Sevgi, münasibətlər, ayrılıqlar | Ayrılık, Terkediliş, Yeni Başlangıç

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024

Комментарии • 276

  • @rasulkhanbayov2496
    @rasulkhanbayov2496 2 года назад +231

    33:09 - Məsafəli münasibətlərə inanırsanmı?
    34:22 - Necə emosional cəhətdən əlçatmaz insanlardan qurtula bilərik?
    35:45 - Əgər sevdiyimiz insanı ailəmiz qəbul etmirsə neynəmək olar?
    36:49 - Təhsil yoxsa sevgi?
    37:45 - Əgər bir insandan qarşılıq almırıqsa duruşumuz nə olmalıdır?
    38:29 - Qarşımıza çıxan birinin doğru şəxs olduğunu necə bilək?
    40:07 - Münasibətdə qarşı tərəfdən asılı olmamaq üçün necə davranmaq lazımdır?
    41:41 - İnsanın bizə uyğun olmadığını, yanlışlar etdiyini bilsəkdə ayrılandan sonra niyə unutmaq çətindir?
    - Nə üçün yolunu ayıran, yarı-yolda qoyan birini unutmaqda çətinlik çəkirik?
    44:24 - Sizcə ideal sevgi anlayışı var?
    44:56 - Qızlar nəyə görə atalarına oxşayan oğlanlarla münasibət yaşayır?
    45:13 - Elçi görüşü ilə evlənənlərə necə baxıram?
    45:40 - Əgər kimsə sizə deyirsə sevirəm amma görüşməyə hazır deyiləm, bu nədir?
    45:59 - Hər iki tərəf sevir amma istədikləri həyat tərzi fərqlidir. Bu zaman davam eləmək yoxsa ayrılmaq lazımdır?
    46:47 - Səncə ilk addımı kim atmalıdır?
    47:10 - Kimsə həyatınızda varsa və "ya olur həyatınızda, ya yoxa çıxır, ya gəlir, ya gedir, ya gəlir, ya gedir, ümidverici sözlər, gedir yenə yoxa çıxır"? :D
    47:49 - Münasibətdə ən çox nədir sizi xoşbəxt edən?
    48:23 - Sağlam münasibəti özümə necə cəlb edə bilərəm?
    48:45 - Bir insan mənlə birlikdə olmaq istəyir, amma eyni zamanda başqaları ilə də görüşmək istəyir?
    49:14 - Ailə basqısından dolayı kimisə sevəndə günah hissi keçirmək.
    50:35 - Qısqanclıq heç olmamalıdırmı yoxsa az olması yaxşıdır?
    50:49 - Ciddi münasibətdə olduğumuzu necə anlaya bilərik?

    • @LEYLAKHANAHMADAZE
      @LEYLAKHANAHMADAZE  2 года назад +44

      🤍

    • @fatimabayramova418
      @fatimabayramova418 2 года назад +11

      Elaa👍🏻

    • @reyhanmnli792
      @reyhanmnli792 2 года назад

      Perfect🤌

    • @gencemvetenim1649
      @gencemvetenim1649 2 года назад +9

      @@LEYLAKHANAHMADAZE Kewki senin kimi yaxin padruqam olardi butun videolarni izleyirem o qeder cox isdemiwemki seni Leyla baci❤❤

    • @aydanaydemirova9522
      @aydanaydemirova9522 2 года назад +3

      Xanim men sizin dediyiniz psixologlar asisasiyasina muraciet etdim cavab gelmedi.Amma size wexsiye hara yaza bilerem bu barede oyrenmek ucun

  • @halilaah
    @halilaah 2 года назад +25

    Bütün toksik olan münasibətlər bitməli😌 Sizi olduğu kimi sevən, dəyişdirməyə çalışmayan, və sizə daima özünüzü dəyərli hiss etdirən insanla birlikdə olun❤️Həyat birindən ibarət deyil, daha tanımadığınız çox insan var😌

  • @mythe00
    @mythe00 2 года назад +71

    Beynimdə olan bulanıq ,gizli ,bağlı düşüncələri eşitdim sanki .
    Çox sağolun .Düşüncələrinizi sevirəm🟡🫀

  • @banumusali6683
    @banumusali6683 2 года назад +48

    1 saat nece kecdi bilmedim ) Son dediyin movzu o qeder derindi ki.. Insanlar munasibetde olur amma bunu sozle demir. Demir ki, sonra cixib gedende vicdanini rahat tutsun ki, "men hec vaxt sene bele bir sey dememisem' desin. Bunu yasamasam da, dost tanisda cox gormusem. Ona gore eziz qizlar neyise sorusmaqdan cekinmeyin. Itirmekden qorxmayin. Qorxu olan yerde sevgi yoxdur..

