Polikistoz - Cərrah Mama-Ginekoloq Uzman Dr. İlhamə Eldarova

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Hospitalımızın cərrah mama-ginekoloqu Uzm.Dr. İlhamə Eldarova sıx-sıx rastlanan ginekoloji problemlərdən biri olan polikistoz haqqında danışıb.
    İzləməyi və suallarınızı qeyd etməyi unutmayın.
    Bu gün polikistoz xəstəliyi haqqında danışmaq istəyirəm. Ginekoloji praktikada çox rastgəlinən problemlərdən biridir. Demək olar ki, qadınların 5%-lə 15%-i arasında bu problemə rast gəlinir. El arasında buna bəzən polikistoza yumurtanın qabığı qalındır, yumurtanın çatlamaması , yumurtlamama problemi kimi də baxılır, bu adlarla anılır. Ümumiyyətlə, polikistoz nədir? Həm ginekoloji bir problem olmaqla bərabər, həm endokrinoloji, metabolik, sosial bir problemdir. Yəni bu sadəcə ginekologiyanı maraqlandıran bir mövzu deyil, çox geniş bir mövzudur. Çünki bizim poliklinikaya fərqli şikayətlərlə müraciət edir bu pasiyentlərimiz. İlk ən çox rastgəlinən problem aybaşı pozğunluqlarıdır. Polikistoz problemi olanlarda bu həm endokrinoloji bir problem olduğu üçün ən çox yumurtlama, ovulyasiya problemləri təsir görür. Bu da dolayısı ilə aybaşı tsikllərinə təsir göstərir və aybaşı pozğunluqları ilə müraciət edirlər. Sonsuzluğun ən başda gələn səbəblərindən biri məhz yumurta problemləri olduğu üçün məhz polikistoz pasiyentlərində sonsuzluq probleminə çox rast gəlinir. Bu şikayətlərlə də müraciət edirlər. Ümumiyyətlə, polikistoza bir multiorqan xəstəliyi kimi baxmaq lazımdır. Yəni bütün orqanizmə təsir edir. Bu pasiyentlərdə köklük, yəni piylənməyə çox rast gəlinir. Çünki insulin dirənci bu pasiyentlərdə çox rastlanır. Buna bağlı olaraq şəkərli diabet əmələ gələ bilər. Çəki artımı pasiyentlərdə çox rast gəlinir və polikistozda endokrinoloji olaraq erkəktipli androgen hormonların üstünlük təşkil etməsinə bağlı olaraq kişitipli piylənmə, kişitipli tüklənmə, bədənin normalda qadınlarda olmayan nayihələrində tüklənmə artımı ilə üzdə sızanaqların, sızanaqların olmasına rast gəlinə bilir ki, bu şikayətlərlə də müraciət edirlər. Ümumiyyətlə, biz nə vaxt “polycystic ovary” sindromu deyirik? Ümumiyyətlə, ultrasəs müayinəsində yumurtalıqların çoxsaylı xırda follikullarının izlənilməsi, ümumi olaraq yumurtalığın periferiyasında düzülmüş bir follikulyar görünümü olur və stromal artışı ilə biz ultrasəs müayinəsi ilə onu ayırd edirik. “Polycystic ovary” görünümünə bəzən çox rast gəlinir. Qadınlarda, yəni sırf ultrasəs müayinəsində bu görünüm ola bilir, ancaq “polycystic ovary” sindromu olması üçün yanaşı olaraq oliqo anovulyasiya olması lazımdır. Menstrual tsikllərin gec-gec olması lazımdır. Bəzən pasiyentlər bir neçə ayda bir aybaşı görürlər. Bəzən aybaşıların daha uzun müddət davam etməsi, ara qanamaları müşahidə oluna bilər. Həmçinin, qanda androgen hormonların üstünlük təşkil etməsinə rast gəlinə bilər. Bu meyarların ən az ikisinə rastlandıqda biz buna “polycystic ovary” sindromu deyirik. Sindrom olduqda hadisə daha da ciddiləşir və bu xəstəliklərin düzgün istiqamətləndirilməsi, düzgün həyat şəraitinin, həyat tərzinin olması və düzgün müalicəsi şikayətlərin də aradan qaldırılmasına səbəb olur. Ümumiyyətlə, müalicə protokolu, müalicə pasiyentin şikayətlərinə bağlı olmalıdır. Əgər ilk olaraq bizə müraciət edənlərdə pasiyentin Body Mass indeksi, yəni çəkisi ölçülür. Əgər çəki artımı varsa, ilk sağlam həyat tərzi olmalıdır və pasiyentlərimiz çəki atmalıdırlar. Çünki çox vaxt çəkisini azaldan pasiyentlərdə heç bir müalicə olmadan belə şikayətlərin çoxu düzəlir. Spontan, özbaşına hamiləliklər artır. Biz sonsuzluq şikayəti ilə gələn pasiyentlərdə ilk bunu tövsiyə edirik. Çünki bəzən polikistozda heç bir müalicə olmadan hamilə qalmaq da mümkündür. Bəzən elə bilirlər ki, polikistozdursa, heç vaxt hamilə qalmaz, amma heç də belə deyil. Spontan hamiləliklər çoxdur, ancaq, əsasən, artıq çəkili xanımlarda daha çox sıxıntı yaşanır. Ona görə də ilk məsləhətimiz odur ki, düzgün həyat tərzi, düzgün qidalanma, çəki atması və arıq qadınlarda bu problemlər daha az və daha yüngül olur. 2-ci, əgər diabetə meyillilik varsa, dediyim kimi, şəkərli diabet ola bilir insulin dirəncinə bağlı olaraq, bunun kontrolu edilməlidir. Lazım gələrsə, ona uyğun anti-diabetik dərmanlar təyin olunur ki, düzgün şəkər kontrolu olsun ki, bunun fəsadları olmasın. Endokrinoloji tərəfdən baxdıqda əgər hormonal bir pozğunluq varsa, mütləq müalicə olunmalıdır. Çünki hormonal pozğunluq həm aybaşıların pozulmasının, həm sonsuzluğun səbəblərindən biridir. Biz bu qadınlarda mütləq, özəlliklə aybaşı pozğunluğu varsa, hormonal problemlərlə müraciət edənlərə də mütləq hormon müalicəsi məsləhət görürük. Bəzən xanımlar istifadə etmək istəmirlər. Ancaq ciddi bir hormonal problem varsa, zamanında mütləq müalicə olunmalıdır ki, gələcəkdə fəsadları olmasın. Ümumiyyətlə, uzun müddət estrogen müalicəsinə məruz qalmaq endometriumun qalınlaşmasına səbəb olur və bu da polikistoz xəstələrini bəzən endometar hiperplaziyası və endometrium xərçəngi riskinə də gətirib çıxara bilər.
    Daha ətraflı məlumat üçün videonu izləyin.

