi yaddaşinda canlandırıb yazmasi!Bəlkə də ...Siz söyləməsəy diniz adi olardı!Amma?Bunu dinlədikcə kəndimizdən xəstə olan analar gəlib göz önündən kecdi!... Təşəkkürlər!Allah hec kimi sağalmaz xəstəliklə imtahana çəkməsin!Amin!🤲

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 года назад +2

    🥺🥺🥺ağlamamaq mümkún deyil

  • @anarnamaz
    @anarnamaz 4 года назад +1

    Sanki bir film canlandı gözümün önündə, sanki əsər dinlədim. Heyrətamiz

  • @dilareabdulqizi6876
    @dilareabdulqizi6876 4 года назад +2

    Canim Anam. Allah ölen analarimiza rehmet etsin.Menim Anam teze ölub. Ellerini istisi helede ellerimdedi😭

    • @kamranmyunis
      @kamranmyunis  4 года назад +3

      Allah rəhmət eləsin... Yeri cənnət olsun!!!

    • @dilareabdulqizi6876
      @dilareabdulqizi6876 4 года назад +3

      @@kamranmyunis Ölenleriniz behiştlik.Allah razi olsun.Var olun.

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 4 года назад +3

    İnanıram... 😔

  • @hdhdhdjjdjdjdj2272
    @hdhdhdjjdjdjdj2272 3 года назад +3

    Caaaan."Men aylarla pəncərədir qalmışam"

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +7

    ❤️5❤️

  • @yeganehemidova5014
    @yeganehemidova5014 4 года назад +8

    Salam. Nə yerinə düşdü bu şeir. Dörd gündü qızım ağlayır.. İki gündür bilmişəm səbəbini. Epikrizimi tapıb. Hələ indiyə kimi belə gücsüz olmamışdım

    • @fatimulusoy4228
      @fatimulusoy4228 4 года назад +5

      ALLAH KÖMƏYİNİZ OLSUN.AMİN!!!👐

    • @teymurmustafayev4527
      @teymurmustafayev4527 4 года назад +4

      😢😢😢😢😭😭😭😭mənimdə anam xəstədi dünyam dağılıb dünyammmm

    • @fatimulusoy4228
      @fatimulusoy4228 4 года назад +4

      @@teymurmustafayev4527 ALLAH ANANIZA ŞƏFA VERSİN👐

    • @sevincnovruzova9686
      @sevincnovruzova9686 4 года назад +5

      Yegane Hemidova Hər nə dərdiniz varsa,Tanrı əsirgəsin🙏Tezliklə sağlığınıza qovuşasınız

    • @lolaazeri3917
      @lolaazeri3917 4 года назад +5

      Allah köməyimizə olsun.Dualarınıza duaçıyıq.

  • @gulnareceferova82
    @gulnareceferova82 3 года назад +1

    😪çox təsirləndim

  • @reyhanhesenova6827
    @reyhanhesenova6827 4 года назад +2

    Yaman üşüdüm..bum-buz oldu dondu butun bedenim. Bu iyun ayında bu ne soyuqdur...

  • @rovsneminbyli5177
    @rovsneminbyli5177 4 года назад +3

    👍🙏 11,29 dəqiqə 1,129 kimi keçdi.

  • @esmirakrimova1315
    @esmirakrimova1315 4 года назад +2

    Bu seire 22 tesgil olunmus poeziya gecesinde dinledim.bezi yerlerde ozumu saxlaya bilmedim kovreldim.anami xatirlatsi o da o xestelikden genc olanda yeni texmini men yasda olanda dunyasin deyisib.😔😔

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 года назад +5

    😢😢😢😢😢😢

  • @kenanrustemzade5101
    @kenanrustemzade5101 Год назад +1

    Əhsən ❤️

  • @_mlyim_1605
    @_mlyim_1605 4 года назад +5

    İlk ❤

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    Kövrəltdiniz....

  • @_mlyim_1605
    @_mlyim_1605 4 года назад +4

    Mən başa düşdümm hər nə dedizsəə...

  • @user-be4yi7zd8f
    @user-be4yi7zd8f 4 года назад +3

    Каш анам кими атам да сах олайды хесте олайды йатагда олайды амма сах олайды йанымызда олайды бизи тек гойуб кетмейейди сенинцун чох дарыхмышам ата.

  • @vuqarsahin3337
    @vuqarsahin3337 4 года назад +2

    👍👏🏻👏🏻👏🏻

  • @metanetnurmemmedova7900
    @metanetnurmemmedova7900 4 года назад +2

    💞

  • @ЯверГурбанов
    @ЯверГурбанов 2 года назад +1

    Goresen indiki zamanda xowbext insan varml?Elebil dunyadan derd qem yaglr Mende anaml cavanken o xaraba xesteliyden itirmiwem cox tesirlendim

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +2

    🎧 146👍 👏

  • @hicrannadirova1936
    @hicrannadirova1936 3 года назад +1

    👍👍👍👍👍

  • @letifequliyeva9552
    @letifequliyeva9552 4 года назад +2

    🌊🌞🌈💖

  • @cickyags4191
    @cickyags4191 3 года назад +2

    Siz bilmirsiz təkadamlıq səadətlər necə olur.... 😔

  • @lalequliyeva3073
    @lalequliyeva3073 4 года назад +2

    Sözün bitdiyi məqam......

  • @shebiheyderova2660
    @shebiheyderova2660 4 года назад +1

    👍

  • @rafaelnagiyev7942
    @rafaelnagiyev7942 2 года назад +1

    Əsən sizə şayir

  • @hemidhemid8677
    @hemidhemid8677 3 года назад +2

    😔😔😢😢😢

  • @leylaisgndrova4591
    @leylaisgndrova4591 3 года назад +2

    😓👍