  • @rafiqmemmedov5205
    @rafiqmemmedov5205 2 года назад +141

    Özümü tapmağa kömək etdiyin üçün təşəkkürlər. İnsanın özü ilə , basdırdığı hisləri ilə üzləşməsi nə gözəl hisdi😍

  • @aytekinmamedova6250
    @aytekinmamedova6250 2 года назад +103

    Sonda "video həddən artıq çox uzun oldu" dedin ,amma dinləməkdən bezmədim Leyla,bittiyi üçün üzüldüm.Vaxtından kəsib bizlər üçün belə marifləndirici,motivasiya verici,özümüzü tanımağımıza kömək olan videolar hazırladığın üçün çox sağol.Yaxşıkı varsan.

    • @turkanakber4092
      @turkanakber4092 2 года назад +1

      Bu kitabların Azərbaycan dilində tərcüməsi varmı? Bir də kitabların müəlliflərini qeyd edərdiniz, zəhmət olmasa. Video üçün təşəkkürlər

  • @ByKhatira
    @ByKhatira 2 года назад +80

    Nə boyda iş gördüyünüzü bir bilsəniz... Təsəvvür edirəm, Azərbaycan TV-da daima bu cür söhbətlər gedir, nə qədər insan azadlığı dadar, xəstə olduğunu dərk edər, hadisələrə ayıq başla, şüurlu şəkildə yanaşar ✌🏽

  • @milaloree
    @milaloree 2 года назад +36

    Dəstəyin və hər bir mövzuya toxunduğun üçün hədsiz təşəkkürlər💙

  • @LEYLAKHANAHMADAZE
    @LEYLAKHANAHMADAZE  2 года назад +65

    Bütün nifrət xarakterli və hörmətsiz şərhlər silinəcək və həmin hesablar bloklanacaq. Təşəkkürlər.

    • @aykai5437
      @aykai5437 Год назад +2

      7 ay münasibet olmadı deyenlere tecüblenirem.Mən isə demək olar həyatıma heç kimi almıram illərdi.Belə baxıram heç oglanlarda diqqət göstərmir.Ancaq bilirəmki bu da mənim seçimimdi şüuraltı olaraq.Yəqin bu da bir başqa problemdi

  • @tustalibova135
    @tustalibova135 2 года назад +18

    Sonsuz təşəkkür öyrəndiklərininizi paylaşdığınız üçun,səmimiyətiniz üçün də

  • @fatimabayramova418
    @fatimabayramova418 2 года назад +8

    Leyla sayesinde özünü tapanlar "butonuyam" 🙋‍♀️
    Good to have you ❤🌹

  • @Shef97
    @Shef97 2 года назад +15

    Seçimimə heç vaxt şübhə etməmişdim, amma daha da əmin oldum və az-maz çatışmazlıqlarımı gördüm. Özümü harda inkişaf etdirə bilərəm, bunu gördüm. Çox sağ ol, Leyla! ❤️

  • @aysugocayeva2516
    @aysugocayeva2516 2 года назад +23

    Möhtəşəmsən Leyla 💜 çox sağol bu mövzuda da video çəkdiyin üçün , özümə gələcəkdə və romantik cəhətdən münasibətdə olan yaxınlarıma çox kömək olacağını düşünürəm 🧡

  • @sevincisrayilova3230
    @sevincisrayilova3230 2 года назад +12

    Çox uğurlu və əmək verilmiş bir söhbət idi. Paylaşdım endirdim. Paylaşdığım adamlarla da müzakirə etdik. Bəyəndim və düşnürəm ki bu şəkildə təşəkkürümü bildirə bildim. Minntədaram Leyla bir çox başlığı bu qədər maraqlı bir videoda birləşdirdiyinçün. Çox sağ ol. Uğurlar 🌷🌷🌷

  • @gulnarbagirova1424
    @gulnarbagirova1424 2 года назад +3

    Tesadufen qarwima cixdi mohtewem video oldu,ozumu guzgude gormuw kimi oldum,o qeder qeribe hissler yawadim ki,realliqlari gorerek bu wok etkisinden ayilib bir daha izlemeliyem bu videonu❤️

  • @sovktmmmdliyv31
    @sovktmmmdliyv31 2 года назад +24

    Kaş ki tez-tez videolar paylaşaraq RUclipsda daha çox aktiv olsanız... Əminəm ki bir çox insanın həyatında böyük dəyişikliklər olacaq ✨

  • @ayselnadirsoy1610
    @ayselnadirsoy1610 2 года назад +18

    Yenə möhtəşəm bir video Leila✨ Herzaman sevgiden gözlərinin parıltısını hiss edəsən 💫🤍 inşallah Amerikaya gelen genclerden biri olaraq , orda olanda seninle görüşməyi çox istərdim 🌼

  • @guldestekerimli9294
    @guldestekerimli9294 2 года назад +36

    Mən təhlükəsizlikdə qalmaq üçün tək qalmağı seçən və heç bir terapevtə getməyən biri olaraq çox təsirləndim eşitdiklərimdən. Belə aydın izah üçün təşəkkürlər Leyla🙏💙

    • @fs-va3452
      @fs-va3452 2 года назад

      neçənci dəqiqədə danışır bu haqda?