Комментарии • 7

  • @allahverenheziyev777
    @allahverenheziyev777 3 года назад +1

    imisliden ilhame xanima atesli salamlar

  • @turalhaciyev6641
    @turalhaciyev6641 Год назад

    Salam 3 ildi evliyem 2 defe folekul partlayob amma qalmamiwam uwaqa bu neyden olar?

  • @sahinzeynalov4704
    @sahinzeynalov4704 3 года назад

    salam həkim mən Gəncədən yazram məndə uzide multifalikulyar yumurtalığlar deyə yazlb elə kilolu deyləm şəkərə meyli deyləm 2 uşağm da var məndə əsas əlamət aybaşı pozulmadı həkim hormonal dərman yazb məndə içirəm amma qorxarağ içirəm xahiş edrəm cavab verərsiz bu dərman necə təsir edir orqanizmə gələcəkdə cavab verərdiz xahiş edrəm dərmanın adı yarinadı yaşım 31 dir ailə vəziyyətimlə əlaqəli Bakıya gedə bilmirəm xahiş

  • @sjsjjjs732
    @sjsjjjs732 Год назад

    14 yaşmdan eziyet çekirem mualcesi yoxdu evledim 1 il mualcden sonra hamle qaldm dogrdanda hamle qalmaqda hamleliyin davamda çox çetindi düṣmenme bele arzu etmerem polikstozu

  • @aygunmeherremova318
    @aygunmeherremova318 2 года назад

    Salam mən aybaşı olanda ağrılarım cox olur məndə deyilər düyündür o məni qoymur uşağa qalım düyünü

  • @masumaalekberova686
    @masumaalekberova686 2 года назад

    Düzgün həyat forması deyildikde tam olaraq nə nəzərde tutulmalıdır?

  • @ruslanpasaev9506
    @ruslanpasaev9506 2 года назад

    Narınc xanıma oxwayir