    • @nature3572
      @nature3572 2 года назад

      @@fs-va3452 əvvəldə olmalıdı

    • @AynuraVeysalli
      @AynuraVeysalli 2 года назад

      Terapevtə getməyi sonuna qədər inkar edən və boş bir şey kimi görən biri idim Leylanın bu haqda öz təcrübələrini öyrənənə qədər. Və hə, mən indi psixoterapevtə gedirəm, bu haqda kitablar oxuyuram və s. Və bu halımdan məmnunam. Düzdür əvvəl çətin olur, bunu niyə yaşayıram, niyə buna ehtiyacım var düşüncələri, “niyə mən” sualı çıxmır ağıldan, gözlər dolur. Amma Leyla dediyi kimi “intihar çıxış yoludur, amma psixoterapiya da çıxış yoludur”.

    • @nergizmustafazade4696
      @nergizmustafazade4696 Год назад

      @@AynuraVeysalligetdiyiniz psixoterapevtdən razı idiniz?

  • @nazenimhaciyeva
    @nazenimhaciyeva 2 года назад +12

    Seçdiyiniz mövzular maraq dairəmi çox əhatə edir.Videolara isə söz yoxdu,əladır🤩🌷

  • @jamila_abdulova
    @jamila_abdulova Год назад +4

    “ Demeli dostlarim” is overcute🍓

  • @vliyevakamala9044
    @vliyevakamala9044 2 года назад +32

    Leyla fərqindəsinizmi bilmirəm.Amma mənim müşahidəmə görə(artıq bir çox videolarınızı izləmişəm) və sizdə gördüyüm odur ki sizin hisslərinizlə aranız yaxşı deyil yəni hisslərinizə həyatınıza da yer vermirsiniz.Məntiqinizlə hərəkət edirsiniz.Hisslərinizi ignore edirsiniz.Bəlkədə belə deyil amma mənim sizdə müşahidə etdiyim budu.Məndə uzun illər belə yaşamışam hisslərimi ignore eləmişəm.Və anladım ki məntiqli olmaq ən böyük məntiqsizlik imiş.Mən məntiqli olmağa tamamilə pisləmirəm.Sadəcə tarazlıq lazımdı yaşamağa imkan vermədiyimiz bütün hisslər başqa bir formada qarşımıza çıxır.Ona görə hisslərimizi də yaşayırıq +məntiqimizdən də düzgün istifadə edirik.Həyat tarazlıqdı

  • @aynurimanova7968
    @aynurimanova7968 2 года назад +11

    Çox sağolun Leyla. Həqiqətən bəzi şeyləri anlamağımda çox kömək olduz.❤️

  • @br.030
    @br.030 2 года назад +3

    Insanlar her zaman el çatmaz, çetin elde olunan her şeye meyl salır. Bu her hansısa bir şey ola biler ferq etmir. Sahip olduğlarının nankoru ve sahip olmadıklarının kurbanıdır insan. :)

  • @alsovanrmin27
    @alsovanrmin27 2 года назад +3

    Öz həyatınızdan misallar gətirib bu qədər səmimi olduğunuz üçün təşəkkürlər ❤️ zövq verir sizə qulaq asmaq 💕

  • @baxtiyaraliyev6131
    @baxtiyaraliyev6131 2 года назад +7

    Yaxın zamanda həyatıma yenidən başlamışam videolarınız çox umidvericidir və doğru yolda getdiyimi gördükcə o qədər seviniremki. Ele bilirdim dünyada yalnız mən yaşamışam bunları. Bütün doğru bildiklərim yalan və yalan bildiklərim doğru çıxıb.sizi tanıdığıma çox sevincliyem

  • @jalalhasanov9958
    @jalalhasanov9958 2 года назад +5

    Düşünürəm ki, insani münasibətlərində qeyri sağlam yetişən ağacın kökünü bu mövzu ilə Leyla baltaladı. 30 nəfərin şahmat taxtasına Leylanin qaydaları ilə oynaması onlarin məglubiyyəti idi 😊.
    Maraqlı və məntiqli çıxış idi..
    Çox sağolun.
    👏

  • @fidanr9455
    @fidanr9455 2 года назад +4

    O qədər şeyi aydınlatdız ki içimdə. Həmin gücü özümdə tapacağıma ümid edirəm.. çoxsağolun Leyla xanım💕💕💕

  • @suriyymusayeva4771
    @suriyymusayeva4771 2 года назад +6

    çox sağolun çox ehtiyacim olan suali cavablandirdiz ve men artiq çox rahat hiss edirem çunki artiq her seye tam emin oldum .teşekkurler❤

  • @ayselkerimli2781
    @ayselkerimli2781 Год назад +1

    Azerbaycanli xanimin bele keyfiyyetli ve lazimli movzularda video paylasmagi coox gozel basqa dilde bele videolar izlemisem melimatliyam mene gore cox yad deyil beleleri amma azerbaycanli olaraq bele videolarin olmagini gormek sevindiricidi❤

  • @gulbenizeli
    @gulbenizeli 2 года назад +13

    Çox sağ ol Leyla bizi düşünüb her zaman motivasiyalı videolar çəkirsən....🤓

  • @narminalakbar3791
    @narminalakbar3791 2 года назад +11

    Çox təşəkkürlər! Olduqca informativ video olub.Kitab tövsiyyələrinə görə də xüsusilə təşəkkürlər🌹

  • @sonaeyvazova4626
    @sonaeyvazova4626 2 года назад +5

    incredibly eye opening, and more people should be watching this!

  • @ulviyyamammadova394
    @ulviyyamammadova394 8 месяцев назад +1

    Sizi dinlemek zövq verir 💌 teşekkür edirem ❣️

  • @ayguntagizade5673
    @ayguntagizade5673 Год назад +2

    Amerika’ya gelsem seni görmek isteyerdim🤗Çox ağıllı güclü ayaqları üzerınde dura bılen qızsan😍🥰🌸

  • @yusif_valiyev
    @yusif_valiyev 2 года назад +8

    Çox sağ olun Leyla xanım . Amma hələki münasibətlər qurmaq istəmirəm . Qarşımda böyük hədəflərim var.

  • @rahimaabuzarli8305
    @rahimaabuzarli8305 2 года назад +9

    Bütün səmimi və düzgün fikirləriniz üçün təşəkkürlər, Leyla xanım.Uğurlarınız çox və daim olsun💙

  • @mmadovaa.f
    @mmadovaa.f Месяц назад

    Həyatımda gördüyüm ən faydalı vidoelardan biri nə qədər təşəkkür etsəm azdır təşəkkürlər Leyla xanım🤍

  • @sanubaraliyeva9644
    @sanubaraliyeva9644 2 года назад +20

    Sabahınız xeyir olsun hər dəfə sizi baxanda nəsə oyrənirəm.menimde qızım var inşallah o da sizin kimi gənclərdən olar.11 yaşı var .sizdən misallar çəkirəm ona .

  • @chlec
    @chlec 2 года назад +6

    19:13 mən də mübasibətdən kənar duran qorxan insanam, çünki azərbaycanda fərqlidir qızların ümümiyətlə ilk addım atmasına belə qeyri ciddi yanaşıllar, istifadə edillər sonra atıllar ona görə qorxuram təsüfki elə dating applarda pis baxıllar(( çox sağ olun səmimiyyətinizə görə leyla xanım çox faydalı video oldu❤❤

    • @huseynovaaysen4241
      @huseynovaaysen4241 2 года назад +2

      Eynən mən də eləyəm🤦🏻‍♀️🤦🏻‍♀️🤦🏻‍♀️

  • @alievuqar
    @alievuqar 2 года назад +17

    Salam Leyla videoların çox keyfiyyətlidir amma bəzən daha da inkişaf üçün tənqidlər də vacibdir deyə düşünürəm.Məncə videonun əvvəlindəki intro bənzəri qısa videoları çoxda uzun qoymasan əla olar.Təxminən 6-7 qısa klip qoysan bəs edər məncə.Çünki RUclips da insanlar başlıqların uzun olmasını sevmir və buda sənin kanalına izlənmə cəhətdən ziyan vura bilər.Amma qalan hər şey çox əladır və Azərbaycan RUclips'na belə keyfiyyətli kontent çəkdiyin üçün təşəkkürlər❤️

  • @azizashahgaldiyeva
    @azizashahgaldiyeva 2 года назад +29

    Çox maarifləndirici bir video idi🌾🤍

  • @yadesoylu589
    @yadesoylu589 2 года назад +3

    Bu qədər həqiqətləri detayları ilə hislərimizin əslində travmalarımızla əlaqəli olduğunu mənə açıq aydın başa salan 2ci bir kimsə ola bilməzdi həqiqətən xəstəyəm və sağalmağı bu videodan sonra istədim və inşallah bacararam hislərimin qurbanı olmaqdan yoruldum
    Yaxşı ki varsız Leyla xanım bu 2ci vidonuzdu izliyirəm sizdə özümü tapdım 😇

  • @Ahu731
    @Ahu731 Год назад +1

    Uzun videolar çəkməyiniz ayrı bir rəğbətimə səbəb oldu,fəxr edirəm bir xanım kimi sizlə

  • @xalidequrbanova451
    @xalidequrbanova451 2 месяца назад

    Coox saq olun minnətdaram sizə

  • @cinaresuleymanova6654
    @cinaresuleymanova6654 2 года назад +26

    Sizi çox istəyirəm, Leyla! 💜Siz bizə reallıqları göstərirsiniz

  • @yasemenhaciyeva
    @yasemenhaciyeva 2 года назад +3

    Çoooox sağol Leyla❤️ anladım ki, məndə təhlükəsiz olmaq üçün münasibətdən qaçmışam🙂

  • @punaraslan8631
    @punaraslan8631 2 года назад +1

    Siz danışdıqca özümü tapdım, problemi necə həll etməli olduğumu anladım, təşəkkürlər 💞

  • @nailabbasov937
    @nailabbasov937 2 года назад +1

    Salam Leyla xanım
    Mən fəxr hissi duyuram ki 1ci Gəncəli oldugunuz üçün , 2ci Bir məktədə oxuduğumuz üçün , çox gözəl mövzulara toxunursuz daimi olsun

  • @user-kw6mq7rp7p
    @user-kw6mq7rp7p 2 года назад +2

    1 saat nece kecdi bilmedim.Dusundukleriniz,fikirleriniz,danisiginizi cox beyenirem,ve sizin heyatinizi ozume benzedirem.Heyatimin bu cetin doneminde kas sizinle sohbet sansim olsa idi,belke bu bilinmezlikden cixmagima komek olardiniz.

  • @mehinabbasova4332
    @mehinabbasova4332 2 года назад +4

    Video baxdıqca ətrafımdaki münasibətlərin öz travmalarımın üzərində qurduğumun fərqinə vardım, çoxdandır bu situasiyadan çıxmalıyam ya özümü dəyişməliyəm deyə düşünürdüm, indi əmin oldum ki düşünmədən çıxmalıyam
    Videonuz möhtəşəm idi😍
    Düşüncələriniz o qədər sağlamdır ki, insanlara çox yaxşı təsir edirsiniz 💗
    Bizim üçün çox dəyərlisiniz✨

  • @gunayhemzeyeva8930
    @gunayhemzeyeva8930 2 года назад +3

    Dəyərli video üçün təşəkkürlər ❤️❤️❤️ Yolumuza işıq tutursunuz

  • @lalemustafayeva4472
    @lalemustafayeva4472 2 года назад +1

    Seni çox isteme sebebim :::Öz heyatını bu qeder deqiq derk etmen ve çox çox semimi olman.. Supersen Leyla

  • @yeganeibrahimova7581
    @yeganeibrahimova7581 2 года назад +3

    cox shirin ve agilli xanimdi😍🥰cox ehtiyacimiz variydi bele bir videolara ,cox xeyiri bir informaciyalardi ,bezi adamlar psixologiyani gülünc bilir amma lazimdi bu procesleri bilmek,sagolun❤

  • @leylimiy4556
    @leylimiy4556 2 года назад +10

    Oglanlar xeyanetkar ve coxu mindene hoqqadan cixanlar olur ve ona gore Teklik en gozelidi Qadinlarin ozunu ezdirmeyene gelmek bele istemirem en yaxsisu herseyden ve herkesden uzaq olmaq

    • @zohrabhesenov4929
      @zohrabhesenov4929 2 года назад

      Her kes eyni değil ))

    • @leylimiy4556
      @leylimiy4556 2 года назад +6

      @@zohrabhesenov4929 hele haminiz baslica bele deyirsiz ama xeyaneti ele siz edirsiz eziyler sizi bagislayir adinida usagma gore bagislayiram deyir ve bir qadin esareti burdan baslayir qadin eve gec gele bilemz ama kisi istese gunlerle gelmez o klubdaki partlayisdada kisilere rehmet dusdu ama qadinlari qe... cixarddiz elediyivizi edirsiz sonrada hami eyni deyil ele hamjnjn caninin bir yerinde var neyse

    • @jennakhai
      @jennakhai Год назад

      Hələ bir də şey var. Sevgilisi ilə cinsi münasibətdə olub ona pozğun gözü ilə baxması. Başa düşmürəm sevgili necə olur da? Sevgili fiziki və emosional əlaqə qurduğun şəxsdir. Belə də ki, tamam fiziki əlaqə qurma rahibsən tamam anladıq. Bu qız bu şeyi səndən başqası ilə etməyib axı niyə bu ikiüzlülük. Ətrafda görürəm belə şeyləri tək qalmağı seçirəm. Bir də bu yuxarıdakı qaqaş deyir e hamı eyni deyil. Azərbaycanın iq'su onsuz da aşağıdı, kişilərinin ümumiyyətlə aşağıdı. Və bu mentalitetdə böyüyüb bunu sorğulayan oğlan çox az tapılır. Çünki sərf edir. Ona görə aşağı yuxarı hamınız eynisiniz

  • @narmink895
    @narmink895 2 года назад +5

    Salam Leyla . Mence evvel oldugu kimi vloqlar cekmeye devam ele. Sevilirsen✨🤍

  • @narminismayil
    @narminismayil 2 года назад +3

    Bu tərz söhbət videolarının davamı gəlsin əla idi 👍

  • @taranamammadova358
    @taranamammadova358 2 года назад +1

    Çoox faydalı, hərtərəfli izah. Hər detala toxunulub, möhtəşəm😍 təşəkkürlər vaxt ayırıb belə content yaratdığın üçün🌹

  • @aytacqafarova99
    @aytacqafarova99 2 года назад +2

    Yorulmadan dinlədim və özümdə çox şeyi tapdım. Təşkkür edirəm, Leyla ❤️

  • @m_t3901
    @m_t3901 2 года назад +4

    Very insightful video. I would be much grateful if you could film more psychological videos and share more psychological techniques with us. I myself have been victim of an emotionally unavailable partner. Also suffering from acute form anxiety. Your effort is much appreciated👍

  • @sedevr5900
    @sedevr5900 2 года назад +3

    Səbirsizliklə vloglarını gözləyirəm.Tesekkurler❤️

  • @nirvanan550
    @nirvanan550 2 года назад +3

    Videonun 1 saata yaxin oldugunu gorub sevindim😍

  • @cinardeniz418
    @cinardeniz418 2 года назад +2

    Çox təşəkkür edirəm çox faydalı paylaşım oldu 👍👍👍

  • @veraibrahimova206
    @veraibrahimova206 2 года назад +5

    Həqiqətən də videonun necə qısa zamanda bitdiyini hiss etmədim. O qədər axıcı, dolğun və rasional şəkildə danışırsınız ki.

  • @vahidewukurova981
    @vahidewukurova981 2 года назад +1

    Tesadufen qarsima cixdiz ve maraqimi cekdiz. Hec sixilmadim dinledikde,normalda bele videolar sixir adami , amma sizden zovq aldim😊 bir çox fikirlerime cavab tapmis oldum tesekkur edirem buna gore🤍🙏

  • @Turkane08
    @Turkane08 2 года назад +2

    Çox gözel ifade etmisen sevgi ve münasibetleri meslehet almiş kimi oldum💙

  • @fidanshadlinskaya3935
    @fidanshadlinskaya3935 2 года назад +5

    "Niyə mən bu vəziyyətdəyəm?" sualını verdiyim anda videonu görməyim.... 😢❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nezrinnezrin1966
    @nezrinnezrin1966 2 года назад +1

    Hegigeten cox deyerli nuanslara toxunmusan ve bunu acig aydin ifade etmisen buna gore ne yaxsi ki varsan ve bu isine davam edirsen❣️videonun hele evvelindeyken-25 yasim var indiye geder sevdiyimi dusunduyum 3 insanda mutleg aile uzvlerinnen birisinin olduyune fikir verdim ve menim de atam usag olanda dunyasini deyisib.men bu nuansi hec fikir vermemsdim coxsaolun fergli yanasmagima komek etdiyiniz ucun❣️😘hecbiriyle de garsiligli sevgi yasamamisam..baxmayaragki 10 il sevmisem..yada men "sevdiyimi" dusunmusem😶

  • @lemanmehdiyeva634
    @lemanmehdiyeva634 2 года назад +1

    Bizimlə belə dəyərli məlumatlar bölüşdüyünüz üçün təşəkkür edirəm

  • @hannahmamedova2736
    @hannahmamedova2736 Год назад +1

    Спасибо за интересное видео! ❤ продолжайте в том же духе 🥰

  • @metanetrehimova2699
    @metanetrehimova2699 2 года назад +5

    Ya Leyla xanım sizi çox istəyirəm 😘😘

  • @aykai5437
    @aykai5437 Год назад +1

    Mən bir az təcübləndim ki orda insanlar vasitəçiliklə tanış olurlar.Qəribə gəldi.Əslində bu Azərbaycana uygun ola bilərdi.Məs dostlarin səni kimləsə tanış edirlər.Ancaq 30 nəfərlə tanış olmaq sanki iş görüşməsi kimi maraqlıdı

  • @fridafrida5776
    @fridafrida5776 2 года назад +4

    Coxlarimizin ehtiyaci olan video 🙃

  • @phedaneaeva9518
    @phedaneaeva9518 2 года назад +1

    Kechen il bu vaxtlari sizi izleyirdim, o donem mastere hazirlasirdim, hetta size rey yazarken ugurlar bele dilemisdiniz, bu gun artiq masterin 2 ci semesterindeyem, hazirda tam ehtiyyacim olan video bu idi, sayenizde daha saglam munasibetle bagli fikirlerimin daha da yerbeyer oldugun hiss eledim, Valideynler ve travmalarla bagli dediyiniz hegigeten cox maragli melumatlardir; kechmise baxanda hegigeten dogru dediyinizi anladim, umid edirem travmalarla en dogru zamanda ve dogru yolla basha cixib zerersizlesdire bilerem)

  • @ankaaziz
    @ankaaziz Год назад

    Amerikada yaşayib bu qeder mükemmel Azeri dilinde danişmaq, ehsen sene Leyla😘😘

  • @arzuhuseynova3164
    @arzuhuseynova3164 2 года назад +3

    Təşəkkür edirəm Leyla xanım ❤️

  • @sevincaliyeva9108
    @sevincaliyeva9108 2 года назад +1

    Çox təşəkkür edirəm Leyla bu dəyərli fikirləri bölüşdüyün üçünn❤❤❤

  • @gunelragimli9
    @gunelragimli9 2 года назад +2

    Sevərək izlədiyim yeganə şəxs) Təşəkkürlər!

  • @book-lovinggirl3352
    @book-lovinggirl3352 2 года назад +3

    Çox sağolun Leyla xanım ❤️

  • @gunelkhalil
    @gunelkhalil 2 года назад +1

    çox təşəkkürlər. sona qədər izlədim zövq alaraq

  • @elve9485
    @elve9485 Год назад

    Salam Leyla xanım. Çox sağ olun video üçün. Həqiqətən psixoloji xəstəlik fiziki xəstəlikdən daha betərdir. Həyatlar, talelər fərqli olduğu üçün psixoloji travmalarda fərqli olur. Məncə hər kəsin "psixoloji savad"ı olmalıdır.

  • @dilaredilo2212
    @dilaredilo2212 2 года назад +2

    Xosbext ol ezizim.Sevindim.Dediklerinin hamisi mende de var

  • @xanoglanisgenderov4062
    @xanoglanisgenderov4062 Год назад

    Sizin kimi həmyerlim olduğu üçün çox sevinirəm✊ Əla paylaşım idi👍

  • @Kennyhagverdiev
    @Kennyhagverdiev 2 года назад +3

    Leylaaa seni çox sevirem , ve isteyerdimki bele bir video çekesen : meselen biz valideyinik ve usagimiz mektebde ve yaxud cemiyyet ichinde psixoloji olaraq basqa usaqlar terefinden dislanir ve dislayan usaginda valideynleri ayrilib ve bu usag ondan hesar alib buna gorede basgalarina zerer verir ve biz ne ederdik? XAHIS BUNU GOR VE çekmek istesen ne vaxta geleceyini xeber et

  • @burhanrehimli5973
    @burhanrehimli5973 2 года назад +3

    Sizə minnətdaram Leyla xanım

  • @aysumemmedova8002
    @aysumemmedova8002 2 года назад

    Çox sağ olun düşüncelerinize göre 😍 her daim motivasiya olursunuz❤❤

  • @tunialiyeva3657
    @tunialiyeva3657 2 года назад +3

    Möhtəşəmmm... Sadəcə möhtəşəm....

  • @aytajasgar9124
    @aytajasgar9124 Год назад

    Təşəkkür edirəm sizə. Tam istədiyim zamanda çıxdı qarşıma 😍

  • @aylin7570
    @aylin7570 2 года назад +1

    Video çox müsbət təsirlər yaratdı. Bilmədiyim Bəlkədə özümü qorumaq üçün yalnış edib bilmək istəmədiyim şeyləri aydınlatdı. Həmişə özümə sual verərdim niyə ancaq eyni tipdə oğlanları sevirəm və normal olanlar mənə çəkici gəlmir. Mən ümumiyyətlə onları görmürəm.

  • @shmeaegm1198
    @shmeaegm1198 Год назад

    Leyla, məncə aşiq olmaq sevməkdən qabaq olan bir mərhələdir. Çünki aşiq olmaq qısa müddətli, keçəri bir hissdir. Aşiq olmağın sonu ya növbəti mərhələ olan sevgiyə gətirə bilər, ya da bir çox səbəblərə görə bir müddətdən sonra heç nəyə, laqeydliyə, hətta nifrətə də gətirə bilər. Sevmək isə nisbətən uzun müddətli, "stabil" bir hissdir.
    Çox məmnuniyyətlə qulaq asdım sizə.
    Sizə uğurlar!

    • @Ahu731
      @Ahu731 Год назад

      Sizə belə bir misal verim bəlkə niyə elə bir sıralama etdiyini anlayarsız.Məsələn bəzən elə olur ki illərlə tanış olan ya dostunuz,ya qrup yoldaşınız,ya sinif yoldaşınız olur.Əvvəllər sizə adi gələn birinə sonradan müəyyən hisləriniz yaranmağa başlayır.Əvvəllərdə onu dost kimi sevmisiz,yaxşı biri olub sizə görə,amma hal hazırda onu görəndə həyəcanlanırsız,hissləriniz var ona qarşı.

  • @orxansmdov7299
    @orxansmdov7299 2 года назад

    Mən ailəliyəm və sizə baxandan sonra anladımki. Çox mükəmməl münasibətim var.

  • @qyuunel
    @qyuunel 11 месяцев назад

    Təşəkkür edirəm, Leyla! ❤

  • @ailiyn9
    @ailiyn9 8 месяцев назад

    heqiqeten ne vaxtdandi dusunurdumki icimdeki bu aagirlig ne zaman bitecek, Leyla abla sene ne geder minnetdar oldugumu izah etmeye sozler kifayet deyil, eyni seyleri yasadigim birisiyle bu problemin hellini tapmag derin ferahlig verdi. Cox sagolun hegigeten

  • @minhmdova2198
    @minhmdova2198 2 года назад +5

    Indi basa dusdum ki niye munasibetletden qaçiram

  • @gulerehmedova3742
    @gulerehmedova3742 2 года назад +5

    Salam
    Psixoterapevtiniz Azərbaycandadırsa bizimlə bölüşsəydiniz yaxşı olardı.Çünki çox çətindir bu sahədə işini bilən birini tapmaq

  • @gunelbilalzade1424
    @gunelbilalzade1424 2 года назад +1

    Yenə möhtəşəm, özümü tapa bildiyim və suallarıma cavab taodığım video❤ yaxşı ki, varsız💖

  • @Rana-yk4kb
    @Rana-yk4kb 2 года назад

    Tesekkurler. Mohtesem melumatlandirici video idi.

  • @lemanmemmedova2053
    @lemanmemmedova2053 2 года назад +4

    Və sizin içə qapanıq insanlar haqqında düşüncələrinizi bilmək istəyərdim və bu tip insanlar dəyişməlidirlərmi, bu psixoloji promlemdirmi?

    • @justsonik607
      @justsonik607 2 года назад +5

      İçə qapanıq insan olmaq yəni asosial insan olmaq hər hansısa psixoloji problem qətiyyən deyil.Bu insan tipindən,xarekterindən asılı bir məsələdir.Deyək ki,birisi sosial ortamlarda hər hansısa bir toyda,qonaqlıqda özünü xoşbəxt hiss edərkən digəri evdə izlədiyi hər hansısa bir film ona daha cazib gələ bilər.Yəni bunun dəyişdirməyə gərək yoxdur,qəbullanmaq daha yaxşı seçimdir və bir çox uğurlu elm adamların çoxusu içə qapanıq yapısı var.İçə qapanıq insanların sosial insanlardan daha çox sənətsəl mövzularda daha yaxşı olduğu hətta aşkar olunub.Amma bir nüansıda qeyd etmək lazımdır ki, içə qapanıq olmaq, sosial fobisi olduğu sosial ortamlardan qorxduğu anlamına gəlməz.Yalnız tərcihi daha çox yalnızlıq ola bilər.Amma əgər sosial ortamlardan qorxursa,təbi ki,bu pisxoloji bir problemdir və bu mövzu üzərində araştırmalar etməlidir
      Ümid edirəm ki,yazım açıq olmuşdur.
      Psixoloq deyiləm,yalnız psixologiyayla maraqlanan birisi olaraq bu mövzu haqqında fikirimi söyləmək istədim

  • @gunelshukur
    @gunelshukur Год назад

    Hər şeyə görə,hər mövzuya görə çoxsağolun Leyla🙏

  • @lamiyeisayeva7416
    @lamiyeisayeva7416 Год назад

    38 yasim.var ve mene yarayan cox meslehetiniz oldu cox tesekkur edirem.

  • @leylatalbzad2269
    @leylatalbzad2269 2 года назад +5

    İlk başda olan qısa məzmun çox uzundu.